Афаг Ялийева


TƏBRİZ DƏMİRYOLUNUN RƏİSİ TRESKİNSKİDƏN



Yüklə 2,33 Mb.
səhifə158/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   154   155   156   157   158   159   160   161   ...   295
46.TƏBRİZ DƏMİRYOLUNUN RƏİSİ TRESKİNSKİDƏN
Rus dilində. Yazılış tarixi 23 may, 1921-ci il, Təbriz. Göy rəngdə vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Teleq­ram Acı-Çay stansiyasının rəisinə ünvanlanmışdır.

Məzmunu: Mayın 24-ü səhər saat 10.00-da yola çıxacaq qatarda «Molla Nəsrəddin» jurnalının redaktoru C.Məm­məd­­quluzadə üçün iki kupe ayrıldığını bildirir.
Başlanır: Naçalğniku st. Adjiçay…

Bitir: … i v tretğem kupe. Treskinskiy.

Ölçüsü: 20x18,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 442.

SƏNƏDLƏR


CƏLİL MƏMMƏDQULUZADƏYƏ

AİD SƏNƏDLƏR
1.AKT
Rus dilində. Yazılış tarixi 19 noyabr, 1926-cı il. Harada ya­zıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Akt 3 nəfərin (Ma­yi­lov, Raşkovski və Qukasov) imzası ilə təsdiqlənmişdir.

Məzmunu: «Molla Nəsrəddin» jurnalının satışdan artıq qa­lan nömrələri haqqındadır.
Ölçüsü: 22x15,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 309.
Akta bir təliqədə qoşulmuşdur. Rus dilində. Yazılış tarixi 15 oktyabr, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin hər iki üzü­nə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Satışdan artıq qalan nömrələrin aktının göndəril­məsi bildirilir.
Ölçüsü: 22x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 309.
2.AKT
Rus dilində. Yazılış tarixi 9 oktyabr, 1921-ci il. Harada ya­zıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Akt kağız ambarının müdiri Ələkbərovun, «Molla Nəsrəddin» jurnalının redaktoru C.Məmmədquluzadənin, kağız ambarının darğası Mirzoyevin və ambarın əməkdaşı Malxasyansın imzası ilə təsdiqlənmişdir.

Məzmunu: Ambarda «Molla Nəsrəddin» jurnalının klişesindən savayı C.Məmmədquluzadəyə məxsus olan bütün mətbəə hürufatının təmiz çəkisi 12 pud 32 girvənkə olduğu bildirilir.

Ölçüsü: 22,5x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 499.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin