79
motivləşdirmişdi ki, Franklinə Parisə gəlməməsi haqqında məktub göndərilmişdi. Lakin məktub ləngidiyinə
görə Franklin Parisə daxil olmuşdu. Fransa kimi maarifçi dövlətin okeanın o tayından gəlmiş nümayəndəni
Parisdən çıxarılması “mədəniyyətsizlık olardı” demiş və bununla da İngiltərənin tələbi yerinə yetirilmədi.
Franklinin Fransa missiyasında iki məqsəd güdülürdü:
- Fransa ilə iqtisadi və hərbi sahədə ittifaqa nail olmaq.
- Ingiltərə ilə birbaşa danışıqlara nail olması.
İngiltərə ilə silahlı mübarizənin xüsusilə gərgin olan bu dövründə II məqsədə nail olmaq o qədər də asan
deyildi. 1777-ci ildə baş vermiş Saratoqi döyüşü mübarizə meydanında çox şeyi dəyişdi. Təkcə ABŞ yox həm
də İngiltərədə birbaşa danışıqlara maraq göstərməyə başlanmışdı. Şarl de Verjenin xəfiyyələri franklinin
Parisdəki fəaliyyətini diqqətlə izləyirdi. Franklin isə Parisdə yerləşən bütün dövlətlərin
səfirlikləri ilə əlaqələrə
malik idi. Onun vaxtı ilə İngiltərə parlamentinin üzvü olması İngiltərə nümayəndələri ilə olan danışıqlara da
imkan yaradırdı.
B.Franklin Bomarşe tərəfindən Şarl de Verjenə təqdim olunsa da xarici işlər naziri onu XVI Lüdovikə
təqdim etməyə tələsmirdi. Bu da Franklini fəaliyyət diapazonunu genişləndirməyə vadar edirdi. Franklinin
apardığı danışıqları diqqətlə izləyən Deverjen bu danışıqların birbaşa mərhələyə keçməsini gördükdən sonra
Fransanı ABŞ-a dəstəyinə diplomatik status vermək qərarına gəldi. Çünki, Deverjenin danışıqları uzatması
İngiltərə ilə birbaşa əlaqələrin yaradılmasına bununla da vasitəçilikdən götürəcəyi dividentləri əngəlləməsinə
səbəb ola bilərdi.
Uzun sürən diplomatik danışıqlar 1778-ci iln fevralında ABŞ ilə Fransa arasında ticarət və hərbi ittifaq
müqaviləsinin imzalanmasına səbəb oldu. Müqaviləyə əsasən Fransa donanması ABŞ tərəfində hərbi
əməliyyatlara girmək imkanı əldə etdi. Avropa sarayları heç də könüllü şəkildə Franklinin missiyasını qəbul
etmək istəmirdi. Onlar baş vrmiş hadisəyə müstəmləkələrin metropoliyaya ağ olması kimi baxırdılar və öz
müstəmləkələrinin taleyi üçün narahatlıq keçirirdilər. Avropa monarxlarının heç
biri ABŞ istiqlaliyyətini
tanımaq istəmirdi. Kəskin mövqedə Rusiya və İspaniya dayanırdı. İngiltərənin Avropa siyasətində yeritdiyi
hegemonluq Avropa dövlətlərinin ona qarşı birləşməsini şərtləndirdi.
Əslində İngiltərə XI əsrdən sonrakı tarix boyu ilk dəfə Avropa dövlətlərinin diplomatik mühasirəsi ilə
qarşılaşdı. İstiqlaliyyət bəyannaməsinin elan olunmasına münasibətdə kontinental konqresdə ciddi ziddiyyət
yarandı. Konqresin çoxluğu bilirdi ki, müstəqilliyin elan olunması Avropa dövlətləri tərəfindən qəbul
olunmayacaq. Lakin ayrı-ayrı siyasi xadimlər İngiltərəyə qarşı Avropa dövlətlərinin
mənfi münasibətini əsas
götürərək istiqlaliyyətin elan olunmasını tələb edirdilər. Nə Saylas Din, nə də Franklin və onunla birlikdə gələn
nümayəndə heyəti heç bir rəsmi sənəd göstərməmişdilər. Franklin isə yalnız istiqlaliyyət bəyannaməsi elan
olunandan sonra rəsmi olaraq öz etimadnaməsini təqdim etmişdi.
Dostları ilə paylaş: