ARIÇILIQ
Arıçılıq qədim zamanlardan azərbaycanlıların təsərrüfat həyatında və
məiĢətində müəyyən yer tutmuĢdur. Azərbaycanın əlveriĢli coğrafi mövqeyi, nisbətən
mülayim iqlimi, zəngin bitki aləmi burada arıçılığın meydana gəlməsi və inkiĢafı üçün
lazımi zəmin yaratmıĢdır. Bu sahə Azərbaycanın dağ və dağətəyi rayonlarında,
xüsusilə alp çəmənlikləri və meĢə ilə zəngin ərazilərində daha çox inkiĢaf etmiĢdir.
Aparılan axtarıĢlar nəticəsində müəyyən edilmiĢdir ki, respublikamızda 125 fəsiləyə
mənsub 4100-dən çox bitki növü vardır. Qafqaz florasının təqribən 66 faizi
Azərbaycanın payına düĢür [64].
Zəngin floraya malik respublikamızda 600-dən çox ballı bitki növü olduğu müəy-
yən edilmiĢdir. Bu tərkibə hələ yem otları, meyvə ağacları, bostan bitkiləri, bəzək
ağacları və kolları, pambıq, bir sıra baĢqa kənd təsərrüfatı bitkiləri daxil edilmə-
miĢdir. Quba-Xaçmaz, ġəki-Zaqatala, Lənkəran-Astara, ġirvanın dağ və dağətəyi
bölgələri, Qarabağ, Naxçıvan və Kəlbəcər arıçılığın qədim mərkəzləridir.
Arıçılıq öz inkiĢaf prosesində bal və mum toplanması, həmçinin vəhĢi (çöl) arı
ovundan baĢlayaraq, meĢə arıçılığı və ev arıçılığınadək üç mərhələ keçirmiĢdir.
Mərhələdən-mərhələyə arıçılıq yüksək səviyyəyə qalxmıĢ, yerli əhalinin təsərrüfat
məiĢətində möhkəm yer tutmuĢdur.
Azərbaycanda arıçılığın qədim forması olan bal və mum toplanması XX əsrin
əvvəllərinədək mövcud olmuĢdur. Etnoqrafik materiallardan aydın olur ki, Azərbaycanın
314
meĢələrindəki ağac koğuĢlarında, qayalarda, mağaralarda çoxlu arı olmuĢ, ayrı-ayrı
Ģəxslər müxtəlif üsul və vasitələrlə bal və mum toplanmasını özlərinə peĢə etmiĢdilər.
Bu qədim formanın hələ ibtidai icma quruluĢu dövründə məlum olduğunu ehtimal
etmək olar. Balın kəsilməsinin baĢlanması arıçıların sevincinə səbəb olurdu. Bu
münasibətlə Ģadlıq edirdilər. Adətə görə indi də bal kəsilən gün arıçının evinə qohum-
qonĢular dəvət edilir, arısı olmayanlara pay göndərilir. Bu adət arıçılığın qədim
formasının ibtidai icma quruluĢunun qalığı olduğunu göstərir. Azərbaycanda mənĢəcə
arıçılıqla bağlı coğrafi adları (Ballıqaya, Balçılı, Arıtəpə, Arıqaya, Arıxana, Arıdamı,
Arıqıran və s.) olması da bu ərazidə arıçılığın qədimliyini sübut edir. Öz
toponimikasında arıçılığın qalıqlarını saxlayan, yaxınlığında çoxlu arı məskən salmıĢ
qayalar olan Balçılı adlı yer Tunc dövrünə aid edilir. Bu materiallar qədim zamanlardan,
məhdud da olsa, bal və mum əldə edildiyini söyləməyə əsas verir. Qədim
azərbaycanlılar arasında yayılmıĢ bal və mum əldə edilməsinin bu ilkin forması
nağıllarda, əfsanələrdə və digər Ģifahi xalq yaradıcılığı nümunələrində də öz əksini
tapmıĢdır.
XX əsrin 20-ci illərində Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında olmuĢ
görkəmli etnoqraf Ə.K.Ələkbərovun yazdığına görə, bu yerlərdə arı "ovlamaq" üçün
əlçatmaz qayalardakı xüsusi yerlərdə (bəndərgələrdə) boĢ pətəklor qoyulurdu. Arıları
cəlb etmək üçün bu pətəklərə içəri tərəfdən ətirli ot və çiçəklərdən hazırlanmıĢ xüsusi
məlhəm sürtürdülər. Beçəni ovlayan adam onun tam sahibi hesab olunurdu [65].
315
Xüsusi mülkiyyətin yaranması və inkiĢafı ilə əlaqədar arı ovçusu, yaxud kəndli
meĢədə arıların məskən saldığı ağac koğuĢlarından təkbaĢına istifadə etmək hüququna
malik olurdu. AĢkar etdikləri koğuĢları xüsusi iĢarə - damğa ilə damğalayır və ya
kərtmə niĢan qoyur, bununla da həmin arıların müəyyən adama məxsus olduğunu
bildirirdilər. Heç kəs bu arını "zəbt" etməyə cürət etməzdi. Belə ki, mövcud əqidəyə
görə arı "müqəddəsdir", o "haram götürmür", onu oğurlamaq olmaz, əks təqdirdə o
qırılar.
Əhalinin arı məhsullarına tələbatının artması süni pətəklərin yaranmasına və
onların yaĢayıĢ məskənləri ətrafında bir yerə toplanmasına gətirib çıxarmıĢdı. Beləliklə,
əsl arıçılıq təsərrüfatı yaranmıĢdı. Azərbaycanda ənənəvi arıçılığın geniĢ yayılmıĢ forması
olan ev arıçılığı yerli əhaliyə hələ e.ə. I minillikdən məlum idi. Arxeoloji
materialların təhlili, xüsusilə mum qəliblər vasitəsilə metal əĢyaların hazırlanma
texnikası arıçılığın əhəmiyyətini təsdiq edir. Azərbaycan ərazisində e.ə. III—II
minilliklərdə arı mumundan sənətkarlığın müxtəlif sahələrində istifadə olunmuĢdur [66].
Ġnsan və heyvan fiqurları, Ģəbəkəli xəncər baĢları, bəzək Ģeyləri, möhürlər və s. mum
316
qəliblər vasitəsilə hazırlanırdı.
Qazax rayonunda Sarıtəpə adlı yaĢayıĢ yerindən tapılmıĢ qabın içərisindən sarı
rəngli məhlul - bal da aĢkar edilmiĢdir [67]. Bu tapıntı Azərbaycan ərazisində hələ e.ə. I
minilliyin əvvəllərində arı bəslənməsini və müəyyən səviyyədə inkiĢaf etməsini
göstərir.
E.ə. V əsrdə yaĢamıĢ yunan tarixçisi Herodot yazır ki, Qafqazda yerli əhali səbət
və gil qablarda arı saxlayırlar. Azərbaycan ərazisində arıçılıq haqqında məlumata
yunan coğrafiyaĢünası Strabonun əsərində də rast gəlirik. Onun yazdığına görə qədim
Azərbaycanın ġakaĢena və Matiyena vilayətlərinin meĢələrindəki ağac koğuĢlarında
arılar məskən salır, balı da yarpaqlardan süzülür [68]. Ehtimal ki, yerli əhali bu balı
toplamıĢ, ondan həm qida, həm də müalicə vasitəsi kimi istifadə etmiĢdir.
Göründüyü kimi, arıçılıq Azərbaycanda hələ qədim zamanlardan baĢlayaraq,
əlveriĢli təbii Ģəraitdə, əhalinin təcrübə və empirik biliyi sayəsində inkiĢaf etmiĢ,
əsrdən-əsrə, nəsildən-nəslə çatmıĢ, məiĢətdə əhəmiyyətli rol oynamıĢdır.
Orta əsrlərdə arıçılıq əhalinin məiĢət və iqtisadiyyatında mühüm əhəmiyyət
kəsb etmiĢ, qonĢu ölkələrlə ticarətdə bal və mum mühüm yer tutmuĢdur.
Mənbələrdə XIII-XV əsrlərdə Azərbaycanda arıçılığın inkiĢafı xüsusi.qeyd edilir.
RəĢidəddinin (XIII əsr) məktublarından məlum olur ki, PiĢkin vilayətindən ona bal
göndərilirmiĢ. RəĢidəddin ġeyx Səfiəddin Ərdəbiliyə göndərdiyi məktubda yazırdı ki, o,
xanəgah üçün digər məhsullarla yanaĢı, 100 manatlıq (300 kq) PiĢkin balı ayırmıĢdır.
317
Həmin xanəgah üçün Təbrizdəki Ģəxsi anbardan da 500 manatlıq (1500 kq) bal
ayrılmıĢdı [69].
Orta əsrlərdə arıçılıqla məĢğul olan kəndli ailələri Ģəxsi istifadələri və
qismən də bazar üçün baldan müxtəlif növ mürəbbə və Ģirniyyat məhsulları
hazırlayırdılar [70]. XVII-XVIII əsrlərdə Azərbaycanda olmuĢ Avropa səyyahları
burada "yüksək keyfiyyətli yerli baldan geniĢ istifadə edilməsi, ondan müxtəlif növ
Ģirniyyat məhsulları hazırlanması barədə məlumat verirlər [71].
Arıçılığın inkiĢafı təsərrüfatın bu sahəsinə vergi təyin edilməsi ilə
nəticələnmiĢdi. Orta əsrlərdə arı saxlayan kəndlilərdən ildə hər pətəkdən 12 axça
gümüĢ pul alınırdı. Xanlıqlar dövründə kəndlilərdən "arı pulu" vergisi toplanırdı
[72]. Bəzi yerlərdə vergi balla ödənilirdi.
XIX əsrin əvvəllərində Cənubi Qafqazda ən böyük arıçılıq təsərrüfatı
hesab olunan Quba qəzasında 15000 arı ailəsi vardı. Bu dövrdə Gəncə qəzasında
3000-dən çox, Ordubad qəzasında 3500, ġirvanda 3000 arı pətəyi mövcud idi [73].
Arıçılıqdan alınan gəlirin az, yaxud çox olması təbii Ģəraitdən və arıları
düzgün saxlamaqdan, onlara səmərəli qulluq etməkdən asılı idi. XIX əsrin 30-cu
illərində Ordubad Ģəhərində 470 pətək saxlanılırdı. Hər pətəkdən iki batman bal,
bir batman (8 kq) mum alınırdı. Məlumata görə burada bir batman balın qiyməti 1
man 20 qəpikdən 2 manata qədər gümüĢ pula idi.
319
Qazax qəzasında arıçının 100 pətəyə 3 il ərzində sərf etdiyi xərc 570
manat, ondan alınan gəlir isə 990 man 75 qəpik olmuĢdur [74]. Lənkəran qəzasında
bir arıçı 5 il (1908-1913) ərzində 1618 manatlıq 129 pud bal əldə etmiĢ, bu illər
ərzində 70 manatlıq mum satmıĢdır [75]. Həmin kəndlinin arıların alınmasına və
arıçılıq ləvazimatına sərf etdiyi xərc isə 402 manat olmuĢdur. Beləliklə, bu kəndli
1286 manat gəlir əldə etmiĢdir.
Balın bir hissəsi xaricə, əsas etibarilə Türkiyəyə, Ġrana, mum isə
Rusiyanın daxili quberniyalarına göndərilirdi. Statistik məlumata görə,
Azərbaycandan xaricə və Rusiyanın daxili quberniyalarına bal əsasən Ağstafa
(1,171 pud) və Sabunçu (780 pud) stansiyalarından göndərilirdi [76].
Azərbaycanda arıçılığa dair biliklərin yayılmasında H.Zərdabinin böyük
xidməti olmuĢdur. O, arıçılığın kəndli təsərrüfatında çox xeyirli sahələrdən biri
olduğunu qeyd edir. Arıların həyat tərzindən, çoxalıb artmasından, qiymətli
məhsullar hazırlanmasından maraqlı faktlar və misallar gətirərək bal arılarının
saxlanması qaydalarından, arı xəstəliklərinə qarĢı mübarizə üsullarından ətraflı
söhbət açır, avropalıların arı bəsləmək üsullarını təqdir edirdi. H.Zərdabi balın
keyfiyyət məsələsi üzərində də dayanır, gül-çiçəklərdən bal hazırlayan zəhmətkeĢ
və xeyirxah arılara qayğı ilə qulluq etməyin vacibliyini göstərirdi [77].
Mənbələrdən aydın olur ki, Azərbaycan balı Praqada, Parisdə də böyük
Ģöhrət qazanıb. Hər il Tiflis bazarlarında minlərlə pud bal və mum satılırdı.
Azərbaycan balının uzaq ölkələrə aparılmasına, Ģübhəsiz ki, onun yüksək
keyfiyyəti səbəb olmuĢdur. Bu keyfiyyətli, ətirli balı Azərbaycanda geniĢ yayılmıĢ
Qabaqtəpə arısından alırdılar [78].
Qafqaz arıçılığı üzrə görkəmli mütəxəssislər belə hesab etmiĢlər ki,
Azərbaycanın yerli Qabaqtəpə arısı xarici görünüĢü, bioloji xüsusiyyətləri və bir
sıra əlamətlərinə görə boz dağ Qafqaz arısı ilə eynidir.
Qabaqtəpə arısı Azərbaycanın DaĢkəsən rayonundan baĢqa, Kəlbəcər,
ġəmkir, Xanlar rayonlarında, həmçinin Qarabağ və ġəki-Zaqatala zonalarında,
Ġsmayıllı, Qonaqkənd və s. yerlərdə yayılmıĢdır. Bu arılar meĢəli dağların üst
zonalarında və yüksək dağ çəmənliklərində məskən salırlar.
Mütəxəssislərin Qabaqtəpə arısı üzərində apardığı təcrübə göstərmiĢdir ki,
dağ Ģəraitində bəslənilən arılar yaxĢı inkiĢaf edir, bir sıra mühüm xüsusiyyətləri ilə
baĢqa arılardan fərqlənir. Akad. A.A.Qrossheym yazır ki: "Qabaqtəpə arıları bir
sıra üstünlüklərə malikdir. Bu arılar ġimal arılarına nisbətən 10-11 faiz ağır,
dözümlü, çevik və çox cəfakeĢdirlər. Onlar daha həssas və uzağa uçandırlar. Bu
səbəblərə görə Qabaqtəpə arıları baĢqa arılara nisbətən çox məhsuldardır" [79].
Qeyd etmək lazımdır ki, dağ Ģəraiti bu arılarda yüksək uçuĢ qüvvəsi
inkiĢaf etdirmiĢ, onların çalıĢqanlığı, iĢgüzarlığı, məhsuldarlığı üçün Ģərait
yaratmıĢdır. Etnoqrafik və ədəbiyyat materialları da Qabaqtəpə arısının bu
xüsusiyyətini izləməyə imkan verir. Arı saxlayan kəndlilər deyirlər ki, pis hava
Ģəraitində belə Qabaqtəpə arısı su və Ģirə dalınca cəsarətlə uçur. Qabaqtəpə arısı
320
baĢqa arılara (Ġtaliya, ġimal və s.) nisbətən əməksevərlik və məhsuldarlığına görə
üstündür.
Qocaman arıçı Ə.Rəsulov yazırdı ki, yalnız bizim Ģəraitimizdə deyil,
baĢqa ölkələrdə də (məs, Amerikada) aparılmıĢ tədqiqat boz dağ Qafqaz arısının
Ġtaliya arısından 70 faiz artıq bal verdiyini göstərmiĢdir [80]. Qabaqtəpə arısı
təxminən səhər saat 3-4-ün yarısında, Ġtaliya arıları 4-5-in yarısında, Orta Rusiya
arıları isə saat 6-da iĢə baĢlayır. Qabaqtəpə arısı iĢini hava tamam qaraldıqda (aylı
gecələrdə gecə yarısınadək), Ġtaliya arıları axĢam saat 9-un yarısı -9-da, ġimal
arıları isə 8-9-un yarısında qurtarır. Nəticədə ġimal arıları 19 kq, Ġtaliya arıları 41
kq, Qabaqtəpə arıları 52 kq bal verir[81].
ġahdağ dəniz səthindən 2000 m yüksəklikdə olub, sərt iqlim Ģəraiti ilə
səciyyələnir. Burada qıĢ uzun sürür, bu müddətdə çoxlu qar yağır, -15°, -18°-yə
çatan Ģaxtalar olur. Dağlıq yerlərdə olduğu kimi, Qabaqtəpədə də havanın tem-
peraturu gündə bir neçə dəfə dəyiĢir; yazda günəĢli gündüzdən sonra soyuq gecə gəlir.
Qabaqtəpə arısı belə sərt iqlim Ģəraitinə tam uyğunlaĢmıĢdır. Sakit, zəhmətsevər soyuğa və
xəstəliyə dözümlü, habelə məhsuldarlığı ilə diqqəti cəlb edən Qabaqtəpə arısı haqlı
olaraq mütəxəssislər arasında "qızıl arı" adlanır. XIX əsrin sonlarından baĢlayaraq
Qabaqtəpə arısı ilə nəinki Rusiyada, həmçinin xarici ölkələrdə də maraqlanmağa
baĢladılar. Qabaqtəpə arısı Rusiyanın Ģimalına, habelə Avropa ölkələrinə, Amerikaya
aparılırdı. VaĢinqton əkinçilik departamentinin arıçılıq Ģöbəsinə rəhbərlik edən doktor
Frenk Benton 1905-ci ildə Qafqaza gələrkən Qabaqtəpəyə aparılmasını xahiĢ etmiĢdi.
Qabaqtəpədə Amerika alimi yerli arı cinsinin bioloji və təsərrüfat xüsusiyyətlərini yüksək
321
qiymətləndirmiĢ və buradan 10 arı ailəsi alıb Amerikaya aparmıĢdı [82].
Azərbaycan ərazisində yayılmıĢ Sarı Ġran və ya Lənkəran arısı da qədim arı
cinsinə mənsubdur. Adından da göründüyü kimi, bu arı tünd sarı-qızılı rəngdə olub, bədəni
sarı zolaqlarla örtülüdür. Bu arı, əsasən respublikamızın Lənkəran-Astara bölgəsində,
həmçinin Yardımlı, Lerik, Cəbrayıl, Zəngilan rayonlarında yayılmıĢdır.
Avropada Lənkəran arısı adı ilə tanınan bu arılar haqqında ilk məlumatı hələ
XIX əsrin əvvəllərində məĢhur rus təbiətĢünası Pallas verərək onu xüsusi arı cinsi kimi
təsvir etmiĢdir [83].
Subtropik iqlim Ģəraitinə uyğunlaĢan Lənkəran arısı özünəməxsus əlamətlərə
malikdir. Bu arı ailəsində ana arının tez yetiĢməsi xarakterik cəhətdir. Bu növ arılar
Qabaqtəpə və Orta Rusiya arılarından çox beçə verməsi ilə fərqlənir. Hələ XIX əsrin sonu,
XX əsrin əvvəllərində Lənkəran arıçıları mütərəqqi üsullardan istifadə edərək bu arı
cinsindən keyfiyyətli, ətirli bal və mum ala bilmiĢdilər. Məhz buna görə 1910-cu ildə
Tiflisdə açılan arıçılıq sərgisində PiriĢib kəndinin bir arıçısı kiçik gümüĢ medalla təltif
edilmiĢdi [84].
Təcrübəli arıçılar arıçılığın inkiĢafı üçün hansı arı cinsinin saxlanılmasına böyük
əhəmiyyət verirdilər. El arasında söylənilən "bir dolu sağlam pətək, yüz yarımçıq pətəkdən
yaxĢıdır" məsəli də bununla əlaqədardır.
322
Etnoqrafik
müĢahidələrdən
görünür
ki,
arıçılar
arı
cinslərinin
yaxĢılaĢdırılmasındə də zəngin təcrübə toplamıĢlar. Arı cinsinin yaxĢılaĢdırılması üçün,
hər Ģeydən əvvəl, arıların seçilməsi və çarpazlaĢması iĢinin düzgün təĢkili xüsusi əhəmiyyət
kəsb edir. Arıçılar damazlıq arıları seçərkən onların əcdadına ciddi fikir verirdilər. Əgər
seçilmiĢ arının nəsli yüksək məhsuldarlığa malik olubsa, ondan əmələ gələn arıdan da
yüksək məhsul əldə edilirdi.
Arıların saxlanması və onlara qulluq edilməsində arıçıların zəngin empirik təc-
rübəsi olmuĢdur. Əvvəllər Azərbaycanda arı cinslərinin yaxĢılaĢdırılması və arıçılıqda
mütərəqqi metodların həyata keçirilməsi sahəsində sistemli iĢ görülmürdü. Lakin bununla
belə, arı saxlayan kəndlilər arının "dilini" yaxĢı bilmiĢ, arıçılıqdan baĢ çıxarmıĢ, ballı
bitkilər, arı xəstəlikləri və ziyanvericilər haqqında məlumatlı olmuĢlar. XIX əsrin sonu,
XX əsrin əvvəllərində Qafqaz Ġpəkçilik Stansiyasının Nuxa Ģöbəsinin iĢçiləri Nuxa
qəzasında, habelə ətraf rayonlarda təcrübəli arıçı mütəxəssislərdən Əhməd
Rəsulov, Məmmədəli Xəlifəzadə, Əsəbəli Ələkbərov, Əbdürrəhman Əfəndiyev,
Hacı Vədüd Hacızadə və baĢqaları ilə birlikdə geniĢ iĢ aparmıĢ, arı xəstəliklərinə,
xüsusilə çürüməyə qarĢı mübarizədə xeyli tədbir görmüĢdülər. Həm də onlar
təsərrüfatın bu sahəsinə dair elmi məsələlərlə də maraqlanmıĢlar. Hətta 1912-ci
ildə "Ramkalı Dadan üsulu ilə qayrılan təknədə arını nə cür bəsləmək lazımdır"
323
kitabı nəĢr edilmiĢdir. Bu kitab arılara düzgün qulluq etməyə dair biliyin yayılma-
sında yerli arıçılar üçün elmi-praktiki vəsait olmuĢdur.
Arı saxlamaq qaydalarının düzgün təĢkili, arıxanaların quruluĢu, pətək
növləri, arıların bal ehtiyatı olan sahələrə köçürülməsi, arı ailələrinin qıĢ tədarükü
qayğıları, arı xəstəliklərinə qarĢı xalq üsulu ilə müalicə tədbirləri, beçətutma və s.
sahələrdə kəndlilərin qazandıqları ənənəvi təcrübə arıçılıq təsərrüfatının
inkiĢafında mühüm rol oynamıĢdır.
Arıların saxlanması, onlara qulluq edilməsi, Ģübhəsiz ki, pətək (arıların
yaĢadığı və bal topladığı yer) növlərindən çox asılıdır. Pətəklərin növü və formaları
əsasən, təbii Ģəraitin amillərindən, əhalinin təsərrüfat məiĢətindən, yerli adət-
ənənələrdən, həmçinin bu və ya digər arıçının bilik və bacarıq qabiliyyətindən asılı
idi.
Etnoqrafik materiallardan aydın olur ki, Azərbaycanın meĢə zonalarında
arı saxlamaq üçün ta qədim zamanlardan ən xarakterik pətək növü god olmuĢdur.
Belə pətək növləri ibtidai arı məskənini - ağac koğuĢunu xatırladır. Məhz buna
görə god pətəyin ilk forması hesab edilir. Godu, əsasən, qoz, cökə, fıstıq
ağaclarından hazırlayırdılar. Ayrı-ayrı zonalarda isə bəzi yerli ağac növlərindən
(məs: Lənkəranda qızılağac, palıd) də istifadə edilirdi.
Godu düzəltmək üçün diametri 50-70 sm olan ağac gövdəsinin içərisi
silindr Ģəklində oyulur, sonra hər iki baĢdan taxta ilə bağlanır. Bu qapaqlar pətəyə
taxta payacıqlarla bərkidilir. Pətəyin yuxarı hissəsində onları saxlamaqdan ötrü
dayaqcıqlar düzəldilirdi. Arıçılar pətəkləri odun parçası və yaxud yastı daĢın üzərinə
qoyur, yağıĢ, qar düĢməsin deyə onların üstünü ağac qabığı və ya samanla örtürdülər.
Arıların qədim yaĢayıĢ məskəni sayılan godun Azərbaycanda iki forması xarakterikdir:
dik god, yatıq ğod [85]. Xanlar DaĢkəsən bölgəsində, Qazax, Qarabağ, Naxçıvan,
Kəlbəcər, Gədəbəy və Laçında godun dik forması yayılmıĢdır. Azərbaycanın
Lənkəran-Astara bölgəsində arıçılar yatıq goddan istifadə etmiĢlər.
Hazırlanması xərc tələb etməyən bu sadə quruluĢlu pətəklərin əsas xarakterik
xüsusiyyəti - yüngül olması və lazım gəldikdə onların bir yerdən baĢqa yerə
asanlıqla köçürülə bilməsidir. Lakin bu pətəklərin çatıĢmayan cəhətləri də vardır.
Belə ki, arıçı arı ailəsinin həyatına, demək olar ki, müdaxilə etmir, bal dolmuĢ Ģanları
çıxarıb onları yenilərilə əvəz edə bilmirdi. Bu pətək növündən Cənubi Qafqazın
müxtəlif yerlərində - Gürcüstanın Svaneti, Qori rayonlarında, Qara dəniz sahili
yaĢayıĢ məntəqələrində, və s. yerlərdə də istifadə olunurdu.
GeniĢ yayılmıĢ pətək növlərindən biri də səbətdir. Hələ 5-6 min il bundan
əvvəl isti, quraqlıq ölkələrdə arıları yerləĢdirmək üçün müasir səbət tipli pətəklər
düzəltmiĢlər. Arxeoloji qazıntılar zamanı səbət pətəklərin e.ə. III-II minilliklərdə
düzəldilmiĢ bəzi nümunələri ġərq ölkələrində tapılmıĢdır [86]. Arıların səbət pətək-
lərdə saxlanılması qaydasının Azərbaycanda çox qədim tarixi vardır. Etnoqrafik
materiallardan aydın olur ki, toxunma səbət pətəklər indi də Azərbaycanın bir çox
rayonunda qalmıĢdır. Səbəti toxumaq üçün müəyyən ölçüdə sini götürür, bunun dövrəsi
324
boyu yerə iki, uclu çubuq basdırır, sonra isə adi qayda üzrə 20-25 sm hündürlüyündə
silindr formasında hörürdülər. Çubuqların tez çürüməməsi, həmçinin içərisindəki
arıları soyuqdan qorumaq üçün səbətin xarici səthi palçıqla suvanır. Godlarda olduğu
kimi, səbətlərin ortasına da arıların Ģan düzəltməsi və bal Ģanını saxlamaq məqsədilə tel,
yaxud bir-birinə çarpaz iki çubuq keçirirlər. Arının gümralılığından və qüvvəsindən
asılı olaraq, həmçinin məhsulun bol vaxtı 2, 3, bəzən 4 səbət toxunub bir-birinin
üstünə qoyulur və palçıqla birləĢdirilirdi. Səbətin aĢağı hissəsində arıların girib-
çıxması üçün "baca" açırdılar. Buna səbətin "gözü" deyilirdi. Səbətin üstünə və altına
saxsı xeyrə qoyurdular. Arıçıların dediyinə görə, xeyrə səbəti sərin saxlayır, günəĢ
Ģüaları ona təsir edib balı əritmir.
325
Səbət pətəklər həm dik, həm də yatıq Ģəkildə iĢlədilirdi. Adətən, səbətlər
torpaq və ya kirəmit damlı talvar altında (bu talvarlar pətəkləri həm günəĢin yandırıcı
Ģüalarından, həm də yağıĢdan qoruyur) bir-birinin üstünə, yaxud da taxta üzərində sıra
ilə düzülürdü. Səbət pətəklər Quba, ġamaxı, Ġsmayıllı, DaĢkəsən, Kəlbəcər,
rayonlarında, habelə Qarabağda nəsildən-nəslə keçərək bu günədək qalmıĢdır.
Azərbaycan ərazisində təknə pətəklərdən də istifadə edilmiĢdir. Sadə üsulla
hazırlanan belə pətəkləri düzəltməkdən ötrü diametri 40-60 sm, uzunluğu 1-2,2 m
(bəzən 1,5 m) quru cökə, qızılağac, qovaq ağaclarının kötüyü uzununa yarılaraq iki
hissəyə ayrılır. Sonra hər hissənin içərisi ayrılıqda uzunsov təknə Ģəklində oyulur
(yonulur), alınmıĢ təknələri ağız-ağıza qoyur, qapaqların arasında, tən ortada iki baca
(göz) açırdılar. Təknənin içərisinə Ģanları saxlamaq üçün çarpaz Ģəkildə iki çubuq
vurulur (ġəki-Zaqatala bölgəsində buna "biz" də deyilir). Bu cür pətəkləri yaĢayıĢ
evlərinin ətrafında, həyətyanı bağda yerləĢdirirdilər. Pətəyə ziyanvericilərin zərər
verməməsi, habelə pətəklərin nəm çəkib çürüməməsi üçün onları yerdən 10-15 sm
hündürlükdə, daĢ və ya kötüyün üstünə qoyurdular. Təknəni yağıĢ, Ģaxta və küləkdən
qorumaq üçün üzərini ağac qabığı, keçə və s. ilə örtürdülər. Təknədə arı saxlamaq god
və səbətdə saxlamaq qaydasından fərqlənir. Belə ki, arıçılar bu pətəyi istədiyi vaxt
açıb arıları yoxlaya bilir, lazım gəldikdə müəyyən tədbirlər görür və arılar üçün
əlveriĢli Ģərait yaradırdılar. Belə pətək növü arıçılığın yüksək inkiĢaf mərhələsinə uyğun
gəlir. Təknələr pətək növü kimi, Azərbaycanda, əsasən ġəki-Zaqatala bölgəsində geniĢ
yayılmıĢdır. Etnoqrafik müĢahidələrə əsasən, qeyd etmək olar ki, təknələr quruluĢ, forma,
həmçinin istifadə edilmə qaydalarına görə, Cənubi Qafqazın bir sıra dağ və dağətəyi
yerləri üçün eynilik təĢkil edir. N.N.ġavrov kötük təknəni Cənubi Qafqazda yerli
əhalinin daha çox iĢlətdiyi "Qafqaz pətəyi" adlandırmıĢdır.
Ağac qabığından hazırlanmıĢ silindrik pətəklər isə Lənkəran - Astara bölgəsi
üçün daha xarakterik sayılmaqla tipik arı pətəyi hesab olunur. Belə pətəkləri düzəltmək
üçün təqribən bir arĢın uzunluqda ağac qabığını diametri 4-5 verĢok (uzunluq ölçü
vahidi olub 4,4 sm-ə bərabər idi) olan silindr Ģəklində bururlar. Ağac qabığından alınmıĢ
bu borunun hər iki baĢına taxta diblik bərkidirdilər. Ġçəriyə hava və rütubət keçməsin
deyə, bəzən ağac qabığının xarici tərəfinə suvaq çəkirdilər. Dibliklərdən birində uçuĢ-
iĢlək bacası açırdılar. Bu pətəkləri ağac altına qoyur, sadə çəpərlə dövrəyə alırdılar.
Pətəklərin altına sal daĢ və ya kötük parçasından dayaq verir, üstünü isə yayın istisindən
və qıĢın Ģaxtasından qorumaq məqsədilə əlavə ağac qabığı, yaxud samanla örtürdülər. Bu
cür pətəklərdən Azərbaycanın dağ rayonlarında da istifadə etmiĢlər.
XIX əsrdə təsərrüfatın baĢqa sahələrində olduğu kimi, arıçılıqda da əhəmiyyətli
dəyiĢikliklər baĢ vermiĢdi. Bu dəyiĢiklik, hər Ģeydən əvvəl, özünü çərçivəli pətəklərin
qurulmasında göstərdi. Çərçivəli pətəklərdə arı yuvasını nəzərdən keçirmək, bal
dolmuĢ Ģanları çıxarıb onları yeniləri ilə əvəz etmək, hətta bunları bir pətəkdən
digərinə köçürmək olurdu. Belə pətəklərdə arıların yeri gen-bol, isti, normal ventil-
yasiya ilə təmin edilmiĢ olur. Müasir pətəklərdə arıçı balı rahatlıqla ayıra bilir,
arılara nəzarət edir, onları öz müdaxiləsi ilə həyəcanlandırmır. Bu da arıların məh-
329
suldarlığının artmasına, arıçı əməyinin yüngülləĢməsinə səbəb olur.
Arıçılığın məhsuldarlığını artırmaqda ən mühüm Ģərtlərdən biri arıları
yeni, kifayət qədər gül-çiçək, Ģirə olan sahələrə köçürməkdir. Hələ qədim
zamanlarda insanlar vəhĢi arıları meĢələrdən ağac koğuĢları ilə birlikdə öz yaĢayıĢ
yerlərinin yaxınlığına köçürərkən arıların yeni sahədə topladıqları balın keyfiyyəti
və miqdarı onların diqqətini cəlb etmiĢdi. Çox ehtimal ki, bu xüsusiyyət qədim
arıçılarda arıların bir ballı bitki sahəsindən baĢqa yerə köçürülməsi fikrini
yaratmıĢdı. Köçürmənin vaxtında, həm də mütəĢəkkil surətdə keçirilməsi,
arıçılıqdan alınan gəliri daha da artırır, 2,3 hətta 4 dəfə bal götürmək mümkün olur,
bu da arı ailələrinin artmasına, çoxlu bal, mum, güləm toplanmasına kömək edir.
Odur ki, arıçılar bu təcrübədən əsrlər boyu istifadə etmiĢ və bu sahədə zəngin
təcrübə toplamıĢlar. Arıları bir yerdən baĢqa yerə köçürməklə, arı ailəsinə əlavə
yem verməklə təcrübəli arıçılar arı xəstəliklərinin qarĢısını almağa çalıĢmıĢlar.
Arıların çiçək açmıĢ ballı bitki sahəsinə köçürülməsinə arıçılar bol məhsulun əsası
kimi baxır və buna görə də xüsusi hazırlıq görürdülər.
Etnoqrafik materiallar göstərir ki, balın keyfiyyəti, dadı, ətri, rəngi arının
hansı çiçəkdən Ģirə toplamasından çox asılı olur. MüĢahidə edilmiĢdir ki, arıların alp
çəmənliklərində topladığı balın dadı baĢqa yerli bal növlərindən qat-qat üstün olur.
Odur ki, keyfiyyətlə, ləzzətli bal əldə etmək üçün arıçılar arılarını dağ və dağətəyi
Ģəraitində bitən gül-çiçəkliyə köçürməyə çalıĢırlar. Avqustun ikinci yarısından
sonra arı ailələri yenidən arana qaytarılıb bostan bitkiləri, meyvə ağacları sahəsində
saxlanılır.
Arıçılıqdan yüksək məhsul əldə edilməsi, arıların gümrah və normal
inkiĢafı, həmçinin qüvvətli arı ailələri əldə edilməsi məqsədilə arıçılar arıların
qıĢlamasına qayğı ilə yanaĢmıĢ, arıların qıĢdan müvəffəqiyyətlə çıxmasına
arıçılığın əsası, bünövrəsi kimi baxmıĢlar. Arı itkisinə yol verməmək, qıĢlamanı
düzgün təĢkil etmək üçün kifayət qədər yem saxlanması əsas Ģərtdir. Təcrübəli
arıçılar qıĢdan çıxmıĢ arıları erkən yazda, yığım olmayan vaxtlarda
sağlamlaĢdırmaq məqsədilə onlara Ģirə hazırlayıb verirdilər.
KeçmiĢdə beçəvermənin baĢlanması münasibətilə ailədə Ģadlıq edirdilər,
müvəffəqiyyətli beçəalma onlar üçün böyük bayram olurdu. Arılar beçə verdikləri
zaman "qaynamağa" baĢlayırlar, təknənin qabağında uçuĢaraq Ģah arının çıxmasını
gözləyirlər. Arıçıların fikrincə, saat 10-11 radələrində Ģah arı canlanaraq özündə
uçuĢa qıvraqlıq yaradır və bundan sonra beçəni götürüb yuvanı tərk edir. Təcrübəli
arıçılar Ģah arının beçəni nə vaxt uçuracağını müəyyən edə bilir və bu müddətdə
arını nəzarətsiz buraxmırlar. Yuvanı tərk etməzdən əvvəl beçə arılar pətəyin
qabağında və ətrafında fırlanır, sonra budağa, hasara, divara və ya evinin damına
qonur, topa kimi bir-birinə sarınıb salxım Ģəklində sallanırlar. Bu zaman beçənin
qaçmaması üçün arıçılar qab-qaçaq döyəcləyib hay-küy salır, daĢı-daĢa çalır,
beçənin üstünə su çiləyir, torpaq atır, mis qabları bir-birinə vurur, hətta tüfəng
atırdılar. Bu sayaqla beçəni hürküdür və yaxınlıqdakı ilk maneəyə qonmağa
330
məcbur edirdilər. Bu üsullardan baĢqa xalqların arıçılıq təsərrüfatında da geniĢ
istifadə olunur. Beçətutma vaxtı icra edilən bu adətlər çox ehtimal ki, qədim
azərbaycanlıların metala, suya, torpağa və s. etiqadları ilə bağlıdır. Bu isə arıçılıqla
əlaqədar adətlərin mənĢəcə çox qədim olmasını göstərir.
Beçə ağacların yuxarı, qalın budaqlarına, əl çatmayan yerlərinə qonduqda
təcrübəli arıçılar onu götürmək üçün xüsusi kiçik səbətdən istifadə edirlər. Səbətin
aĢağı hissəsini uzun payaya möhkəm bərkidir, içərisinə isə ballı Ģan, yaxud mum
qoyurlar.
Bəzi yerlərdə səbətin daxili divarlarına ətirli Ģirə çəkirlər, yaxud səbətin
içinə əngəbuy adlanan ot qoyurdular. Uzun paya vasitəsilə səbəti beçə qonan
budağa yaxınlaĢdırıb arı topasının altına tutduqda beçə tədricən səbətə daxil olur.
Əgər beçə çox hündürə qonmayıbsa, arıçı səbəti qaldırır, budağı silkələyir, bu
zaman beçə topası səbətə tökülür.
Balın kəsilməsi xalq meteorologiyası ilə müəyyən edilirdi. Toplanılan
etnoqrafik materiallardan məlum
olur ki, kəndəlaĢ bitkisinin çiçəkləri
qaralanda (avqustun əvvəllərində)
əhali bal kəsməyə baĢlardı. Xalq
təcrübəsinə görə bu dövrədək arılar
lazımi qədər Ģirə toplaya bilirdi.
Arıçılar belə hesab edirlər ki, balın
həmin
vaxtdan
tez
kəsilməsi
əlveriĢli deyildi, çünki bal hələ
yetiĢməmiĢ olur, həm də ki, bu
müddətdə arı ailəsində arıların sayı
olduqca çox olur, bu da bal
kəsilməsi
iĢini
çətinləĢdirir.
KəndəlaĢın gülləri qaralan vaxt isə
arı
ailəsində
arıların
sayının
azalması bal kəsilməsi iĢini nisbətən
asanlaĢdırır.
Bu
qaydaya
Azərbaycanın demək olar ki, bütün
arıçılıq zonalarında arıçılar tərəfindən
əməl
edilirdi.
Lənkəran-Astara
bölgəsində isə bal kəsilməsinə taxıl
biçinindən sonra, təxminən iyulun
ikinci yarısında baĢlanırdı.
Azərbaycanda
müxtəlif
keyfiyyətli və dadlı, ağ, sarı, qırmızımtıl rəngli ətirli bal əldə edilir. Xüsusilə dağ balı
keyfiyyətcə baĢqa bal növlərindən fərqlənir. Belə ki, dağ çiçəkləri arıların bal
toplaması üçün gözəl məskən və mənbə sayılır. Arıçılar dağ balının dadına, ətirliliyinə
331
və cana xeyirliliyinə yüksək qiymət verirlər.
Balın dadı baĢlıca olaraq arının hansı çiçəkdən Ģirə çəkməsindən asılıdır. Qoca-
lar nəql edirlər ki, arıçı balı (Ģirəni) baldan seçməyi bacarmalıdır. Əsl arıçı barmağını
bala batırıb, onun ətrindən hansı çiçəkdən çəkilməsini müəyyən edə bilir.
Təbii balın bir çox növü gözəl dadı ilə fərqlənir. Təmiz balın özünəməxsus ətri
və dadı olur. Xalq təcrübəsi sübut etmiĢdir ki, balın xarlanması onun təbii olduğunu
göstərən əsas əlamətlərdən biridir. Deyilənə görə, süni Ģəkərlə saxtalaĢdırılmıĢ bal duru
olur, heç zaman xarlanmır. YaĢlı arıçılar söyləyirlər ki, balın yetiĢməsi müddəti (Ģan
möhürlənənədək) 16-23 gün davam edir.
Hələ çox qədimlərdən Azərbaycanda baldan müxtəlif növ mürəbbə,
bəkməz, Ģərbət, riçal biĢirmiĢlər. Baldan sirkə də almıĢ, dadlı və ətirli Ģərbət də
hazırlamıĢlar. Baldan müxtəlif növ Ģirniyyat məhsulları hazırlanmasında geniĢ istifadə
edilirdi. QonĢu ġərq ölkələrində Ģöhrət qazanmıĢ Bakı, ġəki, Naxçıvan, Gəncə, Quba
paxlavasına "Ordubad balliqaynağına" Ģirə əvəzinə bal hopdururdular. Quba bük-
məsini, ġamaxı ballıbadısını, Zaqatala qurabiyəsini və s. Ģirniyyat məmulatlarının
Ģirəsini baldan hazırlayırdılar. ġirvan qatlamasının, Ordubad ruletinin, qozlu burmanın
içini hazırlamaq üçün qoz, bal və ədviyyatdan istifadə edirdilər. Müxtəlif növ halva,
quymaq, xəĢil biĢirərkən bal iĢlədirdilər. Mərasim halvasını, adətən, balla çalırdılar.
Mum da qədim zamanlardan azərbaycanlıların məiĢətində xüsusi yer tutmuĢ-
dur. Ondan gəmiqayırmada, gön-dəri istehsalında istifadə edilmiĢdir. Mumdan
hazırlanan Ģam əsrlər boyu evlərdə çıraq kimi iĢlədilmiĢdir. BaĢmaqçılar, pinəçilər xam
sap və kəndirin möhkəmliliyini, elastikliyini artırmaq üçün ona mum çəkmiĢlər.
Ġptoxumada, qaytan hazırlanmasında da mumdan istifadə etmiĢlər.
Orta əsrlərdən Azərbaycanın Gəncə, ġəki, ġamaxı, Naxçıvan, Basqal və s. sənət
mərkəzlərində ipəkçiliyin inkiĢafı ilə əlaqədar ipək parçalara basma üsulu ilə naxıĢ
vurarkən mum iĢlədilmiĢdir.
MəiĢətdə mumdan mis qabların (parç, güyüm, satıl və s.) yırtığını tutmaq üçün
istifadə etmiĢlər. Xırda ehtiyacları ödəməklə yanaĢı, mum azərbaycanlıların hələ
qədimdən məĢğul olduqları təsərrüfat sahələrində (metallurgiyada, həmçinin üzümçülük
və bağçılıqda, calaq iĢində və s.) də mühüm yer tutmuĢdur.
Xalqımız balı min bir dərdin dərmanı hesab etmiĢ, ondan xalq təbabətində
geniĢ istifadə etmiĢlər. Qədim zamanlardan yaraların müalicəsində, xüsusilə ağız
boĢluğundakı yaralar, habelə yanıqlar xalq arasında balla müalicə edilir. Balıq yağı
ilə bal qarıĢığı xüsusən gec sağalan yaraların müalicəsinin dərmanıdır. Xalq
təbabətində qara ciyər, ürək xəstəliyinin müalicəsində, ümumi zəifliyin,
baĢgicəllənməsinin qarĢısının alınmasında bal ən yaxĢı dərmandır. Məhz ona görə
də xalq arasında deyirlər ki, bal yeyənin gözünə iĢıq gələr. Həzm prosesinə yaxĢı
təsir göstərdiyindən mədə-bağırsaq xəstəliklərində bal yeməyi məsləhət görürlər.
Xalq təbabətində arı mumu ilə də müalicə qədim zamanlardan geniĢ yayılmıĢdır.
Loğmanlar yel azarı, qığırdaqlaĢma və sınıqlarda mum iĢlətmiĢlər. YaĢlı arıçıların
söylədiyinə görə keçmiĢdə oynaqlarda, əzələlərdə yel xəstəliyi olanda özlərini
332
arının sancması ilə sağaldırdılar.
Xalqımızın təsərrüfat məiĢətində arıçılığın geniĢ yer tutması ilə əlaqədar
arıçılar arasında bir sıra adətlər və ayinlər də mövcud olmuĢdur.
Hələ qədim zamanlardan balı təbiətin hədiyyəsi, sehrli möcüzəsi hesab
edirdilər. Qədim dövrdə yaĢayan insanlar balın zərif Ģeh Ģəklində göydən
düĢdüyünə inanırdılar. Bu əqidə Azərbaycanda da vaxtilə geniĢ yayılmıĢ və bu
yaxınlara qədər davam etmiĢdir.
Arıçı kəndlilər bir qayda olaraq, mal-qara olan yerdə, yaxud natəmiz
sahədə arı saxlamazdılar. Kəndlilər öz pətəklərini kənar adamlardan gizlin
saxlayardılar, arıların sayını baĢqalarına söyləməz, onları tərifləməzdilər. Guya
pətəklərin qədəri məlum olsaydı, göz dəyə bilərdi. Bəzən arıçılar arıxananın dörd
tərəfinə çəpər çəkir, yaxud qamıĢla hörüb palçıqla suvayırdılar ki, kənar Ģəxslər
görməsin. Bu, eyni zamanda arıları "yaman gözdən" (bədnəzərdən) qorumaq
məqsədilə də icra edilirdi. Azərbaycan xalqının arıçılığa münasibəti və ona olan
rəğbəti zəngin xalq ədəbiyyatında - bayatılarda, nağıllarda, əfsanələrdə,
qoĢmalarda, atalar sözü və tapmacalarda öz bədii əksini tapmıĢdır.
Xalq arasında "Bal tutan barmaq yalar" atalar sözü və zərbi-məsəllərin
yayılması göstərir ki, xalqımız balı qida məhsulu kimi yüksək qiymətləndirmiĢdir.
Bal təzə ailə quranlar üçün xeyir-bərəkət, Ģirin ömür, mehribançılıq rəmzi
hesab edilir. Çox yerlərdə elçilik vaxtı, niĢan günü bal yeyərdilər ki, bir-birinə
könül bağlamıĢ cavanların həyatı bal kimi Ģirin olsun. Sonra elin ağsaqqalı arasına
bal yaxılmıĢ bir yuxanı iki yerə bölər, bir parçasını qıza, o biri parçasını isə oğlana
verərdi. Bu da "Ģirin ömür sürəsən, üzün ağ olsun, əlin bərəkətli, ayağın sayalı
olsun" demək idi. Toy günü təzə gəlin ər evinə qədəm basarkən onun qarĢısına bir
kasa bal çıxarırdılar. Gəlin də barmaqlarını bala batırıb qapının üst çərçivəsinə sür-
tərmiĢ, sonra isə balı oğlan uĢağına yedirdərdilər. Bu yolla gəlinə ailə həyatının
Ģirinliyi arzulanır, bal kimi Ģirin ömür, Ģirin övlad diləyirdilər.
ġəkidə gəlin ər evinə gətiriləndən sonra qadınlar onun ətrafında dövrə
vurub oturardılar. Qaynana yeddi xəmrəli və ya dastana (çörək adlarıdır) gətirərək
gəlinin baĢı üstündə parçalar və məcməyiyə yığaraq evdəki qız-gəlinin qarĢısına
qoyardı. Onlar da çörəyi bala batırıb yeyər, mübarəkbadlıq verərdilər. Bununla da
məclis adamları gəlinə bal kimi Ģirin həyat, Ģirin övlad, bolluq arzulardı. Elçilik
vaxtı da süfrəyə Ģirinlik kimi bal qoyardılar, sonra razılıq əlaməti olaraq bal-çörək
kəsərdilər. Hələ də yaĢayan adətə görə bal süzərkən ondan niĢanlı qızlar üçün
oğlan evindən sovqat göndərirdilər ki, bir-birinə könül bağlamıĢ cavanların həyatı
Ģirin olsun.
KeçmiĢdə bir çox dağ kəndlərimizdə qızlar ərə gedəndə valideynləri ona
bir seçmə arı səbəti bağıĢlayar, yazda arının gözü açılanda aparardılar.
Balın xüsusi və təkraredilməz dadını övlad, bala Ģirinliyi ilə müqayisə
edən xalqımız bu haqda belə bir bayatı çağırmıĢdır:
333
Bala dadı, bal dadı,
Bala adam aldadı.
ġirini Ģirin olur,
Acısı da bal dadır.
Arıçı kəndlilər arıları həmiĢə sevmiĢ, onların möcüzəli aləmini maraq və
diqqətlə iĢləmiĢlər. El arasında bal arılarını zəhmətsevərliyin, qeyrətliliyin rəmzi
adlandırırlar. Çox iĢləyən, çalıĢqan adam haqqında belə deyirlər: "O, bir arı
dayanmır, arı kimi iĢləyir". Fərsiz, gərəksiz adam haqqında belə deyirlər: "Biəməl
alim balsız arıya bənzəyir". Tutarlı məntiqli, Ģirindilli adam haqqında isə adətən
"Ağzından bal süzülür" deyirlər.
Təcrübəli arıçılar bir sıra əlamətlərə görə havanın necə olacağını
qabaqcadan xəbər verə bilirdilər. Onların müĢahidəsinə görə göyü qara buludlar
bürüyən zaman əgər arılar öz yuvalarında gizlənmirlərsə, Ģirə toplamağa gedirlərsə,
deməli, yağıĢ olmayacaqdır. Və yaxud onlar alaqaranlıqdan adətləri üzrə pətəkdən
çölə çıxmayıb içəridə vızıldayırdılarsa, onda yağıĢ yağacaqdır. Xalq ulu
babalarımızın bu empirik təcrübəsindən əsrlər boyu istifadə etmiĢdir. Kökü ta
qədim zamanlara gedib çıxan bu adət və ənənələrin bir qismi yerli əhalinin
məiĢətində indi də özünəməxsus yer tutur.
Göründüyü kimi, qədim tarixi olan arıçılıq Azərbaycan xalqının
məiĢətində möhkəm yer tutmuĢ və onun iqtisadi həyatında müəyyən rol
oynamıĢdır.
Ənənəvi təsərrüfat sahəsi olan arıçılığın qədim Ģöhrətini bərpa etmək
mümkündür. Necə deyərlər, su gəlmiĢ arxa, bir də gələr. Aydındır ki, arı durduğu
yerdə artmaz. Ona qayğı gərəkdir, qulluq gərəkdir. Arının dilini biləsən gərək.
Ulularımız əbəs yerə deməyiblər ki, "...Bəsləsən atlas olar tut yarpağından". Bəli
bəsləsən! Bunun üçün ən əvvəl səhvlərimiz düzəldilməlidir, bizə bəxĢ olunmuĢ
təbii imkanlardan bacarıqla istifadə olunmalıdır.
Təbiət zəngindir. Lakin bu zəngin təbiətdə bütün yaranmıĢların, bütün
canlıların birinin digərinə ehtiyacı var. Bütünlüklə isə hər Ģey insanların nəfinə
xidmət etməlidir. Hələ Məhəmməd peyğəmbər bütün canlılara qarĢı qayğıkeĢ
olmağa, onların zəhmətini əziz tutmağa, bütün nemətlərin qədrini bilməyə
çağırmıĢdır. Hikmətli, görüb-götürən xalqımız isə deyib ki, - "Bal da çörək kimidir,
zəhmət bahasına baĢa gəlir".
Bəli, arıya qayğı gərəkdir, qulluq gərəkdir. Arıçının zəhmətini
qiymətləndirmək gərəkdir. Arıçı da öz növbəsində arının min bir dilini, sirrini
bilsin gərək. El demiĢkən:
Bağ salıb gül əkməyən,
Gülün yerə tökməyən,
Arı qəhrin çəkməyən,
Balın qədrin nə bilər.
|