A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə95/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   91   92   93   94   95   96   97   98   ...   102
 

 

 

 

 

 

TĠKMƏ SƏNƏTĠ 

 

Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca 



zəngin  və  rəngarəngdir.  Buraya  müxtəlif  növ  sap,  parça,  muncuq,  pilək  və  s.  bədii 

materiallar  daxildir.  Tikmə  sənətində  ən  çox  rəngli  ipək  saplar  iĢlədilir.  Lakin 

keçmiĢdə bu məqsədlə qızıl və gümüĢdən kəsilmiĢ incə tellərdən, ağac qabığı və fil 

sümüyündən hazırlanmıĢ lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daĢ-qaĢdan 

da geniĢ istifadə edilmiĢdir. 

Tikmə sənəti əsrlər boyu qadınların sevimli məĢğuliyyəti olmuĢdur. Yalnız xırda 

əmtəə  istehsalı  səviyyəsinə  yüksələndən  sonra  onunla  kiĢilər  də  məĢğul  olmağa 

baĢlamıĢdır. 

Azərbaycan tikmələri barədə məlumata IX-XI əsr ərəb müəlliflərinin [244] və 

klassik Ģairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik. 




 

 

471 



XIV-XVII əsr Təbriz miniatürlərində təsvir olunan personajların geyimində və 

bəzi  məiĢət  Ģeylərinin  üzərində  ornamental  təsvirli  tikmə  nümunələrinə  də  təsadüf 

olunur. 

XVI-XVII əsr Azərbaycan tikmə sənətinin bəzi nümunələri Moskva Dövlət 

Silah  Palatasında,  [245]  Moskva  ġərq  Xalqları  Muzeyində  [246]  və  baĢqa  yerlərdə 

mühafizə olunur. 

Orta  əsr  bədii  tikmə  sənətinin  istehsal  mərkəzləri  arasında  Təbriz,  Ərdəbil, 

Gəncə, ġamaxı və s. Ģəhərlər mühüm yer tuturdu. Təbrizdə XVI əsrdə Səfəvi Ģahlarının 

xüsusi  karxanaları  var  idi.  1530-cu  ildə  ġah  Təhmasibin  kənizlərindən  20  nəfərinə 

Təbrizdəki xüsusi toxuculuq karxanasında güləbətin tikmə öyrədilmiĢdi [247]. 

XVII əsrdə bədii parça istehsalının ġamaxı əhalisinin əsas peĢələrindən birinə 

çevrildiyini Avropa səyyahı Adam Oleari də xəbər verir [248]. 

XVIII-XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini itirir, güləbətin, pilək, 

zərənduz  və  s.  tikmə  növləri  tədricən  aradan  çıxmağa  baĢlayır.  Bunun  müqabilində 

təkəlduz  tikmə  ənənələri  hələ  də  davam  edirdi.  XIX  əsrin  birinci  rübündə  ġəkidə 

mahud parça üzərində müxtəlif rəngli ipək saplarla təkəlduz tikmə digər sənət növlərini 

kölgədə  qoymuĢdu.  Bu  zaman  burada  təkcə  yəhər  üzü  bəzəyən  22,  baĢmaq  üzü 

bəzəyən 50, püĢtü üzü tikən 16 dükan fəaliyyət göstərirdi [249]. 

PeĢəkar tikmə ustalarından baĢqa, həvəskar qadınlar da öz bacarıq və qabiliy-

yətlərini bu sənətdə sınamıĢlar. XIX əsrdə görkəmli Ģairə X. Natəvan bu sahədə xüsusi 

fəaliyyət  göstərmiĢdir.  X.Natəvanın  müasiri  Həsənbəy  YüzbaĢı  onun  əl  iĢlərini  belə 

səciyyələndirir: "Bunu nəinki adi bir insan, hətta ġərqin məĢhur rəssamlarından olan 

Mani və Behzad da yarada bilməzdi" [250]. 

XIX əsrdə tikmə ustaları qanovuz, mahud, məxmər üzərində iĢləyirdilər. Parça-

lar  əsasən  tünd  qırmızı,  qara,  yaĢıl,  sürməyi,  zoğalı  rəngdə  olurdu.  Çəhrayı  və 

bənövĢəyi  rəngli  məxmər  parçalardan  güləbətin  tikmə  üçün  "yerlik"  götürülürdü. 

Varlılar isə misqalı tirmə üzərində güləbətin sapla naxıĢ tökürdülər. 

XIX əsrdə Azərbaycan tikmə sənəti əsasən ġamaxı, Bakı, Naxçıvan, ġəki, 

ġuĢa  Ģəhərlərində  cəmləĢirdi.  Lənkəran,  Gəncə,  Qazax  Ģəhərlərində  tikmə  ilə 

qismən məĢğul olurdular. Hər Ģəhər, qəsəbə özünəməxsus tikmə dəst-xəttinə, bədii 

üslubuna malik idi. Lakin XIX əsrdə Azərbaycan bədii tikmə sənəti baĢlıca olaraq 

iki istiqamətdə: ġəkidə - qüllabduzluq, Bakı və ġamaxıda isə güləbətin tikmə üzrə 

inkiĢaf edirdi [251]. 

XIX  əsrdə  bədii  tikmənin  müxtəlif  növləri  ilə  evlərdə  kənd  və  Ģəhər 

qadınları,  dükanlarda  isə  kiĢilər  məĢğul  olurdu.  Təkəlduz  dükanlarında  peĢəkar 

ustalar  (tikməbəndlər)  yalnız  "təkəlduz‖la;  evlərdə  isə  qadınlar  bədii  tikmənin 

qalan növləri (güləbətin, xanduz, zərənduz, muncuq, pilək, oturtma, örtmə, cülmə 

və s.) ilə məĢğul olurdu. 

XIX  əsr  Azərbaycan  bədii  tikmələri  içərisində  təkəlduz  iĢi  xüsusi  yer 

tuturdu.  Təkəlduz  (burma  ilmə)  tikmə  orta  əsrlərdə  ġəkidə  geniĢ  yayılmıĢdı. 

Təkəlduz  tikmədən  naxıĢlar  "gözmə  və  ya  doldurma"  üsulu  ilə  icra  olunurdu. 



 

 

472 



Bəzən  bu  üsullar  birgə  tətbiq  edilirdi.  Təkəlduz  tikmə  üsulunda  qarmaq  və  ya 

"qüllab"  vasitəsilə  parçadan  xırda  dairəciklər,  halqalar  əmələ  gətirilirdi.  Bu  növ 

tikmə bəzən "qüllabduzluq" da adlanırdı. 

Təkəlduz tikmədə iki sadə alətdən - qasnaq və qarmaqdan (qüllab) istifadə 

edilir. Hər hansı bir məmulata naxıĢ saldıqda əvvəlcə parçanı qasnağa tarım çəkib 

onun  üzərinə  ikinci  bir  qasnağı  kip  otuzdururdular.  Sonra  parçanın  üzərinə  naxıĢ 

konturları  iynə  ilə  deĢilmiĢ  kağız  qoyub,  tabaĢir  tozu  ilə  naxıĢın  rəddini  məmulat 

və ya parçaya köçürürlər. 

Bu  əməliyyat  qurtardıqdan  sonra  usta  sağ  əli  ilə  sapı  üstdən  qarmağa 

iliĢdirib,  alta  verir  və  qasnağın  altından  sol  əli  ilə  sapı  çəkir.  Beləliklə,  alınan 

zəncirəbənzər  ilmələr  qeyd  olunan  istiqamətdə  gedir  və  müəyyən  olunmuĢ  naxıĢ 

kompozisiyasını əmələ gətirir. 

Güləbətin  tikmə  üsulu  ġamaxı,  ġuĢa  və  qismən  Naxçıvan  Ģəhərlərində 

inkiĢaf  etmiĢdi.  ġuĢa,  Gəncə,  Lənkəran  qəzalarında  da  güləbətinli  iĢləmələrə 

təsadüf edilirdi. 

Güləbətin  iĢləmə  hamar  və  qabarıq  olmaqla  iki  cür  hazırlanırdı. 

"Zəminduzi"  adlanan  hamar  tikmə  texnikası  ilə  məmulatı  bəzəmək  üçün 

düzbucaqlı  çərçivəyə  bənzər  taxta  kargah  (dəzgah)  və  iynədən  istifadə  edirlər. 

Müvafiq  parça  kargaha  tarım  çəkildikdən  sonra,  onun  üzərinə  kağızdan  kəsilmiĢ 

naxıĢ  motivləri-  (eskiz)  qoyub  əvvəlcə  adi  sapla,  sonra  isə  zərli  və  ya  gümüĢü 

(güləbətin) saplarla paralel surətdə bənd edilirdi. 

"Məlihəduz"  adlanan  qabarıq  tikmə  növü  "örtmə"  tikiĢ  üsulu  ilə  icra 

olunurdu. Burada saplar bir-birinin yanına paralel və çox sıx bəndlənir. Güləbətin 

tikmənin bu üsulu haĢiyə bəzəyində daha geniĢ tətbiq edilir. NaxıĢların parça üzərində 

bir qədər qabarıq çıxması üçün qalın sap və qaytandan da istifadə edirlər. 

Güləbətin tikmədə iĢlənən qızılı və gümüĢü tellər ya xalis halda, ya da ipək, 

yaxud  iplik  sapa sarınıb istifadə olunurdu.  Saplar  metal tellərin rənginə  uyğun  seçilirdi. 

Zəruri elastikliyi əldə etmək  məqsədilə, tellər  xüsusi  simkeĢlər tərəfindən  yüksək  əyarlı 

gümüĢdən hazırlanırdı. Qızıl tel almaq üçün gümüĢü qızıl suyuna salırdılar. Güləbətin 

tikmələrin  parlaqlığını,  naxıĢların  qabarıqlığını  artırmaq  məqsədilə  tünd  yerlikdən 

istifadə olunurdu. 

Müxtəlif rəngli xırda muncuqlarla bəzədilən muncuqlu tikmə növündən ġuĢa, 

Gəncə, ġamaxı və qismən Bakı Ģəhərlərində geyim, xırda məiĢət əĢyalının zinətində 

istifadə  edilirdi.  Muncuqlu  tikmə  məxmər,  qanovuz,  Ģal  və  qismən  kətan  parçalar 

üzərində iĢlənirdi. Ġstənilən bir naxıĢ motivini parça üzərinə keçirmək üçün ilk növbədə 

onun  ümumi  mühit  xətti  qeyd  edilir,  sonra  düzülmüĢ  hazır  saylı  muncuqları  götürüb, 

lazımi yerə bənd edirlər. Muncuqlar iki üsulla, ya təkbətək, ya da düzüm halında sıra 

ilə parça üzərinə bənd edilirdi. 

Pilək tikmə üsulu ilə taxça, buxarı, güzgü və bəzi məiĢət örtüklərinin və xırda 

əĢyaların,  məsələn,  araqçın,  yelpik,  pul  kisəsi,  tütün  kisəsi  və  s.  bəzəyində  tətbiq 

edilirdi (XXXV tablo). 



 

 

473 



 


 

 

474 



Pilək nazik, yastı və dairəvi formada əlvan metal lövhəciklərdən hazırlanırdı. 

Pilək  düzümləri  romb,  üçbucaq,  dairə  Ģəklində  müxtəlif  həndəsi  formalar  əmələ 

gətirirdi. Pilək məmulatı, adətən, iki cür: ya baĢdan-baĢa naxıĢ ünsürlərini doldurmaqla, 

ya da onları yalnız mühit xətləri üzərinə düzməklə hazırlanırdı. Pilək tikmə əsasən parça 

üzərində (Ģal, mahud) tətbiq edilirdi. 

Milli tikmələrin məhəlli növü olan xanduz baĢlıca olaraq Lənkəran bölgəsində 

geniĢ  yayılmıĢdı.  Xanduz  tikmə  üsulunda  iynə,  Ģəbəkəli  parça,  iki  ədəd  qasnaq  və 

müxtəlif rəngli ipək, iplik, yun sapdan istifadə olunur. ġəbəkəli parça çox vaxt tikici 

həvəskarların özləri tərəfindən hazırlanırdı. Bunun üçün kətan parçanın əriĢ-arğacı sayca 

təkəmseyrək  çıxarılıb  Ģəbəkə  halına  salınır.  Sonra  həmin  Ģəbəkəli  parça  vasitəsilə 

məmulat üzərində naxıĢ salınır. Bunun üçün usta əvvəl Ģəbəkəli parçanı qasnağa kip 

keçirilmiĢ məxmər, atlaz, ağ, kətan və s. növ parça üzərinə qoyur və əlində olan hazır 

naxıĢlı nümunəyə baxaraq rəngli saplarla say hesabı iĢləməyə baĢlayır. Tikici yeni ilmə 

əldə etmək istədikdə iynəni say üzrə Ģəbəkəli sapdan eninə və bir də uzununa götürür. 

Çox vaxt iynə Ģəbəkəyə çəpəki keçirilir. 

Örtmə üsulu ilə tikmə texnikası mürəkkəb quruluĢa malik kompozisiyalar qur-

maq,  real  üslubda  təsvirlər  əldə  etmək  məqsədilə  tətbiq  edilirdi.  Örtmə  üsulunda 

müxtəlif növ saplardan istifadə edilir və bu üsul müxtəlif növ parçalara (Ģal, mahud, 

ipək, kətan) tətbiq olunur. XIX əsr Azərbaycan bədii tikmə nümunələri arasında bir və 

ikiüzlü örtmə üsuluna rast gəlirik. Bu üsulla iriölçülü məiĢət əĢyaları bəzədilirdi. 

Oturtma bəzək üsulu ilə ağ və qara yunu bir-birinə oturdub müəyyən təsvir əldə 

edilmiĢdir. KeçmiĢdə saray çadırlarının əsas bəzəyində oturtma tikmə üsulundan geniĢ 

istifadə edirdilər. Oturtma əvvəllər keçə, dəri, sonralar müxtəlif rəngli parçaların kəsilib 

quraĢdırılması yolu ilə inkiĢaf etdirilmiĢdir. XIX əsrdə bu üsulla yüküzü, buxarı pərdəsi, 

süfrə, yaxud tapança qoburu, qılınc qını, yəhəraltı və s. əĢyalar bəzədilirdi. 

Azərbaycanın bədii tikmə növlərindən biri olan zərənduz (çaxma pilək) zər-

gərlik  sənəti  ilə  üzvi  surətdə  əlaqədar  olmuĢdur.  Zərənduz  tikmənin  təsvir  vasitələrini 

döymə  və  basma  (qəlibkarlıq)  üsulu  ilə  hazırlanmıĢ  müxtəlif  naxıĢ  formaları  təĢkil 

edirlər. Bu üsulla naxıĢ kompozisiyası metal lövhəcikləri müəyyən olunmuĢ naxıĢ sxemi 

üzrə  parçaya  bənd  etməklə  əldə  edilir.  Üzəri  qabarıq  naxıĢlı  metal  lövhəciklər  vəzn 

etibarilə bir qədər "ağır" olduğundan bu tikmə üsulu üçün məxmər, tirmə, xara və s. kimi 

ağır parçalar yerlik məqsədilə istifadə edilir. Belə tikməli əĢyalar məiĢətdə taxça, güzgü, 

buxarı,  yük  və  s.  örtüyü  kimi  istifadə  edilir.  XIX  əsrdə  zərənduz  tikmə  ilə  daha  çox 

ġəki,  ġamaxı  və  Lahıcda  məĢğul  olurmuĢlar.  Zərənduz  metal  lövhəcikləri  müxtəlif 

formalı  buta,  paxlava,  üçbucaq,  dördkünc,  dairə,  quĢ, balıq və s. Ģəklində hazırlanırdı. 

XIX  əsrdə  zərənduz  üsulunu  qadın  üst  paltarlarının  ətək  və  yaxalarına  qaytanla  bərabər 

tətbiq edirdilər. Buta, gülbuta, gülbənd və s. Ģəkilli  piləkləri  paltar  yaxasına  düzdükdə 

ona "düymə", "həbbaf‖ da deyilirdi. 

 

 

 




 

 

475 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin