7.ASSİQNOVKA Rus dilində. Yazılış tarixi 18 oktyabr, 1926-cı il. Qara mürəkkəblə yazılmışdır. Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən C.Məmmədquluzadyə verilmişdir.
Məzmunu: «Molla Nəsrəddin» redaksiyasının məsul şəxsi kimi C.Məmmədquluzadənin 18 manat 40 qəpiyi ala bilməsi haqdadır.
Ölçüsü: 20,5x10 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 257*.
8.BİLET Rus dilində. Yazılış tarixi 3 yanvar, 1918-ci il, Tiflis. Qara və bənövşəyi mürəkkəblə yazılmışdır. Biletə qəhvəyi rəngli kağızdan cild çəkilmişdir.
Məzmunu: C.Məmmədquluzadəyə poçt ilə göndərilən əmanətləri almaq üçün verilmişdir.
Ölçüsü: 11x17,5 sm; həcmi: 3+5 (boş) vərəq; fond 6, s.v. 250.
9.BİLET Saya vərəqin bir tərəfində rus dilində, digər tərəfində Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 2 yanvar, 1924-cü il, Bakı. Saya vərəqə qara rəngdə makina çapı ilə yazılmışdır.
Məzmunu: Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti C.Məmmədquluzadənin cəmiyyətin həqiqi üzvü olduğunu öz imzası və möhürü ilə təsdiq edir.