Abş – ŞƏKƏr zavodunda partlayiş



Yüklə 68,53 Kb.
səhifə10/18
tarix16.12.2023
ölçüsü68,53 Kb.
#181371
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
MM-4

İlk kömək:
  • zəhərlənənə əleyhqaz geydirmək (əgər üzün dərisinə ZM damcısı düşübsə, əvvəlcə üzü İPP ilə təmizləmək);
  • «şprits-tyubik» ilə antidot vurmaq (yaxud taren həbləri qəbul etmək);
  • zərərçəkəni zəhərli atmosferdən cıxartmaq;
  • əgər 10 dəq ərzində qıcolma keçməsə, antidotlu iynəni təkrar vurmaq;
  • ZM dəriyə düşdükdə İPP ilə yumaq;
  • ZM mədəyə düşdükdə qusmaq, mədəni yemək sodasının 1%-li məhlulu, yaxud təmiz su ilə yumaq;
  • ZM gözə düşdükdə gözləri yemək sodasının 2 %-li məhlulu, yaxud təmiz su ilə yumaq;
  • zəhərlənəni tibbi məntəqəyə çatdırmaq.
  • Mühafizə vasitələri: əleyhqazlar, dərinin məhafizə vasitələri, süzücü-
    • ƏSƏB-IFLIC TƏSIRLI ZƏHƏRLƏYICI MADDƏLƏR
    • Bu qrupun ən tipik nümayəndəsi ipritdir (HD).
    • Təmiz iprit rəngsiz, yağtəhər, sarımsaq iyli mayedir. Texniki iprit tərkibindəki qarışıqlardan asılı olaraq, sarı, sarı-qəhveyi rəngli ola bilər. Qaynama temperaturu 217 0S, donma temperaturu (-14,4) 0S-dir. Uçuculuq qabiliyyəti kiçik, dayanıqlığı çoxdur.
    • İprit universal hüceyrə zəhəri olub, hüceyrənin və toxumaların məhvinə səbəb olur. Mədəyə düşdükdə öldürücü doza 0,1 qramdır. İprit buxarlarının havada 0,1 q/m3 qatılığında gözlər kor ola bilər.
    • İpritlə zəhərlənmə əlamətləri:
    • dəriyə düşdükdə 2-6 saatdan (gizli dövr) sonra dərinin səthi qızarır, sonra bu yerlərdə balaca şişlər əmələ gəlir (24 saatdan sonra), daha sonra bu şişlər birləşirlər, partlayırlar və onların yerində yara əmələ gəlir (2-3 gündən sonra);
    • tənəffüs üzvləri vasitəsilə zəhərləndikdə bir neçə saatdan sonra burun və boğazda quruluq və acışma hiss olunur, daha sonra burun və boğaz yollarında şişlər, iltihab əmələ gəlir, ağır hallarda ağ ciyərin şişməsi və ölüm baş verir (3-4 günə);
    • gözə təsir etdikdə göz yaşları axır, gözdə «qum» hiss olunur, daha sonra qızarma, şişlər müşahidə olunur və insan kor ola bilər;
    • mədəyə düşdükdə 30-60 dəqiqədən sonra mədədə ağrılar, ürəkbulanması, qusma və ishal baş verir.
    • İpritin dəriyə təsirindən əmələ gələn yaraların sağalması 20-30 gün çəkir, yaraya infeksiya düşdükdə isə sağalma 2-3 aydan sonra başlayır.

    • Yüklə 68,53 Kb.

      Dostları ilə paylaş:
    1   ...   6   7   8   9   10   11   12   13   ...   18




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin