8) Əməliyyatdan öncəsi xəstənin volemik statusunu necə müəyyən etmək olar?
A) Hemodinamik göstəricilərlə (nəbz, AT, tənəffüsün sayı, MVT)
B) Hamısı +
C) Plevral mayenin artıq olması və s.
D) Diurezə nəzarətlə
E) Fizikal müayinəlrlə (dərinin turqoru, selikli qişaların vəziyyəti, ödemlər, assit)
9) Anestezioloji letallığın ən geniş yayılmış həqiqi səbəbi aşağıdakıdır:
A) Tənəffüs yollarının obstruksiyası
B) Səhvən dərman preparatlarının yeridilməsi
C) Narkozdan sonraki dövrdə müşahidənin lazımi səviyyədə olmaması
D) Dərman maddələrin doza artıqlığı
E) Aspirasiya +
10) Qvedelin təsnifatına uyğun olaraq ümumi anesteziyanın neçə mərhələsi mövcuddur?
A) 6
B) 5
C) 7
D) 4 +
E) 3
11) Qvedelin təsnifatına uyğun olaraq ümumi anesteziyanın mərhələləri və onların inkişafının ardıcıllığı harada düzgün göstərilmişdir?
A) Oyanma, analgeziya, anesteziya, depressiya, ayılma
B) Oyanma, analgeziya, anesteziya, depressiya
C) Analgeziya, oyanma, anesteziya, ayılma +
D) Oyanma, analgeziya, anesteziya, ayılma
E) Husun karlaşması, analgeziya, anesteziya, ayılma
Dostları ilə paylaş: |