Abşeronda Meyvə Bağlarına Zərərverən Başlıca Qabıqyeyən Böcəklər



Yüklə 68.46 Kb.

tarix04.07.2017
ölçüsü68.46 Kb.

АМЕА-nın  Xəbərləri  (biologiya və tibb elmləri), cild 70, №2, səh. 75-79 (2015)

 

75 



Abşeronda Meyvə Bağlarına Zərərverən Başlıca Qabıqyeyən Böcəklər   

(Coleoptera, Ipidae) və Onların Bioekoloji  Xüsusiyyətləri 

 

K.B. İsayeva  

 

AMEA Zoologiya İnstitutu, A.Abbaszadə kücəsi, məhəllə 504, kecid 1128, Bakı1073, Azərbaycan;  

E-mail: nauka-205@mail.ru 

 

Məqalədə Azərbaycanda qeydə alınmış 89 növ böcəkdən Abşeronda meyvə bağlarına zərərverən 5 növ 

qabıqyeyənin bioekoloji xüsusiyyətləri və  təsərrüfat  əhəmiyyətləri haqda məlumatlar verilir. Bu 

böcəklər Abşerondakı meyvə, üzüm və zeytun bağları üçün ciddi təhlükədir. Onlar nəinki zədələnmiş 

ağaclara, hətta sağlam ağaclara belə hücum edir. Ağacların gövdəsini zədələyir və bitkinin quruyaraq 

məhvinə səbəb olur.  

 

Açar sözlər: Coleoptera, Ipidae, qabıqyeyən, Abşeron, sürfə, pup 

 

  

GİRİŞ 

 

Müasir dövrün əsas problemlərindən biri eko-



loji çirklənmələrin demək olar ki, maksimum həddə 

çatmasıdır. Digər tərəfdən isə dünyada əhali sıxlığı 

durmadan artır. Buna gorə  də  əhalinin  ərzaq məh-

sulları ilə etibarlı təminatı, ərzaq məhsullarının eko-

loji təmizliyi və  təhlükəsizliyi dövrümüzün aktual 

problemlərindəndir.  

 Azərbaycan Respublikası Prezidentinin 2008-

2015-ci illərdə Azərbaycanda  əhalinin  ərzaq məh-

sulları ilə etibarlı təminatına və ərzaq məhsullarının 

təhlükəsizliyinə dair “Dövlət proqramlarının həyata 

keçirilməsi sahəsində keyfiyyətli meyvə məhsulları 

yetişdirilməsi və yeni bağların yaradılması  işləri 

günü-gündən genişlənir. 

Azərbaycanda, o cümlədən Abşeron  ərazisin-

dəki meyvə bağlarında çox qiymətli yerli və intro-

duksiya olunmuş meyvə ağacları becərilir. Bu mey-

vələrin əksəriyyəti həm də insanlar üçün müalicəvi 

əhəmiyyət kəsb edir. Buna görə  də onların qorun-

masına, bərpasına və məhsuldarlığının artırılmasına 

xüsusi diqqət yetirilir. Yüksək məhsuldarlıq  əldə 

etmək üçün geniş  tədbirlər planı hazırlanıb həyata 

keçirilir. 

 Abşeronda meyvə bağları və meyvəçilik təsər-

rüfatları hər il çoxlu sayda zərərverici həşaratlar tə-

rəfindən ciddi ziyana məruz qalır. Bu zərərverici 

həşaratlar içərisində qabıqyeyən böcəklər (Coleop-

tera, İpidae) xüsusi yer tutur. 

 

 



MATERİAL VƏ METODLAR 

 

Materialların toplanması  və  işlənməsi 2013-



2014-cü illərdə çöl və laboratoriya şəraitində həyata 

keçirilmişdir.  

Stasionar məntəqələr kimi Abşeron rayonunun 

Masazır qəsəbəsi (stasionar-1), Bakı  kəndləri – 

Fatmeyi, Bülbülə, Hövsan (stasionar-2) və Hövsan 

qəsəbəsində “Zeytunluq” (stasionar-3) adlanan əra-

zi seçilmişdir (Şəkil 1). 

Zərərvericilərin növ tərkibini və morfoloji əla-

mətlərini müəyyən etmək üçün MBS-1 və MBS-9 

mikroskop-lupadan, “Biolam” mikroskopundan, 

“Canon” digital fotoaparatından, “İSO-901” marka-

lı termostatdan, termometrdən istifadə edilmişdir. 

 

  

 



Şəkil 1. Materialın toplandığı meyvə bağı  

(Masazır qəsəbəsi). 

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 



 

Qabıqyeyən böcəklər ağacla sıx bağlı olan bö-

cəklərdir. Onların kiçik, silindr formalı  bədəni və 

kiçik başı var. Ədəbiyyat məlumatlarına  əsasən, 

keçmiş SSRİ-də 300 növü, Azərbaycanda isə 89 

növü yayılmaqla, ağacların qabığı altında yaşayır 

və  zərər verirlər. (Самедов, 1963) Azərbaycanda 

ağaclara ciddi zərərverən növlərdən 8 növün bio-

ekoloji xüsusiyyətləri və  təsərrüfat  əhəmiyyəti öy-

rənilmişdir. (Məmmədov və b., 2014) Onların ağac-

lara vurduğu zərərin hesabına, ağaclar texniki və 

fizioloji cəhətdən zəifləyir və  məhv olurlar. Sürfə-

lərin inkişafı qabıqaltında və gövdə üzərində, bəzən 

də zoğ  və kök hissələrdə gedir. Böcəklərin rəngi 

adətən  şabalıdı, qara və bozdur. Bədən möhkəm 


Abşeronda Meyvə Bağlarına Zərərverən 

76 


qanadüstlüyü ilə örtülüb ki, onun da altında yaxşı 

inkişaf etmiş qanadlar var. Onların köməyi ilə bö-

cəklər uçurlar. Yumurtaları ağ və balacadır. Sürfə-

ləri ətli, ayaqsız, bir az əyilmiş, aydın görünən tünd 

rəngli baş hissədən ibarətdir. Tüksüz və ya az tük-

lüdür. Pupları ağ rəngdədir.  

Qabıqyeyənlərin bədəninin quruluşu onların 

həyat tərzi ilə sıx əlaqədardır. Belə ki, onların həyat 

tərzi gizlin, ağacların qabığı altında keçir. Orada 

onlar müəyyən formalı yollar (izlər) qoyurlar. Hər 

bir növ qabıqyeyənin özünəməxsus sadə və mürək-

kəb izləri olur. Sadə izlər bir kanaldan ibarət olur 

ki, bu da dişi böcək tərəfindən qoyulur. Onlar uzu-

nuna və eninə olurlar. Mürəkkəb izlərdə bir neçə 

kanal olur və onlar eninə və uzununa istiqamətli, ul-

duzvari və şüa formalı olurlar.  

Xarici görünüşünə görə qabıqyeyənlər öz 

aralarında üç yerə bölünürlər: Lifyeyənlər, odun-

caqyeyənlər və  əsl qabıqyeyənlər. Lifyeyənlərin 

bədəninin arxa tərəfi bir çox böcəklərdə olduğu ki-

mi qabarıq və yumrudur. Əsl qabıqyeyənlərdə  bə-

dənin arxa tərəfində dişciklərlə  əhatə olunmuş çö-

kəklik vardır ki, bu da səbəti və ya uşaq arabasını 

xatırladır. Dişciklərin forması hər bir növ üçün özü-

nəməxsus və fərqlidir.  

Qabıqyeyənlərin fəaliyyəti adətətən yazda baş-

layır və yayın ortalarına qədər davam edir. İlk ola-

raq aprel ayının axırlarında küknar lifyeyənləri və 

küknarda yaşayan digər qabıqyeyənlər uçmağa baş-

layırlar, sonra isə  şam ağacında yaşayan qabıqye-

yənlər uçur. Qabıqyeyənlərin hamısı çoxalma döv-

ründə birliklər qururlar. Bəzi növlər monoqam bir-

liklər, yəni bir erkək və bir dişidən ibarət olan bir-

lik, qalanları isə poliqam birlik, yəni bir erkək və 

bir neçə dişidən ibarət olan birliklər yaradırlar (Во-

ронцов, 1967). 

Aparılan tədqiqatlara əsasən Abşeron rayonun-

da meyvə bağlarına ciddi zərərverən qabıqyeyən 

böcəklərin bir neçə növü və onların bioekologiyası 

haqda məlumat veririk. 

1.  Scolytus rugulosus (P.W.J. Mueller, 1818)-

Qırışıqlı qabıqyeyən . 

Qırışıqlı qabıqyeyən meyvə  ağaclarına zərər-

verən qabıqyeyənlər içərisində ən geniş yayılmış və 

çoxsaylı növdür. Xüsusilə də meyvə ağacları geniş  

yayılmış olan ərazilərdə bu növə olduqca tez – tez 

rast gəlinir. Fatmeyi, Bülbülə və Hövsan kəndlərin-

dəki meyvə bağlarında apardığımız müşahidələr 

zamanı məlum oldu ki,  ilkin zərərvericilərlə yolu-

xan ağacları ot, alaq basır və bu da ağacın zəifləmə-

sinə səbəb olur. Nəticədə qırışıqlı qabıqyeyənlər bu 

ağaclarda daha sürətlə məskunlaşa bilirlər.  

Qırışıqlı qabıqyeyənlərdə uçuş və yumurtaqoy-

ma təxminən bir ay çəkir. Yumurta mərhələsi təx-

minən 10-14 gün, sürfə  mərhələsi 15-20 gün, pup 

mərhələsi isə 10-14 gün çəkir. Beləliklə, bir nəslin 

inkişaf tsikli 1,5-2 ay çəkir. Daha sonra isə  əlavə 

qidalanma dövrü başlayır ki, bu da cinsiyyət siste-

minin tam inkişafı üçün vacibdir. Bu dövr ağacın 

qabığı altda keçir.  

Qışlamış sürfələr aprel ayında puplaşmağa 

başlayırlar.  Şimal rayonlarında puplaşma aprelin 

əvvəllərində başlayır və mayın sonunadək davam 

edir (Самедов, 1963). Yetkin  böcəklərə aprelin so-

nu və mayın  əvvəli rast gəlinir. Onların kütləvi 

uçuşları may ayının  əvvəli ya da ikinci yarısı  və 

hətta iyunun əvvəllərinə təsadüf edə bilər. Yay vax-

tı Bakı  kəndləri və Masazır qəsəbəsindəki meyvə 

bağlarındakı  zədələnmiş  ağaclarda adətən eyni 

vaxtda həm pup, həm sürfə və həm də yetkin fərdə 

rast gəlinir. Puplaşma və yetkin fərdin əmələ gəlmə 

mərhələləri aydın seçilir. Bu dövrdə böcəklərin sayı 

nəzərəçarpacaq dərəcədə artır və bunların uçuş 

dəlikləri yaranır. 

  Bizim apardığımız müşahidələrin nəticəsində 

qırışıqlı qabıqyeyənin bir ildə iki generasiyası  mə-

lum olmuşdur. Bunlar yaz generasiyası  və yay-

payız generasiyası adlanırlar. Bu növ sürfə  mərhə-

ləsində  qışlayır. Hətta cənuba doğru getdikcə de-

mək olar ki, bəzən yetkin fərdlər qışlayır. Cünki, 

yüksək temperaturda növün inkişafı payız aylarında 

belə davam edir (Самедов, 1963).  

  

 

 



Şəkil 2. Qırışıqlı qabıqyeyənin alma ağacının 

budaqlarında açdığı yollar: 

A, B – qabıqda; C, D – oduncaqda. 

 

Abşeron  ərazisindəki meyvə bağlarında apar-



dığımız müşahidələrdən görünür ki, bu növ qabıq 

və oduncaqda sürfə  və yetkin fərdlər üçün yollar 

açır və bununla da ağaca ciddi zədə vurur (Şəkil 2). 

Bu cür zədələrə müxtəlif meyvə ağaclarında da rast 

gəlinir.  

Alma, gavalı, heyva, armud, alça, ərik, şaftalı, 

gilas kimi meyvə ağacları ciddi zərər görür və vax-

tında tədbir görülmədikdə yoluxmuş  ağaclar quru-



K.B. İsayeva 

77 


yaraq məhv olur. Bu növ hətta yabanı bitən alma, 

armud, zoğal ağaclarına da ziyan vura bilir. 

Apardıgımız müşahidələr zamanı  qırışıqlı qa-

bıqyeyənə Abşeron  ərazisində  hətta üzüm tənəklə-

rində də rast gəlindi. Bəzən bu növ sağlam ağaclara 

belə yoluxur. Yeni əkilmiş iki və üç illik ağaclar da 

qırışıqlı qabıqyeyən tərəfindən ciddi zərər görürlər. 

2. Scolytus amygdali (Guerin-Meneville, 1874) 

-  Badam qabıqyeyəni. 

Badam qabıqyeyəni meyvə  ağaclarının cavan 

budaqlarını  və tumurcuqlarını  gəmirərək  bitkilərə 

ciddi ziyan vurur. Bu növ badam, alma, armud, ga-

valı,  ərik, gilas, əzgil kimi faydalı meyvə  ağacları 

üçün ciddi təhlükə hesab olunur. Belə ki, bu növlə 

yoluxma zamanı ağacların gövdə və budaqları güc-

lü zədələnmə  nəticəsində sürətlə quruyur  (Добро-

вольский, 1951). Cavan ağacların yoluxması za-

manı isə inkişafdan qalma və bəzən də ağacın məh-

vi müşahidə olunur. Abşeron  ərazisindəki meyvə 

bağlarında bitən badam, püstə,  əzgil ağaclarında 

çox tez-tez müşahidə olunur. 

3.Scolytus mali  (Bechstein, 1805) - Alma qa-

bıqyeyəni və ya böyük qabıqyeyən  

Alma qabıqyeyəni çox geniş yayılmış  və  təh-

lükəli bir növdür. Dəniz səviyyəsindən 1300 m 

hündürlüyə  qədər olan ərazilərdə rast gəlinir. Bakı 

kəndləri və Masazır qəsəbəsindəki meyvə bağların-

da aparılan müşahidələr zamanı bu növə olduqca 

tez-tez rast gəlinmişdir.  

Qışlamış sürfələrin puplaşması mayın birinci 

ongünlüyündə başlayir. Böcəklərin uçuşu isə mayın 

axırına təsadüf edir. Bəzən puplaşma aprel və may 

aylarına da təsadüf edə bilər. Həmçinin aprelin sonu 

və may ayında yeni böcəklərin çıxması da müşahidə 

olunur. Bu hadisə mayın ikinci ongünlüyündə daha 

da intensiv olur. İyul ayının ortalarından etibarən 

pupların sayının artması, uçuş  dəliklərinin meydana 

çıxması  və yetkin böcəklərin çıxması başlayır. Bu 

alma qabıqyeyəninin cənub bölgələrində bir ildə iki 

generasiyasının oldugunu ehtimal etməyə  əsas verir 

(Крыжановский, 1974). Belə ki, əksər qabıqyeyən-

lərin bir ildə 1 və ya 2 nəsil verdikləri məlumdur. 

Bəzən birinci il alma qabıqyeyəninin sürfələri, bö-

cəyə çevrilə bilmir, ağacın qabığı altında qışlayır və 

aşağı temperaturda donurlar. Qar örtüyünə görə 

onlar az zərər görürlər. Alma qabıqyeyəninin soyuğa 

davamlılığı onların qışlama xüsusiyyətləri ilə  sıx 

bağlıdır. Belə ki, cavan böcəklər, sürfə və pup halın-

da, ağac qabığı altında öz yuvalarında qışlayanlar, 

aşağı temperatura müxtəlif yanaşırlar. Həmçinin 

yüksək yay temperaturları  da  alma  qabıqyeyəninin 

sürfə  və pupları üçün öldürücü təsir göstərə bilər. 

Çox vaxt günəş  şüalarının təsiri ilə, iyunda ağac 

qabığı altında alma qabıqyeyəninin inkişafına lazım 

olan istilik həddindən yuxarı qalxır ki, bu da onların 

sürfələrinin məhvinə səbəb olur. 

Sürfələr inkişaflarının orta və ya son mərhələ-

lərində  qışlayırlar. Alma, heyva, gavalı, armud, 

ərik,  şaftalı kimi təsərrüfat  əhəmiyyətli ağaclara 

ciddi ziyan vurur. Hətta yabanı halda bitən cır alma, 

armud və alçaya da zərər verir. Zoğal ağacında da 

bu növlə yoluxma halları müşahidə olunur. Ən bö-

yük zərəri isə alma və gavalı ağaclarına verir. Alma 

qabıqyeyəni  əsasən gövdə  və qalın budaqların qa-

bıq və oduncağında iri yollar açır. Müqayisa üçün 

qeyd edək ki, qırışıqlı qabıqyeyən eyni ağacın daha 

nazik budaqlarında məskunlaşırdı (Самедов, 1963). 

Bu növ tərəfindən vurulan ziyanın miqyası ol-

duqca böyükdür. Masazır qəsəbəsindəki meyvə 

bağlarında olarkən müşahidə etdik ki, hər hansı bir 

səbəbdən zədələnmiş istənilən ağac qırışıqlı  qabıq-

yeyən və alma qabıqyeyəninə yoluxur və bununla 

da məhv olur. Bu səbəblərdən biri kimi Masazır 

qəsəbəsində müşahidə olunan quraqlığı göstərmək 

olar. Belə ki, quraqlıq səbəbindın zəifləmiş ağaclara 

hücum edən böcəklər orada asanlıqla məskunlaşır-

lar və ağac qabığı və oduncağını zədələyərək ağacın 

tamamilə məhv olmasına şərait yaradırlar. Bizim əl-

də etdiyimiz məlumatlar alma qabıqyeyəninin fəa-

liyyətini və vurduğu ziyanın miqyasını qiymətlən-

dirmək üçün çox azdır. Lakin apardığimız müşahi-

dələrdən o nəticəyə gəlmək olur ki, istənilən bağ və 

ya meşəlik ərazidə olan zədələnmiş ağac alma qabıq-

yeyəninə asanlıqla yoluxur və qabıqyeyən tərəfindən 

oduncağı ciddi zədələnərək quruyub məhv olur. 

Abşeron  ərazisində alma qabıqyeyəniylə yo-

luxma hallarına tez-tez rast gəlinir. Meyvə bağları 

ciddi ziyan görür. Fərdi və ya təsərrüfat əhəmiyətli 

bağlarda məhsuldarlıq nəzərəçarpacaq dərəcədə 

aşağı düşür. Bəzən isə nəzarətdən kənar qalmış əra-

zilərdə kütləvi yoluxma zamanı meyvə bağlarının 

kütləvi quruyaraq məhvinə səbəb olur. 

4. Hylesinus toranio (D'Anthoine, 1788) - Zey-

tun qabıqyeyəni. 

Zeytun ağacı Abşeron  ərazisi üçün olduqca 

xarakterik bir bitkidir. Bu bitkidən bölgədə aparılan 

yaşıllaşdırma və torpaq bərkitmə  işlərində geniş 

miqyasda istifadə edilir. Həmçinin zeytun  bitkisi 

böyük təsərrüfat əhəmiyyətinə malikdir. Belə ki, bu 

bitkinin meyvələrindən tibdə  dərman preparatları-

nın hazırlanmasında və sənayedə yağ alınması üçün 

istifadə olunur. 

 Abşeron rayonunun mövcud iqlim şərtləri 

zeytun bitkisi üçün olduqca əlverişlidir. Bu səbəb-

dəndir ki, Abşeron rayonu ərazisindəki park və 

yaşıllıqlarda və  həmçinin fərdi meyvə bağlarında 

bu bitkiyə tez-tez rast gəlirik. Bakı  kəndlərində 

fərdi bağlarla yanaşı  təsərrüfat  əhəmiyyətli böyük 

zeytun bağları da mövcuddur ki, bu bağların ərazisi 

yüz hektarlarla ölçülür. Lakin bu qiymətli bitki də, 

qabıqyeyənlərin hücumuna məruz qalır. Abşeron 

rayonu  ərazisində apardığımız müşahidələr zamanı 



Abşeronda Meyvə Bağlarına Zərərverən 

78 


qabıqyeyən böcəklərin hücumuna məruz qalmış 

çoxlu sayda zeytun ağacları  müşahidə etdik.  

Zeytun qabıqyeyəninə demək olar ki, bütün 

meyvə bağlarında və meşə sahələrində rast gəlinir. 

Bu növ zeytun təsərrüfatları üçün ciddi təhlükə 

hesab olunur. Hətta yabanı halda bitən zeytun və 

iydə  ağaclarını belə  zədələyir (Добровольский, 

1951).  Bu növün zeytun agaclarına ciddi zərəri mə-

lumdur. Zeytun qabıqyeyəni də sürfə mərhələsində 

qışlayır. Yetkin fərdlərin uçuşu digər qabıqyeyən-

lərlə müqayisadə bir az gec baş verir. Böcəklərin 

kütləvi uçuşu iyun ayına təsadüf edir. Bu zaman 

istər zeytun bağları  və istərsə  də  pərakəndə halda 

bitən zeytun və iydə  ağacları ciddi zərər görür. 

Böcəklər ağacların qabığı altında və oduncağında 

yaşayırlar və burada öz həyat fəaliyyətləri üçün 

zəruri olan yollar açırlar ki, bunun da nəticəsində 

ağacın yuxarı hissəsini ağacın kökü ilə  əlaqələndi-

rən yollar zədələnir. Bu zaman zeytun ağaclarının 

çətir hissəsi zəifləməyə və qurumağa başlayır. Vax-

tında müdaxilə olunmadıqda ağac tamamilə quru-

yur və məhv olur.  

Zeytun qabıqyeyəninə sağlam ağaclarda de-

mək olar ki, rast gəlinmir. Bu böcəklər hər hansı bir 

səbəbdən zəifləmiş  ağaclarda çox asanlıqla məs-

kunlaşırlar. Məlumdur ki, Abşeron rayonu ərazisin-

də daima güclü küləklər müşahidə olunur və əksər 

hallarda bu küləklər  ərazidəki bitkilərə ciddi ziyan 

vurur. Bu zaman zədələnmiş zeytun ağaclarına qa-

bıqyeyən böcəklər hücum edirlər və  ağacın zədə-

lənmiş hissəsindən asanlıqla qabıqaltına və gövdəyə 

yollar açırlar.  

Abşeronda xeyli sayda zeytun təsərrüfatları 

mövcud olduğuna görə burada zeytun qabıqyeyəni 

daha intensiv müşahidə olunur. “Zeytunluq” adla-

nan  ərazidəki müşahidələr zamanı  məlum oldu ki, 

zeytun qabıqyeyəni buradakı əksər zeytun ağacları-

nın gövdəsini zədələyir və beləliklə ağacın qidalan-

masını pozaraq qurumasına səbəb olur. 

5.  Hypoborus ficus (Erichson, 1836)-Əncir 

qabıqyeyənı. 

Əncir bitkisi Abşeron  ərazisi üçün olduqca 

xarakterikdir. Belə ki, bu ərazidəki meyvə bağların-

da bu bitkiyə çox tez-tez rast gəlinir. Əncir ağacı da 

hər il külli miqdarda qabıqyeyən böcəklərin hücu-

muna məruz qalır. Ona görə  də bu bitkiyə qabıq-

yeyən böcəklər tərəfindən vurulan zərərin qarşısının 

alınması vacibdir.  

Əncir qabıqyeyəni əncir ağacının gövdə və bu-

daqlarını ciddi zədələyir. Hətta müşahidələr zamanı 

bu qabıqyeyənə tut ağacı və üzüm tənəklərində belə 

rast gəlinmişdir. Xüsusilə  zədələnmiş  və  zəifləmiş 

ağaclara hücum edən böcəklər bitkinin tamamilə 

məhvinə  səbəb olur. İldə iki, bəzən hətta üç nəsil 

verir. Eyni zamanda əncir qabıqyeyəni Phomopsis 

cinerascens – adlanan göbələyin sporlarının daşıyı-

cısıdır ki, bu da “əncir xərçəngi” adlanan xəstəliyə 

səbəb olur və bitkini məhvə aparır. 

Beləliklə, bu məqalədə Abşeron  ərazisindəki 

stasionar məntəqələrimizdə (Masazır və Hövsan 

qəsəbələri və Bakı  kəndləri) apardığımız müşahi-

dələr zamanı çox tez-tez rast gəlinən qabıqyeyən 

böcəklərin bir neçə növü və onların bioekologiyası 

haqda məlumat veririk. Hansı ki, bu qabıqyeyən 

böcəklər bitkilər üçün olduqca təhlükəlidir. Yuxa-

rıda da qeyd etdiyimiz kimi ağacların qabıq və 

oduncaq toxumalarıyla qidalanan bu böcəklər bura-

da özlərinə yollar açırlar. Bunun nəticəsində isə 

ağac toxuması hüceyrələrinin bir-biriylə əlaqəsi kə-

silir və toxuma ciddi zədələnir. Gövdə hissəsindən 

zədələnmiş  ağacın yuxarı hissəsinin su və mineral 

maddələrlə təminatı kəsilir və ya zəifləyir. Beləliklə 

də, ağac qismən və ya tamamilə quruyur. Vaxtında 

tədbir görülmədikdə bu zərərvericilərin hücumu 

nəticəsində çox böyük hektarlarla yaşıllıq  ərazilər 

məhv olma təhlükəsiylə üzləşir. Məhz bu səbəblər-

dəndir ki, bu sahədə  geniş mübarizə  tədbirlərinin 

aparılması tələb olunur. 

 

 

ƏDƏBİYYAT  

 

Əliyev S.V.  (2004) Sərtqanadlılar və ya böcəklər 

dəstəsi.  Azərbaycan heyvanlar Aləmi,  II cild

Bakı: Elm, 158-160 s.  

Məmmədov  Z.M., Atayeva R.S., Muradova E. 

M. (2014) Şəki-Zaqatala bölgəsində meyvə  və 

meşə  ağaclarına zərərverən qabıqyeyən böcəklər. 

(Coleoptera, Ipidae). Zoologiya institutunun əsər-

ləri, 32(№ 2): 134 -139.  

Добровольский  Б.В. (1951) Вредные  жуки. 

Ростов-на-Дону: Ростиздат, 437 с. 



Воронцов  А.И. (1967) Лесная  энтомология. 

Москва. Высшая школа: 399 с. 



Крыжановский  О.Л. (1974) Жесткокрылые. / 

Насекомые и клещи - вредители сельскохозяй-

ственных культур. Том 2. Л.: Наука, 336 с. 

Определитель  насекомых  европейской  части 

СССР (1965) Том 2: Жесткокрылые  (Coleop-

tera) и веерокрылые. М.-Л.: Наука, 668 с.  

Самедов  Н.Г. (1963) Фауна  и  биология  жуков, 

вредящих  сельскохозяйственным  культурам  в 

Азербайджане. Баку: АН Азерб. ССР, 384 с.  

 

 



K.B. İsayeva 

79 


Жуки-Короеды (Coleoptera, Ipidae) Фруктовых Садов Абшерона  

И Их Фенологические Особенности  

 

К.Б. Исаева 

 

Институт зоологии НАНА 

 

В статье впервые представлен материал о фенологических особенностях и о хозяйственном значении 

5  видов  короедов,  вредителей  фруктовых  деревьев  Абшерона.  Эти  насекомые  являются  серьезной 

угрозой  для  фруктовых,  виноградных  и  оливковых  деревьев  Абшерона.  Они  повреждают  стволы 

деревьев, в результате чего деревья высыхают и полностью уничтожаются. 

 

Ключевые слова: Coleoptera, Ipidae, короеды, Абшерон, личинка, куколка 

 

 



 

The Bark Beetles (Coleoptera, Ipidae) Of Absheron Gardens And Their Phonological Features 

 

K.B. Isaeva 

 

Institute of Zoology, ANAS 

 

For the first time data on the phonological characteristics and economic importance of the 5 species of bark 

beetles, pests of fruit trees of Absheron have been presented. These insects are a serious threat to fruit, grape 

and olive trees of Absheron. They damage the trunks of trees, resulting in drying and complete destroying of 



the trees.  

 

Key words: Coleoptera, Ipidae, bark beetles, Absheron, larva, pupa 

: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə