A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I



Yüklə 6.43 Mb.
Pdf просмотр
səhifə1/39
tarix30.06.2017
ölçüsü6.43 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   39

 

 



 

 

 

A Z Ə R B A Y C A N    M İ L L İ   E L M L Ə R   A K A D E M İ Y A S  I 

 

 

A. B A K I X A N O V   A D I N A   T A R İ X   İ N S T  İ T U T U 

 

 

 



 

 

AZƏRBAYCAN 



 

T A R İ X İ 

 

 

1900-1920-ci illər 

 

 



 

 

Y E D D İ   C İ L D D Ə 



 

 

V CİLD 



 

 

 



 

 

 



 

 

 



 

 

B A K I ,  E L M ,  2 0 0 8 



 

 

 



 

 

 



 

 

 



Bu k itab "Azərbaycan tarixi. Yeddi cilddə. V cild" (Bakı, Elm, 2001) nəşri əsasında 

təkrar nəşrə hazırlanmışdır. 

 

 



 

 

Məsul redaktorlar: 



Mahmud İs mayılov 

AMEA-nın müxbir üzvü 

Nigar Maksvell  

tarix elmləri namizədi 

 

 

 

ISBN 978-9952-448-41-2 

 

947. 5402-dc22 

Tarix - Azərbaycan 



 

Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər).  

Bakı. "Elm". 2008. 696 səh. + 40 səh. illüstrasiya. 

 

 

"Azərbaycan tarixi"  çoxcildliyinin  V  cildində  XX  yüzilliyin  son  dərəcə  mühüm 



hadisələrlə zəngin olan ilk iki onilliyi işıqlandırılmışdır. 

Azərbaycan xalqının bütün həyat sahələrini əhatə edən köklü dəyişiklik-lərin baş 

verdiyi  həmin  dövrdə  kapitalist  istehsal  münasibətlərinin  iqtisadiy yatda  aparıcı  mövqe 

tutması,  maarifçiliyə  əsaslanan  milli  özünüdərk  və  ictimai  şüurun  milli  dövlətçiliyi  bərqərar 

etməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin coşqun 

inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər mühüm proses və hadisələri bu cilddə diqqət 

mərkəzinə çəkilmişdir. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  qurulması  ilə  nəticələnən  milli-azadlıq 

hərəkatından  geniş bəhs olunan bu  cilddə Cümhuriyyətin müxtəlif sahələrdəki fəaliyyəti və 

onun süqutuna səbəb olan amillərlə yanaşı, milli dövlət quruculuğunda  mühüm tarixi-siyasi 

əhəmiyyəti də şərh edilir. 

 

 



 

© "Elm" nəşriyyatı, 2008 

 

 

 



 

 


 

 



G İ R İ Ş  

 

Yeddi cildlik "Azərbaycan tarixi"nin V cildində Azərbaycan tarixinin sosial-



iqtisadi, ictimai-siyasi və mədəni proseslərlə zəngin olan 20 illik (1900-1920-ci illər) 

dövrü işıqlandırılmışdır. 

İyirminci  yüzilliyin  ilk  iki  onilliyində  Şimali  Azərbaycanın  istisnasız  olaraq 

bütün təsərrüfat sahələrində bazar iqtisadiyyatı münasibətləri hökmran  mövqe tutmuş, 

bəzi  sahələrdə  isə  təsərrüfatın  təşkilinin  yüksək  forması  sayılan  inhisarlar  həlledici 

mövqelərə yiyələnmişdi. 

Azərbaycan  xalqının  milli  şüurunun  inkişafı  tarixində  keyfiyyətcə  yeni 

mərhələ  olan  bu  dövrdə  milli-azadlıq  mübarizəsi  yeni  yüksək  mərhələyə  qədəm 

qoymuş,  milli-siyasi  təşkilatlanma  başa  çataraq  əlverişli  şərait  yaranan  kimi  öz 

nəticəsini vermişdi:  mənfur çar imperiyası yıxıldıqdan az sonra Azərbaycan xalqı rus 

müstəmləkə  boyunduruğundan  çıxaraq  ö z  milli  dövlətin i  -  A zərbaycan  Xalq 

Cümhuriyyətini  yaratmışdı.  Dövrün  mühüm  məsələlərini sistemləşdirib  təqdim  etmək 

üçün  XX  əsr  tarixşünaslığının  nailiyyətlərinə,  həmçinin  ilk  mənbələrə  geniş  istinad 

edilən  bu  cilddə  Rusiyanın Mərkəzi  Dövlət  Tarix  Arxivində,  Mərkəzi  Dövlət  Hərbi 

Tarix  Arxivində,  Peterburq  MDTA-da,  Gürcüstan  Tarix  Arxivində,  Azərbaycan 

Respublikası  Dövlət  Arxivində  (ARDA),  Azərbaycan  Respublikası  Dövlət  Tarix 

Arxivində  (ARDTA),  Azərbaycan  Respublikası  Dövlət  Siyasi  Partiyalar  və  İctimai 

Hərəkatlar  Arxivində  (ARDSPİHA),  Azərbaycan  Respublikası  Dövlət  Ədəbiyyat  və 

İncəsənət  Tarixi  Arxivində  (ARDƏİTA)  toplanmış  materiallardan,  həmçinin  vaxtilə 

çap  üzü  görmüş  mənbələrdən,  o  dövrün  çoxsaylı  mətbuat  materiallarından  geniş 

istifadə  olunmuş,  "Azərbaycan"  (Azərbaycan  və  rus  dillərində),  "Kaspi",  "Znamya 

truda",  "İskra",  "Açıq  söz",  "Naş  put",  "Zarya",  "İttihad",  "Nabat",  "İstiqlal"  və  s. 

dövri  nəşrlər  isə  bir  sıra  məsələlərin  işıqlandırılmasında  qiymətli  qaynaq  rolunu 

oynamışdır.

 

V  cildin  əhatə  etdiyi  dövr  və  problemlərə  hələ  XX  əsrin  əvvəllərində 



yaşamış  müəlliflərin  həm  Azərbaycan,  həm  də  rus  dillərində  yazılmış  mü xtəlif 

xarakterli  əsərlərində  də  bu  və  ya digər  şəkildə  to xunulmuş,  yeni  dövrün tarixini 

tədqiq etmək sahəsində müəyyən işlər görülmüşdü. 

XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  Peterburqda,  Rusiyanın  digər 

şəhərlərində  yaşamış  tarixçilərdən  P.Q.Butkov,  V.A.Potto,  N.F.Dubrovin  və 

başqaların ın  əsərlərində  Azərbaycanın  XIX  əsr  tarixinə  aid  məsələlər  geniş 

işıqlandırılmışdı.  Bu  əsərlər  XX  əsrin  siyasi,  sosial-iqtisadi  tarixinin  b ir  ço x 

məsələlərinə  to xun masalar  da,  həmin  dövrün  bir  sıra  problemlərin i  aydın   başa 

düşməyə imkan yaradır. 

XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  yaşamış  Hacı  Şey x  Həsən 

Mollazadənin "Zübdət-üt-təvarix" əsərinin dördüncü cildində İran,  Qafqaz və Orta 

Asiya  tarixi  ilə  yanaşı,  Azərbaycan  tarixinin  XX  əsrin  birinci  onilliyinə  aid 

məsələlərindən də bəhs edilmişdir. 


 

 



1918-c i  il  mayın  28-də  yarad ılmış  müstəqil  Azə rbaycan  Xalq  

Cü mhuriyyəti bir ço x vacib  məsələlərlə yanaşı,  maarifin, o cümlədən tarix elmin in 

inkişafı üçün bir sıra tədbirlər həyata keçird i, la zımi mütəxəssislər hazırlamaq üçün 

xarici  ölkələrə  100  nəfərdən  artıq  nü mayəndə  göndərdi,  1919 -cü  ildə  Bakıda 

universitet  yaratdı.  Bu  dövrdə  Parisdə  Adil  xan  Z iyad xanovun  "Azərbaycan", 

Şey xülislamovun  "Qafqaz  Azərbaycan  Respublikası"  kitabları  çapdan  çıxdı, 

M.Ə.Rəsulzadə  "İran  və  Azərbaycan",  "Azərbaycan  paytaxtı"  məqalələrin i  nəşr 

etdirdi.  Bu  məqalə lərdə  ço x  mühü m  məsələlə rə  -  Azərbaycan  xa lqın ın 

formalaşması,  onun  qonşu  xalq larla  əlaqələri,  Bakı  şəhərinin  inkişafı  və  s. 

məsələlərə to xunulur. 

Azərbaycanın  mədəni  həyatının,  tarixi  keçmişinin   işıq landırılmasında 

"Səfa",  "Nicat",  "Nəşri-Maarif‖,  İran  Maarifçilik  Cəmiyyəti,  "Tərəqqi‖ 

cəmiyyətləri mühü m rol oynadılar. 

1920-c i  ilin  apre lində  Azə rbaycan  Respublikası  e lan  edildikdən  bir 

müddət  sonra  Şimali  A zərbaycanda  ictimai  elmləri,  o  cümlədən  Azərbaycan 

tarixin i  öyrənmək  üçün  qurumlar  yarad ılmağa  başladı.  1923 -cü  ildə  Azərbaycanı 

Tədqiq və Tətəbbö Cəmiyyəti təşkil o lundu. 

Azərbaycanda  1929-cu  ildə  yaradılan  Azərbaycan  Dövlət  Elmi-Tədqiqat 

İnstitutu  respublikada  A zərbaycan  tarixinə  dair  tədqiqatların  aparılması  və  yazılı 

mənbələrin  nəşr  olunmasında  mühüm  rol  oynamağa  başladı.  O,  az  sonra  SSRİ  EA 

Zaqafqaziya fılialının Azərbaycan şöbəsinə, 30-cu illərin ortalarında isə SSRİ  Elmlər 

Akademiyasının  Azərbaycan  filialına  çevrildi.  Həmin  filialın  nəzdində  Tarix, 

Arxeologiya  və  Etnoqrafiya  İnstitutu,  həmçinin  arxeologiya  və  etnoqrafiya  bölməsi 

yaradıldı. Lakin burada Azərbaycan tarixinin XX əsrin əvvəllərini əhatə edən dövrünün 

tədqiqi  sahəsində  əhəmiyyətli  bir  iş  görülməmiş,  əsas  fəaliyyət  marksizm-leninizm 

klassiklərinin  əsərlərinin  nəşrinə  və  XX  əsrin  iki  onilliyində  baş  verən  fəhlə 

çıxışlarının  öyrənilməsinə  yönəldilmişdi.  Bununla  yanaşı,  akademik  V  V.Bartoldun 

Bakıda  1925-1926-cı  illərdə  nəşr  etdirdiyi  "Azərbaycan  tarixinin  qısa  xülasəsi"  və 

"Türk  xalqlarının  tarixinin  öyrənilməsinin  müasir  vəziyyəti  və  ən  vacib  vəzifələri", 

akademik  N.A.Samoyloviçin  "Qafqaz  və  Türk  dünyası"  məqalələri,  N.İ.Meşşaninov, 

Ə.Ələkbərov,  P.K.Jüze,  Əziz  Qubaydulin  kimi  alimlərin  Azərbaycan  tarixinin 

mü xtəlif dövrləri və məsələlərinə aid əsərləri işıq üzü görsə də, onlarda da Azərbaycan 

tarixinin XX əsrin əvvəlləri dövrünə toxunulma mışdı.  

Sovet dövründə Azərbaycanın XX əsr tarixi  məsələlərinə ciddi şəkildə ilk 

toxunan müəlliflər Bakı Universitetinin professoru Q.Q.Pisarevski, T.Passek, T.Latınin 

və  V.M.Sısoyevdir.  Onlardan  V.M.Sısoyevin  1925-ci  ildə  nəşr etdirdiyi "Azərbaycan 

(Şimali) tarixi"  əsərini xüsusi qeyd etmək lazımd ır. 

XX  əsrin  20-ci  illərində  fəaliyyət  göstərmiş  Vəli  Xuluflu,  A. 

Sübhanverdizadə,  A.Əfəndi,  M.Əfəndizadə,  H.İmanov,  Abdulla  Salamzadə,  Ağamir 

Məmmədov,  Rəşid  İsmayılov  və  b.  kimi  azərbaycanlı  tarixçilərin  tədqiqatlarında  da 

Azərbaycanın XX əsr tarixi məsələləri diqqətdən kənarda qalmışdı. 


 

 



40-cı  və  50-ci 

illərdə  Azərbaycanda  yetişmiş  tarixçi  alimlərdən 

Ə.Sumbatzadə,  M.İsmayılov,  İ.Həsənov,  Q.Mehdiyev,  İ.Talıbzadə  XX  əsr  tarixi 

məsələlərini  də araşdırmış,  Azərbaycanın çar  Rusiyası tərəfindən  işğalı  məsələlərinə, 

Azərbaycanda  aqrar  münasibətlər,  kənd  təsərrüfatı  və  sənayenin,  xüsusən  neft 

sənayesinin tarixinə  dair  əsərlər  nəşr  etdirmişlər.  Bu  istiqamətdə  müəyyən  işlər gör-

müş Rusiya tarixçiləri N.Q.Boqdanov, K.A.Pajitnov və Q.Q.Pisarevskinin əməyin i də 

qeyd etmək lazımd ır. 

50-ci  illərin sonu - 70-c i  illərin əvvəllərində üç cilddən ibarət  "Azərbaycan 

tarixi" nəşr olunmuşdu. Onun II cildi Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixinə 

həsr  edilmişdir.  Bu  cild,  demək  olar  ki,  Azərbaycanın  XX  əsrin  əvvəlləri  dövrü 

tarixini bütövlüklə əks etdirmiş ilk əsərdir. Cildin yazılması üçün müəlliflər tərəfindən 

toplanmış külli miqdarda materialın əksəriyyəti ölkə tarixşünaslığına ilk dəfə gətirilmiş, 

cilddə  XX  əsr  tarixinin  istər  sosial-iqtisadi,  istər  siyasi,  istərsə  də  mədəniyyət 

məsələlərinə dair yeni məlu matlar və ətraflı şərhlər verilmişdir. 

Üçcildlik  "Azərbaycan  tarixi"  nəşr  edildikdən  sonrakı  illərdə  Azərbaycan 

tarixinin bütün dövrləri, o cümlədən XX əsrin öyrənilməsi sahəsində xeyli nailiyyətlər 

əldə edildi, bir sıra tədqiqatlar nəşr olundu. Onlardan Ə.S.Sumbatzadənin imperializm 

dövründə  Şimali  Azərbaycanın  sosial-iqtisadi  durumuna,  Ə.N.Quliyevin  XX  əsrin 

siyasi  məsələlərinə,  M.Ə.İsmayılovun  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində 

Azərbaycanın  kənd  təsərrüfatı  və  sənayesinə,  kənd  təsərrüfatında  kapitalizmin 

inkişafına, A.Ş.Milmanın Azərbaycanın siyasi quruluşuna, İ.V.Striqunovun proletariatın 

formalaşmasına həsr etdikləri monoqrafiyalarını göstərmək olar. M.Ə.İsmayılovun nəşr 

etdirdiyi "Şəki" kitabında Şəkinin XX əsr tarixi də öz əksini tapmışdır. XIX-XX əsrin 

əvvəllərində  Azərbaycanda  suvarma  və  sudan  istifadə,  1912-ci  il  20  dekabr  islahatı 

məsələləri  İ.  A.  Talıbzadənin,  XIX  əsrin  30-cu  illəri  -  XX  əsrin  başlanğıcında  rus 

kəndlilərinin  Azərbaycana  köçürülməsi  isə  D.İ.İsmayılzadənin  əsərlərində 

işıqlandırılmışdır. 

Sonrakı  dövrün,  yəni  70-ci  illərin   sonu  -  90-cı  illərin  tarixşünaslığından 

danışmazdan əvvəl o cəhəti qeyd etmək  zərurid ir  ki,  XX əsr Azərbaycan tarixinin bir 

sıra  məsələləri  yuxarıda  adlan  çəkilən  əsərlərin  çoxunda  sovet  dövrünün  hakim 

ideologiyasının  təsiri,  rəsmi  dövlət  "konsepsiya"larının  tələblərinə  uyğun  təhrif 

edilmişdi. 

İstər  XIX  və  XX  əsrin  əvvəllərində  -  Azərbaycanda  sovet  hakimiyyəti 

bərqərar  olunana  qədər,  istərsə  də  ondan sonrakı  ilk  onilliklərdə  həm  rus,  həm  də 

Azərbaycan  tarixşünaslığında  Rusiyanın  Şimali  Azərbaycanı  istila  etməsi  məsələsi 

əsasən obyektiv  işıqlandırılırdı,  lakin  40-cı  illərdən  sonra  Rusiya  və  Azərbaycan ta-

rixşünaslığında həmin məsələ rəsmən saxtalaşdırılmağa başladı. 

80-ci  illərin  ikinci  yarısından  sonrakı  illərdə  aparılan  tədqiqatlarda  artıq 

əvvəəlki dövrdə yuxarıdan irəli sürülmüş "konsepsiya"ları qırağa qoyub, inkaredilməz 

dəlillərə  əsaslanan  müəlliflər  tariximizdə  baş  vermiş  hadisələri  olduğu  kimi  təqdim 

etdilər. Bununla da tarixşünaslığımızdakı "Azərbaycanın Rusiyaya birləşdirilməsi" və ya 



 

 



"birləşməsi" kimi qeyri-elmi müddəalar puça çıxdı. XX əsr tarixinin ilk iyirmi ilinə aid 

həqiqətlər  bərpa  olundu.  80-ci  və  90-cı  illərin  tarixşünaslığından  danışarkən,  ilk 

növbədə,  "Azərbaycan  tarixi"  kitablarının  nəşrini  qeyd  etməliyik.  Tarix  İnstitutunun 

kollektivi  tərəfindən  hazırlanmış  "Azərbaycan  tarixi"  Azərb.  EA  həqiqi  üzvü 

İ.H.Əliyevin redaktorluğu ilə 1993-cü ildə Azərbaycanca, 1995-ci ildə rusca, 1994-cü 

ildə yeni "azərbaycan tarixi" isə akademik Z.M.Bünyadov və professor Yusif Yusifovun 

redaktəsi  ilə  çap  edildi.  XIX-XX  əsrin  əvvəlləri  dövrü  M.Ə.İsmayılov  tərəfdən 

yazılmış əsərlərdə də öz əksini tap mışdır. 

70-90-cı  illərin  mütəxəssis tarixçiləri  M.İsmayılov,  T.Vəliyev,  M.Musayev, 

Ə.Umayev,  Q.Cavadov,  Y.Ələsgərov,  S.Əliyarov,  M.İbrahimov,  İ.Bağırova,  L. 

Həsənova,  H.  Həsənov,  Z.  Qafarova,  Ş.  Kərimov,  V.Səmədov,  M.Gülmalıyev  və  b. 

Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi üzrə çoxsaylı monoqrafiya və 

elmi məqalələr nəşr etdirdilər. Onların əksəriyyəti Azərbaycanın sosial-iqtisadi tarixinə 

-  XIX-XX  əsrin  əvvəllərində  Azərbaycanın  sosial-iqtisadi  quruluşu,  Azərbaycan 

kəndinin  sosial-iqtisadi  strukturu,  Azərbaycanın  sosial-iqtisadi  inkişaf  səviyyəsi,  neft 

sənayesinin  tarixi,  A zərbaycanda  kənd  təsərrüfatı,  torpaq  sahibliyi  və  torpaqdan  isti-

fadə, neft istehsalı və Rusiya iqtisadiyyatı, mülkədar təsərrüfatı və s. məsələlərə aiddir. 

Tarixi  əsərlər  içərisində  ölkənin  siyasi  tarixinə  dair  olanlardan  bir  çoxunda 

(müəlliflər:  D.Hüseynova,  D.Seyidzadə,  E.Əliyev,  İ.Bağırova,  A.Balayev, 

S.Mustafayeva,  D.İsmayılzadə,  N.Tahirzadə,  S.Talıbova  və  b.)  XIX-XX  əsrlərdə 

Azərbaycan-Rusiya münasibətləri, çarizm siyasətini Azərbaycanda həyata keçirənlər, rus 

kəndlilərinin  Zaqafqaziyaya,  o  cümlədən  Azərbaycana  köçürülməsi,  Azərbaycan 

ziyalıları,  Azərbaycanda təhsil,  Rusiya  ali  məktəblərində  təhsil  alan  azərbaycanlılar, 

Azərbaycanda  siyasi  təhsil  məsələləri,  Azərbaycan  məktəbləri,  maarif  məsələləri, 

Azərbaycan burjuaziyasının maarifçilik fəaliyyəti və s. məsələlərin tədqiqinə daha çox 

yer verilmişdir. 

Tarixçilər  və  d igər  ixtisas  sahibləri  (müəlliflər:  A.Paşayev,  N.Axundov, 

K.Zeynalova,  İ.Kərimov,  Q.Məmmədli,  S.Mövlayeva,  K.Talıbzadə)  Azərbaycan 

mədəniyyətinin  bir  çox  sahələri,  dövri  mətbuat,  görkəmli  siyasət  və  mədəniyyət 

xadimləri  barəsində  xeyli  əsərlər  yazmışlar.  Onlara  Azərbaycanın  dövri  mətbuatı, 

M.Şahtaxtinskinin  rus  dövri  mətbuatında  fəaliyyəti,  Azərbaycan  teatrı,  onun  inkişaf 

mərhələləri,  H.Cavid,  Ü.Hacıbəyov,  mədəniyyət  məsələləri,  mətbuatda  ədəbi  tənqid 

məsələləri və s. haqqında olan tədqiqatları misal göstərmək olar. 

XX əsr dövrünə dair tarixşünaslıqda şəhərlərin tarixi, su təchizatı məsələləri və 

s. ilə əlaqədar Bakı (F.Tağıyev), Şimali Azərbaycan şəhərləri (E.Muradəliyeva), Bakı 

(M.Musayev),  Şəki  (M.İsmayılov),  Gəncə  (kollektiv),  Şuşa barəsində  (G.İsmayılova) 

xeyli  iş  görülmüş,  şəhər  tikintisi  və  memarlığı  məsələlərinə  də  tədqiqatlar  həsr 

olunmuşdur  (müəlliflər:  V.Xanəliyev,  Ş.Fətullayev).  Nəşr olunmuş  əsərlərin bir  qismi 

dövri mətbuat (V.Məmmədov), Azərbaycan burjuaziyasının xeyriyyəçiliyi (M.İsmayılov, 

M.İbrahimov,  S.Talıbova),  Azərbaycan  tarixşünaslığı  (Ə.Sumbatzadə)  məsələlərinin 

tədqiqindən ibarətdir. 


 

 



Azərbaycan  Xalq  Cümhuriyyətinin tarixinin obyektiv tədqiq edilməsi, o  zaman 

əldə  olunmuş  nailiyyətlər  və  buraxılmış  səhvlərin  düzgün  dərk  o lunması  xüsusi 

əhəmiyyət kəsb edir. 

1918-ci  il  mayın  28-dən  1920-ci  il  aprelin  27-dək  fəaliyyət  göstərsə  də, 

Azərbaycan  xalqının  taleyində böyük  rol  oynayan  məhz  milli  dirçəliş  və  dövlətçilik 

mərhələsi,  həmçinin  müsəlman  dünyasında  ilk  respublika  olan  Azərbaycan  Xalq 

Cümhuriyyəti Şərq ölkələrində demokratik  ideya və hərəkatların inkişafına da müsbət 

təsir göstərmişdir. Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin cahanşümul tarixi hadisə 

olması zaman keçdikcə daha aydın dərk edilir. 

Buna görə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  fəaliyyəti  ilə  əlaqəli  mü xtəlif 

məsələlərin,  ü mu miyyətlə,  həmin  dövrdə  Azərbaycanda  və  onun  yerləşdiyi  Cənubi 

Qafqaz  regionunda  tarixi  hadisə  və  prosesləri  tədqiq  edən,  əsasən,  son  onilliklərdə 

formalaşmış tarixşünaslığın təhlil edilməsi ço x vacibdir. 

1917-1920-ci  illərdə  baş  vermiş  hadisələrin  bilavasitə  iştirakçıları  olmuş 

siyasi  xadimlərin  əsərləri  həmin  dövr  tarixşünaslığının  mühüm  tərkib  hissəsidir. 

Doğrudur, bu  əsərlər  istifadə olunmuş  metod və prinsiplər nöqteyi-nəzərindən sırf  elmi-

tədqiqat  xarakteri  daşımır,  ancaq  izlənilən,  məqsədlərə,  xüsusən,  hadisələrin 

xronoloji  ardıcıllıqla  işıqlandırılması  və  onlara ümumiləşdirici  baxışla  yanaşılmasına 

görə  etibarlı  mənbə  sayılmalıdır.  Həmin  əsərlərin  ilk  mənbə  kimi  bir  üstünlüyü  də 

ondadır  ki,  onları  qələmə  alan,  dövrün  görkəmli  tarixi  şəxsiyyətləri  olan  müəlliflər 

sırasında  Azərbaycan  Xalq  Cümhuriyyəti  (AXC-nin),  həmçinin  Azərbaycan  Sovet 

Sosialist Respublikasının yaradıcıları və əsas siyasi xadimləri xüsusi yer tuturlar. 

AXC  xadimlərin in  əsas  siyasi  hadisələrdən  bəhs  edən  əsərləri  həm  AXC 

dövründə ölkədə, həm də onun süqutundan sonra xaricdə çap edilmiş, onların bir çoxu isə 

üçüncü  Azərbaycan  Respublikasında  yenidən  işıq  üzü  görmüşdür.  Onların  sırasına 

M.Ə.Rəsulzadənin,  Ə.Topçubaşovun,  A.Ziyadxanlının,  C.Hacıbəyovun,  Y.V.Çəmən-

zəminlinin,  M.Məmmədzadənin,  Ş.Rüstəmbəylinin,  Mir  Yəqubun,  R.Vəkilovun, 

N.Şeyxzamanovun,  Ə.Əsgərov-Kəngərlinskinin  və  digər  fəal  xad imlərin  əsərləri 

daxildir

1



Bu  siyahıda  M.Ə.Rəsulzadənin  müstəsna  yeri  vardır.  Onun  əsərlərində  milli 

dövlətçilik  ideyası  xüsusi  elmi  maraq  doğuran  əsas  amillərdəndir.  Sosial-

nəzəriyyəçilər  -  tarixçilər,  siyasətçilər,  ədəbiyyatşünaslar,  mədəniyyətşünaslar, 

hüquqşünaslar üçün hədsiz dərəcədə maraqlı olan bir sıra məsələlər - milli Azərbaycan 

ideyasının  təşəkkülü  və  inkişafı,  dövlətçilik  baxışlarının  formalaşması,  siyasi 

mübarizənin gözlənilməz  dönüşlərlə  zəngin  mürəkkəbliyi  və s.  qeyri-adi  şəxsiyyət  olan 

müəllifin əsərlərində öz geniş əksini tapmışdır. 

Ə.M.Topçubaşovun  fakt  və  hadisələrlə  zəngin  əsərləri  də  AXC 

tarixşünaslığında  xüsusi  yer  tutur.  Azərbaycan  dövlətinin  səlahiyyətli  nümayəndəsi, 

parlamentin  yeganə  sədri  olmuş  müəllifin  İstanbul  və  Paris  təəssüratları,  müstəqil 

respublikanın öz həllini tapmamış problemləri onun əsərlərinin əsas mövzusudur. 

Haqqında  bəhs  edilən  dövrdə  insanların  fikir  və  düşüncələrinin  əsas 



 

 

10 



məzmununu təşkil  edən subyektiv  gerçəkliyi  daha düzgün  anlayıb qiymətləndirmək 

üçün M.V.Məmmədzadə və Ə.Əsgərov-Kəngərlinskinin yazıları diqqətəlayiqdir. Əgər 

birinci  müəllifdə  hadisələrə baxış  və  yanaşmada  mübarizə  əzmi  üstünlük  təşkil  edirsə, 

ikincidə  tarixi  gerçəkliyə  bədbin  münasibət daha  qabarıqdır.  Lakin  buna  baxmayaraq, 

onların hər  ikisi tarixin düzgün dərk  edilməsi  baxımından  mühüm  əhəmiyyət  kəsb  edən 

gerçəklik faktlarına istinad edir. 

1917-1920-ci  illərdə  fəal  inqilabçı,  hərbi  siyasi  qurumların  rəhbər  işçiləri, 

Sovet  hakimiyyəti  dövründə  isə  respublikanın  partiya-dövlət  nümayəndələri  olmuş 

yerli  ko mmunistlər  -  N.Nərimanov,  Q.Musabəyov,  M.D.Hüseynov,  M.Quliyev, 

Q.Hüseynov,  Ə.Qarayev və  b. tədqiq edilən dövrə aid  bir sıra sərt  xarakterli  polemik 

əsərlər qələmə almışlar

2

. Bu əsərlərin dəyəri siyasi rəqiblərə tənqidi münasibət ifadə 



etmələrində,  hadisələrin  qənaətbəxş  və obyektiv  təsvirini  vermələrində  yox,  o  vaxtkı 

kommunistlərin  dünyagörüşü  və  psixologiyası  haqqında  dolğun  təsəvvür 

yaratmalarındadır.  Onlara  xas  olan  ümumi  cəhət  Müsavat  hökuməti  ilə  müqayisədə 

sovet  idarəetmə  sistemi  və  sosial-iqtisadi  quruluşunun  Azərbaycan  xalqının  tərəqqisi 

üçün daha çox işlər gördüyünü sübut etməyə çalışmalarıdır. 

Ümu mi şəkildə 1917-1920-ci  illər tarixşünaslığını üç dövrə bölmək olar: 20-

30-cu  illərin  marksist  tarixşünaslığı,  40-80-ci  illərin  milli  ko mmunist  tarixşünaslığı, 

90-cı illərin liberal-milli tarixşünaslığı. 

Azərbaycanda  marksist  tarixşünaslığın  əsas  nümayəndələri  1921-1931-ci 

illərdə  Qırmızı  Professura  İnstitutunu  bitirmiş  qeyri-azərbaycanlılar  idi.  Onlar  1917-

1920-c i  illəri  əhatə  edən  inqilab  dövrünü  dünya  kapitalizminin  ta m  çürümə  

mərhələsində zəhmətkeşləri burjuaziyanın zülm və istismarından azad edəcək dünya in-

qilabın ın ilkin müjdəç isi kimi qələmə alırd ılar. 

1917-ci illərə aid tarixi əsərlərin müəllifləri - A.Rayevski, Y.Ratqauzer, N.Pçelin, 

A.Popov,  S.Sef,  A.Steklov,  A.  Dubner  hadisələri  tədqiq  və  təqdim  edərkən  tarixi 

reallığın  təfsilatlarına  maraq  göstərmək,  hadisələrin  izahında  ideologiyaya  üstünlük 

vermək, mənbələrdən geniş iqtibas gətirmək və s. kimi  xüsusi yanaşma üslubu nümayiş 

etdirmişlər

3



Lakin  onların  əsərlərində  sonrakı  sovet  tarixçilərinin  tez-tez  müraciət 



etdikləri  partiya-sovet  rəhbərlərinin  çıxışlarından  geniş  istifadə,  tarixi  məkanın 

təfərrüatınadək dövrləşdirilməsi, arxiv mənbələrini kütləvi fetişləşdirmə hallarına az-az 

rast gəlinir. 

"Zəhmətkeşlərə vəhşi nifrət", "dünya miqyaslı quldurlar", "müsavat nökərləri", 

"bəyxan hökuməti", "öz xalqının mənafeyi ilə alver edənlər" və s. epitetlərdən gen-bol 

istifadə edilən bu əsərlərdə Azərbaycan Xalq Cümhuriyyəti "Müsavat rejimi", "Müsavat 

dövləti" kimi təqdim ed ilmişdir. 

Marksist  tarixşünaslığın  nümayəndələri  AXC-nin  daxili  siyasətindən 

danışarkən  bu  siyasətin  əsasına  "rejimin"  sinfi  təbiətini,  onun  siyasi  subyektlərinin 

maraqlarını  qoyur  və  onların  zəhmətkeş  fəhlə-kəndli  mənafelərinə  kökündən  zidd 

olduğunu  iddia  edir  və  bununla  da  bu  mənafelərin  uzlaşdırılması  və  ümummilli 


 

 

11 



məqsədə  tabe  edilməsi  imkanlarını  göstərmirdilər.  Müsavat  partiyasını  kəskin  tənqid 

edir, onu gah kiçik burjua partiyası, gah da yalnız burjuaziya və mülkədarların mənafeyini 

müdafiə edən təşkilat adlandırır, bununla da Müsavat partiyasının və bütövlükdə milli 

hərəkatın  əsas  tutduğu  prinsip  və  mənəvi  dəyərləri  bayağılaşdırmağa  çalışırdılar.  AXC 

xarici  siyasətinə  Birinci  dünya  müharibəsində  qalib  gəlmiş  ölkələr  qarşısında 

nökərçilik donu geydirilirdi. 

20-30-cu  və  sonrakı  illərin  tədqiqatları  başlıca  olaraq  Azərbaycan  Xalq 

Cümhuriyyətinin daha çox  inqilabi  dövrün  məhsulu  olmasını,  iqtisadi  mühafızəkarlığına 

baxmayaraq,  demokratik  siyasi  qurum  və  vətəndaş  təsisatları  yaradılmasına  meylini, 

mədəniyyət sahəsində özünü göstərən inqilabiliyini,  milli hərəkatın is ə öz məqsəd və 

hərəkətverici qüvvələrinə görə maarifpərvər və mütərəqqi xarakter daşıdığın ı görmək 

istəmirdilər. 

Müharibədən  sonrakı  illər  tarixçi  kadrlar:  Z.İbrahimov,  M.İsgəndərov, 

Y.Tokarjevski, C.Quliyev, Ə.Sumbatzadə, T.Köçərli, D.Quliyev və başqaları bu dövr milli 

kommunist  tarixşünaslığının  ən  məhsuldar  nümayəndələri  sayılırlar

4

.  Məhz  bu  dövrdə 



1917-1920-ci  illərin  tədqiqat  mövzusu daha da genişlənmiş, bir sıra sənədlər  məcmuəsi 

çap edilmiş, nəticədə kütləvi oxucu üçün dövrün sirləri ilə yaxından tanış olmaq imkanı 

yaranmış,  lakin  AXC  tarixinin  müstəqil  tədqiqat  predmeti  kimi  sistemli  şəkildə 

öyrənilməsi  davam  etdirilmə mişdi

5-8

.  Bunun  tədqiqatçılardan  asılı  olmayan  başlıca 



səbəbi onda idi ki, hakim  ideologiya məhz AXC ilə əvvəlcə siyasi, onun süqutundan 

sonra isə Cümhuriyyətin yaddaşdan silinməsi üçün mübarizə aparmışdı. 

Keçmiş  SSRİ  məkanında,  o  cümlədən  Azərbaycanda  80-90-cı  illərdə  baş 

verən  proseslərlə  paralel  yaranan  yeni  mənəvi  şərait  AXC  tarixinə  aid  bir  sıra 

problemlərin  öyrənilməsinə  qoyulan  qadağaların  aradan  qalxmasına,  dövrü  öyrənən 

yeni istiqamətin - liberal və milliyyətçi tarixşünaslığın formalaş masına imkan verdi. 

Onun  əsas  nümayəndələri  olan  A.Balayev,  C.Həsənli,  N.Maksvell,  P.Darabadi, 

N.Nəsibzadə,  R.Xudiyev  və  b.  alimlərin  tədqiqatları  AXC  tarixinin  öyrənilməsi 

sahəsində xeyli iş görüldüyünü söyləməyə əsas verir. 

Əlbəttə,  bu  son  dövr  tarixşünaslığında,  xüsusən  onun  ilk  çağlarında  bəzi 

nöqsanlar,  o  cümlədən  ifrat  aludəçilik,  1917-1920-ci  illərdə  baş  vemıiş  hadisələrə 

münasibətdə  eyforiya  əhvali-ruhiyyəsi,  onların  şərhində  ideoloji  yanaşmaya  üstünlük 

verilməsi kimi qüsurlardan xali olmayan bu ilk addımların özü, ümumilikdə, AXC tari-

xin in öyrənilməsi istiqamətində irəliləy iş idi.  

90-c ı  illərin  əvvəllərində  -  AXC  tarixinə  aid  mənbəşünaslıq  bazasının 

formalaşma dövründə C.Həsənlinin "Azərbaycan beynəlxalq münasibətlər sistemində 

(1918-1920-ci  illər)"

9

  kitabı  AXC-nin  xarici  siyasət  problemləri  üzrə  müasir 



Azərbaycan  tarixşünaslığında  baza  olacağına  tam  əsas  verir.  Bu  sırada  duran  əsərlər 

içində İ.Musayevin "Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət 

və xarici dövlətlərin siyasəti (1917-1921)" monoqrafiyası xüsusi yer tutur

10



Azərbaycan  Xalq  Cü mhuriyyəti  hərb  tarixin in  tədqiqində  P.Darabadinin 

"Voennıye  problemı  politiçeskoy  istorii  Azerbaydjana  naçala  XX  veka"  (Bakı,  1998)" 

 

 

12 



kitabı qeyd edilməlidir. 

Hərb  tarixinin  tədqiqində  başqa  bir  müəllifin  də  adı  çəkilməlidir.  M. 

Süleymanovun son  illərdə  çıxmış  "Azərbaycan  Ordusu  (1918-1920)"  adlı  kitabı  hərb 

tarixində həqiqətən yeni bir səhifə olmuş dur

12



AXC-nin  liberal-milliyyətçi  tarixşünaslığının  əsas  nailiyyəti  Azərbaycan 



Respublikasının  Prezidenti  Heydər  Əliyev  cənablarının  sərəncamı  ilə  AXC-nin  80 

illiyini keçirmə k üçün yaradılmış Dövlət Komissiyasının iş planına əsasən çap edilmiş 

bir  sıra  əsərlərin,  material  və sənədlər,  məqalələr toplularının,  xatirə  kitablarının Azər-

baycan Xalq Cümhuriyyətinin tarixini dərindən öyrənməkdə və geniş şərhində əhəmiyyəti 

olduqca önəmlidir

13



Baş  Arxiv  İdarəsi  kollektivinin  fəaliyyəti  nəticəsində  AXC-nin  80  illiyi  ilə 

əlaqədar  hazırlan mış  materiallar  məcmuələrinin  işıq  üzü  görməsindən  sonra  müasir 

tarixşünaslıq  geniş  mənbəşünaslıq  bazasına  malikdir.  Buraya  ilk  Azərbaycan 

parlamentinin  fəaliyyətinə  həsr  olunmuş  üç  kitab  daxildir  ki,  onlar  parlamentin  145 

iclasının stenoqramından ibarət yeganə sistemli nəşrdir

14



AXC tarixşünaslığını zənginləşdirən kitablar siyahısına həmçinin 1918-1920-

ci illərdə ölkənin silahlı qüvvələrinin yaradılması, tarixini əks etdirən xüsusi sənədlər 

toplusu  da  daxildir.  Bu  nəşr  dövlətin  öz  silahlı  qüvvələrini  yaratmaq,  öz  ərazi 

bütövlüyü və  müstəqilliy ini qoru maq sahəsində göstərdiyi fəaliyyəti  ilə bağlı  olan 

sənəd və materialların ilk tam külliyyatıdır

15



Azərbaycan  Xalq  Cümhuriyyətinin  aşkar  edilmiş  qanunvericilik  aktları  və 

qərarları

16

 bir,  xarici  siyasət  problemlərini  əks etdirən sənədləri  isə başqa bir topluda



17

 

dərc  edilmişdir.  "Fətəli  Xan  Xoyski.  Həyatı  və  fəaliyyəti"



18

  kitabı  ilə  bitən  sənədlər 

toplusu  seriyası  yalnız  bu  günə  qədər  tapılmış  sənəd  və  materiallar  əsasında  tərtib 

olunmuşdur.  Bu  qəbildən  AMEA-nın  (1998-ci  ildə)  55  çap  vərəqi  həcmində  nəşr 

etdiyi "Azərbaycan Cümhuriyyəti (sənədlər və materiallar) 1918-1920-ci illər" kitabını 

da qeyd etmək olar

19



 



 

* * * 

 

 



Tarix İnstitutu hələ 70-ci illərin əvvəllərindən "Azərbaycan tarixi" çoxcildliyini 

hazırlamağa başlamışdı. O vaxtlar XX əsrin əvvəlləri dövrünü əks etdirən xüsusi cildin 

hazırlanmasında  respublikanın  müxtəlif  elmi  idarələrində  çalışan  aparıcı  tarixçilərimiz 

yaxından iştirak edirdilər. Lakin çoxcildliyin hazırlanması ilə bağlı görülən işlər müəyyən 

səbəblərdən tam başa çatdırılmadı. Təqdim olunan bu cild üzərində iş yenidən başlayanda 

müəlliflərin  bəziləri  artıq  dünyasını  dəyişmiş,  bəziləri  isə  İnstitutun  elmi  fəaliyyətində 

iştirak  etmək  imkanında olmamışdır.  Buna görə  də  Tarix  İnstitutunun həmin  mətnləri 

əsaslı  surətdə  yenidən  işləmiş  əməkdaşları  -  tarix  elmləri  namizədləri  H.Həsənov, 

S.Mustafayeva,  K.Ocaqova,  E.Əliyev,  G.İsmayılova  əslində  onların  həmmüəllifi 


 

 

13 



sayılmalıdırlar. 

V  cilddəki  əsasən  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixindən  bəhs  edən 

mətnlərin  nəşrə  hazırlanıb  tərtib  edilməsində  Azərbaycanın  1917-1920-ci  illər  tarixi 

şöbəsinin  elmi  işçiləri  -  t.e.n.  K.İsmayılov,  N.Məmmədzadə,  R.Rüstəmov, 

E.Hacıbabayev iştirak etmişlər. 

Oxuculara  təqdim  olunan  V  cildin  ayrı-ayrı  hissələrinin  müəllifləri 

aşağıdakılard ır: 

Giriş:  Azərb.  EA  müxbir  üzvü  M.İsmayılov,  t.e.n.H.Həsənov,  t.e.n.  N. 

Mak svell. 

I  fəsil:  Azərb.  EA  müxbir  üzvü  M.  İsmayılov,  t.e.d.  D.Hüseynova,  t.  e.  d.  M. 

İbrahimov, t. e. d. İ. Bağırova, t. e. n. H. Həsənov, t. e.n. N. N. Məmmədov, t. e. n. Z. 

Qafarova, t. e. n.  G.İsmayılova. 

II  fəsil:    t. e . d. D. Hüseynova , t. e . d. İ. Bağırova. 

III  fəsil: Azərb.  EA müxbir üzvü M.İsmayılov , t.e.d.D. Hüseynova , t. e. d. D. 

Seyidzadə, t. e. d. M. İbrahimov, t. e. n. H. Həsənov, t. e. n. N Məmmədov 

IV fəsil: t. e. d. D. Hüseynova , t. e. n. N. Tahirzadə, t. e. n. N. Məmmədov 

V  fəsil:  t.  e.  d.,  prof  Y.  A.  Tok arjevsk i,  t.  e.  d.  prof  C.  Həsənov,  t.  e.  n.  N  

Mak svell, t. e. n. R. Xudiyev 

VI fəsil: t. e . d., prof C. Hə sənov, t. e. n. N. Mak svell 

VII fəsil: t. e. n. N . Mak svell, t. e. d., prof İ. Musayev, t.e.n. K. İsmayılov, t. e. 

n. M. Süleymanov 

VIII fəsil: t. e . d., prof C. Hə sənov 

IX fəsil: t. e . n. N . Mak svell 

X  Fəsil: f e. n. Ş. Alışanh, t. e . n. H. Abdullayeva , t. e. n. N. İsayev, f e. n. M. 

Aslanov 

XI fəsil: t. e . n. N . Mak svell 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

14 



I FƏSİL 

AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ 

(1901-1914-cü illə r) 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə