A variantı Texnologiya (əmək hazırlığı) Pəstah detaldan nə ilə fərqlənir?



Yüklə 39.58 Kb.

tarix01.06.2017
ölçüsü39.58 Kb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

A variantı

Texnologiya (əmək hazırlığı)

1.

Pəstah  detaldan  nə ilə fərqlənir?     

A) Pəstah detaldan materialı ilə fərqlənir. 

B) Pəstah detaldan fərqlənmir. 

C) Pəstah detaldan kiçik olur. 

D) Pəstah  detalın ölçüsü boyda olur.

E) Pəstah detaldan ölçüləri ilə fərqlənir.



2.

Texniki təsvir nə  deməkdir?        

A) Detalın bir tərəfindən görünüşüdür.

B) Detalın təsviridir.

C) Məmulatın həcmli üç tərəfli təsviridir.

D) Çertyoj alətlərinin köməyilə yerinə yetirilmiş 

təsvirdir.

E) Öndən və soldan təsvirdir.

3.

Texnologiya və əmək hazırlığı dərslərində 

maşınqayırma çertyojlarında bütün ölçülər 

hansı ölçü vahidində göstərilir?      

A) Kilometr

B) Metr

C) Santimetr



D) Desimetr

E) Millimetr



4.

Standartlara görə təsviri böyütmək üçün hansı 

miqyaslar təyin olunub?   

A) 1:2 ; 1:4; 5:1

B)  5:1; 1:1; 2:1 

C) 1:2; 1:5; 1:4

D) 2:1; 4:1; 5:1

E) 2:1; 5:1; 1:4



5.

Çertyoju  oxumaq nə deməkdir?      

A)  Məmulatın adının, formasının, ölçülərinin, 

materialının, miqyasının təyin edilməsi

B)  Məmulatın görünüşünün təyin edilməsi

C)  Məmulatın materialının təyin edilməsi

D)  Məmulatın sayının təyin edilməsi

E)  Məmulatın miqyasının təyin edilməsi

6.

Qara metalların növləri

A) Polad, mis

B) Titan, alüminium 

C) Polad, çuqun

D) Çuqun, latun  

E) Polad, alüminium



7.

Hansı metalın rəngi qırmızıdır?      

A) Alüminium

B) Polad

C) Çuqun


D) Mis

E) Latun


8.

Hansı materiallardan burğular hazırlanır? 

A) Ağ çuqun

B) Boz çuqun

C) Alət poladı

D) Latun

E) Mis


9.

Hansı ağac növləri iynəyarpaqlılardır?      

A) Palıd, fıstıq, cökə

B) Şam, fıstıq, cökə

C) Şam, küknar, sidr

D) Palıd, fıstıq, sidr

E) Palıd,tozağacı, sidr



10.

Elastiklik – materialın hansı xüsusiyyətnə

deyilir?  

A) Material təzyiq altında formasını dəyişmir.

B) Material təzyiq altında qırılır.

C) Material təzyiq altında formasını dəyişir və 

təzyiq ləğv olunandan sonra öz    formasını bərpa 

edir.


D) Material təzyiqə müqavimət göstərir.

E) Material təzyiq altında yeni forma alır.



11.

Bucaq ölçülərinin ölçü vahidi.         

A) Kilometr, saniyə, desimetr

B) Saniyə, dəqiqə, saat 

C) Saniyə, dəqiqə,  dərəcə

D) Kilometr, desimetr, millimetr

E) Metr, saniyə, desimetr



12.

Taxta  üzərində hansı alətlə kvadrat formalı 

dəlik açmaq olar?      

A) İskənə

B) Mərkəzi  formalı burğu

C) Spiralvari burğu

D) Şnekvari  burğu

E) Kvadrat formalı burğu



13.

Texnologiya nə deməkdir?    

A) İnsan tərəfindən  məmulat  və xidmətlərin 

yaradılması prosesidir. 

B) İnsan tərəfindən  məmulat  yaradılması

prosesidir. 

C) Xidmətlərin yaradılması prosesidir.

D) Məmulat  yığma  prosesidir.

E) İnsan tərəfindən yaradılma prosesidir.



Bakı Şəhəri üzrə Təhsil İdarəsi

A variantı

14.

Marşrut xəritələri nə üçün lazımdır?   

A) Məmulatın materialını seçmək üçün 

B) Miqyası təyin etmək üçün

C) Əməliyyatların icra ardıcılığını təyin etmək üçün

D) Pəstahı seçmək üçün

E) Pəstahın formasını seçmək üçün



15.

Reysmusla hansı əməliyyatları yerinə yetirirlər?   

A) Düz bucaqları yoxlayırlar.

B) Deşmə yerini nişanlayırlar;.

C) Pəstahın təbəqələrinə paralel xətlər çəkirlər. 

D) Ölçü aparırlar.

E) Nişanlama əməliyyatını aparırlar.



16.

Mişarlama qutusu nə üçün istifadə olunur?  

A) Müxtəlif  bucaqlar altında pəstahın  liflərinin 

eninə  dəqiq mişarlanması üçün

B) Pəstahın uzununa dəqiq  mişarlanması üçün 

C) Pəstahı saxlamaq üçün 

D) Pəstahın səthini rəngləmək üçün

E) Pəstahda dəlik açmaq  üçün

17.

Hamar səth almaq üçün taxtanı hansı 

istiqamətdə yonmaq lazımdır?            

A) Liflərin istiqamətində

B) Liflərə əks  istiqamətində

C) Liflərə 45° bucaq  istiqamətində

D) Liflərə 30° bucaq  istiqamətində

E) Liflərə 60° bucaq  istiqamətində



18.

Pərçim birləşməsi hansı növ birləşməyə aiddir?   

A) Sökülə bilən birləşməyə aiddir.

B) Sökülə bilməyən birləşməyə aiddir. 

C) İşkilli birləşməyə aiddir.

D) Şplintli birləşməyə aiddir.

E) Yivli birləşməyə aiddir. 



19.

Burğuların növləri   

A) Spiralvari, qaşıqvari, çəngəlvari, mərkəzivari

B) Spiralvari, qaşıqvari, mərkəzivari, şnekvari 

C) Tıxacvari, çəngəlvari, mərkəzivari, vintvari

D) Qaşıqvari, mərkəzivari, spiralvari, vintvari

E) Qaşıqvari, çəngəlvari, vintvari, mərkəzivari 



20.

Çuqun dəmirin ərintisidir və tərkibində karbon 

neçə faizdir?            

A) 2٪ –dən azdır

B) 2٪–dən artıqdır

C) 1٪–dən azdır

D) 1٪–dən artıqdır

E) 3 ٪–dən artıqdır



21.

Ölçü alətlərinin növləri.    

A) Ştangenpərgar, mikrometr, xətkeş

B) Şerxebel, mikrometr, xətkeş

C) Faltsqobel, şerxebel, mikrometr

D) Şerxebel, xətkeş, ştangenpərgar

E) Fuqanok, şerxebel, faltsqobel



22.

Maşinqayırmada çertyoj nə deməkdir?  

A) Nisbət nəzərə alınmaqla və ölçülər 

göstərilməklə əl ilə yerinə yetirilmiş təsvirdir.

B) Çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş 

həcmli təsviridir.

C) Məmulatın həcmli təsviridir.

D) Məmulatın təsviridir.

E) Məmulatın miqyaslı təsviridir.



23.

Çilingər  məngənəsi hansı əsas hissələrdən 

ibarətdir?  

A) Vint, hərəkətsiz dodaq, hərəkətli dodaq,dayaq 

dəstək

B) Vint, dəstək, sıxıcı, dodaqlar



C) Vint, sıxıcı, dodaqlar, dayaq

D) Dayaq,vint, sıxıcı, dəstək

E) Vint, sıxıcı, dəstək 

24.

Zavodlarda qalın təbəqə metalı hansı alət ilə 

kəsirlər? 

A) Gilyotin və əl qayçısı

B) Gilyotin və  qələm 

C) Gilyotin  və mexaniki qayçı

D) İtiağız kəlbətin  və qələm

E) Əl qayçısı və qələm



25.

Elektrik dövrəsinin əsas elementlərini sadalayın. 

A) Közərmə lampalar, açar, naqillər, cərəyan 

mənbəyi

B) Közərmə lampalar, açar, ştepsel, ştepsel rozetkası



C) Közərmə lampalar, naqillər, açar, ştepsel

D) Közərmə lampalar, naqillər, açar, ştepsel 

rozetkası

E) Ştepsel rozetkası, cərəyan mənbəyi, közərmə 

lampalar

Texnologiya (əmək hazırlığı)


26.

Məmulatların qrafiki təsvirində xətlərin növü  

A) Bütöv əsas, ştrixli əsas,bütöv nazik

B) Bütöv əsas,ştrixpunktirli, ştrixli 

C) Bütöv əsas,ştrixpunktirli, bütöv nazik

D) Bütöv əsas, bütöv nazik, ştrixpunktirli, ştrixli

E) Bütöv əsas, bütöv nazik



27.

Maşınqayırmada  metalların  növləri  

A) Qara, əlvan

B) Əlvan, polad

C) Mis, polad

D) Əlvan, çuqun

E) Latun, alüminium



28.

Burğu dəzgahında patron nə üçün istifadə olunur 

A) Məmulatı saxlamaq üçün

B) Burğunu saxlamaq üçün

C) Burğunun sürətini dəyişmək üçün

D) Burğunu işə salmaq üçün

E) Burğunu ölçmək üçün



29.

Hansı alət daha yüksək dəqiqliklə ölçür?   

A) Xətkeş

B) Ruletka

C) Mikrometr

D) Ştangenpərgar

E) Xarrat metrəsi



30.

Hansı  birləşmələr sökülməyən birləşmələr 

adlanır?   

A) Yiv, bolt, qayka

B) Yapışqan, işkilli,qaynaq

C) Pərçim, vint, qaynaq

D) Pərçim, qaynaq,yapışqan

E) Yiv, işkilli, qaynaq



31.

Hansı  növ rəndə məmulatı kobud yonur?  

A) Fuqanok

B) Zenzubel

C) Falsqobel

D) Şerxebel

E) Adi rəndə



32.

Hansı hissələr ştangenpərgarda yoxdur?      

A) Dodaq


B) Xətkeş

C) Saxlayıcı vint

D) Səsləyici

E) Nonius



33.

Kreysmeystel hansı cilingər əməliyyatı üçün  

istifadə  olunur?                      

A) Metalı kəsmək üçün

B) Metalı deşmək üçün

C) Ensiz şırım kəsmək üçün

D) Enli  şırım kəsmək üçün

E) Metalı yonmaq üçün



34.

Ventil başlıq açıq olduğu halda başlıq tərəfə 

şpindel boyu su axır. Bu nasazlığı aradan 

qaldırmaq üçün nə etmək lazımdır?   

A) Ventil başlığı dəyişdirmək.

B) Qaykanı bərk sixmaq.

C) Başlığı dəyişdirmək.

D) Ara qatını dəyişdirmək.

E) Qaykanı açmaq.



Bakı Şəhəri üzrə Təhsil İdarəsi

A variantı

35.

Torna dəzgahı bu hissələrdən ibarətdir.     

A) Qabaq aşıq, səsləyici

B) Önlük, səsləyici

C) Arxa  aşıq, ayaq

D) Qabaq  aşıq, önlük, arxa aşıq

E) Xətkeş, support, səsləyici



36.

Latun hansı  metaların ərintisidir? 

A) Mis, sink, alüminium

B) Mis, çuqun, alüminium 

C) Mis, alüminium, titan

D) Mis, alüminium, xrom  

E) Mis, polad, alüminium



37.

Hansı növ materialdan torna dəzgahının 

kəskiləri  hazırlanır?                 

A) Boz çuqun

B) Alət poladı

C) Döymə çuqun

D) Titan

E) Mis


38.

Mikrometr ştangenpərgardan neçə dəfə dəqıq 

ölçü aparır?   

A) 2            B) 3          C) 4           D) 5          

E) 10 

39.

Kimya-termiki emalın növləri hansılardır? 

A) Sementləşmə, azotlaşma

B) Normallaşdırma, tabını alma, tablandırma

C) Bərkidilmə, normallaşma

D) Yandırılma, azotlaşma

E) Oksidləşmə, normallaşma



40.

Muftalar nə üçün istifadə olunur? 

A) Fırlanan valları ayırmaq üçün

B) Oxları fırlatmaq üçün

C) Oxları birləşdirmək üçün

D) Fırlanan valları birləşdirmək üçün

E) Valları oxlarla birləşdirmək üçün 



Texnologiya (əmək hazırlığı)

: 2015
2015 -> Oitsning ma’nosi – Orttirilgan Immunitet Tanqisligi Sindromi. Bu dahshatli va bedavo kasallik hozirgi zamonning “vabosi” deb yuritiladi
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> Klinik protokol Az ərbaycan Respublikas
2015 -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2015 -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2015 -> Stomatologiya 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?
2015 -> Приложение №3 Информированное согласие пациента на пародонтологическое лечение
2015 -> Myuller h p parodontologiya pdf
2015 -> Buklet Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə