ADİlxan bayramov bakı- 2015



Yüklə 0.67 Mb.
PDF просмотр
səhifə1/21
tarix30.06.2017
ölçüsü0.67 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   21

   
ADİLXAN   BAYRAMOV
 
Bakı- 2015

BBK 5.2
A - 2015
Redaktor:  Tehran Vəliyev
Rəssam:   Arif Həsənov 
  
Adilxan Hüseynəli oğlu Bayramov
Sənət, sənət məbədləri, sənət fədailəri
  
       «VƏTƏNOĞLU» NPŞ MMC, Bakı, 2015, 336 səh.
Kitabda müəllifin respublikada muzey işinin tarixi, müxtəlif 
profilli  muzeylər,  muzey  əşyaları  və  muzey  qurucuları,  milli 
teatrımızın    təşəkkülündə  və  inkişafında  böyük  rolu  olmuş  Tiflis 
Azər   baycan  teatrı və bu teatrın aktyorları, habelə digər sənət sahə­
ləri barədə məqalələri toplanmışdır.
Müəllif arxiv və muzey materialları ilə yanaşı, özü nün şəxsi 
müşahidələrinə və çoxillik iş təcrübəsinə də istinad etmişdir.
Kitab  muzeyşünaslar,  muzey  işçiləri,  sənətşünaslar,  habelə 
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.   
  
                    
                                                  
                                                  
 © A.Bayramov, 2015
4700000000
А-651(03)2015
qrifli nəşr

3
MİLLİ   DƏYƏRLƏRİMİZ
TARİXİMİZ… MƏDƏNİYYƏTİMİZ…
(MÜLAHİZƏLƏR)
Hər bir xalq müəyyən tarixi ərazidə yaranır. Bunun­
la yanaşı, əvvəllər müəyyən bir ərazidə formalaşmış və 
son ralar başqa yerlərə yayılmış xalqlar da vardır. Azər­
baycan  xalqı  məhz  hazırda  yaşadığı  ərazidə  mey dana 
gəlmiş, formalaşmışdır.
Azərbaycanlıların  bir  xalq  kimi  formalaşdığı  ərazi 
şimalda  Dərbənddən,  cənubda  Zəncan  və  Qəzvindən, 
şi malda Xəzər dənizindən başlayır, qərbdə İrəvan, Bor­
çalı və Urmiya gölünün qərb sahilini əhatə edirdi.
Tədqiqatçılar yazırlar ki, Azərbaycan xalqı bu ərazi­
də yaşamış türk etnoslarından, habelə qonşu ölkələrdən 
gə lib burada məskunlaşmış digər türk tayfalarından  ya­
ran  mışdır.
Azərbaycan  dili  türk  dilləri  ailəsinin  Oğuz  qru­
pu nun  Oğuz­səlcuq  yarımqrupuna  daxildir.  Anadolu 
türkləri, türkmənlər və Krım tatarlarının (əslində Krım 
türklərinin) cənub dialekti də bu  yarımqrupa aiddir.
Bir sıra araşdırmalarda verilmiş məlumatlara gö rə, 
azərbaycanlıların qədim dilləri azəri və Arran dil ləri ol­
muş,  V­VII  və  XI­XII  əsrlərdə  qeyd  etdiyimiz  əraziyə 
gəlmiş türkdilli tayfalar yerli dilləri sıxışdırıb assimilya-
siyaya uğratmışlar.
Digər məlumatlarda türk mənşəli Azərbaycan di li­
nin yaranması VIII əsrdə Orta Asiyadan qərbə hərəkət 
edən  oğuzlarla  əlaqələndirilir.  Beləliklə  də  xalqımızın 

4
cənubda  farsdilli  əhalidən,  farslardan,  şimalda  Qaf­
qazdilli  etnoslardan  dönmə  olduğunu  «sübuta  yetir­
mək»  üçün  çox  ciddi  cəhdlər  olmuşdur.  Əsasən  xarici 
tarixçilərin  söylədiyi  bu  mülahizələr  özünü  bə zi Azər­
baycan tarixçilərinin əsərlərində də göstərmək dədir.
Şübhəsiz, yuxarıda qeyd etdiyimiz tarixi hadisələr 
türk  mənşəli  Azərbaycan  dilinin  (təbii  ki,  həm  də 
Azərbaycan xalqının) təşəkkülündə müəyyən rol oyna­
mışdır.  Bu  tarixi  faktlara  dilin  daxili  inkişaf  qanun ları 
mövqeyindən  yanaşan  Azərbaycan  dilçiləri  çox  doğru 
olaraq  qədim  zamanlardan  burada  türk  dillərində  da­
nışan etnosların mövcud olduğunu söyləyirlər.
Məlumdur ki, hər bir xalqın mənşəyinin müəyyən 
edilməsində  dil  mənsubiyyəti  ən  başlıca  əlamət  kimi 
çıxış edir. Dil cəhətdən isə xalqımız Azərbaycanda qə­
dim zamanlardan bəri yaşamış türk dillərində danışan 
etnoslarla bağlıdır. Azərbaycan türkcəsi VII­VIII əsrlərdə 
Azərbaycan  xalqının  dili  və  ölkədə  ünsiyyət  vasitəsi 
kimi mövcud olmuşdur.
Zamanla  birlikdə  xalqımız  da  böyük  inkişaf  yolu 
keç miş, öz tarixini və mədəniyyətini yaratmış, dünyanın 
ən  zəngin  mədəni  irsə  malik  xalqlarından  birinə  çev­
rilmişdir.
Azərbaycanda  ən  qədim  dövrlərdən  başlayaraq 
zaman­zaman  insanların  bu  və  ya  digər  tələbatının 
ödənil məsi  məqsədilə  yaradılan  bir  sıra  əşyalar  son­
radan mədəniyyət sərvəti  adını almışdır.
Qobustan,  Ordubad  və  Kəlbəcər  bölgələrində  üzə 
çıxarılmış  qayaüstü  rəsmlər  qədim  insanlardan  qalan 
qiy mətli  mədəniyyət  sərvətləridir.  Qobustanın  qaya 
rəsmləri Azərbaycan ərazisində ən qədim sənət nümu­
nələri  hesab  olunur.  Tədqiqatçıların  fikrincə,  qayalar 
üzərində  həkk  olunmuş  bu  rəsmlərin  ən  qədimi  era­

5
mızdan  əvvəl  VIII­VI  əsrlərə  aiddir.  Əlbəttə,  bu  təs­
virlərin  hamısı  eyni  vaxtda  meydana  gəlməmiş,  ayrı­
ayrı dövrlərdə yaradılmışdır.
 Azərbaycanda ən qədim zamanlarda müxtəlif sə nət 
sahələri meydana gəlmiş, zaman keçdikcə inkişaf edə rək 
daha da təkmilləşmişdir. Arxeoloji qazıntılar zamanı üzə 
çıxarılmış məişət və bəzək əşyaları, kiçik heykəltəraşlıq 
fiqurları  qədim  insanın  yaratdığı  sənət  nümunələridir. 
Bu  əşyalar  ayrı­ayrı  dövrlərdə  müxtəlif  materiallardan 
hazırlanmışdır. Gil, torpaq, daş, dəri, sümük, yun, metal 
və s. xammal kimi istifadə olunmuşdur. Şübhəsiz, məhz 
Azərbaycanın  zəngin  təbiəti  bir  çox  sənət  növlərinin 
inkişafı üçün şərait yaratmışdır.
Azərbaycanda tarixən dulusçuluq, zərgərlik, habelə 
daş,  ağac,  sümük,  dəri  emalı,  xalça  və  parça  toxumaq 
kimi sənət növləri mövcud olmuşdur.
Orta  əsrlərdə  dulusçu  dəzgahında  sürahi,  tabaq, 
küp,  fincan,  çıraq,  kasa  və  s.  saxsı  məmulatları  ha zır   ­
lanmışdır.  Həmin  dövrdə  şüşədən  də  bu  cür  nü mu­
nələr  düzəldilirdi.  Şüşə,  eyni  zamanda  zərgərlik  nü­
mu nələrinin  hazırlanmasında  da  istifadə  olunmuşdur. 
Zaman  keçdikcə  ayrı­ayrı  saxsı  məmulatları  həm  də 
sənət nümunəsi kimi hazırlanmışdır. Həmin nümunələr 
müxtəlif boyalarla bəzədilmiş, üzərinə naxış vurulmuş, 
təsvirlər    çəkilmişdir.    VII  əsrdən  başlayaraq Azərbay­
can da dəmir, mis, gümüş, qızıl və s. materiallardan da 
məişət  əşyaları,  habelə  bəzək  şeyləri  hazırlanmışdır. 
Orta əsr lərdə isə Azərbaycanda toxuculuq sənəti inkişaf 
et məyə başlamışdır. Həmin dövrdə ipək, kətan və yun 
parçalar, xalça və xalça məmulatları toxunmuşdur. 
XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Az­
ərbaycanın  öyrənilməsi  üzrə  çox  cüzi  işlər  görülmüş, 
ekspedisiyalar  təşkil  edilmişdir.  Həmin  vaxtlar  üzə 

6
çıxarılmış əşyalar ayrı­ayrı şəxslərin əlinə keçmiş, ayrı­
ayrı ölkələrin muzeylərinə verilmişdir.
Həmin  dövrdə  Azərbaycanda  arxeoloji  abidələrin 
tədqiqi ilə əsasən xarici arxeoloqlar (o cümlədən həvəs­
kar arxeoloqlar) məşğul olmuşlar. 1830­cu illərdə İsveçrə 
səyyahı  Dübua  de  Manperi  Gəncə  şəhəri  yaxınlığında 
qazıntı  işləri  aparmış,  tapdığı  arxeoloji  nümunələri 
Fran saya göndərmişdir. 1879­cu ildə İ.S.Polyakov Nax­
çıvan  ərazisində,  N.O.Selosani  isə  qədim  Bərdə  şəhəri 
xarabalıqlarında  axtarışlar  aparmışdır.  Bir  sıra  əcnəbi 
həvəskarlar  şəxsi  kolleksiya  toplamaq  məqsədilə  qəbir 
abidələrini  qarət  etmişlər.  Daşkəsən  və  Gədəbəy  mis 
mədənlərində işləmiş V.Belk adlı şəxs 300­dən çox abi­
dəni  qarət  etməklə  topladığı  nümunələri  Almaniya 
muzeylərinə vermişdir. Fransız tədqiqatçısı Jak de Mor­
qan 1880­ci ildə Talış zonasında qəbir abidəlrini açaraq 
tunc və dəmir dövrlərinə aid zəngin materiallar toplamış 
və bunları Parisin Sen Jermen muzeyinə təqdim etmişdir.
Azərbaycanda arxeoloji araşdımalar aparmış digər 
əcnəbilər də bu cür hərəkət etmişlər.
Azərbaycanın  mədəniyyət  sərvətlərinin  respub­
li kamızdan  aparılması  Sovet  hakimyyəti  illərində  də 
davam  etmişdir.  Bu  dəfə  həmin  «vəzifəni»  qon şu  Er­
mənistan  Respublikası  yerinə  yetirmişdir.  Qonşu la­
rımız  1920­1930­cu  illərdə  Qarabağın  dağlıq  hissəsinə, 
Qazax  və  Zəngəzur  bölgələrinə  ekspedisiyalar  təşkil 
etmiş, xalqımızın tarixi və mədəniyyəti ilə bağlı dəyərli 
yadigarları aparmışlar.
 Azərbaycan XX əsrdə öz müstəqilliyini iki dəfə el an 
etmişdir.  1918­ci  ilin  mayında  elan  olunmuş  müstəqil 
Azərbaycan  1920­ci  ilin  aprelində  işğal  edildi.  1991­ci 
il  oktyabrın  18­də  “Azərbaycanın  dövlət  müstəqilliyi 
haqqında” Konstitusiya Aktı qəbul edildi və Azərbaycan  
yeni dövrə ­müstəqil inkişaf dövrünə qədəm qoydu. 

7
Azərbaycan  Respublikası    öz  müstəqilliyini  bərpa 
etdikdən sonra mədəniyyət sahəsində də müstəqil siya­
sət yeritməyə başladı. Mədəni dəyərlərə dövlət qay ğısı 
öz  əksini  müstəqil  Azərbaycan  Respublikasının  Kons­
titusiyasında  tapdı.  «Mədəniyyət  haqqında»,  «Tarix 
və  mədəniyyət  abidələrinin  qorunması  haqqında», 
«Muzeylər haqqında», «Kitabxana işi haqqında», «Kine­
matoqrafiya haqqında», «Arxiv işi haqqında», «Folk lor 
haqqında» və s. qanunlar qəbul olundu. 
1993­cü  ildə  Azərbaycan  Respublikasının  iştirakı 
ilə  qeyri­siyasi təşkilat– Türkdilli ölkələrin mədəniyyət 
və  incəsənət  sahəsində  əməkdaşlığı  üzrə  TÜRKSOY 
Beynəlxalq  Təşkilatı  yaradıldı.  Bu  təşkilatın  əsas  vəzi­
fələrindən  biri  də  bütün  türk  xalqlarına  məxsus  mə­
dəniyyət sərvətlərinin, tarix və mədəniyyət abi dələrinin 
müəyyənləşdirilməsi və onların mühafizəsi ilə əlaqədar 
tədbir görməkdən ibarətdir.
Azərbaycan Respublikası mədəni dəyərlərin qorun­
ması  və  bərpası  ilə  məşğul  olan  bir  sıra  beynəlxalq 
təşkilatlarla əməkdaşlıq edir.
Respublikamız müstəqil dövlət olaraq  1993­cü ildə 
YUNESKO­nun Haaqa Konvensiyasını, 1997­ci ildə isə 
Paris  Konvensiyasını    imzaladı.  Respublikamızda  bu 
Kon  vesiyaların  müddəalarının  yerinə  yetirilməsi  üzrə 
ko missiyalar yaradılmışdır. 
Bütün  sahələrdə  olduğu  kimi,  mədəni  quruculuq 
sahəsində əldə olunmuş uğurlar da Ümummilli liderimiz 
Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev Azərbaycan xalqının milli mədəniy­
yətinə, onun tarixi qaynaqlarına həmişə böyük diq qətlə 
yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiy­
yətlərimizin  zaman­zaman  yaşaması  üçün  qay ğısını 
əsirgəməmişdir.  Bu  cəhətdən  milli  mə də niy yətimizin 
tarixində  xüsusi  rol  oynamış  dahi  söz  usta larımızın, 

8
mu siqi  xadimlərimizin,  səhnə  və  kino  korifeylərimizin 
yu biley  tədbirlərinin  keçirilməsi,  bu  sənətkarların  ya­
ra dıcılığına  lazımi  qiymət  verilməsi  xüsusi  qeyd  edil­
məlidir.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə 
musiqi,  balet,  teatr,  kino  sahəsində  uğurlar  qazanan 
iste dadların ölkədən kanarda da tanınması üçün bütün 
qüvvəsini sərf etmişdir.
Ümummilli  liderimiz  Heydər  Əliyevin  kursunu 
ləyaqətlə  davam  etdirən  Azərbaycan  Respublikasının 
Prezidenti  İlham Əliyevin fəaliyyətində də mədəni ir­
simizə diqqət və qayğı mühüm yer tutur. Ölkə başçı sı nın 
son  aylarda  imzaladığı  sərəncamlar  bu  qayğının  bariz 
ifadəsidir.  Belə  hesab    edirik  ki,  möhtərəm  Prezidenti­
mizin imzaladığı «Azərbaycan Respublikasının paytaxtı 
Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal 
abidəsinin  uçaldılması  haqqında»,  «Müasir  İncəsənət 
Mu zeyinin  yaradılması  haqqında»,  «Azərbaycan  teatr 
sə nətinin inkişaf etdirilməsi     haqqında»,  «Azərbaycan       
ki  no  sənə tinin  inkişaf  etdirilməsi  haqqında»,  «Azər­
bay  canda  muzey  işinin  yaxşılaşdırılması  haq qında», 
«Azərbaycan  Respublikasındakı  monu men tal  hey­
kəl təraşlıq  abidə ləri,  xatirə­memorial  və  me mar lıq 
kompleksləri haq qında», «Azərbaycanda kitab xanaların 
fəaliyyətinin  yaxşılaşdırılması  haqqında»  sərən cam­
larının  icrası  milli  mədəniyyətimizin  inkişafına  bö  yük 
təkan verəcəkdir.
Bu gün Azərbaycan Respublikası ərazisinin 20 faizi 
Ermənistanın  hərbi  qüvvələri  tərəfindən  işğal  edilmiş, 
minlərlə  günahsız  insanın  qanı  axıdılmış,  qocalar,  qa­
dınlar, uşaqlar öldürülmüş, adamlar girov götürül müş­
dür. 1 milyondan artıq insan öz doğma tor pağında qaç­
qına çevrilmişdir.
Ermənilər  işğal  etdikləri  ərazidə  Azərbaycan  xal­

9
qının  tarixini  və  bu  gününü  əks  etdirən  abidələri  də 
planlı  surətdə  məhv  edir,  yaxud  öz  adlarına  yazırlar. 
İşğal  olunmuş  ərazidə  500­dək  tarixi  ­  memarlıq,  100­
dən artıq arxeoloji abidə,  22 muzey, 4 rəsm qalereyası 
qalmışdır.
Erməni  təcavüzkarlarının  qarət  etdikləri  muzey­
lərdə  Azərbaycan  xalqının  tarixi  və  mədəniyyəti  ilə 
bağlı  qiymətli  əşyalar,  rəsm  və  heykəltəraşlıq  əsərləri, 
dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, 
Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, 
digər qiymətli materiallar olmuşdur. Bu qiymətli sərvət 
Ermənistana  aparılmışdır.  İndi  həmin  əşyalar  işğal 
olunmuş ərazidən aparılmış digər əşyalarla birlikdə xa­
rici auksionlarda satılır, yaxud müxtəlif sərgi və mu zey­
lərdə dünya ictimaiyyətinə erməni mədəniyyəti nümu­
nəsi kimi təqdim olunur.
Erməni  təcavüzkarları  vəhşilik  göstərərək  Azər­
bay can musiqisinin böyük xadimləri Üzeyir Hacı bəyo­
vunun və Bülbülün, habelə şairə Xurşud Banu Natəvanın 
heykəllərini  Şuşa  şəhərindən  Ermənistan  ərazisinə 
aparmışlar. Bu abidələr bütün əxlaq normalarının ziddinə 
olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə 
zədələnmişdir. Həmin abidələr respublikamızın müva­
fiq qrumları tərəfindən çox çətinliklə əldə edilərək Ba­
kıya  gətirilmiş  və  hazırda  Azərbaycan  Milli  İncəsənət 
Muzeyinin həyətində nümayiş etdirilir.
Xalqımızın tarixində çox hadisələr baş verib, uğur­
suzluqlar  da  olub.  Lakin  bütün  bunlar  müvəqqəti 
xarakter daşıyıb. Bu xalq yaşayıb, yaradıb, öz varlığını 
da, dilini də, mədəni irsini də qoruyub, gələcək nəsillərə 
çatdırıb. 
                                                                                                 2007

10
MİLLİ VƏ ÜMUMBƏŞƏRİ SƏRVƏT
(AZƏRBAYCAN XALÇASI HAQQINDA 
DÜŞÜNCƏLƏR)
                                           
Məlum  həqiqətdir  ki,  hər  bir  xalqın  mədəni  irsi 
onun milli sərvətidir, eyni zamanda, həmin xalqın qabi­
liyyət və istedadının daşıyıcısı olmaqla onun tarixini və 
mədəniyyətini də özündə yaşadır. Xalqın  özünə və baş­
qalarına,  ayrı­ayrı  şəxsiyyətlərə,  tarixində  baş  vermiş 
sosial­siyasi hadisələrə münasibətinin formalaşmasında 
mədəni  irs  müstəsna  əhəmiyyətə  malikdir.  Heç  də 
təsadüfi deyildir ki, mədəni irsin qorunması, normativ 
sənədlər, o cümlədən   beynəlxalq normativ sənədlərlə 
tən  zimlənir və qorunur. 
Hazırda mədəni irsin qorunması üzrə bir sıra bey­
nəlxalq aktlar ­ konvensiyalar, tövsiyələr, bəyan namələr 
fəaliyyət göstərir. Bu sənədlər hər bir xalqın mədəniyyət 
sərvətlərinin  məhz  həmin  xalqa  məxsus  olduğunu  bə­
yan  edir,  onun  toxunulmazlığına  təminat  verir.  Bu 
nor mativ  sənədlər  müstəqil  Azərbaycan  Res publikası 
tərəfindən də imzalanmış və müəyyən olunmuş qaydada 
ratifikasiya edilmişdir. 
Məlumdur ki, hər bir xalq dünya mədəniyyətini öz 
töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin 
mədəni irsinə çevrilir, milli sərvət ümumbəşəri əhə miy­
yət kəsb edir. Azərbaycan xalqının mili sərvəti olan  xalça 
sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin 
ayrılmaz  tərkib  hissəsidir.  Eyni  zamanda,  bu  sənət 
ümumbəşəri əhəmiyyətə malikdir. 
Bu gün Azərbaycan xalça sənəti öz inkişafının yeni 
mərhələsini  yaşayır.  «Azərbaycan  xalça  sənətinin  qo­
runması və inkişaf etdirilməsi haqqında» Qanunun qə­
bul  edilməsi,  Azərbaycan  Respublikasının  Prezidenti 

11
İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalçası və Xalq 
Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara 
uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət 
qayğısının ifadəsidir.
Azərbaycan  xalça  sənəti  YUNESKO­nun  «Bə şə­
riy    yətin  qeyri­maddi  mədəni  irsinin  reprezentativ  si­
yahısı»na  daxil  edilmişdir.  Heydər  Əliyev  Fondunun 
prezidenti,  YUNESKO­nun  Xoşməramlı  səfiri,
 
Milli 
Məc  lisin  deputatı  Mehriban  Əliyevanın  təşəbbüsü  və 
əməyi nəticəsində Azərbaycan  muğam  sənəti  və Azər ­
baycan  aşıq  sənətindən  sonra  Azərbaycan  xalça  sə nə­
tinin  də  qeyd  olunan  Siyahıda  yer  alması  milli  də yər  ­
lərimizin,  ümumən  mədəniyyətimizin  qorunması  və 
beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğ­
urlu addımdır.
Azərbaycanda  xalça  sənətinin  qədim  tarixi  vardır 
və tədqiqatçıların dediyinə görə, bu sənətin yaşı elə xal­
qımızın yaşına bərabərdir.  Bu da təbii sayılmalıdır. Bu 
torpağın  rəngarəng  boyaqların  hazırlanmasına  imkan 
verən zəngin bitki aləmi və zərif yunu xalça  sənətinin 
yaranmasına və inkişafına şərait yaradıb.
Azərbaycanda xalça sənətinin qədimliyini arxeoloji 
tədqiqatlar  və  bir  sıra  tarixi  mənbələr  də  təsdiq  edir. 
Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq in­
kişaf etmiş və bu günümüzə qədər  gəlib çatmışdır.
Azərbaycan xalça sənəti daim sənətşünasların diq­
qət  mərkəzində  olmuş,  bu  mövzuda  elmlər  doktoru 
və fəlsəfə doktoru  alimlik dərəcəsi almaq üçün dis ser­
tasiyalar  müdafiə  edilmiş,  monoqrafiyalar  və  çoxsaylı 
məqalələr    nəşr  edilmişdir.  Görkəmli  xalçaçı­  rəsam 
və  tədqiqatçı­  alim  Lətif  Kərimov  bu  sahədə  bir  sıra 
san ballı  araşdırmaların  müəllifidir.  Tədqiqatçılardan 
Rasim Əfəndiyev, Röya Tağıyeva, Cəfər Müciri, Nəcibə 

12
Abdullayeva,  Kübra  Əliyeva,  Anaxanım  Əliyeva,    Zi­
yad xan  Əliyev,  Nərminə  Tağıyeva,  Xədicə  Əsədova, 
Məm mədhüseyn Hüseynov və bir çox başqaları  Azər­
baycan xalça sənətinin tarixi, ənənələri və  bədii xüsusiy­
yətləri, ornament və kompozisiyası,  ayrı­ ayrı xalçaçılıq 
məktəbləri və s. bağlı araşdırmalar aparmışlar. Xalça sə­
nətimiz xarici tədqiqatçıların da diqqətini cəlb etmişdir.   
Məlumdur ki, hər bir xalq yalnız onun özünə məx­
sus  olan  bir  cəhəti  ilə  fərqlənir.  Azərbaycan  xalqının 
özü nəməxsus  xüsusiyyətlərindən  biri  məhz  xalça 
sənəti  ilə  bağlıdır.  Nənələrimizin  xalça  toxuması,  bu 
məşğuliyyətə xüsusi münasibət  bəsləməsi və onu sənət 
sə viyyəsinə  qaldırması  artıq  inkarolunmaz  faktlardır. 
Kasıb  və  ya  varlı  olmasından  asılı  olmayaraq  hər  bir  
az ərbaycanlının  evini  xalça  və  xalça  məmulatları  bə­
zəyib. Evdə böyüyən uşaq məhz xalça, palaz üzərində 
iməkləyib, ayaq tutub, divardakı, taxtın  üstündəki xalça 
onun zövqünün,  dünyagörüşünün formalaşmasına təsir 
göstərib. Beləliklə də xalça, eyni zamanda,  əvəzsiz este­
tik tərbiyə vasitəsinə çevrilib. 
Uşaqlıq  dünyamızın  ilk  nağılları,  əfsanələri  də 
xal    çalarımızla  bağlıdır.  Neçə­neçə  nağıl,  əfsanə  qəh­
rəmanlarına qoşulub «uçan xalçalar»da «uçmuşuq». 
Hər  xalqın  özünün  toy,  qızköçürmə  adəti  var.  Elə 
xalqlar  var  ki,  müqəddəs  hesab  etdikləri  hər  hansı  bir 
əşyanı mütləq qızın cehizinə əlavə edirlər. 
Azərbaycanlılar bu adəti xalça vasitəsilə həyata ke­
çiriblər. Ərə gedən qızın cehizi içərisində mütləq xalça 
da olub. Həm də elə olub ki, bu xalçanı qız özü toxuyub, 
yaxud  onun  toxunmasında  iştirak  edib.  Bu,  gəlinin 
əməyə münasibətini, müstəqil həyata hazırlığını bildirir, 
eyni zamanda, xalqın özünün xalçaya münasibətinin ifa­
dəsidir.

13
Azərbaycan  qadınının  həyatında,  xalçaçılıq  böyük 
yer tutur. Respublikamızda elə bölgələr var ki, oradakı 
qız­gəlinlərin əksəriyyəti xalça toxuya bilirlər.
Xalça  və  xalça  məmulatları  ilk  əvvəllər  məişət 
ehtiyaclarını ödəmək məqsədilə meydana çıxmışdır. Bu 
məmulatlar  zaman  keçdikcə  həm  də  mənəvi  təlabatın 
ödənilməsinə xidmət etmişdir. Belə ki, xalça sənət əsərinə 
çevrilmiş, interyerin tərtibatında əsas vasitə olmuşdur.                                                                                                                                       
Orta  əsrlərdə  Azərbaycanda  toxuculuq  sənətinin 
inkişafı ilə əlaqədar olaraq ipək, kətan və yun parçalar, 
xalça  və  xalça  məmulatları  toxunmuşdur.  Tarixi  mən­
bələrdə  məlumat  verilir  ki,  məhz  həmin  dövrdə Azər­
baycan xal ça istehsalı mərkəzlərindən biri kimi tanınırdı. 
Bu mənbələrdən məlum olur ki, hələ eramızın YII 
əsrində Azərbaycanın şimal­ şərqində yüksək keyfiyyətli 
xalçalar  toxunmuş,  X  əsrdə Azərbaycanın  Muğan  böl­
gəsi öz çuval və palazları, Naxçıvan, Xoy və Salmas öz 
zili  və  xalçaları,  Bərdə  öz  ipək  və  xalçaları  ilə  şöhrət 
qazanmışdı. Azərbaycan  xalçalarının  təsvirinə  «Kitabi­ 
Dədə  Qorqud»  dastanında,  habelə  Qətran  Təbrizi,  Ni­
zami  Gəncəvi,  Xaqani  Şirvani  və  başqa  söz  ustalarının 
əsərlərində rast gəlirik.     
Tədqiqatçılar  XYI­XYII  əsrlər  Səfəvilər  dövrünü 
Azərbaycan  xalça  sənətinin  yüksək  inkişaf  mərhələsi 
hesab  edirlər.  Səfəvilər  dövlətinin  banisi  Şah  İsmayıl 
Xətainin XVI əsrin əvvəllərində Təbrizdə öz sarayında 
yaratdığı  kitabxana  sənət  mərkəzinə  çevrilmişdi.  Bu 
«incəsənət  akademiyası»na  şairlər,  elm  və  mədəniyyət 
xa dimləri ilə birlikdə rəssamlar da toplaşmışdılar. Kitab­
xananın nəzdində bədii emalatxana yaradılmış və burada 
Sultan  Məhəmmd,  Sadiq  bəy  Əfşar,  Dust  Məhəmməd 
kimi qüdrətli fırça ustaları fəaliyyət göstərmişlər. Onlar 
xalça və bədii parçaların çeşnilərini vermiş və bunların 

14
əsasında  toxunmuş  zərif  xalçalar  və  parçalar  geniş 
yayılmışdı.   
Müxtəlif  dövrlərdə Azərbaycanda  ayrı­ayrı  hökm­
darların,  zəngin  adamların  sarayları,  məscid  və  ibadət 
yerləri  də  qiymətli  sənət  nümunələri  ilə  bəzədil mişdi. 
Bunların  arasında  rəsm  əsərləri,  heykəl təraşlıq  nümu­
nələri, qiymətli materiallardan hazırlanmış bəzək əşya­
ları,  silahlar,  digər  sənət  nümunələri  ilə  yanaşı  nadir 
Azər baycan xalçaları da olmuşdur.
Azərbaycanda  yaradılmış  müxtəlif  sənət  nümunə­
lərindən,  o  cümlədən  Azərbaycan  xalçalarından    seç­
mələr  1872­ci ildə Moskvada, 1918­ci ildə Peterburqda 
Ümumrusiya sərgilərində, 1873­cü ildə Vyanada, 1924­
cü  ildə  Parisdə  Ümumdünya  sərgilərində  nümayiş 
etdirilmişdir. Bununla yanaşı, bir sıra nadir sənət nümu­
nələrimiz­ xalçalarımız zaman­zaman dünyanı dolaşmış, 
ayrı­ayrı  ölkələrin  muzeylərinin  fondlarını  zən gin ləş­
dirmiş,  şəxsi  kolleksiyaların  bəzəyinə  çevrilmişdir.  Bu 
əşyaların  bəziləri  ayrı­ayrı  şəxslərdən  alınmış,  bəziləri 
isə qarət edilərək Azərbaycandan aparılmışdır.
Tarixən Azərbaycana gələn səyyahlar və tacirlər də 
buradan    özləri  ilə  xalça  aparmışlar.  Elə  indi  də  belə­
dir.  Məhz  bunun  nəticəsidir  ki,  bu  gün  Azərbaycan 
xalçaları  dünyanın  ən  zəngin  muzeylərinin  və  bir 
sıra  şəxsi  kolleksiyaların  bəzəyinə  çevrilmişdir.  Bizim  
xalçalar    Nyu­Yorkun  Metropoliten,  Londonun  Vik to­
riya  və  Albert,  Parisin  Luvr,  İstanbulun  Topqapı,  Ro ­
ma nın,  Berlinin,  Tehranın,  Qahirənin,  Moskvanın, 
Sankt­Peterburqun,  Vyananın  muzeylərində  nümayiş 
et dirilir. Bunların sırasında dövrümüzə çatmış ən qədim 
Azərbaycan  xalçaları­ XII­XY əsrlərin yadigarları vardır. 
Çox təəssüflə qeyd etmək lazımdır ki, bəzi muzey­
lərdə bu sənət nümunələri mənsub olduğu xalqın adı ilə 

15
deyil, çox hallarda «İran xalçası», «Qafqaz xalçası», hətta 
«Erməni xalçası»  adları ilə  təqdim olunur.
Azərbaycan xalçası milli və ümumbəşəri sərvətdir. 
Azərbaycan  xalçası  mənsub  olduğu  xalqın,  eyni  za­
manda, bütün bəşəriyyətin mədəni­mənəvi sərvəti ki mi 
araşdırılır.  Son  zamanlar  aparılan  araşdırmalara  əsa­
sən  belə  bir  qənaətə  gəlmək  olar  ki,  xalqımıızın  qürur 
hissinin göstəricisi olan Azərbaycan xalçası məhz özünə­
məxsus  milli  bədii  xüssusiyyətləri,  həyat  fəlsəfəsi  ilə 
dünya mədəniyyətinin inkişafına təsir göstərən bir amil 
kimi  ümumbəşəri  mahiyyətli  hadisəyə,  bütün  bəşər 
mədəniyyətinin nailiyyətinə çevrilmişdir. 
Tanınmış sənətşünas, professor  Röya Tağıyeva bu 
dediklərimizi öz tədqiqatlarında Azərbaycan xalçasının 
yaranması  və  inkişafı  tarixini  izləməklə  geniş  şərh  et­
mişdir.  Onun  fikrincə,  incəsənətin  başqa  sahələri  kimi 
Azərbaycan  xalça sənəti də özünün yüksəliş dövrünü 
yaşamış, bununla yanaşı, bu sənətdə ideya və obrazların 
bədii ifadə sisteminin əsl xalq ruhundan gələn əsaslarına 
sədaqəti qorunub saxlanılmışdır. Azərbaycan xalçasının 
zəngin  bədii  xüsusiyyətləri  və  forma  əlvanlığı  onun 
yaranma tarixindən müşahidə olunmuşdur.
Tədqiqatçı  öz  araşdırmalarında  qədim  məxəzlərə 
ist tinadən  mədəniyyətlərin bir ­ birinə təsiri, ayrı­ayrı 
təriqət və inanclar, bunların simvol və motivlərinin Az­
ər baycan  xalçlarında  izlərini  üzə  çıxarmış  və    bütün 
bun lara çağdaş sənətşünaslığın qarşısında duran tələb­
lər  baxımından  yanaşaraq   Azərbaycan  xalqının    etno­
mədəni tarixi kontekstində təhlil etmişdir .
Röya Tağıyeva  sufizmin  Azərbaycan  xalça  sənə­
tinə təsiri ilə bağlı araşdırmalarında bu təsirin xüsu sən 
XVI­XVII  əsrlər  Təbriz  xalçalarında  müşahidə  olun­
duğu  qənaətinə  gəlmişdir.  O,  xalçaların  ovsunlayıcı 

16
və    qoruyucu  funksiyaları  barədə  məlumat  vermiş  və 
xalçanın qədimlərdən başlayaraq indiyədək xalqımızın 
adət – ənənəsində və  məişətində oynadığı rolu geniş şərh 
etmiş,  ondan  istifadə  olunması  məsələlərinə  aydınlıq 
gətir miş,  eyni  zamanda,  xalça  naxışları,  rəmzləri,  hət­
ta onun rəngi ilə bağlı daşıdığı mənaları açıqlamış, bəzi 
xalça  adlarının  etimologiyasına  öz  münasibətini  bil­
dirmişdir.   
Bu gün ölkəmizdə xalçalarımızı toplayan, qoruyan, 
öyrənən və təbliğ edən bir məkan var. Bu məkan Azər­
baycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyidir. 
Ölkəmizin  ən  zəngin  muzeylərindən  biri  olmaqla,eyni 
zamanda, elmi­ tədqiqat müəssisəsidir. Muzey respublika 
hökumətinin  qərarı  ilə  1967­ci  ildə  təşkil  olunmuş, 
ilk  ekspozisiyası  isə  1972­ci  ildə  İçərişəhərdə,  XIX  əsr 
memarlıq abidəsi «Cümə» məscidində açılmışdır, 1992­
ci ildə «Muzey mərkəzi»nə köçürülmüş və burada yeni 
ekspozisiya  qurulmuşdur.  İndii  muzey,  yuxarıda  qeyd 
etdiyimiz kimi, yeni ünvana­ Azərbaycan xalçasına daha 
layiq məkana köçmək ərəfəsindədir. 
Ötən dövr ərzində muzey tərəfindən xalça və xalça 
məmulatlarının, digər xalq tətbiqi sənəti nümunələrinin 
toplanması, qorunması, öyrənilməsi və təbliği sahəsində 
mühüm işlər görülmüşdür. Muzeydə toplanmış əşyalar 
müxtəlif  dövrləri  əks  etdirir.  XII  əsrə  aid  saxsı  qablar, 
XIV əsrə aid bədii metal nümunələri, XVII əsrə aid xalça 
və xalça məlumatları, XIX əsrə aid bədii tikmələr, milli 
geyimlər muzey kolleksiyalarının qədimliyindən  soraq 
verir. Hazırda muzeydə 15 mindən  artıq müxtəlif sənət 
nümunələri saxlanılır.
Xarici ölkələrdə Azərbaycan xalçalarından ibarət sər­
gilərin təşkili muzeyin fəaliyyətində mühüm yer tu tur. 
Belə sərgilər keçmiş SSRİ­nin müxtəlif guşələrində, ABŞ, 

17
Almaniya,  İngiltərə,  Fransa,  Kuba,  Hollandiya,  İsrail, 
Nepal, Hindistan, Portuqaliya, Macarıstan, Yuqoslaviya, 
Türkiyə,  Bolqarıstan,  Monqolustan,  Yaponiya,  Finlan­
diya, İran və s. ölkələrdə uğurla nümayiş etdirilmişdir.
1983­cü ildə muzeyin bazasında «Şərq xalça sənəti» 
mövzusunda  I  beynəlxalq  simpozium  keçirilmişdir. 
Simpoziumda  170  nəfər,  o  cümlədən  xarici  ölkələrdən 
57 nəfər iştirak etmişdir. Simpozium çərçivəsində «Az­
ər  baycan  təsviri  sənəti»,  «Azərbaycanın  süjetli  xal­
çaları», «Milli geyim və zərgərlik sənəti», «Azərbaycanın 
misgərlik sənəti» və s. sərgilər təşkil olunmuşdur.
Muzeyin  bazasında  1988­ci  ildə  keçirilmiş  II  bey­
nəlxalq  simpozium  Azərbaycan  xalça  sənətinə  həsr 
olunmuşdur. Bu tədbirdə Azərbaycan xalçasının dünya 
xalqlarının mədəniyyətinə təsiri, qarşılıqlı mübadilə yolu 
ilə inkişafına aid məruzələr dinlənilmiş, xalça sənətinin 
öyrənilməsi səviyyəsi və gələcək inkişaf yollarının mü­
əy yənləşdirilməsi məsələləri şərh olunmuşdur.
«Azərbaycan  xalçası  və  xalq  tətbiqə  sənəti»  möv­
zusunda III beynəlxalq simpozium 2003­cü ildə keçiril­
mişdir.  Bu  simpoziumda  Azərbaycan  xalça  sənətinin 
yeni inkişaf mərhələsinə aid məsələlər araş dırılmışdır.
Azərbaycan  xalça sənətinə həsr olunqmuş IY bey­
nəlxalq simpozium 2007­ci ildə Parisdə, YUNESKO­nun 
iqamətgahında keçirildi. «Azərbaycan xalçaları» sərgisi 
ilə  müşayiət  olunan  bu  simpozium  görkəmli  xalçaçı­
rəssam  və  tədqiqatçı­alim  Lətif  Kərimovun  100  illik 
yubileyinə həsr olunmuşdu.
2007­ ci ildə muzeyə elmi status verilmiş və burada 
elmi­  tədqiqat  şöbəsi  yaradılmışdır.  Şöbədə  aparıcı 
mütəxəssis­alimlər və gənc tədqiqatçılar tərəfindən  Az­
ər baycan  xalça  sənətinə  aid  gərəkli  araşdırmalar  ap­
arılır. Azərbaycan  Respublikası  Prezidenti  yanında Ali 

18
Attestasiya  Komissiyasının  qərarı  ilə  muzey  dis ser­
tasiyalara  rəy  verən  aparıcı  elmi  müəssisələr  sırasına 
daxil  edilmişdir.  Burada  «Təsviri  və  dekorativ­  tətbiq 
sənət məsələləri» adlı elmi elmi toplu nəşr edilir. 
1998­ci  ildə  respublikamızda  Azərbaycan  xalça 
sənətinə aid yeni bir muzey də açıldı.  Bu, Naxçıvan Mux­
tar Respublikası Azərbaycan Xalçası Dövlət Muze yidir. 
Muzey Naxçıvan şəhərində  memarlıq abidəsində yerlə­
şir.  Ekspozisiyada Azərbaycanın  müxtəlif  məktəblərini 
təmsil edən xalça və xalça məmulatları, habelə xalq tət­
biqi sənəti nümunələri nümayiş etdirilir. 
Bu  gün  respublikamızda  Azərbaycan  xalça  sənəti, 
onun  tarixi  elmi  əsaslarla  öyrənilir,  tədqiq  olunur.  
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və 
İncəsənət İnstitutunda, Rəssamlıq Akademiyasının, Mə­
də niyyət  və  İncəsənət  Universitetinin  müvafiq  kafed­
ralarında  bu  sahədə  araşdırmalar  aparılır,  monoq ra­
fiyalar nəşr olunur, dissertasiyalar müdafiə edilir, eyni 
zamanda, yüksək ixtisaslı xalçaçılar hazırlanır. 
Bütün  bunlarla  yanaşı,  xalçaçılarımız  qədim  ənən­
ələrə əsaslanaraq yeni xalçalar yaradır, mədəni irsimizi 
daha da zənginləşdirirlər.  
  1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə