Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder
Xanlıqların yaranması və Quba xanlığının xarici siyasəti XVIII
əsrin ikinci yarısı Azərbaycan tarixinin ən az öyrənilmiş sahələrindən biridir. Doğrudur, həmin
dövrün ayrı-ayrı məsələlərində bir sıra elmi-tədqiqat əsərlərində toxunulmuşdur. Lakin bu məsələlərin
əksəriyyəti ümumi şəkildə qoyulmuş, bu və ya digər məsələnin ayrılıqda həllinə xüsusi yer verilməmişdir.
Məlum olduğu kimi, hələ XVIII əsrin birinci yarısında Azərbaycan uğrunda Rusiya, Türkiyə və İran
dövlətləri arasında aparılan mübarizə sonda ölkəyə hərbi müdaxilə ilə nəticələnmiş və Azərbaycan ərazisi həmin
dövlətlər arasında bölüşdürülmüşdür. Bu dövlətlərdən İran və Türkiyə arasında hərbi əməliyyatların gediçində
Azərbaycanın şəhər və kəndləri xaraba qoyulmuş, xalqın var-dövlətiqarət edilmiş və ölkə ağır vəziyyətə
salınmışdı.
Bəhs etdiyimiz dövrdə mühüm məsələlrdən biri də Azərbaycanda xanlıqların meydana gəlməsi, şimal-
şərqi Azərbacyan xanlıqlarının birləşdirilməsi, İran və Türkiyəyə münasibətləri, habelə birləşmə ərəfəsində
Quba xanlığının mövqeyidir.
Azərbaycan xanlıqlarının birləşdiriləsində cəsaprətlə mübarizə aparış qubalı Fətəli xanın fəaliyyəti
haqqında H.Abdullayevin iki əsəri (Абдуллаев Г. “Азербайджан в XVIII веке и взаимоотношения его с
Росиией”. Б.,1965; Абдуллаев Г. “Из истории Северо-восточного Азербайджана в 60-80-х годах XVIII
вв”. Б., 1958) nəzərə alınmazsa xüsusi tədqiqat əsərləri yoxdur. Onun fəaliyytəi haqqında ancaq bir neçə kiçik
məqalələr və kütləvi broşuralarla kifayətlənmişlər.