Ad: Kənan Soyad: Cəfərov Universitet: Baki Mühəndislik universiteti İxtisas: Biznesin idarə edilməsi Qrup: 2096a fənin adı: Koporativ idarəetmə



Yüklə 264,34 Kb.
səhifə4/7
tarix02.01.2022
ölçüsü264,34 Kb.
#46442
1   2   3   4   5   6   7
Koporativ idarəetmə

Korporativ İdarəetmə Modelləri

Bir qayda olaraq, korporativ idarəetmə modellərinin iki növünü fərqləndirirlər: ingilis-amerikan (bu modelə eyni zamanda "autsayder" modeli deyirlər) və alman-holland (bu modelə eyni zamanda "insayder" modeli də deyirlər). Bundan əlavə, bəzən yapon modeli də korporativ idarəetmənin fərqli modeli kimi ayrıca qeyd edilir.Bu modellərin idarəetmə strukturu baxımından fərqi "Korporativ idarəetmə modelləri" adlı məqalədə öz əksini tapmışdır. Bu məqalədə isə sözügedən modellərin səhmdarların tərkibi və şirkətlərin fəaliyyəti baxımından xüsusiyyətləri barədə məlumatlar verilir.İngilis-amerikan modelində mülkiyyət (səhmlər) adətən çox sayda kiçik səhmdarlar arasında bölüşdürülür. Bu zaman hətta 10%-lik səhm zərfi iri səhm zərfi hesab olunur. Bu səhmlər fond bazarında dövriyyədə olur, şirkət adətən yeni səhmlər buraxmaq yolu ilə əlavə vəsaitlər cəlb edir. Bununla belə, kiçik səhmdarların malik olduqları səhm zərfləri onlar tərəfindən şirkətin idarə olunması üçün kifayət etmir. Bu tip şirkətlərdə idarəetmə, o cümlədən strateji planlaşdırma güclü menecment tərəfindən həyata keçirilir. Menecment üzərində nəzarət isə müstəqil (nəzarətçi) direktorların səlahiyyətlərinə aiddir.Alman-holland modelində iri səhm zərfləri şirkətin əməkdaşlıq etdiyi bank və partnyorlarında mərkəzləşir, fond bazarı isə köməkçi rolunu oynayır. Alman-holland modelində səhmdarlar şirkətin fəaliyyətinin strateji planlaşdırılmasında həll edici rol oynayırlar.İngilis-amerikan modeli daha çox səhmdarların maliyyə maraqlarının ödənilməsinə istiqamətlənmişdir. Digər maraqlı tərəflər korporativ idarəetmədə praktiki olaraq təmsil olunmamışdırlar. Alman-holland modelində isə ağırlıq mərkəzi bütün maraqlı tərəflərin maraqları və qarşılıqlı məsuliyyətləri arasında balansın qorunması əsasında qurulmuşdur.Hesab edilir ki, ingilis-amerikan modeli şirkətə dinamiklik, alman-holland modeli isə davamlılıq qazandırır.Yapon modeli alman-holland modelinə yaxındır. Fərqləndirici cəhət ondan ibarətdir ki, yapon modeli şirkət səviyyəsində "sosial birliyə ", sənaye qrupu səviyyəsində isə "işgüzar birliyə" istiqamətlənmişdir. Alman-holland modelindən fərqli olaraq bu birlik bərabərhüquqlu yox, iearxik xarakter - "böyüklərin" paternalizminə qarşılıq "kiçiklərin" maraqlarının qurban verilməsi - daşıyır.Yapon şirkətləri öz əməkdaşlarını onlarla uzun müddətli işləmək məqsədi ilə seçirlər. Adətən universiteti bitirmiş tələbələr pensiya yaşına qədər ilk işə götürüldüyü şirkətdə işləyirlər. Şirkət əməkdaşının məqsədi təcrübə toplamaq və idarəetmə orqanlarında vəzifə tutmaqdır. Bunun üçün şirkətin bütün əməkdaşları arasında daha istedadlı mütəxəssislərin vəzifədə irəli çəkilməsi barəsində fikir mübadilələri aparılır, müsabiqələr keçirilir. Ona görə də yapon şirkətlərində idarəetmə orqanlarında vəzifə tutan əməkdaşların əksəriyyətinin həmin şirkətdə əmək stajı bir qayda olaraq 10 ildən yuxarıdır. Yapon şirkətlərində korporativ idarəetmənin zahirən insayder modeli hökm sürsə də, bir çox şirkətlərdə müşahidə şurası və idarə heyəti arasında fərqlilik həddən artıq azalmışdır. Bu isə onunla əlaqədardır ki, müşahidə şurasına üzvlər şirkətin idarə heyətində uzun müddət işləmiş, bundan əvvəl isə şirkətin sıravi işçisi olmuş əməkdaşlar arasından seçilir. Yapon şirkətlərində müşahidə şurasına kənardan seçilmiş üzvlərə nadir hallarda rast gəlmək olar.Yapon şirkətlərində qərarların qəbulu bir çox hallarda idarə heyətindən başlayır. Onun üzvlər ortaq keçmişə malik olduqlarından bir-birlərini çox yaxşı tanıyırlar. Belə bir mühitdə daxili konsensusun əldə edilməsi və qərar qəbul edilənə qədər bu barədə məlumatların bütün həmkarların nəzərinə çatdırılması çox mühüm əhəmiyyət kəsb edir. Beləliklə, idarə heyətində qərarlar səsvermə əsasında yox, ümumi razılıq əsasında qəbul edilir. Daha sonra bu qərara müşahidə şurası baxır, uyğun olaraq təsdiq edir və ya rədd edir. Sonuncu hal çox nadir hallarda baş verir, çünki qərarların qəbul edilməsi ən kiçik alt təbəqələrdən başlayır. Yapon şirkətləri üçün xarakterik olan qərarların gec qəbul olunması məhz bu səbəblərdəndir.


Yüklə 264,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin