A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə75/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   71   72   73   74   75   76   77   78   ...   102
Azərbaycanda pambıq bitkisinin becərilməsinə eramızdan xeyli əvvəl baĢlansa da, 

təsərrüfat  sahəsi  kimi,  onun  inkiĢafı  ilk  orta  əsrlərə  təsadüf  edir  [164].  VII  əsr  yazılı 

mənbələri  Albaniyada  külli  miqdarda  pambıq  becərildiyini  xəbər  verir  [165].  Lakin 

pambıqçılığın  daha  yüksək  inkiĢafı  və  bu  zəmin  əsasında  pambıq  parça  toxuculuğunun 

tərəqqisi ilk orta əsrlərə, xüsusilə onun inkiĢaf etmiĢ mərhələsinə təsadüf edir. 

Ənənəvi parça istehsalının ən qiymətli xammal növü ipək olmuĢdur. Azərbay-

canda ipəyin  meydana çıxması və əhalinin təsərrüfat  məiĢətində  möhkəm  yer tutması 

ölkənin orta əsr toxuculuğunda ciddi irəliləyiĢə səbəb olmuĢdur. 

Toxuculuq  sənətində  hələ  eramızdan  çox-çox  əvvəl  baĢlanmıĢ  bəsit  əmək 

bölgüsü  məhsuldar  qüvvələrin  sonrakı  inkiĢafı  və  yeni  xammal  növlərinin  meydana 

gəlməsi  ilə  əlaqədar  məmulat  növləri  üzrə  ixtisaslaĢma  prosesi  ilə  əvəz  olunmuĢdur. 

Toxuculuğun  ənənəvi  sahələri  daxilində  xammal  mənbələri  məhsul  növləri  üzrə 

ixtisaslaĢmanın  dərinləĢməsi  nəticəsində  toxuma  məmulatının  müxtəlif  çeĢidləri 

yaranmıĢdır. 

Hörmə texnikasının təkmilləĢməsi, xüsusilə burma və eşmə vərdiĢlərinin yaran-

ması əyriciliyin meydana gəlməsinə zəmin hazırlamıĢdır. 

Sucar sahələrdə yetiĢən lifli bitkilər (lığ, ziyəlığ, cil), elastik ağac çubuqları və 

siyrımı,  dənli  bitkilərin  küləĢi  hörmə  iĢinin  qədim  xammal  növü  olmaq  etibarilə  yaxın 

keçmiĢədək öz əhəmiyyətini itirməmiĢdi. Lığ və ya ziyəlığdan burub eĢmə üsulu ilə 

ciyə hazırlanması Lənkəran bölgəsində indi də qalmaqdadır. 

Həsir toxuculuğunda əriĢ üçün iĢlənən lığ eĢmə, (ciyə) ev məiĢətində geniĢ yayıl-

mıĢ ciyəbənd, zənbil, kövsərə, süfrə və s. üçün yastı ciyə məhz bu üsulla hazırlanırdı. 

Çubuqdan hörülən səbət, tərəcə salğar, aşsüzən və s. özünün təsərrüfat və 

məiĢət əhəmiyyətini əsrlər boyu saxlamıĢdır. 

EĢmə  və  burma  yolu  ilə  lifli  bitkilərdən  tələb  olunan  ölçüdə  ciyə 

hazırlamaqla bağlama, hörmə, tikmə, və toxuma üçün zəruri texniki keyfiyyətlərə malik 

istehsal materialı əldə edilirdi. 

EĢmə ciyənin icad olunması texniki cəhətdən əriĢ düzümünə malik bəsit toxııma 

əməliyyatına keçməyə imkan vermiĢdir. Bu isə öz növbəsində toxuma prosesi üçün 

zəruri  olan  əmək  alətlərinin,  xüsusilə  bəsit  toxuma  dəzgahının  yaranmasını  labüd 

etmiĢdi. 

Həsir  dəzgahlarının    şaquli  və  üfüqi  olmaqla  iki  əsas  tipi  zəmanəmizədək 

gəlib çatmıĢdır. 

Saya  həsir  toxuculuğunda  tətbiq  olunan  Ģaquli  dəzgah  növü  "dasko"  adı  ilə 



 

 

429 



Lənkəran bölgəsində hələ də qalmaqdadır. 3,5- 4 uzunluğunda bir cüt qoldan, onları 

birləĢdirən 1,5 uzunluğunda alt və üst oxdan, "si" adlanan döyəc taxtasından ibarət 

olan  dasko  (həsir  hanası)  bəsit  quruluĢa  malik  idi  (XXIX  tablo).  Xalça  hanasından 

fərqli  olaraq,  daskonun  alt  və  üst  oxlarını  sabit  saxlamaq  üçün  dəzgah  qollarının 

üzərində kərtmə üsulu ilə bir-birindən azacıq aralı yarıqlar açılırdı. 

Sabit dayanan alt oxdan fərqli olaraq, üst oxun mövqeyini dəyiĢdirmək məq-

sədilə qolların yuxarı baĢında biri digərindən 20-25 sm aralı olmaqla, 5 ədəd kərt yarığı 

açılırdı.  Toxunacaq  həsirin  ölçüsünə  müvafiq  olaraq  hər  dəfə  üst  oxun  yeri  həmin 

kərtlər üzrə dəyiĢdirilirdi. 

Dəzgahın  yeganə  mütəhərrik  hissəsi olan  döyəc  taxtası  ("si")  ciyə  vasitəsilə 

üst oxun uclarından asılırdı. ƏriĢ telləri dəzgahın oxları üzərinə düzülən zaman onların 

qabaq  tayları,  həmçinin,  döyəc  taxtasının  deĢiklərindən  keçirilirdi.  ƏriĢ  taylarının 

çarpazları  arasına  salınmıĢ  pizə  və  ya  daladan  ibarət  arğac  keçirmələri  məhz  döyəc 

taxtasının köməyi ilə bir-birinə sıxlaĢdırılırdı. 

Saya həsirdən fərqli olaraq, güllü həsir tipoloji cəhətdən yer hanasını xatır-

ladan üfüqi dəzgahda toxunurdu. 

Üfuqi həsir dəzgahı 4 ədəd mıxçadan, onların baĢ kərtinə köndələn vəziyyətdə 

bağlanmıĢ bir cüt "dolağac"dan və "paral" adlanan zərbə alətindən ibarət bəsit quruluĢa 

malik  idi.  Güllü  həsirin  çoxsaylı  əriĢ  düzümünə  müvafiq  olaraq  paralın  üzərində  45-ə 

qədər deĢik olurdu. 

Güllü həsir mürəkkəb toxuma texnikası əsasında, pizənin zərif növü olan "xuqə-

pizə"dən  toxunur.  Onun  əriĢ  tayları  dolağac  üzərinə  düzülərkən  eyni  zamanda  paral 

deĢiklərinin  hər  birindən  keçirilirdi.  Pizə  tayları  gah  sağdan,  gah  da  soldan  olmaqla 

müəyyən  qaydada  əriĢ  taylarının  arasından  keçirildikcə  paral  vasitəsilə  döyəclənib 

bərkidilirdi. 

Adətən,  güllü  həsirin ayaq və  baĢ hissəsi kətansayağı sadə toxuma texnikası 

ilə, yan haĢiyəsi isə "nəfsə" adlanan kənar əriĢlər üzrə "döndərmə" üsulu ilə toxunurdu. 

Gül,  bir  qayda  olaraq,  əriĢin  alt  və  üst  tayları  üzrə  pizə  dəstəsinin  çarpaz 

mövqeyini müəyyən qaydada dəyiĢdirmə üsulu ilə salınırdı. Bunun üçün naxıĢ növünün 

tələbinə uyğun olaraq pizə dəstəsi əriĢ taylarının gah birindən, gah ikisindən, gah da 

üçündən kcçirilirdi. Beləliklə, toxumanı əmələ gətirən çarpazların məsafəsi dəyiĢdikcə 

müvafiq  bəzək  ünsürü  yaranırdı.  Növbəti  pizə  dəstəsi  əks  tərəfdən  əriĢ  taylarının 

arasından keçirilərkən naxıĢın tələbinə uyğun olaraq yenə də alt və üst tayların sayı və 

beləliklə  də  çarpazların  yeri  dəyiĢdirilirdi.  Hər  dəfə  pizə  çarpazlarının  adda-budda 

vəziyyətini  dəyiĢdirməklə  həsir  üzərində  müxtəlif  həndəsi  görkəmə  malik  naxıĢlar 

əmələ gətirilirdi. Eyni  naxıĢ ünsürü bütün  həsir boyu ardıcıl  surətdə  təkrarlanmaqla, 

həsirin bu və ya digər bəzək-naxıĢ çeĢnisi əldə edilirdi. Lənkəran bölgəsində vaxtilə 

həsirin  hərəmi  (baĢ  hərəmi,  qoĢa  hərəmi),  nəlbəki  gülü,  zərəni  gülü,  doğanaq  (əyri 



doğanaq,  girdə  doğanaq),  şanagül,  girdəgül,  nevincənə,  cınağı,  məcməyi,  teşti, 

dəvəboynu,  pişkəçanq,  kitbəsəkit  (saya),  kəşli,  ənzəli,  ağnaxış  və  b.  çeĢniləri  dəbdə 

olmuĢdur. 




 

 

430 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin