ADİlxan bayramov



Yüklə 5.01 Kb.
Pdf просмотр
səhifə1/16
tarix10.06.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   16

 
 
2
 
 
 
ADİLXAN  BAYRAMOV 
 
 
 
 
 
 
 
 
 
SƏMƏD VURĞUN:  
 
MİLLİ VƏ ÜMUMBƏŞƏRİ  
 
                                          
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2006   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
3
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xalq şairi 
 
SƏMƏD VURĞUNUN 
anadan olmasının 
100 
illiyinə həsr olunur 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
4
Kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  
vəsaiti  hesabına çap olunub 
 
Elmi redaktor:                                    
Cəlal ABDULLAYEV 
                                                           Filologiya elmləri doktoru, professor 
 
 
Rəyçilər:                                             
Əmirxan XƏLİLOV 
                                                            Filologiya elmləri doktoru, professor 
 
 
                                                   Şamil VƏLİYEV 
                                                   
Filologiya elmləri doktoru 
 
 
 
 
Adilxan Hüseynəli oğlu Bayramov 
Səməd Vurğun: milli və ümumbəşəri 
Bakı, «Səda» nəşriyyatı, 2006, 316 səh. 
 
 
 
 
 
 
Kitabda ilk dəfə olaraq Səməd Vurğun yaradıcılığında millilik və ümumbəşərilik mövzusu 
sistemli şəkildə və çağdaş tələblər baxımından öyrənilir. Bu məqsədlə şairin bədii əsərləri, onların 
müəyyən səbəblərlə bağlı çap olunmamış və ya ixtisar edilmiş hissələri, çıxış, məqalə və məktubları 
araşdırılır, bunların bəziləri ilk dəfə tədqiqata cəlb olunur. 
 Kitab 
ədəbiyyatşünaslar, müəllimlər, habelə ali məktəblərin müvafiq fakültələrinin tələbələri 
üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İSBN   5-86874-170-6 
 
A13    4700000000       Qrifli nəşr 
                       M664/07-2006 
                     
 
                                                                                                                 A. Bayramov, 2006 

 
 
5
 
 
 
VURĞUN SƏNƏTİNƏ YENİ BAXIŞ 
 
 
Azərbaycanın xalq şairi Səməd Vurğunun yaradıcılığı  həmişə  tənqid və 
ədəbiyyatşünaslığın diqqət mərkəzində olmuş, bu mövzuda namizədlik və doktorluq 
dissertasiyaları, monoqrafiyalar, məqalələr yazılmışdır. Bu araşdırmalarda  şairin 
ümumi yaradıcılığı  və onun müəyyən sahələri, konkret əsərləri,  ədəbi-tənqidi və 
estetik görüşləri,  ədəbi  əlaqələrin inkişafında rolu, sənətkarlıq xüsusiyyətləri və s. 
tədqiqat obyekti kimi götürülmüşdür. Nəticədə 
ədəbiyyatşünaslığımızın 
vurğunşünaslıq qolu yaranmışdır. Vurğunşünaslar  şairin yaradıcılığında millilik və 
ümumbəşərilik problemlərinə öz araşdırmalarında yeri gəldikcə toxunsalar da
müəlliflərdən heç biri bu mövzunu geniş  şərh etməyi bir məqsəd kimi qarşısına 
qoymamışdır. Bu baxımdan Adilxan Bayramovun «Səməd Vurğun: milli və 
ümumbəşəri» monoqrafiyası xüsusi maraq doğurur. 
Adilxan Bayramov Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 
məzunudur.  O, ilk tədqiqat vərdişlərinə  məhz Səməd Vurğun yaradıcılığını 
araşdırmaqla başlamış, bu mövzuda namizədlik dissertasiyası müdafiə etmiş, 
doktorluq dissertasiyası yazmışdır. 
30 ilə yaxın bir müddətdə  Səməd Vurğun yaradıcılığı ilə ardıcıl məşğul 
olan Adilxan Bayramov  özünü bacarıqlı, səriştəli və  əməksevər tədqiqatçı 
kimi göstərmişdir. O, tədqiqatçı kimi xeyli iş görmüş,  şairin bir çox çıxış  və 
məqalələrini, məktublarını,  şerlərini, o cümlədən 1942-ci il fevralın 12-də  
Moskva radiosu ilə «Koroğlu nəsillərinə bizim salamımız», 1942-ci il noyabrın  
29-da Moskvada ədəbiyyat və incəsənət işçilərinin antifaşist mitinqində 
«Qafqazın mədəniyyəti ölməzdir» adlı çıxışlarını, habelə Ukrayna yazıçılarının 
III qurultayında çıxışının mətnlərini ilk dəfə üzə  çıxararaq Azərbaycan dilinə 
çevirmiş və dərc etdirmişdir. 
Adilxan Bayramov şairin «Vaqif» pyesinin və «Aslan qayası» poemasının  

 
 
6
naməlum parçalarını  əldə etmiş, «İnsan» pyesinin daha mükəmməl variantını üzə 
çıxarmış və bütün bunlardan öz tədqiqatında istifadə etmişdir.   
 «Səməd Vurğun: milli və ümumbəşəri» monoqrafiyası da onun bacarıqlı bir 
vurğunşünas olduğunu göstərir. 
Bu monoqrafiyada ilk dəfə olaraq Səməd Vurğun yaradıcılığında millilik və 
ümumbəşərilik mövzusu sistemli şəkildə və çağdaş tələblər baxımından öyrənilir. Bu 
məqsədlə şairin bədii əsərləri, onların müəyyən səbəblərlə bağlı çap olunmamış və ya 
ixtisar edilmiş hissələri, çıxış, məqalə və məktubları araşdırılır, bunların bəziləri ilk 
dəfə tədqiqata cəlb olunur. 
Şairin indiyədək tədqiqatçıların diqqətini çəkməmiş bir sıra çıxış və məqalələri, 
məktubları da vardır. Bunlar onun kitablarına daxil edilmədiyi, bəziləri isə 
ümumiyyətlə heç yerdə çap olunmadığı üçün tədqiqat obyektinə çevrilməmiş, diqqəti 
cəlb etməmişdir. Çap olunmamış  məqalələrində, habelə  məktublarında, müxtəlif 
mətbuat orqanlarının səhifələrində, iclas protokollarında və stenoqramlarda mühafizə 
olunan çıxışlarında onun ədəbiyyatda millilik və ümumbəşərilik, vətənpərvərlik, ana
 
dili, ayrı-ayrı hadisələr və  şəxsiyyətlər barədə maraqlı mülahizələri vardır. 
Monoqrafiyada bu mənbələr ilk dəfə olaraq təhlil obyektinə çevrilmişdir. 
Monoqrafiyada ilk dəfə olaraq 1930-cu və 1950-ci illərdə  şairə qarşı  təşkil 
olunmuş qərəzli hücumlar araşdırılmış, bu hücumlarla bağlı onun yaradıcı şəxsiyyət 
kimi keçirdiyi yaradıcılıq məqamları  və bütün bunların onun əsərlərinə  təsiri 
göstərilmişdir. 
Monoqrafiya giriş, dörd fəsil, nəticə  və istifadə olunmuş  ədəbiyyat 
siyahısından ibarətdir. 
I fəsil «Səməd Vurğun  və tarixi şəxsiyyət problemi» adlanır. Bu fəsildə 
göstərilir ki, Azərbaycan xalqının tarixinin öyrənilməsi bir problem kimi həmişə 
Səməd Vurğunu narahat etmiş, şair bu işin gerçəkləşməsi naminə  çalışmış, bununla 
yanaşı, tarixi mövzuda əsərlər yazmış, tariximizin öyrənilməsi işində mövcud olan 
boşluqları doldurmağa səy göstərmişdir. Burada şairin üzərində «Azərbaycan. Tarixi 
poema. 1934-1935. Səməd Vurğun» yazılmış  şəxsi arxivindəki qırmızı cildli  
albomda toplanmış  əsərlər – müəllifin «Azərbaycan» epopeyası - şairin bu 
epopeyaya daxil etdiyi «Dar ağacı», «Qız qayası», «Aslan qayası», «Üsyan» 
poemaları çağdaş tələblər təhlil edilir.  
Burada  şairin tarixi mövzuda  yazılmış  əsərlərində  şəxsiyyət problemi 
araşdırılır. Mövzu eyni zamanda şairin folklor motivləri  əsasında yazdığı 
əsərlər üzrə şərh olunur.  
Bu fəslin «Vaqif» dramı:  Şair və hökmdar problemi. Sənətkar faciəsinin 
inikası» bölməsində «Vaqif» pyesinin yazıldığı tarixi şərait, bu şəraitin  əsərin 
yazılmasına təsiri,  şair və hökmdar problemi ön plana çəkilir, sənətkarın konkret 
tarixi şəraitdə faciəli yaşantıları  əsaslandırılır. 
Azərbaycan xalqının tarixi keçmişinin çox maraqlı bir dövrünü  

 
 
7
canlandıran, qədim  Azərbaycan torpağı Qarabağın müdafiəsinə  həsr olunmuş 
«Vaqif» pyesi 1938-ci ildə tamaşaya qoyulduğu dövrlə  də  səsləşirdi. Tədqiqatçı 
«Vaqif»in müasir səslənməsinin bir səbəbini də 1937-ci ilin məlum havasının təsiri 
ilə izah edir. O bu faktları  əsas götürülür ki, M.P.Vaqif 1797-ci ildə  İran hökmdarı 
Ağa Məhəmməd Şah Qacarın hüzurunda dayanmışdı, əsərin yazıldığı 1937-ci ildə isə 
Səməd Vurğun  şəxsi məsələsi ilə əlaqədar düz dörd dəfə «respublikanın rəhbəri»nin 
yanına çağırılmışdı.  A.Bayramov çox doğru olaraq belə hesab edir ki, burada və 
şairin çağırıldığı digər yerlərdə gedən söhbətlər, həmin dövrün mövcud şəraiti əsərin 
yazılmasına ciddi təsir göstərmişdir. Bu mülahizələr «Vaqif»dən götürülmüş konkret 
nümunələr əsasında şərh edilir. Belə bir fakt əsas götürülür ki, şair «Vaqif»i əvvəlcə 
faciə kimi qələmə almış, teatra «dörd pərdəli mənzum faciə» kimi təqdim etmişdi. 
Əsərin qəhrəmanı Vaqifin ölümü hadisələrin təbii axarı ilə  bərabər həm də pyesin 
qələmə alındığı dövrün obyektiv gerçəkliyindən və tələbindən doğurdu. 
«Mənzum  roman və insan xarakterləri» adlanan ikinci fəsildə  Səməd 
Vurğunun epik əsərlərə xüsusi maraq göstərdiyi qeyd olunur və bu onun 
ümumiləşdirilmiş xarakter və obrazlar yaratmaq səyi ilə  əlaqələndirilir. Bu fəslin 
«Şairin poemalarında tarixi səsləşmələr» bölməsində şairin «Komsomol poeması»na 
xüsusi diqqət yetirilir, bu əsərdə insanın tarixi hadisələr axınında təsviri araşdırılır, 
əsərin canrı ilə bağlı fikirlərə münasibət bildirilir. 
Tədqiqatçı bu poemanı təhlil etmək, obrazları tarixi hadisələr axınında düzgün 
səciyyələndirmək, onlara şairin münasibətini aydınlaşdırmaq üçün həmin dövrün 
gerçəkliklərini nəzərdən keçirir. 
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması  və 
devrilməsi, habelə Azərbaycanda Sovet hakimiyyətinin qurulması kimi tarixi 
hadisələr Səməd Vurğunun yeniyetməlik illərinə  təsadüf etmişdir. Şair 1918-ci ildə, 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qazax Müəllimlər Seminariyasına daxil 
olmuş, Sovet hakimiyyəti dövründə isə  təhsilini tamamlayaraq əmək fəaliyyətinə 
başlamışdır. 
Səməd Vurğun  XI Ordu hissələrinin Qazağa daxil olmasını  

 
 
8
müşahidə etmiş, mitinqlərdə müxtəlif çıxışları dinləmiş, Dilicanda yeni quruluşa qarşı 
çıxmış iki nəfərin, habelə məşhur Gəncə qiyamının iştirakçısı olmuş daha iki nəfərin 
Qazaxda hərbi-inqilabi komitənin qərarı ilə güllələnməsini görmüşdü. Yeni hökumət 
gənc nəslin «qırmızı inqilabçıların» yolu ilə getməsi üçün müxtəlif üsullardan istifadə 
edir, ilk komsomol təşkilatları yaradır, yeniyetmələri komsomol sıralarına qəbul edir, 
daha doğrusu «yazırdılar». Müəllif, bütün bu yaşantıların həyati material kimi 
«Komsomol poeması»nın yaradılmasına ciddi təsir göstərdiyini, əsərdə təsvir olunan 
hadisə və obrazların canlılığına səbəb olduğunu əsaslandırır. 
Tədqiqat işində belə fikir əsaslandırılır ki, Səməd Vurğun bu əsərdə çox 
ziddiyyətli və mürəkkəb bir dövrü, bu dövrün acı bir həqiqətini – bir xalqın ayrı-ayrı 
düşmən cəbhələrə bölünmüş iki qütbünün bir-birilə mübarizəsini, onların dövrə  və 
dövrün hadisələrinə münasibətini göstərmiş, xalq həyatı  və  məişətini, xalqımıza 
məxsus adət-ənənələri təsvir etmişdir. Dövrün özünə  məxsus cəhətlərinin buradakı 
adamların xarakterinə ciddi təsir göstərməsi də xüsusi vurğulanmışdır. 
«Komsomol poeması»nın qəhrəmanı ilə bağlı  tədqiqatçılar arasında iki 
müxtəlif fikir vardır. Onlardan bəziləri Bəxtiyarı, digərləri Cəlalı  əsərin baş 
qəhrəmanı hesab edirlər. Müəllifin bu məsələyə münasibəti də maraq doğurur. 
Doğrudur, Bəxtiyar  əsərdə mühüm yer tutur, bir-birilə mübarizə aparan qütblərdən 
birinin rəhbəri kimi bu və ya digər hadisəyə müdaxilə edir, münasibətini bildirir. 
Lakin  əsas xətt Cəlalla bağlıdır. Cəlalla Humayın məhəbbət macərası poemanın 
əsasını  təşkil etdiyi kimi, əsas hadisələrin inkişafı, bir sıra obrazların 
səciyyələndirilməsi də  məhz Cəlalla bağlı verilir. Bütün bunları süzgəcdən keçirən 
tədqiqatçı Cəlalı əsərin baş qəhrəmanı hesab edənləri daha haqlı sayır. 
Tədqiqatçının Gəray bəy obrazı ilə bağlı mülahizələri də yenidir, onun özünə 
məxsusdur. Müəllifin fikrincə, Gəray bəy dolğun, həyati və  hərtərəfli göstərilməsi 
baxımından diqqəti xüsusi olaraq cəlb edir. Bir mülkədar kimi onun öz əqidəsi var və 
Gəray bəy bu əqidəyə sadiqdir. Şair onun simasında iki cəhəti birləşdirmişdir. Birinci 
halda Gəray bəy var-dövləti əlindən alınaraq çöllərə salınmış bir qaçaq və buna görə 
də düşmənə çevrilmiş keçmiş mülkədar, ikinci halda isə  qızı Humayın taleyini 
düşünən 

 
 
9
 bir atadır. 
Tədqiqatçı onu da unutmur ki, bir mülkədar kimi Gəray bəy firavan və xoşbəxt 
həyat keçirmiş, bir bəy kimi böyük var-dövləti, öz ürəyincə ailəsi, dost-tanışı 
olmuşdur. Sovet hökuməti isə bütün varlılar kimi onu da bunlardan məhrum etmişdir. 
İndi Gəray bəy başqa bir adamdır. Öz yaxın adamları ilə dağlara çəkilən bəy yeni 
quruluşun barışmaz düşməninə çevrilmişdir.  
A.Bayramov eyni zamanda Gəray bəydə bir sıra işıqlı, insani cəhətlər görür, 
onu öz əqidəsinə axıradək sadiq qalan bir insan kimi təqdim edir. Özünü Kürün 
sularında qərq etməsini də onun məhz  əqidəsinə  sədaqətinin ifadəsi kimi 
mənalandırır. 
Bu bölmədə əsərin yazılıb başa çatdırılıb-çatdırılmaması və canrı barədə ayrı-
ayrı  tədqiqatçıların fikir və mülahizələrini araşdıran müəllif  əsərin özünə  və  bəzi 
faktlara istinadən doğru olaraq belə bir qənaətə gəlmişdir ki, «Komsomol poeması» 
sücet xətti, hadisələrin inkişafı, insan xarakterlərinin açılması, xalq həyatı  və 
məişətinin geniş lövhələrinin yaradılması baxımından bitkin bir əsər kimi mənzum 
roman canrının tələblərinə cavab verir. 
Bu fəslin «Müasir mövzu və insan problemi» adlı bölməsində  şairin epik 
səpkidə qələmə aldığı «Aygün» poeması barədə danışılır və təəssüflə qeyd edilir ki, 
bu  əsərin nəşrindən sonra Səməd Vurğuna qarşı yeni ittihamlar irəli sürülmüşdür. 
Bütün bu məsələlərə son vaxtlar üzə çıxarılmış sənədlər əsasında aydınlıq gətirilir. 
Bölmədə  şairin  «M.Quluzadənin  ədəbi səyahəti» adlı  məqaləsi ilk dəfə olaraq 
tədqiqata cəlb edilir, «Aygün» poeması  və müəllif barədə  tənqidçi M.Quluzadənin 
yazdığı tənqidi fikir və mülahizələrin əsassızlığının şair tərəfindən sübuta yetirildiyi 
əsaslandırılır. 
III  fəsil «Səməd Vurğun yaradıcılığında müharibə və insan» adlanır. Bu fəslin 
«Müharibə  və tragik kolliziyalar» adlı ilk bölməsində  şairin Böyük Vətən 
müharibəsinin ilk günündən sonuncu gününə  qədər  əməli fəaliyyəti və  ədəbi 
yaradıcılığı işıqlandırılır, onun həmin illərdə həm bir vətəndaş, həm də şair kimi öz 
üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəldiyi göstərilir.  
Səməd Vurğun müharibə dövründə yazdığı  əsərlərdə müharibəyə  fəlsəfi 
baxışlarını da bildirmişdir. Şair bu cür fəlakətlərə son qoymağın gərəkliliyini xüsusi 
qeyd edirdi. Buna görə  də o, müharibə  səhnələrinin geniş  təsvirini verən  əsərlər 
üzərində düşünməyə başlamışdı. 
Şairin bu yöndə yaradıcılığı «Müharibənin fəlsəfi dərki və «İnsan» 

 
 
10
 pyesi» adlı bölmədə şərh olunur. Bölmədə şairin yaradıcılığında müharibəyə fəlsəfi 
baxış, xeyirlə şərin mübarizəsi nəzərdən keçirilir, «İnsan» pyesi təhlil olunur. Burada 
şairin natamam «Hürmüz və Əhrimən» adlı dramatik poeması haqqında tədqiqatçı öz 
mülahizələrini bölüşür, eyni zamanda əsərin yazılıb başa çatdırılmaması  səbəblərini 
araşdırır. 
Şairin «İnsan» pyesi ilk dəfə 1945-ci ilin noyabrında, ikinci dəfə 1974-cü ilin   
fevralında tamaşaya qoyulmuşdur. Monoqrafiyada hər iki tamaşa ilə bağlı mətbuatda 
dərc olunmuş məqalələr araşdırılmış, onlara münasibət bildirilmişdir. Eyni zamanda 
şairin üzərində bir neçə  dəfə  işlədiyi, dəyişikliklər,  əlavələr və ixtisarlar etdiyi ilk 
makina nüsxəsi tədqiqata cəlb olunmuş, bunun əsasında «İnsan»ın nəşr olunmuş 
variantı ilə müqayisələr aparılmışdır.  Əsərin ümumi ideyasına, ayrı-ayrı obrazların 
daha obyektiv səciyyələndirilməsinə və müəllif qayəsinə (habelə vaxtilə əsər barədə 
yanlış mülahizələrin təkzibinə) müəyyən təsiri olduğu nəzərə alınaraq monoqrafiyada 
bu mənbə haqqında məlumat verilmişdir. 
IV fəsil «Bədii obraz yaradıcılığında millilik və ümumbəşəriliyin vəhdəti 
məsələsi» adlanır. 
 Fəslin «Problemə  şairin elmi-nəzəri baxışı» adlı bölməsində  Səməd Vurğunun  
ədəbiyyatda və  sənətdə millilik və ümumbəşərilik məsələləri barədə elmi-nəzəri 
fikirləri şərh olunur, bununla əlaqədar onun məqalə və çıxışları, xüsusən son vaxtlar 
əldə edilmiş materiallar tədqiq edilir. Xüsusi olaraq qeyd edilir ki, şair bütün həyatı 
boyu mənsub olduğu xalqın təəssübünü çəkmiş, onu hər hansı bir hücumdan 
qorumuş, sözün həqiqi mənasında alovlu bir vətənpərvər olmuşdur. 
Bu bölmədə Səməd Vurğunun millilik və ümumbəşəriliklə bağlı elmi-nəzəri irsi 
tədqiqata cəlb olunmuş,  şairin 1953-cü ildə Moskva mətbuatında dərc olunmuş 
«Böyük sənət məsələləri» və  «Şairin hüquqları» məqalələrinə xüsusi diqqət 
yetirilmişdir. Burada qeyd olunur ki, Səməd Vurğunun adı  çəkilən məqalələrdə bir 
sıra fikirləri o dövr üçün yeni olduğundan birmənalı qarşılanmamış, mübahisələrə 
səbəb olmuşdur. Şairin fikirlərinə qarşı yönəlmiş məqalələrdən biri –  

 
 
11
tənqidçi Y.Qorbunovanın «Sosializm realizminin bəzi nəzəri məsələləri haqqında» 
məqaləsi, habelə Səməd Vurğunun «Mənim Qorbunovaya cavabım» (əlyazması) adlı 
qeydləri təhlil edilmişdir.  
Bu fəslin «Vətənpərvərlik poeziyası millilik və ümumbəşərilik kontekstində» adlı 
bölməsində  sənətkarın doğulduğu, boya-başa çatdığı yerlərdən məhəbbətlə 
danışmasını, öz əsərlərində doğma yurdu xatırlamasını çox təbii hal kimi qəbul edən 
müəllif yazır ki, Səməd Vurğun üçün «Vətən» Kür qırağından, Qarayazı meşəsindən, 
«dolaylarında bahar çağı  gəzdiyi» dağlardan, «göylərə baş  çəkən Göyəzən»dən, 
nakam anası  Məhbub xanımın tapşırıldığı torpaqdan, atası Yusif ağanın yanıqlı-
yanıqlı saz çaldığı evdən başlayır. Tədqiqatçı onu da qeyd edir ki, şairin öz «kiçik 
Vətən»inə  məhəbbəti bütün ömrü boyu davam etmiş, o, yaradıcılığının müxtəlif 
mərhələlərində doğma yerləri anmışdır. 
Monoqrafiyada belə bir fikir əsaslandırılır ki, Səməd Vurğunun bu mövzuda 
şerləri bəzi tədqiqatçıların qeyd etdiyi kimi, şəhərin kəndlə qarşılaşdırılması, 
sonuncuya üstünlük verilməsi deyil, şairin «kənd həsrəti», doğma yerlərə məhəbbəti 
onun ümumən Azərbaycana məhəbbətinin tərkib hissəsidir. Bunu həmin şerlərin hər 
bir misrasında görən müəllif onun 1929-cu ildə Moskvada qələmə aldığı «Vətən 
həsrəti», «İnqilab yurdu» və «Konsert axşamı» şerlərini, «Həsrət» şerini yöndə təhvil 
edir. 
S.Vürğunun məhz yaradıcılığının ilk dövrlərində qələmə aldığı «Şəki», «Çiçək», 
«Dilcan dərəsi», «Bizim dağların», «Kür çayı», «Yadıma düşdü», «Çinarın şikayəti» 
və bir çox başqa şerlərində də yurd sevgisinin, onun təbiətinə və ayrı-ayrı guşələrinə 
məhəbbətin  əsas yer tutduğunu bildirən tədqiqatçı bu şerlərin bəzilərinin elə  həmin 
vaxtlar ədəbi tənqid tərəfindən birmənalı qarşılanmadığını, mətbuatda bir sıra kəskin 
məqalələrin dərc edildiyini, şairə qarşı hücumlar olduğunu da göstərir və bütün 
bunlara obyektiv cavab verir. 
Monoqrafiyada belə bir fikir əsaslandırılır ki, Səməd Vurğunun öz «kiçik Vətəni»  
ilə mənəvi bağlılığı ona bütün Azərbaycanı tanımağa, Azərbaycan xalqının həyatını 
başa düşməyə imkan verdi, şair böyük vətənin ürək döyüntülərini eşitdi. Bu məhəbbət 
isə «Azər- 

 
 
12
baycan» şerinin yazılmasına zəmin yaratdı. 
Tədqiqatçı belə bir qənaətə gəlir ki, Səməd Vurğun hansı mövzuda yazmasından asılı 
olmayaraq həmişə Azərbaycan şairi və Azərbaycan vətəndaşı kimi çıxış edir.
 
Monoqrafiyada qaldırılan məsələlər, onların elmi-nəzəri həlli, çıxarılan 
ümumiləşdirici nəticələr yeniliyi və oricinallığı ilə diqqəti cəlb edir, əsərin elmi 
dəyəri ilə bağlı müsbət fikir doğurur. Müəllif öz tədqiqat işində  Səməd Vurğun 
yaradıcılığına müasir mərhələdə  ədəbiyyatşünaslığın qarşısında duran tələblər 
baxımından yanaşmışdır ki, bu da xüsusi əhəmiyyətə malikdir. Nəzərə alınsa ki, bu 
gün Səməd Vurğun yaradıcılığına qayıdış başlanılmışdır, onda bu monoqrafiyanı 
dəyərli  bir tədqiqat işi kimi qəbul etmək olar. Burada faktlar yenidir, eyni zamanda 
müəllifdə yeni faktları üzə  çıxarmağa meyl güclüdür. Başqa sözlə desək, Adilxan 
Bayramov öz tədqiqatını yeni istiqamətdə aparmışdır. Monoqrafiya çox zəngin 
mənbələr  əsasında yazılmışdır, tədqiqata cəlb edilən materiallar və onlara müəllifin 
analitik
  
münasibəti tamamilə yenidir. Belə hesab edirəm ki, bu tədqiqat işi bu gün 
klassiklərimizə, o cümlədən Səməd Vurğun irsinə ağız büzənlərə çox tutarlı cavabdır. 
Eyni zamanda bu tədqiqat işi Səməd Vurğuna qayıdışdır, bu zəngin irsə yeni 
münasibətin nəticəsidir.  İnanıram ki, bizim ədəbiyyatşünaslar bu yöndə öz 
tədqiqatlarını davam etdirəcəklər. 
Bu monoqrafiyanın elmi nəticələrindən Səməd Vurğunun həyat və yaradıcılığını yeni 
baxımdan öyrənmək məqsədilə araşdırmaların aparılmasında,  ədəbiyyat tarixinin 
çağdaş tələblərə uyğun yazılmasında, ali və orta məktəblərin ədəbiyyat dərsliklərinin 
müvafiq bölmələrinin hazırlanmasında istifadə etmək olar. Ali məktəblərin filologiya 
fakültələrində xüsusi kursların tədrisi zamanı da bu araşdırmadan faydalanmaq 
mümkündür. 
Adilxan Bayramovun «Səməd Vurğun: milli və ümumbəşəri» adlı monoqrafiyasını 
vurğunşünaslığa və böyük şairin 100 illik yubileyinə layiqli töhfə hesab edirəm. 
 
 
 
 
 
 
 
 
    
 
 
 
Cəlal Abdullayev
 
 
 
 
 
 
             filologiya elmləri doktoru, 
 
 
 
 
 
 
 
   professor  
 
 
 
 

 
 
13
G İ R İ Ş 
 
 
Müstəqilliyə nail olduğumuz indiki şəraitdə tariximizin və  mədənəiyyətimizin 
hələ öyrənilməmiş səhifələrinə tez-tez müraciət edilməsi, bəzi səhifələrin isə obyektiv 
şəkildə yenidən araşdırılması  təsadüfi deyil. Bu, milli həyatın və milli yaddaşın 
oyanması, milli şüurun inkişafı ilə  şərtlənir. Məhz bu şəraitdə soy-kökümüzün 
obyektiv dərki ilə yanaşı milli varlığımızın və milli özünəməxsusluğumuzun, habelə 
başqalarına münasibətimizin  əsas cəhətlərinin öyrənilməsi böyük əhəmiyyətə 
malikdir. 
Bu sıradan  ədəbiyyatda millilik və ümumbəşərilik problemlərinin  araş-
dırılmasına da ciddi ehtiyac duyulur. Əlbəttə, indiyədək bu sahə Azərbaycan 
ədəbiyyatşünaslığının diqqət mərkəzində olmuş, bu yöndə bir sıra tədqiqatlar mey-
dana çıxmışdır. Həmin tədqiqatların tarixi  və elmi əhəmiyyətinə  xələl gətirmədən 
qeyd etməliyik ki, bəzi hallarda bu araşdırmalar öz dövrünün tələblərinə uyğun olaraq 
birtərəfli aparılmış, bəzən milliliklə ümumbəşərililiyin qarşılıqlı nisbəti nəzərə alın-
mamış, ən yaxşı halda isə onların dialektik əlaqəsi ümumi sözlərlə səciyyələndirilmiş, 
beynəlmiləl tərbiyə  işi milli zəminə  əsaslanmamışdır. Azərbaycanlıların «bey-
nəlmiləlçi xalq» olduğu ümumi sözlərlə «sübuta yetirilmiş», milli ruha yaxınlıq, milli 
təəssübkeşlik, milli iftixar hissləri millətçilik kimi qiymətləndirilmiş, hətta təqiblərə 
məruz qalmışdır. Xalqımızın mənəviyyatı ilə  səsləşməyən bir sıra hərəkətlər 
«sosialist yeniliyi», «kommunizm quruculuğu prosesində formalaşan yeni adətlər» 
kimi təbliğ olunmuşdur. Milli özünəməxsusluq  əsasən ayrı-ayrı  fərdlərin 
vətənpərvərliyi ilə məhdudlaşdırılmış, beynəlmilləlik isə beynəlmiləlçilik, daha dəqiq 
desək, müxtəlif millətlərdən olan xalqların dostluğunun inikası kimi təqdim 
edilmişdir. 
Məhz bütün bunlara görə ədəbiyyatda millilik və ümumbəşərilik problemlərinin 
yeni baxımdan öyrənilməsi günün tələbi kimi  

 
 
14
qarşıda durur. Bu baxımdan Azərbaycanın xalq şairi Səməd Vurğunun yaradıcılığı 
xüsusi maraq doğurur. 
Səməd Vurğun xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyət-
lərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan  ədəbiyyatının klassiki, böyük 
şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Əlli 
illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək 
vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaratmışdır. 
Şübhəsiz, Səməd Vurğun yaradıcılığının  əsas mövzusu mənsub olduğu xalqın 
keçmişi  və bu günü, gələcək taleyidir: 
El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən. 
Anam, doğma vətənimsən. 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! 
Professor Cəlal Abdullayev şairin yaradıcılığındakı bu xüsusiyyəti belə  səciy-
yələndirmişdir: «Səməd Vurğunun bütün yaradıcılığının bir məhvəri vardır – Azər-
baycan! Bütün səyyarələr, planetlər günəş ətrafında dövr etdiyi kimi, şairin də bütün 
poetik düşüncə silsiləsi, obrazlar aləmi, söz kəhkəşanı, bədii təsvir vasitələri, 
əsərlərinin koloriti, zahir və batili, nəyi varsa - hamısı bu məhvərin - ... Azərbaycanın 
başına dolanmaqdadır». (3, 7) 
Doğrudan da, Səməd Vurğun mənsub olduğu xalqın arzu və istəklərini poeziya 
dilinə çevirmiş, xalq ruhunun, xalq həyatının tərcümanı olmuşdur. Lakin şairin 
yaradıcılığı bununla məhdudlaşmamış, ümumbəşəri səviyyəyə yüksəlmişdir. 
Yaradıçılığına xas olan bu xüsusiyyətlər onun daha geniş miqyasda tanınmasına və 
sevilməsinə səbəb olmuşdur. Görkəmli rus yazıçısı A.Fadeyev öz sənət dostu Səməd 
Vurğuna belə yazmışdır: «Sənin vüsətli poeziyan bizim xalqların yaratdığı ən gözəl 
poeziya kəhkəşanından parlaq ulduz kimi şəfəq saçır. Müxtəlif millətlərdən olan 
milyonlarla...  

 
 
15
adam sənin poeziyanı sevir. Mən sənin şerlərinə çoxdan bəri məftunam». (208, 7) 
Səməd Vurğunun yaradıcılığı  həmişə  ədəbiyyatşünaslığın diqqət mərkəzində 
olmuş, bu mövzuda namizədlik (220; 222; 223; 225; 226; 227; 229; 230; 231; 232; 
233) və doktorluq (218; 221; 228) dissertasiyaları, monoqrafiyalar, (3; 4; 25; 32; 
67; 
69; 72; 78; 106; 111; 129; 170; 179; 182; 183; 189; 194; 198)
 məqalələr yazılmışdır. Bu 
araşdırmalarda şairin ümumi yaradıcılığı və onun müəyyən sahələri, konkret əsərləri, 
ədəbi-tənqidi və estetik görüşləri, ədəbi əlaqələrin inkişafında rolu, xalqlar dostluğu, 
sənətkarlıq xüsusiyyətləri və s. tədqiqat obyekti kimi götürülmüşdür.  Şairin 
yaradıcılığında millilik və ümumbəşərilik problemlərinə  həmin araşdırmalarda yeri 
gəldikcə toxunulsa da, müəlliflərdən heç biri bu mövzunu geniş  şərh etməyi bir 
məqsəd kimi öz qarşısına qoymamışdır. Filologiya elmləri doktoru, mərhum Qasım 
Qasımzadənin və filologiya elmləri doktoru Akif Hüseynovun tədqiqatlarında (103; 
76) Səməd Vurğun poeziyasında millilik və beynəlmiləllik məsələlərinə  də 
toxunulmuşdur. 
Ədəbiyyatda millilik və ümumbəşərilik probleminin görkəmli tədqiqatçılarından 
olan Georgi Lomidze də  şairin yaradıcılığına müraciət etmişdir. (195; 196; 197) 
Bütün bunlarla birlikdə Səməd Vurğunun yaradıcılığının öyrənilməsinə ciddi ehtiyac 
duyulur. Akademik Kamal Talıbzadənin sözləri ilə desək: «Səməd Vurğun 
poeziyasının daxili dünyasına yol tapmaq və onun bədii xüsusiyyətlərini hərtərəfli, 
bütünlüklə öyrənmək üçün şairi bir şəxsiyyət kimi tədqiq etməyin birinci dərəcəli 
əhəmiyyəti vardır. Səməd Vurğun şair və insan kimi nə qədər sadə və aydındırsa, bir 
o qədər mürəkkəb və  dərindir, sənətkar və  şəxsiyyət kimi nə  qədər böyük və 
bütövdürsə, bir o qədər də  qəribəliklərlə, özünəməxsusluqlarla doludur, o, bir şair 
kimi də, bir şəxsiyyət kimi də özündə hələ çox açılmamış yaradıcılıq sirləri gizlədir». 
(165, 10) 
Şairin yaradıcılığının indiki mərhələdə öyrənilməsinin gərəkliyi barədə mərhum 
professor  Əkbər Ağayevin mülahizələri də maraq doğurur: «...Səməd Vurğunun 
həyatı və yaradıcılığı hələ öz tədqi- 

 
 
16
qatçısını gözləyir. Xüsusən onun bir yaradıcı  şəxsiyyət kimi 30 və 40-cı illərdə, 
habelə 50-ci illərdə keçirdiyi yaradıcılıq məqamları, Səməd Vurğunun romantik 
motivləri kimi səslənən ən realist poetik sözü, onun atəşin nəfəsi parlaq, aydın, eyni 
zamanda mürəkkəbliyi və tragik titrəyişi ilə  fərqlənirdi.  İndi bu incəlikləri daha 
dərindən duymağa, öyrənməyə ehtiyac da var, imkan da yaranmışdır». (10) 
Göründüyü kimi, Səməd Vurğun yaradıcılığında öyrənilməmiş problemlərin, 
xüsusən millilik və ümumbəşəriliklə bağlı  məsələlərin mövcudluğu çağdaş elmi-
nəzəri tələblərə cavab verən sistemli tədqiqat işinin yazılmasını günün zərurətinə 
çevirir. 
Araşdırmanın məqsədi müəllifin bədii  əsərlərini, çıxış, məqalə  və  məktublarını 
tədqiqata cəlb etməklə  şairin yaradıcılığında milli və ümumbəşəri xüsusiyyətləri 
çağdaş  ədəbiyyatşünaslığın qarşısında duran tələblər baxımından öyrənməkdir. 
Bununla əlaqədar tədqiqat işinin qarşısına aşağıdakı vəzifələr qoyulur: 
- şairin   tarixi   mövzuda   yazılmış   əsərlərində   tarixi   şəxsiyyət problemini 
aydınlaşdırmaq; 
- Azərbaycan tarixinin müəyyən səhifələrinin  şairin yaradıcılığında inikasını 
onun konkret əsərləri əsasında şərh etmək; 
- «Vaqif» dramının yarandığı şəraitin əsərə təsirini araşdırmaq, pyesdə insan və 
tarix məsələlərini öyrənmək; 
- poetik epos və insan problemini şairin yaradıcılığı əsasında açmaq; 
-  şairin  əsərlərində müharibə  və insanın taleyi, müharibənin fəlsəfi dərki 
məsələləri üzərində dayanmaq; 
- Səməd Vurğunun  ədəbiyyatda və  sənətdə millilik  və  ümumbəşərilik barədə 
fikir və mülahizələrini ədəbiyyatşünaslığın tarixi inkişafı baxımından açıqlamaq; 
- şairin yaradıcılığında Vətən anlayışının ümumbəşəri planda əksini izləmək
- şairin poeziyasında Azərbaycan dili, milli adət və ənənələrimiz, xalq həyatı və 
məişəti ilə bağlı məsələlər üzərində dayanmaq; 
- müəllifin Cənub mövzusunda yazdığı əsərləri işıqlandırmaq; 

 
 
17
- şairin dünya xalqlarının milli-azadlıq hərəkatını alqışlayan əsərlərini bu günün 
baxımından təhlil etmək. 
Araşdırmada ilk dəfə olaraq Səməd Vurğun yaradıcılığında millilik və 
ümumbəşərilik mövzusu sistemli şəkildə və çağdaş tələblər baxımından öyrənilir. Bu 
məqsədlə şairin bədii əsərləri, onların müəyyən səbəblərlə bağlı çap olunmamış və ya 
ixtisar edilmiş hissələri, çıxış, məqalə və məktubları araşdırılır, bunların bəziləri ilk 
dəfə tədqiqata cəlb olunur. 
Şairin indiyədək tədqiqatçıların diqqətini çəkməmiş bir sıra çıxış və məqalələri, 
məktubları da vardır. Bunlar müəllifin kitablarına daxil edilmədiyi, bəziləri isə 
ümumiyyətlə heç yerdə çap olunmadığı üçün tədqiqat obyektinə çevrilməmiş, diqqəti 
cəlb etməmişdir. Çap olunmamış  məqalələrində, habelə  məktublarında, müxtəlif 
mətbuat orqanlarının səhifələrində, iclas protokollarında və stenoqramlarda mühafizə 
olunan çıxışlarında onun ədəbiyyatda millilik və ümumbəşərilik, vətənpərvərlik, ana 
dili, ayrı-ayrı hadisələr və  şəxsiyyətlər barədə maraqlı mülahizələri vardır. 
Araşdırmada bu mənbələr ilk dəfə təhlil obyektinə çevrilmişdir. 
Səməd Vurğunun 1942-ci il fevralın 12-də Moskva radiosu ilə «Koroğlu nəsillə-
rinə bizim salamımız», həmin il noyabrın 29-da Moskvada ədəbiyyat və incəsənət 
xadimlərinin antifaşist mitinqində «Qafqazın mədəniyyəti ölməzdir» adlı çıxışlarının, 
1954-cü il oktyabrın 30-da Kiyevdə Ukrayna yazıçılarının III qurultayında və digər 
çıxışlarının mətnləri, bir sıra məktubları ilk dəfə dissertant tərəfindən üzə çıxarılmış 
və çap edilmişdir. Araşdırmada ilk dəfə olaraq: 
- 1930-cu və 1950-ci illərdə şairə qarşı təşkil olunmuş qərəzli hücumlar araşdırıl-
mış, bu hücumlarla bağlı onun yaradıcı  şəxsiyyət kimi keçirdiyi yaradıcılıq 
məqamları və bütün bunların onun əsərlərinə təsiri göstərilmişdir. 
- «Aslan qayası» poeması indiyədək tədqiqatçılara məlum olmayan parçaları 
əsasında yeni baxımda və daha obyektiv təhlil edilmişdir. 
- «Vaqif» dramının vaxtilə şair tərəfindən ixtisar olunmuş parçaları araşdırılmış, 
əsər yazılarkən müəllifə qarşı yönəlmiş ak- 

 
 
18
siyaların öz əksini bu və ya digər şəkildə burada tapdığı əsaslandırılmışdır. 
- 1950-ci illərdə şairin «Böyük sənət məsələləri» və «Şairin hüquqları»   məqalə-
ləri barədə, habelə «Aygün» poeması ilə bağlı yazılan məqalələrin qərəzli olduğu, 
müəllifi ləkələmək, hətta onu aradan götürmək məqsədilə  təşkil olunduğu 
müəyyənləşdirilmişdir. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə