Ad: Ümid Soyad: Abdullayev Fakultə: İqtisad İxtisas: İqtisadiyyat Kurs: III tec mövzu: Naxçıvan mr iqtisadiyyatının innovasiya yönümlü inkişafında prioritet istiqamtlər



Yüklə 17,35 Kb.
tarix22.05.2020
ölçüsü17,35 Kb.
#31393
TeC

Ad: Ümid

Soyad: Abdullayev

Fakultə: İqtisad

İxtisas: İqtisadiyyat

Kurs: III



TEC mövzu: Naxçıvan MR iqtisadiyyatının innovasiya yönümlü inkişafında prioritet istiqamtlər
Bu gün Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan sosial-iqtisadi inkişaf siyasəti yeni mərhələdə müvəffəqiyyətlə davam etdirilir, qədim diyarın davamlı yüksəlişi uğurla təmin olunur. Yeni tələblərin, hədəflərin, yeni çağırışların reallaşdırılmasının vacib olduğu müasir dövrdə həm də innovasiyalılıq və rəqəmsal strategiyanın xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Blokada vəziyyətinin yaratdığı çətinliklərə baxmayaraq iqtisadi artımın yüksək sürətinin təmin edilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, əhalinin sosial rifah səviyyəsinin daim yüksəldilməsi diqqətdə saxlanılır.

Bazar iqtisadiyyatı şəraitində ölkəmizdə qeyri-neft sektorunun yüksəlişi, yeni iş yerlərinin açılması, sosial təmayüllü islahatların sürətləndirilməsi və digər bu kimi mühüm proseslərin normal təşkili sahibkarlığın inkişafı ilə bilavasitə bağlıdır. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, təsərrüfat subyektlərinin qeydiyyatının və lisenziya sisteminin maksimum sadələşdirilməsi, bölgələrdə regional iqtisad və apelyasiya məhkəmələrinin təsis olunması, innovasiyaların təşviqi mərkəzlərinin yaradılması kimi məqsədyönlü tədbirlər sahibkarlıq subyektlərinə dövlət dəstəyinin əyani təcəssümüdür.

Sosial-iqtisadi, texniki və intellektual potensialın möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması istiqamətində aparılmış irimiqyaslı, kompleks və sistemli işlər innovasiyaların genişlənməsi üçün möhkəm baza yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamı isə innovasiya layihələrinin məqsədyönlü axtarışı və reallaşdırılması, elmi nailiyyətlərin və yeni texnologiyaların sahibkarlıq strukturlarına ötürülməsi, investorlar üçün cəlbedici ola biləcək layihələrin hazırlanması, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaq kimi prioritet məsələlərin həllinə xidmət edir.

Bunu regionun sosial-iqtisadi sahədə, xüsusilə son illərdə əldə etdiyi nailiyyətlər də təsdiqləyir. Bu dövr Naxçıvan iqtisadi rayonunda ÜDM istehsalı dəfələrlə artmışdır. Ümumiyyətlə, 1995-ci ildən başlayaraq muxtar respublikada sosial-iqtisadi inkişafın yeni mərhələsi başlanmış, böyük quruculuq işləri həyata keçirilmiş, bütün sahələrdə mühüm və nəzərəçarpan uğurlar qazanılmışdır. Həmin dövrdən bütün sahələr üzrə innovasiya-yeniləşmə və sürətli inkişaf prosesi davam etdirilmiş, müasir tələblərə cavab verən sənayeləşmə prosesi, sahibkarlığın genişləndirilməsi və möhkəmləndirilməsi hamının və hər kəsin əməli fəaliyyətinə çevrilmişdir. Naxçıvan Avtomobil Zavodu, "Cəmiqaya" və "Cahan holdinq" şirkətləri yaradılmışdır.

Tarixən aqrar profilli məkan kimi qəbul edilən muxtar respublika yeni istehsal sahələri yaradılmaqla sənaye diyarına çevrildi. Bu gün artıq burada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi istehsalçıların xarici bazarlara çıxış imkanlarını artırmışdır. Sənayeləşmə prosesi geniş vüsət almış, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmış, yerli istehsalda çeşidliliyə və keyfiyyətliliyə nail olunması xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir. Xatırladaq ki, bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötüb. 2019-cu ilin sonlarında ilk dəfə olaraq muxtar respublikada sənaye məhsullarının istehsal həcmi 1 milyard manatı ötərək xarici ticarət dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb.

1995-ci illə müqayisədə ümumi daxili məhsul istehsalı 64,9 dəfə, sənaye məhsulunun ümumi həcmi 111,1 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 337,6 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 13,2 dəfə, xarici ticarət dövriyyəsi 26,2 dəfə, əhalinin gəlirləri 59,9 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 30,5 dəfə artmışdır. 1995-ci ildən 2019-cu ilin sonuna 97 min 443 iş yeri yaradılmışdır.

Yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər hələ də davam etdirilir. Bunun nəticəsidir ki, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə çoxsaylı layihələr üzrə istehsal və xidmət obyektləri, o cümlədən sənaye sahəsində elektrik enerjisi, metal boru, metal profil, poliestr materialından daşabənzər üzlük örtüklər, döşəmə üçün parket, asfalt, beton, qum-çınqıl, dekorasiyalı şüşə qab, nəşriyyat və poliqrafiya, musiqi alətlərinin istehsalı, taxıl emalı, ət və süd məhsulları, müxtəlif meyvələrin qurudulması və paketlənməsi, şirniyyat məmulatları və müxtəlif geyim sahələri istifadəyə verilmişdir.

Bütün bunlar Naxçıvan Muxtar Respublikasının ötən illərdə keçdiyi davamlı və qətiyyətli sosial-iqtisadi inkişaf yolunu göstərməkdədir. Təbii ki, hər bir nailiyyət böyük ictimaiyyətin, xalqımızın və cəmiyyətimizin daim yüksək qiymətləndirdiyi ən mühüm gerçəklikdən ibarətdir. Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, Caspian Energy International Media Group iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb. Orada böyük Heydər Əliyev ideyalarından bəhərlənən ölkənin uğurla icra etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin proqramlarına aid məqsəd və vəzifələrin əhəmiyyətinə istinad edilmişdir. Burada Naxçıvan Muxtar Respublikasının formalaşdırdığı güclü infrastruktur potensialının əhəmiyyəti diqqətdə saxlanılmışdır.

Müasir informasiya texnologiyalarının geniş tətbiqinə nail olmaq, muxtar respublikanı informasiya blokadasından xilas etmək məqsədilə görülən ardıcıl işlər sayəsində Naxçıvanın hazırda beynəlxalq trans-Avroasiya fiber-optik magistrallarına 2, qlobal internet sisteminə 4 tərəfli çıxışı vardır. Ötən il yaradılan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu isə heç şübhəsiz ki, informasiya-məlumatlandırma, təbliğat işinin daha məqsədyönlü və uğurlu təşkilinə öz töhfəsini verəcək.

Qeyd edək ki, müxtəlif vaxtlarda Türkiyənin, İsrailin, Yunanıstanın, Niderlandın, Belçika Krallığının, Rumıniyanın, İran İslam Respublikasının, Almaniyanın, Çin Xalq Respublikasının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və digər ölkələrin səfirlərinin Naxçıvan Muxtar Respublikasında səfərə gəlmələri, buradakı davamlı və perspektivli sosial-iqtisadi inkişafın yaxından şahidi olmaları, çox mühüm strateji sahələrlə yanaşı alternativ və bərpa olunan enerji mənbələrinə, həmçinin, innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətdən valeh olduqlarını bildirmələri də bunu bir daha sübut etməkdədir.

Bu dövr Naxçıvan iqtisadi rayonu da davamlı irəliləyişə nail olmuşdur. Hələ neçə il əvvəl ulu öndər demişdir: "İstəyirəm ki, mənim arzum, istəklərim Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin". İndi budur, ümummilli lider Heydər Əliyevin arzu və istəkləri həyata keçmişdir. Naxçıvan Muxtar Respublikası sürətli sosial-iqtisadi inkişafdadır. Prezident İlham Əliyev bu inkişafı belə səciyyələndirir: "Naxçıvanda böyük quruculuq işləri aparılır. Burada gedən quruculuq-abadlıq işləri, innovasiya-yeniləşmə, infrastruktur layihələri - bütün bunlar Azərbaycanın qədim torpağı Naxçıvanda çox sürətlə inkişaf edir və naxçıvanlılar ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər".

Ötən dövrdə Naxçıvanda ixrac potensialının artırılması istiqamətində qazanılan uğurlar, ixrac hesabına son 10 ildə xarici ticarət dövriyyəsində müsbət saldonun yaranması cari ilin muxtar respublikada "İxrac ili” elan olunması ilə nəticələnib. Bu, diyarımızda yeni ixrac imkanlarının yaranmasına, sahibkarların sağlam rəqabət mühiti hesabına öz fəaliyyətlərini daha da genişləndirmələrinə səbəb olacaq. İnvestisiya və innovasiya cəlbediciliyinin uğurlu nəticəsidir ki, muxtar respublika ölkəmizin iqtisadi regionlarının investisiya reytinqində 2017 və 2018-ci illərdə ardıcıl olaraq liderlik edib. Bir sözlə, Naxçıvan bütün dünyada daha möhkəm əsaslarla inkişaf edən bir diyara çevrilib.

Dövlətimizin bu sahəyə diqqət ayırması heç də təsadüfi deyil. Çünki ölkəmiz yeraltı təbii sərvətlərlə zəngin olsa da, həmin sərvətlərimiz nə vaxtsa tükənəcək. Hazırda neftin dünya bazarında ucuzlaşması iqtisadiyyatımıza təsirsiz ötüşmür. Bu baxımdan qeyri-neft sektorunun, sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sahəsinin inkişafı böyük əhəmiyyət kəsb edir. Muxtar respublikada bu günədək əkilməyən münbit torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, ucu-bucağı görünməyən meyvə bağlarının salınması, heyvandarlığın, quşçuluğun, balıqçılığın inkişafı, istixanaların, yeni soyuducu anbarların istifadəyə verilməsi bir daha onu göstərir ki, Naxçıvanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti uğurlu nəticələr verməkdədir.

Sevindirici haldır ki, qazanılan nailiyyətlər bütün sahələri əhatə edir. Muxtar respublikada bu qədər uğurlara ona görə imza atılır ki, burada xüsusi inkişaf strategiyası vətənpərvərliklə həyata keçirilir. Nəticələr ildən-ilə ona görə yaxşılaşır ki, qədim diyar Heydər Əliyev ideallarına sədaqətlə müasir dövlətçilik prinsipləri əsasında idarə edilir. Nailiyyətlər ona görə çoxdur ki, muxtar respublikada istənilən sahənin inkişafı üçün mükəmməl dövlət proqramları icra edilir. Həmin amillər daim müasirləşən qədim diyarın və cəmiyyətin gündən-günə inkişafını şərtləndirir, çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasını, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasını, elmin, mədəniyyətin dinamik inkişafını təmin edir.



Yeniləşən dünyada iqlim dəyişikləri ilə əlaqədar olaraq, kənd təsərüfatına böyük təsiri olacaqdır, bunla yanaşı getdikcə artmaqda olan əhali sayısını da nəzərə alaraq Artıq bir sıra inkişaf etmiş ölkələr torpaqsız bitkiçilik üzrə tətqiqatlar aparılır və bəzi ölkələr torpaqsız bitkiçiliyə başlamışdır. Naxçıvan MR iqtisadiyyatının innovasiya yönümlü inkişafında prioritet istiqamtlərdən biri kimi kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi daha səmərli olacaqdır.
Yüklə 17,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin