Adpu-nun Şəki filialının tcm2001 qrup tələbəsi Aysu Azaqovanın İqtisadi-sosial coğrafiyanın əsasları fənnindən



Yüklə 0,91 Mb.
səhifə6/14
tarix06.01.2022
ölçüsü0,91 Mb.
#51047
1   2   3   4   5   6   7   8   9   ...   14
Aysu Azaqova TCM2001 İqtisadi sosial coğrafiya sərbəst iş

5.Qara və əlvan metallurgiya

Qara metallurgiya

Müxtəlif növ xammalın, xüsusilə mineral xammalın emalı ilə məşğul olan və əsasən 2 sahədən:qara və əlvan metallurgiya sahələrindən ibarət olan metallurgiya sənayesi hər hansı bir ölkənin iqtisadi potensialını müəyyən edən əsas sahələrdən biridir. Dünya qara metallurgiya sənayesinin coğrafiyasına xammal və yanacaq ehtiyatlarının (dəmir filizi, kokslaşan kömür və s.) yerləşməsi xeyli təsir göstərir.

Dəmir filizi ehtiyatı dünyada geniş yayılmış,90 ölkədə ehtiyatının olduğu aşkar olunmuşdur. Ehtiyatların həcminə görə Rusiya, Braziliya, Avstraliya,Kanada, Hindistan, Çin,CAR həmçinin ABŞ,Liberiya, Venesuella, İsveç,Ukrayna, Qazaxıstan fərqlənir. İxracatçılara da elə bu ölkələri aid etmək olursa, idxalçılara Yaponiya,Qərbi və Şərqi Avropa ölkələri aid edilir.

Dünya qara metallurgiya sahəsinin inkişaf xüsusiyyətləri polad istehsalının dinamikasında daha geniş əks olunur. Keçən əsrin 70-ci illərində polad istehsalı daha sürətlə gedirdisə,son illərdə polad istehsalı ilə yanaşı onun istehlakının sürətinin azalması əlamətdar xüsusiyyətdir.

Ağır sənayenin coğrafiyasında da əhəmiyyətli dəyişikliklər olur,bunun səbəbi aşağıdakı dörd amillər izah edilir:


  • Metala qənaət etməklə məhsul vahidinə sərf olunan metalın azalması

  • Konstruksiya materialı kimi plastik kütlənin metalı əvəz etməsi

  • Çirkli istehsal kimi metallurgiyanın inkişafda olan ölkələrə köçürülməsi və bu ölkələrin maşınqayırma sahələrinin inkişafı ilə bağlı metala tələbatın yüksəlməsi nəticəsində dünyada payının artması

  • İnkişafda olan ölkələrdə idxalla bağlı müəssisələrin dəniz sahillərində yerləşdirilməsi, keyfiyyətli polada tələbatın artması legirlənən metalların (manqan,xrom,volfram,nikel və s.) istehlakını genişləndirmişdir.

Bu metalların ehtiyyatı və çıxarılması olduqca böyük ərazi təmərküzləşməsi ilə fərqlənir. Manqan filizindən poladın bütün növlərinin istehsalında istifadə olunur(1 ton polad istehsalı üçün 15-17 kq manqan tələb olunur). CAR, Avstraliya,Zair,Qana, Mərakeş, Yaponiya , həmçinin MDB ölkələrində manqan ehtiyyatı çoxdur. Hətta okean dibinin dərinliklərində də bu ehtiyatlardan tapılmışdır. Xrom əsasında hazırlanan ərintilər odadavamlı və oksidləşməyə müqaviməti ilə seçilir və yüksək keyfiyyətli xrom filiz yataqları CAR və Zimbabvedədir. Nikeldən paslanmayan polad istehsalında istifadə olunur ki,nikel polada elastiklik və möhkəmlik verir. Poladın əridilməsində həmçinin volframdan da istifadə olunur.

Metal istehsalı və istehlakı

Qara metalın ən iri istehlakçıları MDB ölkələri, Çin, Yaponiya, ABŞ və Almaniyadır. İEÖ arasında Yaponiyanın qara metallurgiya sənayesi olduqca sürətlə inkişaf etməkdədir. İEÖ-in əkrəsiyyətində bu sənaye istehsalının və satışının yüksək təmərküzləşməsi dərəcəsi ilə səciyyələnir ki,bu baxımdan Yaponiya başlıca yer tutur.Qara metallurgiyada istehsal 3 mərhələdə aparılır ki, tam dövrəli müəssisələrin yerləşdirilməsi üçün dəmir filizi, kokslaşan kömür,su,həm də metallurgiya prosesi üçün zəruri olan başqa materiallar lazımdır.Bu cür rayonlara ABŞ-da Böyük Göllər rayonu,Ukraynada Donetsk-Dnepr sahili,Rusiyada Krivoy-Roq,Kuzbas, Hindistanda, Braziliya və s.nümunə ola bilər.Hazırda metal əridilməsinin böyük hissəsi kömür hövzələri daxilində (Pensilvaniya,Midlend,Rur,Saar, Belçika kömür hövzələri və digərləri) yerləşmişdir.



Əlvan metallurgiya

Metalların hasilatı, istehsalı və emalı ilə yanaşı ağır sənayenin mühüm sahələrindən biri olan əlvan metallurgiya sənayesinin əsas xammalı əlvan metal filizləridir ki,onlar tərkib və istifadəsinə görə 4 qrupa ayrılırlar:



  1. Əsas-mis,sink, qurğuşun, alüminium,nikel,titan,qalay və maqnezium

  2. Legirlənən-aşqarlanan- volfram,vanadium, molibden və s.

  3. Nəcib metallar- qızıl, gümüş,platin

  4. Nadir metallar- qallium,germanium,indium,tantal və s.

Əlvan metallurgiya mürəkkəb daxili quruluşa malik olub, müəssisələri 70-ə yaxın metal növünün emalı ilə məşğuldur ki, bunlardan alüminium,mis,sink və qurğuşun həm istehsal həcminə,həm də məhsulun qiymətinə görə üstünlük təşkil edir. Əlvan metallardan və ərintilərindən maşınqayırmada(avtomobil və təyyarəqayırma), elektrotexnikada,qara metallurgiyada(ferroərintilərin istehsalı üçün),kimya sənayesində, həmçinin elektrik verilişləri və rabitə xətlərinin çəkilişində geniş istifadə edilir,hərb sənayesinin müxtəlif sahələri üçün də zəruridir.

Əlvan metal filizi tərkibində az metal (tərkibində 0,5-3,5%) olması ilə fərqlənir,amma burada tərkibində 30% metal olan alüminium, maqnezium, qurğuşun istisna haldır. Ağır əlvan metalların (mis,sink, qurğuşun, nikel,qalay) bu xüsusiyyəti onların hasil olunduğu yerdə saflaşdırılıb ilkin emalını tələb edir. Alüminium əridilməsi elektrik enerjisi çox tələb etdiyindən onun müəssisələri sərfəli elektrik enerjisi mənbələrinə və istehlakçıya mümkün qədər yaxın yerləşdirilməlidir.Əlvan metal konsentratlarının daşınması filizin daşınmasından daha əlverişlidir,belə ki,onun tərkibində metal 30-40%-dən artıq olmur.

Dünya əlvan metallurgiya sənayesində əridilən metalların 40-45%-ə yaxını alüminiumun payına düşür ki,bu sənaye üçün də əsas xammal boksit,alunit və nefelindir.

Əlvan metallurgiya sənayesi qara metallurgiya kimi sənaye çevrilişi dövründə yaranan köhnə sahələrdən hesab olunur və XX əsrdə onun inkişafı 3 mərhələyə ayrılır.



  1. Birinci mərhələ mis, qurğuşun, sink,qalay kimi ağır metalların istehsalının üstünlük təşkil etməsi ilə xarakterizə edilir.

  2. 1950-ci illərdən başlayaraq 1970-ci illərin ortalarına qədərki dövrü əhatə edir. Bu mərhələdə alüminium, maqnezium,titan kimi yüngül metalların istehsalı yüksək sürətlə inkişaf etmiş,nəticədə alüminium sənayesi istehsalı artaraq,digər sənaye sahələrini üstələmiş,hətta birinci yerə çıxmışdır.

  3. Əsrin 70-ci illərinin ortalarından başlayaraq indiyədək davam edir. Üçüncü mərhələ dünya təsərrüfatında enerji və xammal böhranı ilə yanaşı,ətraf mühitin mühafizəsi ilə də bağlı olmuşdur.

Alüminium yer kürəsində ən çox yayılmış metal hesab olunur. Metallurgiya sahəsində iqtisadi səmərəliliyinə görə dəmirdən sonra ikinci yeri tutur, çəkisinin yüngül və çox istehsal olunmasına görə də əlvan metallurgiyanın aparıcı sahəsi hesab olunur. Alüminium filizin hasilatı əvvəllər Qərbi Avropa və Şimali Amerikada cəmlənmişdisə,əsas xammal olan boksitin hasilatçıları Avstraliya İttifaqı, Braziliya, Rusiya, Yunanıstan, Macarıstan, Qazaxıstan,Fransa və s.dir. İstehsalına görə isə ABŞ, Yaponiya, Rusiya, Kanada, Almaniya və Norveç başlıca yer tutur. Son illərdə İran körfəzi ölkələri,Misir və Latın Amerikası ölkələri də bu sahədə fərqlənirlər.

Dünyanın “mis qurşağı” And dağları (Çili) və Mərkəzi Afrika (Konqo,Zair,Zambiya) sayılır. Saflaşdırıcı mis istehsalı üzrə Çin fərqlənir. Saflaşdırılmış misin əsas ixracatçıları Çili,Rusiya,Kanada,Zambiya, Peru, Polşa, Qazaxıstan, idxalçıları isə ABŞ,AFR,Fransa, İtaliya, Yaponiya, Koreya Respublikası və Böyük Britaniyadır. Qurğuşun konsentratının əsas istehsalçıları Avstraliya İttifaqı, ABŞ,Kanada, Çin,Peru, Meksika, Mərakeş, Boliviya, istehlakçıları ABŞ, AFR, Böyük Britaniya, İtaliya, Fransa və Koreya Respublikasıdır. Dünya volfram istehsalının 70%-i Çinin,molibden konsentratları istehsalının 50%-i Kanadanın payına düşür. Qızıl dünyanın 100 ölkəsində hasil olunur ki, bunlardan əsas yeri Çin, Avstraliya İttifaqı, ABŞ,CAR, Rusiya,Peru,Kanada tutur. Son illər CAR və Rusiyada qızıl istehsalı azaldığı halda Avstraliya İttifaqı, Çin və İndoneziyada istehsal artmağa başlamışdır.




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin