A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə21/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   17   18   19   20   21   22   23   24   ...   102
Çətənə [48] - kəndir (Cannabis Sativa) bitkisi. Bu bitkinin lifi də kətanın 

lifi  kimi,  əsasən  toxuculuqda  istifadə  edilmiĢdir.  Bu  oxĢar  bitkilər  arasında  da  bir 

yaxınlıq  vardır.  Bu  bitkinin  lifindən  təsərrüfatda,  toxumundan  isə  ərzaq  kimi 

istifadə edilmiĢdir. Bu bitki də Azərbaycanda qədimdən becərilmiĢdir. Orta əsrlərdə 

isə onun yayılma arealı daha da geniĢlənmiĢdir. Çətənə XIX əsrdə Quba qəzasının 

bir  sıra  kəndlərində  və  Yelizavetpol  quberniyasında  becərilmiĢdir  [49].  Çətənə 




 

 

203 



bitkisi  XX  əsrin  əvvəllərində  Zaqatala  dairəsində,  ġəki  və  Lənkəran  qəzalarında 

geniĢ yayılmıĢdı. 

Çətənə  toxumu  Ģum  edilmiĢ  sahəyə  martın  axırlarında  səpilir.  Toxum 

almaq istədikdə  onu  seyrək, lif almaq istədikdə  isə  nisbətən sıx  səpirlər. Suya  az 

tələbkarlığı olan çətənə bitkisi dağ yerlərində dəmyə, aran yerlərində suvarılma ilə 

becərilirdi [50]. 

Çətənə bitkisi 2,5-3,5 m-ə qədər boy atır. Becərilməsinə o qədər də əmək 

sərf edilməyən bu bitki sentyabr ayında yetiĢir. YetiĢmiĢ çətənə kökü ilə torpaqdan 

dartılıb çıxarılır. Çətənədən bağlanmıĢ dərzlər bir müddət qaldıqdan sonra nisbətən 

quruyur. Toxum almaq istədikdə isə xırmanda dərzin baĢı ağacla döyülür və belə-

liklə  də  toxumu  çıxarılır.  AlınmıĢ  toxum  yenidən  bir  qədər  qurudulduqdan  sonra 

münasib qablarda saxlanılır. 

Çətənə  bitkisinin  lifini  gövdədən  soymaq  (ayırmaq)  üçün  dərz  suya 

salınır. Dərz suda bir neçə gün qaldıqdan sonra çıxarılıb bir azca qurudulur. Sonra 

gövdəni əl ilə soyurlar. SoyulmuĢ lif kobud olduğundan onu ayaq dingində döyüb 

yumĢaldırdılar. AlınmıĢ zərif lif əl ilə və ya xüsusi alətlərlə eĢilir. 

Çətəninin toxumu yağlı olduğundan ondan ərzaq məhsulu istifadə edilirdi. 

Sacda  qovurulan  toxum,  qovurulmuĢ  buğdaya  qatılıb  çərəz  (qovurğa)  kimi 

yeyilirdi. Çətənənin lifindən sicim, ip, palaz, çuval, tor və s. hazırlanırdı. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin