BAġMAQÇILIQ VƏ ÇƏKMƏÇĠLĠK
BaĢmaqçılıq. AĢılı dəri məmulatı arasında ayaqqabı (başmaq, nəleyin, məst,
çəkmə, lafçın, dübəndi, qondara, çust, çarıq və s.) istehsalı baĢlıca yer tuturdu. AĢılanmıĢ
malın (gön, sağrı, ətvi, tumac, müĢkü və s.) xeyli hissəsi məhz ayaqqabı istehsalına sərf
olunurdu.
Məmulat növləri üzrə sənətdaxili ixtisaslaĢma ilə əlaqədar olaraq, ayaqqabı
istehsalının müstəqil sənət səciyyəsi daĢıyan müxtəlif sahələri (baĢmaqçılıq, çək-
məçilik, çustçuluq, çarıqçılıq, pinəçilik və s.) yaranmıĢdı.
KeçmiĢdə baĢmaq milli geyim kompleksinin baĢlıca ünsürünə çevrilmiĢdi. ġəhər
əhalisinin böyük əksəriyyəti, kənd əhalisinin isə müəyyən qismi baĢmaq geyirdi. Bu
səbəbdən də ayaqqabı istehsalında baĢmaqçılıq mühüm yer tuturdu.
BaĢmaq dükanlarına sənət və ticarət mərkəzlərinin, demək olar ki, hamısında
təsadüf edilirdi. BaĢmaq istehsalı mərkəzləri arasında Ģəhər baĢmaqxanaları xüsusi
mövqeyə malik idi. XIX əsrin 30-cu illərində Azərbaycan Ģəhərlərində 327 nəfər
baĢmaqçı var idi [132]. XIX əsrin ortalarında onların sayı 579 nəfərə çatmıĢdı [133].
BaĢmaqçılığın inkiĢafı baxımından ġamaxı və Nuxa Ģəhərləri xüsusilə fərqlənirdi.
XIX əsrin ortalarında ġamaxıda 227, Nuxada isə 147 nəfər baĢmaqçı iĢləyirdi
[134].
Əsasən bazarı məhsul hazırlamaqla məĢğul olan baĢmaq dükanları xırda əmtəə
istehsalı səciyyəsi daĢıyırdı.
BaĢmaq dükanları bir qayda olaraq, Ģəhərin gur ticarət həyatına malik mərkəz
hissələrində, bazar və məscid meydanlarının kənarında yerləĢirdi. Ġstehsal prosesi alçaq
miz üzərində icra olunduğundan iĢıq düĢmək üçün dükanın pəncərələri döĢəməyə çox
yaxın düzəldilirdi. BaĢmaqçı dükanlarında kiĢi və qadın baĢmağı ilə yanaĢı, Ģəhər
əhalisi arasında dəbdə olan nəleyin, dübəndi, qondara və s. kimi ayaqqabı növləri də
hazırlanırdı.
Qadın və kiĢi baĢmaqları təkcə ölçüsünə görə deyil, həmçinin, rənginə görə də
fərqlənirdi. Məlum olduğu kimi, tumac və müĢkünün qara, qırmızı, yaĢıl, sarı, qızılı və s.
rənglərinə təsadüf olunurdu. Ən çox bəyənilən baĢmaq rəngi qara olmuĢdur. Xüsusilə
kiĢilərin baĢmağı qara rəngdə, əksər hallarda isə qara müĢküdən tikilirdi. Qadın
baĢmaqları hər cür rəngdə hazırlanırdı.
BaĢmaq istehsalında sağrı, gön, müşkü, tumac, müşənbə və ətvi baĢlıca yer tuturdu.
XX əsrin əvvəllərindən etibarən baĢmaqçılar satınalma padoĢ, Ģavro, xrom və s.
kimi sənaye məmulatları da iĢlətməyə baĢlamıĢdılar.
BaĢmağın dabanına söyüd ağacından yonulub hazırlanmıĢ "top", onun üstün-
dən isə sifariĢlə dəmirçiyə düzəltdirilmiĢ nal vurulurdu.
Sağrı və müĢküdən hazırlanmıĢ baĢmaq əhali arasında daha yüksək tutulurdu.
Sağrı baĢmağın istehsal mərkəzləri arasında ġuĢa Ģəhəri mühüm yer tuturdu. Ona görə
də ətraf mahalların əhalisi arasında ġuĢada istehsal olunmuĢ sağrı baĢmaqlar "Qala
baĢmağı" adı ilə geniĢ Ģöhrət qazanmıĢdı.
418
BaĢmaq dükanlarının istehsal ləvazimatı əndazə (ülgü), qəlib, çərməki, mixət,
xul, kərki, pədaval (qayış), biz, iynə, qazan, tüktəpən, iplik, mum və çirişdən ibarət idi.
Material "dəzgə" adlanan alçaq baĢmaqçı mizi üzərində doğranırdı.
BaĢmağın altı aĢılı gön və ya sağrıdan, üzlüyü tumac və ya müĢküdən olub ülgü
əsasında biçilirdi. BaĢmağın kənar kəfi ətvidən, üzünün astarı müĢəmbədən biçilirdi.
BaĢmaq dükanlarında uĢaq, qadın və kiĢi ayağına uyğun olaraq müxtəlif ölçülərdə baĢmaq
tikilirdi. YaĢlı adamlar üçün "zənənə", "miyanə" və "mərdanə" olmaqla üç ölçüdə
ülgü iĢlənirdi.
BaĢmağın astarı əvvəlcə "çiriĢ" vasitəsilə üzlüyə yapıĢdırılır, sonra onun ətra-
fına "kəf‖ çəkilirdi. Kəfin kənarları yenə də çiriĢ vasitəsilə baĢmağın altlığına yapıĢ-
dırılırdı. Kəfin qabaq hissəsi bərkiyəndən sonra daban topu öz yerinə salınırdı. Topun
yanları boyunca kəfın kənarları baĢmağın altlığına tikilirdi. BaĢmaqçılar arasında bu
əməliyyat "topun kökünü tutma" adlanırdı. Bundan sonra tüktəpən vasitəsilə baĢmağın
dabanına, top ilə kəfın arasına tük təpilirdi. Bunun sayəsində baĢmağın daban hissəsi
elastik hala düĢürdü.
BaĢmaq istehsalında həm əməli, həm də dekorativ məqsəd daĢıyan müxtəlif
tikiĢ növləri tətbiq olunurdu. Adətən, baĢmağın dabanı "təlbə", üzlüyün ağız bəxyəsi
"qoĢasırıq", topun ətrafı "kökləmə" adlanan tikiĢ növləri ilə tikilirdi. Qadın baĢmaqlarının
daban təlbəsi çox vaxt metal simlə tikilirdi.
BaĢmaq hazır olandan sonra onun dabanına nal vurulurdu. BaĢmaqdan fərqli ola-
raq, nəleyinlərin dabanı alçaq və nalsız olurdu.
Toy libası üçün nəzərdə tutulmuĢ baĢmaq, bir qayda olaraq, bəzəkli hazırlanırdı.
419
Adətən, gəlin baĢmağının dabanına əlvan rəngli tumacdan "gül", bunun üstündən isə
sifariĢlə zərgərə qızıl və ya gümüĢdən kəsdirilmiĢ "daban" adlanan nazik metal lövhə
vurulurdu. Bəzən əsilzadə qadınlar üçün buyurtma hazırlanan "zənənə baĢmağ"ın üstü
məxmərdən tikilirdi. Belə baĢmaqların üzlüyü, bir qayda olaraq, güləbətin sapla
naxıĢlanıb bəzədilirdi.
Dostları ilə paylaş: |