Adiu maliyyə fakultəsi 624-cü qrup Musayev Niymət



Yüklə 58,38 Kb.
səhifə4/6
tarix24.12.2023
ölçüsü58,38 Kb.
#193698
1   2   3   4   5   6
referat 4375

Yeni dovr fəlsəfəsi. İntibah dovrundə Avropa elmin və fəlsəfənin inkişafında cox şeyə nail olmuşdur. XVII əsr həmin prosesdə yeni dovrun başlanğıcıdır. Hegel həmin dovru səciyyələndirərək yazırdı: “İnsan ozunə, oz təfəkkurunə, oz daxilində və xaricində olan hissi təbiətə etibar etməyə başlamışdır. Təbiət və incəsənət sahəsində kəşflər etmək onda maraq oyadır, ona ləzzət edir. Dunya ufuqundə muhakimə ulduzu parlamışdır, İnsan oz iradəsini və gucunu başa duşmuş, Yerdən, oz torpağından, oz işlərindən həzz almağa başlamışdır,cunki onlarda ədalət və ziya əlamətləri gorurdu”.
Bu dovrun fəlsəfəsi Yeni dövr fəlsəfəsi adlandırılmışdır. Həmin fəlsəfənin əsas istiqamətləri empirizm və rasionalizm idi.

Empirizmin banisi ingilis filosofu Frensis Bekon (1561-1626-cı illər) olmuşdur. Bekon tərəfindən işlənib hazırlanmış induktiv metod təbiətin eksperimental şəkildə oyrənilməsinə yonəlmişdir.O yazırdı ki, əsl elm təcrubi elmdir və o, hissi məlumatlara rasional metodun tətbiq edilməsindən ibarətdir. Rasional metodun əsas şərtləri induksiya, təhlil, muqayisə, muşahidə və eksperimentdir.


Bekon ingilis filosoflarını ona gorə tənqid edirdi ki, onlar ilahi və bəşəri dəyərləri qarışdırırdı, o dərəcəyə catmışdılar ki, oz fəlsəfələrini Muqəddəs Kitabın ehkamları ilə əsaslandırırdılar.


Bekona gorə, təbiət dərkediləndir, lakin onun dərk edilməsi yolunda insanların şuurunun “butlərlə”, yəni gercəkliyin muxtəlif hadisələri barədə yalan və təhrik olunmuş təsəvvurlərlə cirklənməsi ilə əlaqədar maneələr vardır. İdrakın bilavasitə vəzifəsi şeylərin və hadisələrin səbəblərini tədqiq etməkdir. İdrak insanın təbiət uzərində hokmranlığını artırmağın ən muhum amilidir.


F.Bekon əvvəlki fəlsəfi təlimləri yenidən qiymətləndirmiş, materiyanın birinci və ayrılmaz xassəsinin hərəkət olması ideyasını irəli surmuşdur. Onun yaradıcılığı Yeni dovr fəlsəfəsinin və elminin inkişafına guclu təsir gostərmişdir.


F.Bekonun təlimi digər ingilis mutəfəkkiri Tomas Hobbsun (1588-1679-cu illər) əsərlərində daha da inkişaf etdirilmişdir. Hobbs cəmiyyət və dovlət nəzəriyyəsi məsələləri ilə maraqlanır, bu məsələlərin həllini kilsə ehkamları əsasında deyil, təbiət


aləminin bir hissəsi kimi nəzərdən kecirilən insanın təbiəti
əsasında tapmağa calışırdı.
İdrak nəzəriyyəsi təliminə gorə, həqiqi bilik təcrubə və duyğulardan əldə edilə bilməz və bu cur biliyin yeganə mənbəyi yalnız zəka ola bilər. Bu təlim rasionalizm adlanır. Avropa rasionalizminin banisi Rene Dekart (1596-1650-ci illər) olmuşdur. Bu
mutəfəkkir Yeni dovrun riyazi təbiətşunaslığında tətbiq edilmiş təhlil metodlarını fəlsəfi baxımdan mənalandırmış və ilk dəfə olaraq elm adamının mənlik şuurunun və daxili aləminin geniş mənzərəsini yaratmağa calışmışdır. Dekart ozunun əsas prinsipi olan “Mən fikirləşirəm, deməli, movcudam” prinsipini irəli surməklə subut edirdi ki, movcudluğun yeganə həqiqi meyarı fikir, şuurdur.

Dekartın ozunəməxsusluğu ondan ibarət idi ki, o, umumiyyətlə rasionallıq məsələsini deyil, “sərbəst muhakimə yurutməyə” imkan verən rasionallıq tipini, azadfikirlilik doğuran və dinin elmi marağı məhv etməkdə aciz olan dini protestantizm ilə əlaqədar təfəkkur tipi məsələsini qarşıya qoymuşdur. Dekartın əsərlərində


ilk dəfə olaraq tədqiqat aparan, cəsarətli fərziyyələr irəli
surən, oz nəticələrinin təsdiqlənməsi və ya təkzib edilməsi
riskindən, bu cur şubhələrdən qorxmayan, sozun ən geniş
mənasında, “fikri eksperiment” aparmağa cəsarət gostərən zəka barədə sohbət aparılır.

Dekart əmin idi ki, təfəkkur varlığı dərk edir və təfəkkurun


mahiyyəti də elə bundan ibarətdir. Lakin ingilis mutəfəkkiri Con Lokk (1632-1704-cu illər) buna şubhə edirdi. Lokk aydın fikirlərin fitri olması barədə Dekartın nəzəriyyəsini tənqid edərək subut etməyə calışırdı ki, insanın biliklərinin, butun ideyalarının mənbəyi hissi təcrubədir. Bu halda o, xarici və daxili təcrubəni fərqləndirir və bununla əlaqədar insan ideyalarının iki təcrubi mənbəyinin: duyğu və refleksiyanın movcud olmasını bildirirdi.

Duyğu ideyaları insandan kənarda movcud olan şeylərin duyğu uzvlərinə təsiri nəticəsində yaranır, məsələn, gormə, eşitmə, lamisə, iybilmə və s. vasitəsilə yaranan ideyalar. Refleksiya ideyaları insan zəkasının onun daxili vəziyyətini və ruhunun fəaliyyətini nəzərdən kecirərkən, emosiyaların, arzuların muxtəlif əməliyyatları və s. haqqında ideyalar şəklində yaranır. Lakin daha murəkkəb ideyalar da movcuddur: obyektlər ideyası, munasibətlər ideyası, ideya-anlayışlar bu qəbildəndir.


İdeya-anlayışların yaranması imkanı ona əsaslanır ki, təcrubədə forma, keyfiyyət və başqa əlamətlərinə gorə oz aralarında qismən oxşar olan şeylər coxdur. Məsələn, “insan” anlayışının alınması ucun ayrı-ayrı insanlar haqqındakı butun ideyaların toplanması, eyni olmayan sadə ideyaların isə kənara atılması lazımdır ki,


yerdə qalan ideyalar “insan” anlayışını təşkil etsin.
Lokk ideyaların mənbələrini muəyyən etdikdən sonra ideyaların idrak ucun dəyəri məsələsini oyrənir. İdeyalar oz əhəmiyyətinə gorə real (və ya fantastik), adekvat (və ya qeyri-adekvat) və həqiqi (və ya yalan) ideyalara bolunur.
Lokk biliyə ideyaların bir-birinə uyğunluğunun (və ya uyğunsuzluğunun) qavranılması kimi tərif verir.

Lokk həm də təbii huququn prinsiplərini işləyib hazırlamışdır. O, belə hesab edirdi ki, yaşamaq huququ, azadlıq huququ və mulkiyyət huququ insanın əsas huquqlarıdır və onlara hormət etmək lazımdır.





Yüklə 58,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin