Abal abal dərviş, pulla bitər hər iş



Yüklə 1,3 Mb.
səhifə13/24
tarix28.12.2021
ölçüsü1,3 Mb.
#17074
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
başdan salsın: yadlardan çıxartsın) .

tanrı yormasın, şeytan yıxmasın.

tanrı, dərdi çəkənə verərər.

tanrıdan artıq görmə (güdmə) .

tanrıdan gələnə nə demək.

tanrıdan qox işləmə, etmə bu işi, yavuz iş necə qılasın a kişi.

tanrıdan qorxmaz, kimdən utanar.

tanrıdan qorxmur, kişidən utanar.

tanrıdan qorxmuyandan qorx.

tanrıdan su istədik əkinə, yağış yağdı sel düşdü yerinə.

tanrım mənə, məndə sənə.

tanrım var, vardan eylər.

tanrıma görə varım olsun, varıma görə ürəyim.

tanrın olsun yarıcın.

tanrının adı var özü yox.

tanrının günü. (hər gün).

tanrının malı yox verə birinə, birindən alar verər o birinə.

tanrıya inan, darıya güvən!.

tapılan dilək, tikilən dirək, biri çatılır, bir yapılır.

tapta dəmiri tanı, qaçdır atıvı tanı.

tarı sol gözü sağ gözə gərkitməsin (gərik qılmasın. möhtac edməsin) . (tarı ən yaxınına belə əlin açdırmasın) .

tarlada izin, süfrədə üzün olsun.

tarladan izin kəsdi, süfrədən üzün.

tarlan geniş olmaqdansa, sıx olsun.

tarlanı düz al, qarını qız al.

tat ilə iti, vurduğca tanışrağ olur.

tat olsun türk olsun, söz gərək onğat (doğru) olsun.

tatı dadızdır, türkü qarışdır.

tatı gözündən vur, tikanı kökündən.

tatıq gözrə, tikan tüprə. (tatı gözündən vur).

tazı kinin durnadan alar, bit kinin taktadan . .

tazının topallığın, dovşan bilər.

tez aldanan. tez inanmışdır. (tez inanan, tez aldanır).

tez duran çox görər, gec yatan çox eşidər.

tez savaşan, tez sovuşar.

tez tezdə, az azda olsa, ək.

tez yetişən, tez pozular.

tezdən duran, ac qalmaz.

tezdən qalxan çobanın, qoyunu əkiz doğar.

təbil boş olsada, guruldar.

təbil boşluğundan guruldar.

təbil səsi uzaqdan xoş gələr. (göz nə görür, qulaq nə duyur, ürək nə çəkir, kim bilir).

tək ağacdan bağ olmaz, tək qoyundan sürü, tək daşdan duvar, .

tək ağacı, külək tez yıxar.

tək kişi özü özünə gülər, iki kişi birbirinə, üç kişi, özgüyə.

tək qanatlı quş, uçamaz.

tək odun ocaqdada yanmaz, qoşa odun çöldə də sönməz.

tək odun yanmaz.

tək ucalan ağac, hündürə qalxar.

tələsən tələsir, iş çağında bitir. (tələsən tələsir, iş olacağına varır).

tələsən tələyə düşər.

tələsən, tez qapanar.

tələsən, yolda qalır.

tələsmə, amma tez ol.

tələsməklə, yol qısalmaz.

təmbəl ayağda yuxlar, yatağda işlər.

təmbəl, toyuğ yatanda yatar, zirək (sivrək) , toyuğla durar.

təmbələ gənəşən, sənə bir dünya iş öğrədər.

təmbələ iş buyursan, sənə ağıl öğrədər. (təmbələ gəngəş, sənə bir dünya iş öğrətsin).

təmbələ yuxu dərman, loğaza gülmək.

təndir issi olsa, çörək saxlar.

təzə evə köçəndə, əsgi evdən kül götür.

tikan biləməklə itilməz.

tikanı, tikanla çıxarırlar. (batan tikan, tikanla çıxar).

tikansız gül baxcası. (tam iyiliklərin, gözəlliklərin olduğu yer).

tikən acısı gedərgi, dil acısı qalarğı.

tikəndən darı ündüm demə. ( tikəndən darı yetişməz).

tikənsiz gül, əngəlsiz yar olmaz.

tikməsən çıxmaz, diləməzsən gəlməz.

tikməyincə onğamaz, diləməyincə bulnamaz. (tikməsə önməz, diləməsə bulmaz). (tikməyincə onmaz, diləməyincə, bulmaz).

tin diləni (nəfs istəyəni) , dil deyər, göz sezəni, qol edər.

tox at yorulmaz.

tox gözü ağzındakı doyurdu, ac gözü dünya doyurmadı.

tox xoca, ac qurddan yamandır.

tox ikən, yemək yeyən, dişi ilə qəbrin qazar.

tox olub, gözə baxma, ac olub, götə baxma.

toxdalı gəl iş olsun, əğri otur düz olsun (əğri otur düz danış) .

toxdayan dincəlir, yeriyən yol alır.

toxu ağırlamaq, zor olur.

toxunan dil ilə, açılmadı diş ilən.

tom ağaca quş qonur.

topal ilə gəzən, axsamaq öğrənir.

toprağ çörəyi ilə, kişi, əməyi ilə.

toprağın dəğəri, oturanındandır.

topraq günəşlə qatılır (bərkir) , kişi iş ilə.

topraq öz payın həmməşə alacaq.

topraq, qoynuna aldıqlarını vermir.

topraqda, güclülərdə çürür.

torayğa yağış yağasa, balasın qorur, dolu yağsa, özün.

toy oynağsız, ev qonağsız olmaz.

toyda qız bəyənməzlər.

toyuğ həm toyda kəsilir, həm yasda.

toyuğ, eşinə eşinə göz açar.

toyuq şişər, şişək olmaz, qubba (günbəz) üsdə, cəviz durmaz.

toyuq yatanda yat, xoruz duranda dur.

tökmə güllər, solmazmış. (tökmə: məsnovi) .

tökmə su ilə, dəyirman dönməz.

tökülmüş süt, göz suyuyla yığılmaz.

tuğlayıca (kərpişçiyə) günəş, cütçüyə yağmır.

tutar, kim pusu qoya gecə ilə, məsəldir ərlik on, doqquzu hiləilə. (pusu: tələ) .

tutduğu işi bitirir, getdiyi yerdən gətirir.

tutduğun qoyur, qaçanı qovur.

tutuqlu (paslı) qılınc, baş kəsməz.

tutuşmasa düzəlməz, tüpürməsə açılmaz.

tutuşmasa yanmaz, çalışmasa qanmaz.

tülkü deyər: özüm üçün demirəm, amma üzümsüz bağ qurusun.

tülkü ətə gələr, dovşan ota.

tülkü ilə çaqqal bol olar, qurd olmayan meşədə.

tülkü ilə çaqqal nə gəzir, qurd olan meşədə.

tülkü ovlayan iti, sınamazlar.

tülkü ölümü, aslan ağlatmaz.

tülkü öz quyruğun tanıq çəkər.

tülkü vardır kəsir, qurdun adı yamandır.

tülkünün quyruğu, başından dəyərlidir.

tülkünün min bir fəndi vardır, ən güvənlisi gözə görünməməkdir.

tündə bəslənən, tanqası doğar.

tündə bəslənər, danda səslənər.

türk dili bağa bənzər.

türk türkü vurar, arada 'tat' (yad) aparar.

türkə bir səlam ver, yeməyi özü verir.

türkə, dilmac gərəkməz.

türkəm, qaçanı qovmaram, qovandan qaçmaram.

türksüz tat olmaz, börksüz baş olmaz.

türkün gücü, türkə çatar .

tüsdüsüz od olar, odsuz tüsdü yox.

tüstü harda, od da orda.

tüstü oddan ayrılmaz.

uca ağacın gurultusu, dalıynan (daldadır) . {uca ağacın gurultusu, dalıynan olur (dalındadır) } . .

uca dağın ətəyindən düşən ölmədi, alçaq dağın təpəsindən düşən öldü.

uca dağların suyu, çaya axar.

uçan (əldən gedən) vara yaxınma, çıxmaz (girməz) yola, taxılma, gəlsə qonağ, qonağla, bilməz (izsiz) yola, alınma (inanma) .

uçmağı bacaran, sürünməyi bacarmaz.

uçurum başı, uçmaq öğrədir, dənizə dalma, üzmək öğrədir

uğra düşünən, uğur tapar. (


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin