A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə55/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   51   52   53   54   55   56   57   58   ...   102
 

 

 

 

 

 

ZƏRGƏRLĠK 

 

Azərbaycanda  bədii  metal  sənətinin  tarixi  kökləri  metaliĢləmə  sənətinin 



ilk  təĢəkkül  mərhələsi  ilə  üzvi  surətlə  bağlı  olsa  da,  onun  zinət  istehsalı 

istiqamətində  inkiĢafı  nisbətən  sonrakı  dövrlərə  təsadüf  edir.  Belə  ki,  qızıl  və 

gümüĢün  istehsal  xassəsinin  mənimsənilməsi  ilə  əlaqədar  metaliĢləmə  sənətində 

zinət  istehsalı  üzrə  baĢ  vermiĢ  ixtisaslaĢma  nəticəsində  müstəqil  sənət  sahəsi  - 

zərgərlik meydana gəlmiĢdir. 

Zinətlərin  böyük  əksəriyyətinin  liqatur  səciyyəsi  nəzərə  alındıqda 

zərgərlik  sənəti  təkcə  qızıl  və  gümüĢ  məmulatı  istehsalını  deyil,  habelə  qiymətli 

daĢların,  baĢqa  sözlə,  ləl-cavahiratın  (mirvari,  zümrüd,  firuzə,  yaqut,  ləl,  əqiq, 

almaz, brilyant və s.) iĢlənmə texnikasını da əhatə edir (XXIII tablo). 

Arxeoloji  tapıntılar  arasında  zərgərlik  məmulatı  azlıq  təĢkil  edir. 

Korlandıqdan  sonra  tullantıya  çevrilən  digər  məiĢət  vasitələrindən  fərqli  olaraq, 

dəfinə dəyərinə malik olan qızıl və gümüĢ zinətlər sərvət kimi, böyük qayğı ilə  




 

 

392 



 


 

 

393 



mühafizə olunurdu. Antik və orta əsr abidələrindən tapılmıĢ geniĢ çeĢiddə qızıl və 

gümüĢ  məmulatı  -üzük,  sırğa,  alınlıq,  birçək  asmaları,  boyunbağı,  zəncirə, 



telbasan,  bilərzik,  toqqa  və  libas  bəzəkləri  [73]  bu  dövrdə  Azərbaycanda 

zərgərliyin texniki cəhətdən yüksək inkiĢaf səviyyəsinə çatdığını əks etdirir. 

Azərbaycan ərazisi qızıl və gümüĢ yataqlarının zəngin ehtiyatına malikdir. 

[74]  Ġlk  orta  əsr  mənbələrində  burada  qızıl  və  gümüĢ  çıxarılması  barədə  də 

məlumat verilir [75]. 

Yaqut  Həməvi  X  əsr  müəllifi  Əbu-Düləfə  istinad  edərək  Marağa  və 

Zəncan arasında yerləĢən ġiz dağlarında civə, qurğuĢun və arsenlə bərabər, qızıl və 

gümüĢ istehsalı barədə də məlumat verir [76]. 

XVII  əsr  Avropa  səyyahları  (ġarden,  A.Oleari)  Təbriz  və  Sərab 

yaxınlığında  qızıl  mədəninin  fəaliyyətdə  olduğunu  xəbər  versələr  də,  feodal 

istehsal  texnikasına  xas  olan  tarixi  gerilik  üzündən  həmin  mədənlər  tam  gücü  ilə 

iĢləmirdi  [77].  Ölkə  daxilində  qızıl  və  gümüĢ  istehsalının  məhdud  xarakter 

daĢıması  üzündən  yerli  xammaldan  məhrum  olan  zərgərxanalar,  əsasən, 

sifariĢçilərin  öz  ixtiyarlarındakı  sikkə,  əĢya  (qızıl  və  gümüĢ  məmulatı)  və  kütlə 

(çilik) halında olan nəcib metal ilə təchiz olunmuĢlar. 

Zərgərlərin  iĢlətdikləri  xammal  növləri  arasında  əsrlər  boyu  ticarət 

dövriyyəsinin  baĢlıca  tədiyyə  vasitəsi  olan  sikkə  üstün  yer  tutmuĢdur.  Məhz  bu 

səbəbdən  də  yerli  zərgərxanalara  Ġran,  Türkiyə,  Misir,  Rusiya,  Avstriya, 

Hollandiyanın əyar etibarilə bir-birindən fərqlənən sikkələri (əĢrəfi, bacaqlı, tilani, 

çervon, imperial) daxil olurdu. Zərgərxanalarda  yüksək əyarına görə rus çervonu, 

Osmanlı lirəsi və Avstriya imperialına üstünlük verilirdi. Müəyyən çəki və qiymət 

vahidinə  malik  olan  sikkədən  fərqli olaraq,  kütlə  və  ya  əĢya  qızıl (gümüĢ)  xüsusi 

zərgər tərəzisi və xırda çəki daĢları ilə çəkilirdi. Misqal ənənəvi zərgərlik sənətinin 

baĢlıca ölçü vahidi sayılırdı [78]. 

Zinət  istehsalının  mühüm  texnoloji  tələblərindən  biri  xammalın  xalis 

halda deyil, baĢqa metallarla (mis, gümüĢ) qatıĢıq tərkibdə iĢlənməsindən ibarətdir. 

Qiymətli metalların istehsal prosesi üçün zəruri olan yumĢaqlıq və elastiklik məhz 

bu  yolla  tənzimlənirdi.  Az  miqdarda  qatıĢığı  olan  qızıl  və  ya  gümüĢ  ərintisinin 

sərtliyi  və  kövrəkliyi  azaldığından  döyülərkən  o,  yaxĢı  yaymalanır,  ovulub 

dağılmır,  həddələnən  zaman  sınıb  korlanmırdı.  Lakin  ərintidə  xalis  qızıl  və  ya 

gümüĢün  miqdarı  tələb  olunan  həddən  aĢağı  düĢdükdə  xammal  özünün  istehsal 

əhəmiyyətini  saxlasa  da,  dəfinə  dəyərini  itirirdi.  Ona  görə  də  qızıl  və  gümüĢ 

ərintisinin keyfiyyətinin saxlanması zərgərliyin baĢlıca Ģərtinə çevrilmiĢdi. 

Ərintinin tərkibində xalis qızıl və ya gümüĢün miqdarını müəyyən etmək 

məqsədilə tarixən xüsusi ölçü vahidi - əyar sistemi yaranmıĢdı. Qızıl və gümüĢün 

rəsmi surətdə qəbul olunmuĢ əyan məhək daşı vasitəsilə müəyyənləĢdirilirdi. Orta 

əsr  mənbələrində  ən  yaxĢı  məhək  daĢının  ġabran  Ģəhərində  istehsal  edildiyi  və 

dünyanın hər tərəfinə buradan ixrac olunduğu xəbər verilir [79]. 

Qızıl  və  gümüĢ  məmulatının  əyarını  bəsit  yolla,  onun  rəngini  və 



 

 

394 



yumĢaqlıq  xassəsini  yoxlamaqla  da  müəyyən  etmək  olur.  Lakin  zahiri  əlamətlər 

məmulatın əyar kəmiyyətini dəqiq təyin etməyə imkan vermədiyindən bunun üçün 

yeganə  etibarlı  vasitə  kimi,  əsrlər  boyu  məhək  daĢından  istifadə  edilmiĢdir.  Bu 

məqsədlə əvvəlcə əyarı məlum olan hər hansı bir qızıl və ya gümüĢ [80] məmulatı 

məhək  daĢının  üzərinə  sürtülərək,  ensiz  zolaq  Ģəklində  metal  tozundan  ibarət  iz 

salınır, sonra ona paralel vəziyyətdə əyarı naməlum metalla ikinci toz zolağı əmələ 

gətirilir.  hər  iki  zolağın  ortasından  köndələn  halda  "məhək  yağı"  adlanan  xüsusi 

məhlul  çəkilir  [81].  Güclü  oksidləĢmə  xassəsinə  malik  olan  məhək  yağı  hər  iki 

zolaqdakı  metal  tozlarına  kimyəvi  təsir  göstərməklə  onların  rəngini  dəyiĢir.  Əgər 

naməlum metalın tozu sınaq tozundan çox tündləĢib qaralarsa, onda onun əyarı 56-

dan  (gümüĢ  üçün  84-dən)  aĢağı,  yaxud  əksinə,  açıq  rəngə  düĢərsə,  deməli,  sınaq 

əyarından  daha  yüksək  keyfiyyətə  malikdir.  Yüksək  əyarlı  naməlum  metalın 

keyfiyyəti  isə  yenə  də  müqayisə  yolu  ilə,  nəcib  metalın  digər  yüksək  əyar 

kəmiyyətlərinin  (qızıl  üçün  72,  82,  92,94,  gümüĢ  üçün  88,91,95)  tutuĢdurulması 

yolu ilə sınaqdan keçirilib müəyyənləĢdirilirdi. 

Əsrlər boyu insan gözəlliyinə xidmət edən, onun məiĢətinə rövnəq verən 

zər-zivərin əsas kütləsini qadın zinətləri təĢkil etmiĢdir (XXIV tablo). 

Qadın  zinətləri  arasında  baĢ  bəzəkləri  (cığcığa)  üstün  yer  tutmuĢdur. 

Müəyyən  mənada  sosial  mənsubiyyətin  göstəricisinə  çevrilmiĢ  baĢ  zinətlərinin 

Azərbaycanda  müxtəlif  tiplərinə  təsadüf  edilir.  Məhəlli  zərgərlik  mərkəzlərində 

"dingə"  (Qazax),  "cıqqa"  (Gəncə,  Muğan)  və  s.  adlarla  bəlli  olan  tac 

zəmanəmizədək  gəlib  çatmıĢ  baĢ  bəzəklərinin  ən  arxaik  növlərindən  olmuĢdur. 

Kübar  qadınlar,  həmçinin,  tüccar  əhli  arasında  dəbdə  olan  tac  əsasən  toy-niĢan 

zinəti  sayılırdı.  Bununla  yanaĢı,  tac  vaxtilə  həm  də  hakimiyyət  rəmzi  kimi, 

hökmdar  libasının  zəruri  ünsürünə  çevrilmiĢdi.  Ənənə  halına  düĢmüĢ  rəsmi 

qaydaya görə, hökmdar hakimiyyət taxtında əyləĢərkən, xüsusilə hökm verən zaman 

onun  baĢında  mütləq  tac  olmalı  idi.  Dairəvi  formada  möhkəm  sağnağa  malik çələngi 

xatırladan  bu  zinət  tipinin  bədii  mahiyyətini  nəzərə  çarpdıran  baĢlıca  nəqĢ  ünsürləri 

onun ön hissəsində cəmləĢdirilirdi. 

Zərgərlik sənətində zinətin bəzək dekorunun ön plana çəkilməsi ənənəsi son-

ralar  baĢ  bəzəyinin  "alınlıq",  "baĢlıq",  "qabaqlıq"  (Qərbi  Azərbaycan),  "cütqabağı", 

"gəlintac"  (ġirvan-Bakı),  "qarabatdaq"  "təsəkqabağı"  (Naxçıvan),  "araĢqın" 

(Ordubad) və s. istilahlarla geniĢ yayılmıĢ xüsusi növünün yaranması ilə nəticələnmiĢdir. 

Tacdan fərqli olaraq, bu zinət növü alının üstünü, qismən isə gicgahların arxa kənarlarını 

əhatə  edirdi.  Bunların  bəziləri  qaytanla,  bir  qismi  isə  ensiz  parça,  yaxud  bafta  üzərinə 

bənd edilərək baĢa bağlanırdı. ġirvan və Bakı qadınları cütqabağını, bir qayda olaraq, 

cutqunun önünə tutur, əksər hallarda isə ona bənd edirdilər. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin