A2Ə r d a y c a n respublikas prezidentiNİN İ Ş L ə r I d a r ə s I n I N



Yüklə 172.75 Kb.
Pdf просмотр
səhifə1/21
tarix23.06.2017
ölçüsü172.75 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   21
21826

AŞIQ  ƏLƏSGƏR
ƏSƏRLƏRİ
A2Ə R D A Y C A N  RESPUBLİKAS) PREZİDENTİNİN 
İ Ş L Ə R   İ D A R Ə S İ N İ N
K İ T  A B X A N A S I
“Ş Ə R Q -Q Ə R B ”
B A K I-2004

m i j f i s e ) !   Z l Ç k z e )  
/ }   § {1
Bu kitab  “Aşıq Ələsgər. 
 (
Bakı

Çinar-Çap,  2003) rıəşri əsasmda 
təkrar nəşrə hazırlanmışdır
Tertib edəni,  ön sözün
və  qeydlərin müəllifi: 
İslam  Ələsgər
894.3611  -  dc 21
AZE
Aşıq Ələsgər.  Əsarləri. 
Bakı, “Şərq-Qərb”, 2004, 400 səh.
Aşıq Ələsgər hər bir azerbaycanlıya qan ilə keçmiş, onun menəviyyatmm 
bir hissəsinə  çevrilmiş  söz ustadıdır.  Sehr dolu şeirləriylə  Əlesgər möcüzesi 
sadəliyin möcüzesidir. Bele sənətkarlara elde “Haqq aşığı” deyerler. Qanında 
Dədə  Qorqudu,  Qurbanini,  Qaracaoğlam,  Yunus  Əmrəni,  Sarı  Aşığı  daşıyan 
Dəde Ələsgər şirinliyi,  doğmalığı -  müdrikliyin,  semimiyyetin zirvəsidir.
Ələsgər  aşıq  poeziyamızm  sonuncu  nəhəngidir.  O,  yaratdığı  dilin  və 
doğma xalqının yaddaşmda büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, 
heyat  aşiqi,  saflıq  və  səmimiyyət  ustadıdır.  Sinəsini  özüne  deftər  edən 
Ələsgər aşıq şerinin, demək olar ki, bütün formalarına müraciət etmiş, qoşma, 
geraylı,  təcnis,  qıfılbənd,  dodaqdəyməzler  yaratmış,  deyişmələr  iştirakçısı 
olmuşdur.
Bu  kitaba  qüdrətli  el  sənətkarının  eldə  olan  şeirləri  və  adı  ilə  bağlanan 
dastan-rəvayətlər  toplanmışdır.  Aşıq  Ələsgərin  böyüklüyü  xalq  həyatını, 
insan  taleyini,  sevinc  və  keder  hisslərini  nece  ifade  etməsindedir.  Aşıq 
Əlesgərin böyüklüyü ondadır ki, min illik enənənin axarmda öz sözünü deyə 
bilmiş,  min  dəfələrlə  təkrar  olunmuş  formalarda  heç  kəsi  təkrar  etməmiş, 
hamınm  işletdiyi  adi  sözlerdən  hamını  heyrətdə  qoyacaq  bir  poeziya 
yaratmışdır.
A z ə rb ay c a n   R esp u b lik asım n  Prezidenti 
İL H A M   Ə L İY E V İN  
“Azərbaycan dilində latın qrafikası 
ilə  kütləvi nəşrlərin həyata 
keçirilməsi haqqmda”
12  y a n v a r 2 0 0 4 -c ü   il  tarixli  sərən cam ı 
ilə  n ə ş r  o lu n u r v ə   ö lkə  k itabxanalarına 
h ə d iy y ə   edilir
ISB N   9 9 5 2 -4 1 8 -2 1 -0
© “ŞƏRQ-QƏRB” ,  2004

H A Q Q  A ŞIĞ I
Azərbaycan  aşıq  sənəti,  milli  aşıq  poeziyası  tarixində  şərəfli  yer  tutan 
sənətkarlardan  biri  Aşıq  Ələsgərdir.  O,  qeyri-adi  fıtri  qabiliyyəti  sayəsində 
yaratdığı  müxtəlif şəkilli,  müxtəlif məzmunlu  sənət incilərində  özünə məx- 
sus  bədii  boyalarla ifadə  etdiyi  ümumbəşəri  didaktik  fikirləri  ilə bu  müqəd- 
dəs sənətin zirvəsinə yüksəlmişdir.  Qüdrətli el  sənətkarınm yaratdığı  əsərlər 
aşıqlarımızın repertuarmda geniş yer tutmuş,  şənliklərin,  məclislərin bəzəyi- 
nə çevrilmişdir.
Xalqımıza öz sazı və sözü ilə  80 ildən artıq ləyaqətlə  xidmət edən Dədə 
Ələsgər yalnız  qüdrətli bir şair-aşıq kimi  yox,  həm  də  tamyanların qəlbində 
bir ocaq,  pir, bir övliya kimi heykəlləşmişdir.
* * *
Aşıq  Ələsgər  qədim  Göyçə  mahalmın  Ağkilsə  kəndində  1821-ci  ildə 
Novruz bayramı günü dünyaya göz açmışdır.  Onun atası  Alməmməd işgüzar 
və halal  zəhməti  ilə  dolanan,  həlim təbiətli bir kişi  idi.  O,  həm də  xalq  ara- 
sında bir şair kimi tamnırdı.  Yaradıcılığmdan əldə olan nümunələr püxtə  sə- 
nətkar  qələminin  məhsulu  kimi  diqqəti  cəlb  edir.  Onun  “İnsan”,  “Görmə- 
dim”, “Eylər-eylər” rədifli şeirlərini aşıqlarımız indi də ustadnamə kimi oxu- 
yurlar.
Ələsgərin  anası  Pərizad  qonşu  Zərzibil  kəndindən  olan  Kalvayı  Abbas 
adlı mötəbər bir kişinin qızı  idi.  Çox mehriban olan bu ailədə Ələsgər,  Salah, 
Xəlil,  Məhəmməd  adlı  dörd  oğlan,  Fatma  və  Qızxanım  admda  iki  qız  Al- 
məmmədlə  Pərizadın  sevinclərinə  səbəb  olduğu  kimi,  onların  qayğısmı  da 
artırmışdı.  Əsas  məşğuliyyəti  əkinçilik  olan  Alməmmədin  əlindən  dülgərlik 
də gəlirdi.  Səkkiz baş ailəni dolandırmaqda çətinlik çəkən Alməmməd əkin- 
biçindən sonra Kəlbəcərin meşələrindən ağac  gətirər,  cüt (xış),  boyunduruq, 
kürək,  şana,  cəhrə,  nəhrə,  çanaq,  hövsər,  çömçə,  qaşıq  və  s.  düzəldib  satar, 
ailəni korluq çəkməyə qoymazdı.
Ailenin  böyük  uşağı  olan  Ələsgər  14-15  yaşına  çatanda  kəndlərində 
Kərbəlayı Qurban adlı birisi Alməmmədin yanma gəlib, onu dilə tutmuş, kö- 
məksiz olduğundan şikayətlənmiş,  bir neçə  il  Ələsgərin onlara kömək etmə- 
sini xahiş eləmişdi.
Ələsgər Kərbəlayı Qurbanm evində dörd il işləmiş, bu müddətdə özünün 
işgüzarlığı,  mərifət-qanacağı  ilə  hörmət qazanmışdı.  Kərbəlayı  Qurban  onu
oğul  gözündə  görürdü.  Axır vaxtlar Kərbəlayı  Qurbanın yegane  qızı  Səhnə- 
bam  ilə  Ələsgərin  arasmda  səmimi  bir məhəbbət  də  yaranmışdı.  Kərbəlayı 
Qurban bu işdən xəbər tutanda çox şad olmuş və Ələsgəri yanmda həmişəlik 
saxlamaq  üçün  gəncləri  evləndirmək  fıkrinə  düşmüşdü.  Lakin  Kərbəlayı 
Qurbamn  qardaşı  Pullu  M əhərrəm  bu  məsələni  eşidəndə,  Ələsgəri  qovdur- 
muş və  Səhnəbanım  öz oğlu Mustafaya almışdı.
Nökərlikdən bir ağır qəm yükü  ilə evlərinə qayıdan Ələsgər ilk məhəb- 
bətini  isə  acı  təsirindən  ömrünün  sonuna  qədər  ayrıla bilməmişdi.  Alməm- 
məd kişi  eşqin,  məhəbbətin nə  olduğunu yaxşı  bilirdi.  Onu da yəqin eləmiş- 
di ki, bu boy-buxunlu,  kamallı  oğlundan yaxşı aşıq olar.  Oğlunun hələ nökər 
olduğu illərdə şeir söyləməyindən, saza-sözə, aşıqlıq sənətinə olan marağın- 
dan da halı idi. Odur ki, Kəlbəcərin Qanlıkənd kəndindən ona bir saz alıb gə- 
tirdi. Çox keçmədi, Ələsgərin əli saza yatdı, çalıb-oxumağa başladı. Ancaq nə 
qədər yaxşı çalıb nə qədər gözəl oxusa da, Alməmməd kişi oğlunun ustada eh- 
tiyacı  olduğımu bilirdi.  Ələsgərin  püxtələşməsi,  bir aşıq  kimi  yetişməsi  üçün 
onu o zaman Göyçədə məşhur olan Qızılvəngli Aşıq Alıya şəyird verdi.
Ələsgər Aşıq Almın yanında beş ilə qədər şəyird qaldığı müddətdə özü- 
nün  qeyri-adi  istedadı  sayəsində  bu  müqəddəs  sənətin  sirlərini  öyrəndi  və 
müstəqil  aşıqlıq  eləməyə  başladı.  O,  az  bir  müddətdə  xalq  arasmda  böyük 
şöhrət qazandı,  səsi-sorağı hər yana yayıldı.
Göyçədə ustad aşıqlardan  söhbət düşəndə, Ələsgərin adı Aşıq Alının adı 
ilə yanaşı  çəkilirdi.  Saz-söz həvəskarları bu aşıqlan müqayisə eləməyə baş- 
ladılar;  hansı  güclüdür,  hazırcavabdır;  Aşıq  Alımı,  yoxsa  Aşıq  Ələsgərmi? 
Aşıq azarkeşləri  arasında olan bu söhbət qızğm mübahisəyə  səbəb oldu.  On- 
lar aşıqları  qarşılaşdırmaq  qərarına  gəldilər.  Aşıq  Alıya:  “Ələsgər hər yerdə 
sənin  bədinə  danışır”,  “Ələsgər  sənin  sözlərini  bəyənmir”,  “Ələsgər  özünü 
səndən  üstün  tutur”  kimi  yalan  xəbərlər  çatdırmağa  başladılar.  Onlar  yaxşı 
bilirdilər ki, xasiyyətcə tündməcaz olan və tez əsəbiləşən Aşıq AIı çuğulların 
belə  sözlərindən  qəzəblənəcək  və  Aşıq  Ələsgərlə  deyişəcəkdir.  Nəhayət, 
kələkləri  baş tutdu.  Birinci  çuğulun  dediyinə  inanmayan Aşıq  Alı,  ikincinin, 
üçüncünün...  sözlərinə  inandı  və  Ələsgəri  “susdurmaq”  qərarına gəldi.  Təx- 
minən  1850-ci  illərdə  Göyçənin  Qızılbulaq (Çaxırlı)  kəndində, Böyük Ağa- 
nm evində məqsədli  təşkil  elətdirdiyi məclisdə deyişməyə əw əlcədən hazır- 
laşmış olan Aşıq Alı sazım götürüb meydana çıxdı və şəyirdini deyişməyə ça- 
ğırdı.  Ələsgər nə  qədər yalvarıb-yaxardısa da,  Aşıq  Alı  inadmdan  dönmədi, 
Ələsgəri deyişməyə məcbur elədi və özü məğlub oldu.  Bu işdə heç bir güna- 
hı  olmadığmı  söyləyən  Aşıq Ələsgər ustadından  dönə-dönə  üzr istəyib,  onu 
sakitləşdirməyə çalışdısa da,  Aşıq Alı  əsəbi halda məclisi  tərk  elədi...
Aşıq Ələsgər kəskin hafızəsi və həmişə öyrənməyə cəhd göstərməsi  sa- 
yəsində  zəngin bilik  əldə  etmişdir.  Oğlanlannm,  onu görmüş  qocaların  söy-

lədiklərinə görə, Ələsgər dövrünün ziyalıları ve din xadimləri  ilə ünsiyyətdə 
olar,  onlara tarixi,  bədii və  dini  kitablar oxutdurub,  qulaq  asmağı  çox  sevər- 
miş.  Dini mübahisələr zamam mollalar,  axund və qazilər, hətta şeyxlər onun 
dedikləri  ilə razılaşmah olurmuşlar.
Aşıq Ələsgərin şeirlərində Firdovsinin, Nizaminin, Nəsiminin, Füzulinin, 
Hafızin  adlarınm  çəkilməsi,  “Onlar da yazdığı,  ayə,  məndədi”  deməsi  təsa- 
düfı  saydmamalıdır.  Aşıq  dinləmə  yolu  ile  onlann əsərlərindən  çox  şey  öy- 
rənmişdir. Yaradıcıhğmda rast gəldiyimiz “Şəninə dastan yazıram, Rüstəmin 
dastanı  kimi”,  “Rüstəmin  Rəxşi  kimi  gətirir  cövlana,  deyin”,  “Ürəyim  bir 
Kərəmə,  bir  Şeyx-Sənana  yanır”,  “Səxavətdə  misli  Hatəm,  səddə  İskəndər 
kimidi”,  “Qəlbdən yas tuturam Məcnuna,  Fərhada bu gün”,  “Hüsndə  Yusif- 
sam,  kamalda Loğman kimidi”,  “Hər yana  kağız  dağıldı,  Süleyman  fərmanı 
kimi” , “Min yaşasm İsmayılı, nerəsi Heydər kimidi”, “Erkek yan-yana kəsil- 
di, Minanın qurbam kimi” və b.  ifadelər deyilənləri tesdiq edir.
Aşıq  Ələsgərin  bedahetən  şeir  söyləmesi  də  hamını  heyrətləndirərdi. 
Onu  görmüş,  məclislərində  olmuş  qocaların,  şəyirdlərinin  dediklərinə  görə, 
Aşıq,  yeri  gələnde,  sazı  sinəsinə  basar,  şeri  elə  oradaca bədahətən  yaradar, 
həmin şeirlerini yadmda saxlar,  sonradan şəyirdlerinə öyrədermiş.
Böyük  sənətkarın  qarşı-qarşıya  söhbət  elədiyi  adamlarm  fıkrindən  ke- 
çənləri bilməsi də bir möcüzeydi. Bəlkə, elə bu sebəbdəndi ki, Aşıq deyişmə 
zamam heç bir sual qarşısmda aciz qalmamışdır.
Haqqmda  söylenilən xatirəlerdən,  dastan-rəvayətlərdən  öyrənirik  ki,  o, 
həm də baş verəcek bir çox hadisəleri əvvəlcedən yuxuda görürmüş.  Şeirlə- 
ri  içərisində onun belə bir etirafı  da diqqeti celb edir:
Oxuram  inna-fətehna,
Metləb allam yuxuda;
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan verir.
Yenə  söylenilən  dastan-rəvayətlərdən  və  xatirələrdən  məlum  olur  ki, 
Dəde  Qorqud  kimi  Aşıq  Ələsgerin  de  alqışı  və  qarğışı  böyük  təsir  gücünə 
malik imiş.  Dəli Alıya həsr elədiyi bir müxəmməsində deyilir:
Hər məclisdə duaçıyam,
Günbəgün ucalır səsim;
Barilahim,  irehm eylə,
Yerə düşməsin nəfesim;
Oğul ver iki qardaşa,
Bir qurban da özüm kəsim...
Dəli  Alının  dostlarmdan  olan  bu  “iki  qardaş”  Goranboyun  Qaramusalı 
kənd sakinləri Əsed ilə Molla Qasımdır. Aşığm bu duasından sonra Allah on- 
lara bir yox, bir neçə oğul bəxş eləmiş və bu münasibətlə Dədə Ələsgər qur- 
ban kəsmişdi.
Dastanlanmızın bir çoxunda olduğu kimi, Aşıq Əlesgərə de yuxuda ver- 
gi verilməsini söyləyən aşıqlar onun  “Qabaqda” rədifli  qoşmasınm deyilmə- 
sini bununla əlaqəlendirirlər.
Özünün  əxlaqı,  xasiyyəti,  davranışı  ilə  hamıya  nümunə  olan,  yaratdığı 
şeirlərde  dinləyenlerə  düzgün  yol  gösterən,  edaletli  olmağı,  haqqm tərefini 
saxlamağı  təbliğ  eden  aşıq  bütün  bunlara  göre  “Haqq  aşığı”  adlandınlmış, 
hemişə  ona pərəstiş elənmiş,  çətin  işə düşənlərsə  ondan nicat diləmiş, vəfa- 
tmdan sonra qəbrini  ziyarətgaha çevirmişlər.
Aşıq Ələsgər müsteqil aşıqlığa başlayandan sonra bu sənətə meyl göstə- 
rənlərin  böyük  bir  qismi  onun  himayəsi  və  qayğısı  sayesinde  püxteləşmiş, 
“aşıq”  adına yiyələnmişdir.  Ələsgər şəyirdliyə  qəbul elədiklərini bu müqəd- 
dəs  sənətin sirlərine  onlar tam yiyələnməyincə,  yamndan buraxmaz,  müstə- 
qil aşıqlıq eləməsinə icazə verməzmiş. Nə qədər ki, püxtəleşməyib, onlara öz 
adlan ile müraciet elər, ele ki  sənetə yiyələndiyine əmin oldu,  onlann adla- 
rının  əvvəline  bir  “aşıq”  sözünü  də  əlavə  edərmiş.  Bu  sözdən  sonra  şəyirdi 
bilərmiş ki, ustadı onun müstəqil  aşıqlıq eləməsinə razılıq vermişdir.  Şəyird- 
lərinin qabiliyyetindən  asüı  olaraq,  onların  bəziləri 4-5  ilə,  bəziləri  isə daha 
artıq  müddətdə  ustadından  şifahi  “aşıq”  vəsiqəsini  əldə  edərmiş.  Şəyird 
“aşıq”  adını alan günü  şadyanalıq elərmiş.  Meşhur Aşıq Əsəd,  özünün  etira- 
fma göre, Aşıq Ələsgərin yanında  10 il şeyirdlik eləmişdir.
Aşıq  Ələsgərin  yanında  “aşıq”  adı  qazananlarm  sayı  çoxdur.  Helə  XIX 
əsrin sonlarında söylədiyi  bir qoşmasmda:
Adım Ələsgərdi, mərdü merdana,
On  iki  şəyirdim  işlər hər yana.
-  misraları ilə bu sənətin  inkişafmda böyük xidmətlər göstərdiyini fəxrlə bil- 
diren Aşıq, bəlkə, bundan sonra daha neçə-neçə şəyird yetişdirmişdir!
Bilavasite Aşıq Əlesgərin himayəsinde  ərseyə  gələn  aşıqlardan  çoxları- 
nın adı melumdur. Bunlardan Göyçənin Daşkənd kəndindən olan Aşıq Nəcəf, 
Qızılvongdən  Aşıq  Mustafa  və  Aşıq  Yusif,  Qızılbulaqdan  (Çaxırlıdan)  Aşıq 
Hüseynalı,  Hüseynqulağalıdan  (Nərimanlıdan)  Aşıq  İsa  və  Aşıq  Mikayıl, 
Zoddan  Aşıq Qasım  və  Aşıq Ağayar,  Kesəmendən  Aşıq  Nağı,  Böyük  M ez- 
rədən  Aşıq  Qiyas,  Sarıyaqubdan  Aşıq  Məhəmmedəli  və  Aşıq  Paşa,  Böyük 
Qaraqoyunludan Aşıq  Sadıq  və Aşıq  Əsəd,  Zerzibildən Aşıq  Nağı,  Ağkilse- 
dən  Aşıq  Qurban,  Aşıq  Talıb,  Aşıq  Nəcəf,  Dərəçiçək  mahahnm  Torpaqqala

kəndindən Aşıq Alı və b.-nm adlarını çəkmək olar.  Qısacası, Göyçədə adla- 
rı bizə bəlli  170-dən artıq aşığm çoxu Aşıq Ələsgərin şəyirdləri və ya şəyird- 
lərinin şəyirdləridir.
Aşıq  Ələsgər  bu  sənətin  çox  məsuliyyətli  olduğunu  yaxşı  bilirdi.  O, 
“aşıq”  adı  daşıyanlann  saz  çalıb  söz  oxumalan  ilə  vəzifələrini  bitmiş  hesab 
eləmirdi.  Onun  nəzerində  aşıq  “oturub-durmaqda  ədəbin  bilen”,  “xalqa hə- 
qiqətdən  mətləb  qandıran”,  “şeytanı  öldürüb,  nəfsin  yandıran”,  “damşdığı 
sözün  qiymətin  bilən”,  “m erifət  elmində  dolu”,  “el  içində  pak  oturub,  pak 
duran”,  “dalısmca xoş sədalı gərəkdi” .  Bu tələblərə  layiqincə əməl  edən  və 
digər bir çox nəcib insani keyfıyyətleri öz şəxsinde cəmləşdirən Dedə Ələs- 
gər özü el  içinde  çox böyük hörmət qazanmışdı.
“Yaxşı  hörmət  ilə,  təmiz  ad  ile”  “Qafqaz  elini”  dolanan,  qocaya  “ata”, 
cavana  “qardaş”  deyen,  qız-gəlini  ana-bacı  gözündə  görən  Ələsgər  gəzdiyi 
yerlərdə, keçirdiyi məclislerdə nə qədər cazibədar gözəllər görüb onları min 
dille vəsf etsə də, ilk məhəbbətinin uğursuzluğu tesir ilə 40 yaşına qədər ev- 
lənməmışdı.  Nəhayet,  ata-anasının,  digər ağsaqqal-ağbirçəklərin danlağı ve 
öyüd-nəsihetinden  sonra Kəlbecərin  Yanşaq  kəndinden  olan Nəbi  (“Qırxa- 
yaq Nebi” deyirmişlər) admda bir kişinin Anaxamm adlı  qızı  ilə səmimi ailə 
qurmuş və ömrünün axırma qeder onunla yaşamışdır.
Aşıq Ələsgər evlənəndən  3-4  il  sonra Yanşağa köçmüş,  bir il  orada ya- 
şadıqdan  sonra,  yenə  də  doğma  kəndine  qayıtmışdır.  Bu  zaman  onun  Nigar 
adlı  bir  qızı  vardı.  “Aşıq  Əlesgər  Yanşaqda”  adlı  dastan-revayetdə  Aşığın 
Anaxammla evlənməsi və bu köç  əhvalatı bedii  əksini  tapmışdır.
Aşıq Əlesger böyük bir ailenin qayğısmı  çəkmiş, Bəşir, Əbdülezim, Qa- 
lıb adlı üç oğul; Nigar, Xeyransa, Gülnisə,  Besti, Əsli və Zümrüd adlı  altı qız 
böyüdüb boya-başa çatdırmış, ev-eşik sahibi  elemişdi.
Aşıq  Ələsgərin oğlanlarından hər üçünün şairlik tebi varmış;  saz götürüb 
aşıqhq edəni yalnız Aşıq Talıb olubdur. Qızlardan isə saz çalıb, söz qoşanı ol- 
mamışdır.
Aşıq Ələsger zəhmeti çox sevirmiş. Ələsgər əkin vaxtı kotamn macından 
yapışar,  toxumu  öz  əli  ilə  səpər,  biçin  vaxtı  isə  kərəntini  götürüb,  hamıdan 
qabağa düşərmiş.  Atası kimi,  onun əlindən dülgərlik işləri  gəlirmiş.
Şeyirdlerinin,  qohumlarının  deməyine  göre,  Aşıq  Ələsgər  sazı  solaxay 
çalarmış.  Havaları çox məharətlə  ifa edən həmişə də,  özünü  ağır və təmkin- 
li aparan. Aşıq Ələsger dastanları çox ustalıqla söyləyər, dinleyiciləri dastan- 
da  cerəyan  edən  hadiselərin  doğruluğuna  inandırarmış.  Qocaların deməyinə 
görə, bir dəfə Göyçənin Qızılbulaq kəndində keçirilən toy zamanı Aşıq Ələs- 
gər “Əsli və Kərəm”  dastanmı  söyləmiş,  onun  səhərisi  günü həmin kənddən 
olan Dəli Şirin adlı biri yolda keşişe rast gələndə, xənceri çəkib onu öldürmək 
istəmiş,  lakin yamndakılar onun bu faciəni  törətməsinə imkan verməmişlər.
Aşıq Ələsger məclislerdə  heç  zaman  özünü  təbliğ  eləməz,  Qurbanidən, 
Abbasdan,  Xəstə  Qasımdan,  Valehdən və başqa ustadların  şeirlərindən oxu- 
yar,  öz şeirlerini  isə  meclisdekilerin tələbindən sonra ifa elermiş.
“Təmiz ad ilə” eller dolaşan Aşıq hamı tərəfindən seviler, hər yerde hör- 
mətlə  qarşılanardı.  Şeir-sənət xiridarları  onunla dostluq eləməyi, onu evinde 
qonaq saxlamağı  özlərine  şerəf sayardılar.
Aşıq Əlesgər Aşıq Alıdan başqa,  Aşıq  Şeniklə,  Şəmkirli Aşıq Hüseynlə 
(dostcasma),  Tiflisli  Aşıq  Əsədullahla,  Sisyanlı  Dəllek  Əvəzlə,  Göyçənin 
Zod kəndindən olan Molla Tağı oğlu Məhəmmedlə deyişmiş; Gəncədə, Qar- 
bağda mollalarla,  şeyxlərlə  dini  məsələler ətrafında ciddi  mübahisəler apar- 
mış,  həmişə də qalib  olmuşdur.
Aşıq Ələsgərə  İrevandan,  Şemşəddinden bağlamalar və  həcvlər göndə- 
rənlər  də  olmuşdur.  Aşıq  bunlarm  hamısma  çox  düzgün  və  tutarlı  cavablar 
vermişdir.
Bu  qədər kamil  və  zengin  bilik  sahibi  olan,  heç  bir sual  qarşısmda  aciz 
qalmayan Dədə Ələsgərin təvazökarlıqla:  “Şəyirdlikdə can çürütdüm, hərgiz 
ustad  olmadım”,  yaxud  da  “Yazıq  Ələsgərəm,  azdı  kamalım,  vacibdi  ki,  bir 
ustaddan dərs alım” deməyi, əslində,  onun ustadlar ustadı olmağını təsdiq elə- 
mirmi?! Amma biri ilə qarşılaşanda, deyişmə meydamna çıxanda rəcəz oxuyur, 
özünün nə qüdrət sahibi olduğunu açıq şəkildə söyleyir:
Hər kəs  sərdən keçib,  mərdü mərdana 
Baş qoysun bu yolda,  meydana gəlsin.
Dərya dilim dalğa vurdu,  bulandı,
Qərq olmaq  istəyən ümmana, gəlsin!
Aşıq  Ələsgerin  çox böyük  senətkar olduğunu hələ  onun  sağhğmda  ikən 
dövrünün  ziyalılan,  ustad  aşıqlan  döne-döne  etiraf eləmişlər.  Fars,  türk  və 
ərəb dillərində mükəmməl təhsil görıııüş, klassik ədəbiyyatı ve aşıq poeziya- 
sını  kamil  bilən Mirzə  Bəylər dostunu Şərqin böyük şairi  Hafiz Şiraziyə  be- 
rabər tutmuş, onun yaradıcılığım  yüksək qiymətləndirmişdir.
Aşıq  Ələsgərle  eyni  zamanda  Aşıq  Alıya  şəyirdlik  eləmiş  olan  Alçalı 
Aşıq Məherrəm haqq aşığmtn Azərbaycan aşıq poeziyası, aşıq senəti tarixin- 
də tutduğu mövqedən söhbət açarkən deyir:
Heç mahalda ustad yoxdu 
Aşıq Ələsger kimi;
Yüz yerdən qetrə oynadı,
Belə ümman gelmədi.
XX əsr öz gəlişi ile xalqımız tarixində silinməz iz qoyan facieli hadisələr 
də  getirdi.  Bu  faciəleri  yaşayan  böyük  sənətkann  həyatmda  da  ağnlı-acıh

günlər başladı.  1905-ci ilde dünyada baş verən ictimai-siyasi çalxantılar, Qaf- 
qazda isə ermənilərin törətdikləri fitnə-fəsadlar və bunun acı nəticələri Dəde 
Ələsgerin narahatlığma, zəmanəden acı-acı şikayetlənməyinə səbəb oldu.
1908-ci  ildə  Təxminən,  28  illik Sibir sürgünündən vetənə  tezəcə  qayıt- 
mış  olan  Molla Rəhimi  (o,  Ələsgərin xalası  oğlu idi)  Bəşirin bilmedən  güllə 
ilə  vurub  öldürməsi  də  aşığm həyatmda  ən  faciəli  hadisələrdən biri  olur.  O, 
məşhur  “Kəsildi”  rədifli  qoşmasmı  Molla  Rehimin  cənazəsi  üzərində  göz 
yaşları  axıda-axıda söylemişdi.
1915-ci ildə qardaşı oğlu ve ən sevimli şeyirdi Aşıq Qurbamn ölümü yal- 
mz qohumları yox, bütün kendi yasa batırmışdı. Bu ağır itki Aşıq Ələsgerə elə 
dərin  təsir eləmişdi  ki,  bundan sonra o,  aşıqlıq sənətindən əl  çəkmiş,  bir da- 
ha əlinə  saz almamışdı.
Bundan  sonrakı  illərdə  de  Ələsgeri  qem  dəryasına  qərq  edən  hadiselər 
bir-biri  ilə  əvez  olunmuşdur.  1916-cı  ilin  yaymda  kəndin  kovxası  Məşədi 
Qasım  Ələsgərin ortancıl oğlu Əbdüləzimi  işə  göndərmək  istəyəndə,  Əbdü- 
ləzim onun sözüne baxmamış, buna görə kovxa onu qamçı  ilə döymüş, xəbə- 
ri eşidon Bəşir kovxam güllə ile vurub  aradan çıxmışdı.  Bu işin üstündə Əb- 
düləzimi  və aşığm qardaşı Xəlili təqsirli bilib həbs eləmişdilər. On bir ay di- 
vanxanalar qapısma  ayaq döyən  aşıq  Tiflisə  getmiş,  dustaqları  həbsdən  azad 
elətdirə  bilmişdi.
Yaralanmış  kovxanı  Ələsgərin  dostu,  Göyçenin  Qanlı  kəndindən  olan 
məşhur həkim  Hacı Nağı  müalicə  etdikdən  sonra,  düşmənçilik  aradan  götü- 
rülmüş,  Bəşir isə çar hakimiyyeti  yıxılana qəder qaçaq yaşamışdı.
Bir  il  sonra,  1917-ci  ildə  Xəlilin  dünyasım  dəyişməsi  Aşığın  dərdlərini 
bir qədər də ağırlaşdırmışdır.
Ermənilərin  1918-ci ilin mart ayında təkrarən törətdikləri  fıtnekarlıq bü- 
tün  göyçelilərin  ağır  faciəsi  ilə  neticəlenir.  Mənfur  düşmən  ələ  keçirdiyi 
adamları qırır,  qalanların da çoxu dağ aşırımlarında borana düşüb məhv olur- 
lar.  Onlarm  arasında  ömrünün  sonuna  qədər  Əlesgərə  həsrətlə  baxıb  köks 
ötiirən  Səhnəbanı  da var idi...
Ailəsi  üç  il  köçkün  yaşadığı  müddətdə  Aşıq  Ələsgər  çox  mənəvi  əzab- 
əziyyət  çəkir.  Bir çoxlarına  görə  Ələsgər qaçqm yaşadığı  vaxt ehtiyac  üzün- 
dən dəyirmançılıq eləməye məcbur olmuşdur.  Bu, tamam yanlış fikirdir. Aşıq 
Talıbm  söyləməsinə  görə,  bir dəyirmam  olan  Qanhkənd  kəndi  ilə  Elləzallar 
kəndi  arasmda düşmənçilik yarandığına görə,  heç  kəs  cəsarət edib  dəyirma- 
na  gələ  bilmirmiş.  Undan  sarı  korluq  çəkon  bu  kəndlərin  ağsaqqalları  Aşıq 
Ələsgərin yamna  gəlib,  ondan  xahiş  eləmişlər ki,  heç  kəs  senin yanmda bir- 
birinə əl  qaldırmaz;  ara düzələne qəder dəyirmana gəlib-gedənə nəzarət elə, 
camaat  dolansm.  Aşıq  elin  sözünü  yerə  salmamış,  bir müddət gününü  dəyir- 
manda keçirməli olmuşdur.
Aşıq Ələsgər onu “dəyirmançı” eleyən zemanədən şikayətlənmişdir.  Bu 
barədə “Deyirmançı  aşıq” dastan-rəvayətində ətraflı  söhbət açılmışdır.
Ermənistanda  şura  hakimiyyəti  qurulandan  sonra bütün  göyçəliler kimi, 
Aşıq  Əlesgerin  də  ailesi  doğma  yurda  qayıtmışdır.  Hökumet  Aşıq  Ələsgəri 
İrəvana aparmaq üçün  iki  dəfe  nümayəndə  göndermiş,  lakin Aşıq bu  təklif- 
ləri  qəbul eləmemişdir.
Deyilənləre görə, Aşıq uca boylu, enlikürəkli, qarayanız, çatma qaşlı, qa- 
ra  gözlü,  dolu  sifətli,  pəhləvan  gövdeli,  yaraşıqlı  bir  adam  imiş.  O,  əyninə 
uzun etəkli  arxalıq,  üstündən  çuxa geyər,  başma Buxara papaq qoyar,  belinə 
göy qurşaq bağlarmış.
Dünyadan köçəcəyi günü əvvəldən xəbər verən Dədə Ələsgər  1926-cı il 
martm 7-də həyatla vidalaşmışdır.  Onun məzan Ağkilsə kəndinin qerbində- 
ki köhnə qəbiristanlıqdadır.
Ressamlarımızdan  S.  Şərifzadə,  B.  Mirzəzadə,  M.  Abdullayev, N.  Xəli- 
lov,  C.  Quliyev və b.  aşığın portretini  yaratmışlar.
Aşığm anadan  olmasmm  150  və  175  illik yubileyləri  dövlət səviyyəsin- 
də qeyd edilmişdir.
* * *
Yazı-pozu bilmeyən qüdrətli  el  sənetkarınm yaratdığı  əserler onun  sağ- 
lığmda yazıya alınmadığına göre,  böyük bir qismi unudulmuşdur.  Buna bax- 
mayaraq,  əldə edilən  sənət inciləri  bu barədə  söhbet açmağa imkan  verir.
Aşıq Ələsgər incə  qəlbli,  həssas,  hər şeyi  düzgün  qiymətləndirməyi  ba- 
caran,  gözəllikləri  duyan,  onu  minbir  dillə  vəsf edən  qüdrətli  söz  ustasıdır. 
Təbietdə  və  cəmiyyətdə  elə vacib  bir məsələ  yoxdur ki,  bu və ya digor şo- 
kildə  aşıq ona toxunub,  öz münasibətini  bildirməmiş olsun.
Aşıq  Ələsgər,  her şeydən  əvvəl,  böyük bir eşq  əhli, gözəllik aşiqidir.  Bu 
eşq,  məhəbbət  və  gözellikdən  zövq  almaq  duyğusu  ömriinün  sonuna  qədər 
onu tərk etməmişdir.  O,  təbiət gözəlliklərinin vurğunu; vətənini, elini  sonsuz 
məhobbətlə sevən əsil  xalq aşığıdır.
Aşıq  Ələsgərin  yaratdığı  sənət  inciləri  ilə  Vətənin  “qüdrətdən  səngərli, 
qalalı  dağlarından Azərbaycan aşıq poeziyasına birucalıq, qıjıltı  ilə axan çay- 
Ianndan  bir coşqunluq,  dumduru bulaqlarından bir şəffaflıq,  saatda yüz  çiçək 
açan”  səfalı yaylaqlarından  dinleyicini  məst edən bir ətir axır gəlir.
Aşıq  Ələsgərin  adı  çəkiləndə  Göyçə  mahalı,  Göyçə  mahalınm  adı  çəki- 
ləndə  Aşıq  Ələsgər  yada  düşür.  O,  “Adım  Əlesgərdi,  Göyçə  mahalım”, 
“Adım Ələsgərdi, əslim göyçəli”, “Göyçənin qonağa çoxdu hörməti” -  dcyə- 
rək,  belə  bir diyarın  övladı  olması  ilə  fəxr  edir.  Göyçə  mahalmın,  eləcə  də 
bütün  Azerbaycammızm  zəngin tebii  gözəllikləri,  orada yaşayan  vəfalı,  ali-

cənab  insanları,  mərd  igidləri;  hurilərlə,  pərilərlə  müqayisəyə  gələn  gözəl 
qız-gəlinləri aşığırv ilham mənbəyidir.
“Bahar  fəsli  -   yaz  ayları  gələndə”  “hər  cür  çiçək  açıb,  laləzar  olan 
“süsənli,  sünbüllü,  laləli dağlar”m tamaşasmdan doymayan Aşıq:
Yazm bir ayıdı  çox yaxşı  çağm,
Kəsilməz çeşmənden gözəl yığnağm.
Axtarma motalın,  yağm,  qaymağın...
Zənbur çiçəyindən bal  alı,  dağlar!
-  misraları ilə təbiətin bəxş  etdiyi bu gözəllikləri bir rəssam kimi  göz önün - 
də canlandırır.
Aşıq təbiətin gözəlliklərini nəzmə çəkəndə, bunları  insandan ayrı təsəv- 
vür eləmir.  Sanki,  insansız olanda,  bu gözəlliklər natamamdır.  Payız gələndə, 
soyuqlar  düşəndə,  güllər-çiçəklər  saralıb-solanda,  yaylaqda  olanlar  arana 
köçməli  olurlar.  Aşıq isə bunlan tamam başqa cür mənalandmr:
Köçər ellər,  düşər səndən  aralı,
Firqətindən gül-nərgizin saralı.
Bu misralardan belə nəticə  çıxır ki,  ellər köçüb “aralı”  düşdüyünə,  dağ- 
larm  gül-çiçəyi  bu  fırqəte  dözə  bilmədiyi  üçün  saralır.  Sanki,  ellər köçmə- 
səymiş,  qış  gəlib  çatsa  da,  “gül-çiçək”  solmazmış.  “Yaylaq”  gəraylısmda 
aşıq yaylağa ona görə “var ol!”  deyir ki,  o,  “gözəllər seyrangahı”dır.  Şah da- 
ğmı tərifləməsinin bir səbəbi  də  odur ki,  “köysündə  laləzar” lıq yaradan gül- 
çiçəyi,  “süsən”i,  “sünbül”ü  “alan-satan  gözəllərdir”,  çiçəklərinin  hamısı 
“kimyə”dir (dərmandır),  “yeddi kralın  qaçağı”  ona pənah gətirir.
Yaradıcılığa  Səhnəbanımn  eşqi  liə  başlayan  Ələsgər  bütün  ömrü  boyu 
gözəlləri  vəsf eləmişdir.  Onun  müxtəlif mövzuda  yaratdığı  şeirlərdə  də  gö- 
zəlin və gözəlliyin mədhi olan misralara tez-tez rast gəlinir.  Aşığın yaradıcı- 
Iığmın  böyük  qismi  Azərbaycan  gözəllərinin  tərifındən  ibarətdir.  Əsərlərin- 
də  adları  çəkilən  Əsli,  Pərzad,  Gövhər,  Güləndam,  Güllü,  Müşgünaz,  Telli, 
Gilə,  Həcər,  Mələk,  Şapəri  və  başqa  gözəllər  sadə  kəndli  qızlarıdır.  Bunlar 
sadə olduqları qədər də ürəyi təmiz,  ismətli, həyalı, məhəbbətlərinə sədaqət- 
li və  tnehribandırlar.  Kəlbəcərdən  söhbət açarkən aşıq deyir:
Züleyxa təmkinli gözəllər hamı,
Siması,  libası,  qurğu-nizamı;
“Qardaş”  deyib, dindirirlər adamı,
Hörmətləri, mərfətləri yaxşıdı.
Aşıq Ələsgərdən  söylədiyi  hər vəsfin  müqabilində hədsiz razı qalırdılar. 
Səbəbi  tərifin yüksək  sənətkarlıqla  deyilməyi  ilə  yanaşı,  aşığm  qəlbinin  tə- 
mizliyinə olan  inam,  onun  qız-gəlinləri ana-bacı  gözündə  görməyi  idi.  “Gi- 
ləyə”  rədifli  miixəmməsində  gözəli  ilhamla  tərifləyən  sənətkar  ona:  “Hənı 
bu dünyada bacımdı,  həmi  qiyamətin günü”, -  deyərək,  səmimi  qardaş  mü- 
nasibətini bildirmişdir.
Gözəlləri təriflərkən, bir çox aşıq-şairlərdən fərqli olaraq, Ələsgərin ifa- 
dələrində açıq-saçıqlıq  yoxdur,  onun qəlbi təmizdir, o,  gözəllik aşiqidir.
Aşığın ilk şeirlərindən  olan  “Köynəyinə” rədiflı  qoşmasmda deyilir:
Sinən  Kəbo, köynək Kəbə  örtüyü,
İzin versən,  sürtəm üz köynəyinə.
Burada aşiqin  məşuqəsinə  olan  məhəbbətinin  müqəddəsliyi,  səmimiliyi, 
aliliyi, paklığı  insanı  heyran edir.
Aşıq  Ələsgərin  hamıya  məlum  olan  məşhur  “Düşdü”  rədifli  qoşmasmın 
məzmunundan  aydın  olur ki,  o,  “Çərşənbə günündə,  çeşmə başmda”  gördü- 
yü gözəl  bir qıza vurulmuşdur.  Qızm baxışları,  qəmzələri onun varlığma ha- 
kim  kəsilmiş;  qanma,  iliyinə  işləmiş,  onu  sehirləmişdir.  “Həm  gözəl,  hom 
əhli-dil”  olan bu qızla ailə qunuağı  xəyahna gətirən,  onun eşqi  ilə pərvazla- 
nan  aşiq,  qızın  nişanlı  olduğunu  biləndə,  “qol-qanadı”  sınmış,  ümidi  boşa 
çıxmış, nə qədər çətin olsa da, bu fıkrindən əl çəkmişdir. Aşıq (aşiq) elin, no- 
nə-babaların  məhəbbət  aləmində  sabitləşdirdiyi,  qoruyub  saxladığı  müqəd- 
dəs  adət-ənənəyə  sadiq  qalmışdır.
Aşıq  Ələsgər gözəllori  vəsf edərkən,  bənzətmələrdə  çox  zaman  klassik 
şeir ənənələrinə sadiq qalır.  Amma sabitləşmiş bənzətmələrdən fərqli olaraq, 
aşıq gözəli təriflərkən bəzən də elə ifadələr işlədir, elə müqayisəlor aparır ki, 
bunlara yalnız ulu ustadm yaradıcılığmda rast gəlirik.
Hocər xanım,  qaşm,  gözün  təhrində 
Xətt yazsam,  Quranda  ayə  düşərmi?!
Yaxud:
Camalm şoxundan cismim  əridi,
Zülfundən üstüme sayə  düşermi?!
Bəzən də bənzətmelərdən istifadə eləməyən sənətkar el  gözəli barəsin- 
də elə  fıkir söyləyir ki,  gözelin siması bütün gözəlliyi  ilə canlanır.

Yaradan xelq edib bir qətrə nurdan,
Düşübsən ellərə nişana,  Telli!
Yaxud:
Tərsa üzün görse, tez gələr dinə;
Alim görsə,  gedər saz alı,  Güllü!
Aşıq  Ələsgər təriflədiyi  qız-gəlinlərin  zahiri  gözəlliklərini,  milli  geyim 
və bəzəklərini elə məharətlə təsvir edir ki,  gözlərimiz önündə rəssamlanmı- 
zın çox  asanlıqla yarada biləcəyi  füsunkar Azərbaycan gözəlinin portreti da- 
yanır:
Qüdrətdən çəkilib qaməti-şahbaz,
Məmus dizlik geyib,  çəpgəni  ətlaz,
Buxaq düymələnib kağızdan bəyaz,
Mərcan düzüb boyunbağı qırmızı.
Aşıq Ələsgər insan gözəlliyini,  hər şeydən  öncə,  onun mənəvi  aləmində 
axtarır.  Tərfılədiyi gözellər zahirən nə qədər gözəl olsalar da, aşıq onların bu 
gözəlliyini  “cəm” hesab eləmir, natamam sayır.  Elə ki,  zahiri gözellikle mə- 
nəvi  gözelliyi  vəhdət halında gördü,  o  zaman  “Gözəlliyi  cəm veribdi Xaliqü 
sübhan gözəle!”  deyir.
“Gözəllər  sultanı,  mələklər  şahı”  olan  qızların  taleyi  də  həmişə  Aşıq 
Ələsgəri  maraqlandırmışdır.  Sevgilisinə  qovuşmayıb məhəbbət əzabınm bü- 
tün  acıhqlannı  yaşamış  el  sənetkan  gəzdiyi  yerlərdə  gözəllərin  dözülmez 
əzablara  məruz  qaldıqlarını  görəndə  susa  bilmir,  “gövhərin”  qədirbilməz 
əlində qaldığını, “tərlanm sara dustaq” olduğunu bədii şəkildə söyləyir; ərlə- 
rini ise “bimürvət”, “nainsaf’, “dilbilməz”, “yağı”, “ağıldan kəm” adlandırır, 
onları  “ölməz”,  “utanmaz”  sözləri  ilə  lənətləyirdi.
“Yazıq” rədifli qoşmasının məzmunundan aydın olur ki, məşəqqətli gün- 
lor keçirən  bir gözəlin  acı  taleyi  aşığı  düşündürür.  Gəlin  yazıq  olduğu  kimi, 
onun  “qəmli  könlünü”,  “müşkül  halını”  düşünən  aşıq  da  özünü  yazıq  hesab 
edir,  şerin sonunda:
İki  könül bir-birini  tutmasa,
Alan da yazıqdı,  gələn də yazıq.
-- deyir.  Bunun eksinə, oğlanla qızın bir-birinə  layiq olduğunu görəndə, Aşı- 
ğm könlü açılır, sevinir, səmimi bir ailə qurulacağmı təqdir edərek, onu alqış-
layır. Aşıq Ələsgər gənclerin ailə qurması  kimi çox məsuliyyətli bir m əsələ- 
de qarşılıqlı məhəbbəti əsas hesab edir.
Dinimizin qanun-qaydalanna hemişə  ləyaqətle  əmel  edən;  həqiqəti,  tə- 
riqeti, şeriəti, mərifəti dəqiq bilən; hər zaman Yaradana ibadət edən aşıq, ha- 
mını  mömin müsəlman  görmək  istəyirdi.  O,  insanlarm  doğru yol tutmasmda 
din xadimlərinin nə qədər böyük rolu olduğunu yaxşı bilirdi.  Lakin haqq aşı- 
ğı  bezən  dinimizin  müdafıəçisi  ve  təbliğatçısı  sayılan mollalarm,  axundlann 
və digər din xadimlerinin özlərinin haqq yolundan çıxmasmı, davramş qayda- 
lanm  pozmalannı  görəndə  susmamışdır.  Odur ki,  ne  “şeytan olan”  mollalar, 
nə  “lotu  çıxan”  məşedi-kalvayılar  Aşığm  tenqidindən kənarda  qalmamışlar. 
Böyük  sənətkar  belə  şeirlərinə  görə  onu  məzemmetləyən  din  xadimlərine 
verdiyi cavabda deyirdi:
Məzəmmət eyləmə mən binəvanı,
Sahibi-səltənət,  ey gövhər kanı.
Mənim sözüm  yoldan çıxan mollam,
İnşallah,  qaytarar, müsəlman eyler.
Bu misaldan  əldə  edilən  bir nəticə  də odur ki,  “yoldan  çıxan molla”ları, 
eləcə də bu qəbildən olanlan  ,  ibadetlə məşğul olsalar da,  ali dini təhsil gör- 
səler de,  aşıq onları  müsəlman hesab  eləmir.  Müsəlman -  ən nəcib,  en yük- 
sək  müsbət  insani  keyfıyyətləri  öz  şəxsində  cəmləşdirən,  dinimizin  buyur- 
duqlarına  həssashqla  eməl  edən  adamdır.  Aşıq  elə  həmin  qoşmada  sözünə 
davam ederək deyir:
Mən  istərəm,  alim, mömin yüz ola,
Meyli haqqa doğru, yolu düz ola,
Diliylə zəbanı üzbəüz ola,
Əlesgər yolunda can qurban  eyler.
Allahın varlığına inanan haqq aşığı mövcud olan dinlərin heç birinə mən- 
fı münasibot bəsləməmişdir. O, peyğəmbərlərin hamısma ehtiramını bildirmiş; 
Quran qədər,  İncil,  Zəbur və Tövrata da müqeddəs kitab kimi baxmışdır.  Bu- 
nunla belə o, “Kəbə qıblam, dinim -  Məhəmməd dini”, -  deyərək, müsəlman 
olması  ilə  fəxr eləmişdir.
Aşıq  Ələsgərin yaradıcıhğmda halalhqdan  çox  söhbət gedir.  Aşığa görə, 
dünyada baş  veren  menfı  halların,  insanlar arasmda mövcud olan  pisliklərin 
sebəbi  halallığın  gözlənilməməsidir.  O,  halallığı,  hər  şeyden  əvvəl,  nütfə 
paklığında görür.  Nütfədən pak olmayan insandan hər cür bədxahlıq,  hər cür 
pis əməl gözləmək olar.  “Nütfesindən əyri olan tez göstərər isbatın”.  Çünki,

“hər ağac  kökündən bitər, hər meyvə  gözler zatm”.  “Nütfədən pak olan özü 
pak olar” .
Halallığm ən  əsas şərtlərindən biri də  insanın ruzu halallığıdır.  Yəni hə- 
rə öz zəhmətinin barını yeməli, başqasmın malına göz dikməməlidir. Əgər bu 
iki  vacib  şərt pozulubsa,  aşığm  öz  sözləri  ilə  desək,  birisi  “loğmadan  kəc”, 
“nütfədən  əyri”dirsə,  nə  qədər  oxumuş  olur  olsun,  istər  alimlik  dərəcəsinə 
yüksəlsin, o, “pür kamala yetişməz”.  Odur ki, dahi sənətkar:  “Kəsb eylə özü- 
nə  halaldan maya”,  “Zinakar,  haramxor yetişməz  baya”, -  deyərək,  hər kəsi 
düz yola çağırır.  Aşığm:
Sövdə qıl haqq ilə,  əl  çək haramdan,
Halaldan mətləbin al,  qoca baxtım!
-   misralarmdakı  tövsiyəsi  “Ziyanm  yarısından  qayıtmaq  da  xeyirdir”  atalar 
sözlərinin başqa şəkildə ifadesidir.
Aşıq  Ələsgərin  yaradıcdığında  diqqeti  celb  edən  mesələlərdən  biri  də 
dostluqdur.  Aşıq  dostluqdan  söhbət  açarkən  məhz  semimi  dostluğu  və  tə- 
mənnasız  nəzərdə  tutur  və  deyir  ki,  “Dost  dostdan  inciyər,  qəlbində  dön- 
məz” . Dostun bir məzemmetli sözünü eşitmek düşmənlə vuruşmaqdan çətin- 
dir,  “Dostun  məzəmmətli  adam  öldürür” .  “Dost odur  ki,  dosta yalan  satma- 
sm”. Aşıq dostluqda bir müqəddəslik də görür; “Dosta xain baxan kor olacaq- 
dır”.  Dost uğrunda çəkilən zəhmətə,  eləcə  də  əziyyəte  görə  incimək olmaz. 
Dostluğun  enişli-yoxuşlu yolları çoxdur.
Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran,  qar olacaqdır.
Dost dostun şən günlərinə sevindiyi kimi,  onu kədərli günlərinə də  şərik 
olmalı,  yeri gəlsə,  canmı belə esirgəməmelidir.
Hər yerdə düzlük axtaran aşıq, yalançılığı ən böyük qəbahet sayır, “yalan 
deyib,  qeybət  etmə,  rəhmin  gəlsin  canına”  deyərək,  yalançıları,  şer-böhtan 
söyləyənləri dəhşətli gün gözlədiyini onlara əvvelcədən xatırladır. Onun “Da- 
mşanda doğru danış, sözün çıxmasın qələt”  misrasından isə belə bir neticə əl- 
də olunur ki, söhbət eləyən hər kəs deyəcəyi sözü ölçüb-biçmeli, fıkrinde bir- 
cə yalan söz və ifadə bele olmamalıdır.  Odur ki, böyük söz ustası  deyir:
Əyləşəndə,  ağır əyləş,
Danışanda,  az danış:
Eşidənlər ehsen desin 
Sana hər yandan, gəda!
-  deyir.  Aşığın bu tövsiyəsi  az  danışmağm  gözəlliyindən  xüsusi  olaraq  bəhs 
eden Nizaminin,  “Gər çox  istərsen,  Füzuli,  izzetin,  az  et  sözü” -  deyən  Fü- 
zulinin fıkirləri ilə səsləşir.
Aşığm “Gələnde ustad kalamı, köhnə yaram qan verir”, -  deməsini təsa- 
düfı  hesab  etmek  olmaz.  “Ustad  kalam”ları  çox  yığcam,  söylənmiş  olan 
öyüd-nəsihətlərin  bədii  ifadəsidir.  Aşıq  olmaq  fikrinə  düşənlərə  məşhur 
“Gərəkdi”  rədifli  qoşmasmda  bir  sıra  faydalı  məsləhət  verən ustad onlardan 
həm  də  “xalqa həqiqətdən  mətləb”  qandırmalarım,  “danışdığı  sözün  qiymə- 
tin”  bilmələrini,  hər bir “kəlməsindən ləlü gövhər süzülməsini” tələb edirdi.
Aşıq Əlesgərin gözü-könlü tox olmuş, heç var toplamaq fıkrinə belə düş- 
məmişdir:
Mən  Allahdan  istəmirəm,
Çox  dövlətim, malım ola;
Bir babatca güzaranım,
Dolanmağa halım ola;
Min batman  zərim olunca,
Bir misqal  kamalım ola...
“Babatca  giizəran” Ia  kifayətlənən  Aşıq  çox  var toplamağın  əleyhinə  də 
çıxmır.  Bu şərtlə  ki,  var-dövlət halal maya,  halal zəhmətlə qazamlmış olsun. 
Həm  də  yığılan  mal-dövlətdən  xalqın rifahı  naminə  istifadə  olunsun;  kasıb- 
lara, çörəyə ehtiyacı  olanlara, əlillərə kömək edilsin.  Başqa sözlə, var-dövlot 
sahibinin həm  də böyük səxası  olsun.
Səxavətlilik insanm ən nəcib keyfıyyetlərindəndir.  Səxavət göstərməklə 
qazanılan savabm daha üstiin olduğu fıkrini Aşıq bir şerində də belə ifadə elə- 
mişdir:
İbadət eyləyən mömin  sayılı,
Səxavətin ondan çoxdur  savabı.
Böyiik  sənotkar  təriflədiyi  mərd  igidlərdə  özünü  qabarıq  şəkildə  gösto- 
rən bu  xüsusiyyətləri  də  qeyd  eləməyi  yaddan  çıxarmamışdır.  Göyçe  maha- 
lında  igidliyi  ilə  ad-san  qazanmış,  “Dost  yolunda  başm  qoyub,  düşmanınm 
canın  üzən”  İskəndəri  ona görə tərifləyir ki,  o,  hem də  “Yoxsulların  əlin tu- 
tan, ac doyuran, əskik düzən”dir. Dəli Alım çox böyük ilhamla vəsf edən aşıq 
onu  təqdir eləyir,  çünki  o,  igiddir,  dövlətlidir,  cah-calallıdır,  həm  də  “hatəm 
səxalı  söylənir” .
Aşıq  Ələsgəri  bütövlükdə,  Azərbaycanda baş  verən  diger ictimai-siyasi 
hadisələr də narahat edirdi. Çar üsul-idarəsinin milli azlıqları istismar elem ə-
17 
--------------
A ZƏ RBAYCAN  R ESPUBU KASI PREZİDENTİNİN 
İ Ş L Ə R   İ D A R Ə S İ N İ N

Каталог: front -> files -> libraries -> 1093 -> books
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
books -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
books -> Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "
books -> "ŞƏrq-qəRB" baki-2005 Milli Kitabxana
books -> Nİzami GƏNCƏVİ


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə