Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə234/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   230   231   232   233   234   235   236   237   ...   295
II məqalə. Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Başlıqda «Vtoroe pisğmo Molla Nasreddina k Şeyx-ulğ-İslamu» qeyd olunmuşdur. C.Məmməd­qu­lu­za­dənin «Molla Nəsrəddin» jurnalında 1907-ci il, 22-ci sa­yın­da «Molla Nəsrəddin» imzası ilə dərc olunan «Qafqaz Şeyx-ül-İslamına iki dənə açıq məktub (ikinci məktub)» mə­qa­ləsinin Azərbaycan dilindən tərcüməsidir.
Ölçüsü: 17x20 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 178*.
III məqalə. Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Vərəqin hər iki üzünə qara mürəkkəblə ya­zılmışdır. Başlıqda «Statğə iz jurnala «Molla Nasreddin» za 1907 q. № 20. Armənskie i musulğmanskie jenhi­nı» qeyd olunmuşdur. C.Məmmədquluzadənin «Molla Nəs­rəddin» jurnalında 1907-ci il, 20-ci sayında dərc olunan «Er­məni və müsəlman övrətləri» məqaləsinin Azərbaycan di­lindən tərcüməsidir.
Ölçüsü: 17x20 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 178*.
Həmin dəftərin 7-ci vərəqinin hər iki üzünə bənövşəyi mü­rəkkəblə yazılmış bir qeyd vardır. Başlanğıcı həm ingilis, həm də rus dillərindədir. Qeyd Tiflisdə bir müsəlmanın köhnə fikirlərə, adət-ənənələrə, inanclara qarşı mübarizə aparmaq məqsədilə həftəlik jurnal nəşr etdirməsi barəsindədir.
Ölçüsü: 17x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 178*.
8.POÇTOVIY ƏHİK

I
Rus dilində. Yazılış tarixi, harada və kim tərəfindən tər­cü­mə olunduğu qeyd edilməmişdir. C.Məmmədquluzadənin «Poçt qutusu» hekayəsinin Azərbaycan dilindən tərcüməsidir. Pərakəndə cizgili dəftərxana vərəqlərinin hər iki üzünə qa­ra karandaşla yazılmışdır. Səhifələr nömrələnmişdir. 1-ci sə­hifədə «Poçtovıy əhikc», «Rasskaz Djalila Mamed-ku­li-zade» sözləri qeyd olunmuşdur. Əsər üzərində qara ka­ran­daşla təshih işi aparılmışdır.


Ölçüsü: 22x36 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 35*.
9.POÇTOVIY ƏHİK

II
Rus dilində. Yazılış tarixi 30 may, 1934-cü il. Harada yazıldığı qeyd edilməmişdir. C.Məmmədquluzadənin «Poçt qu­tusu» hekayəsini Azərbaycan dilindən Həmidə Məmməd­qu­luzadə tərcümə etmişdir. 6 saya və 6 müxtəlif ölçülü ciz­gili pərakəndə vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə ya­zılmışdır. Səhifələr nömrələnmişdir. 1-ci səhifəsində «Pe­revod s törskoqo soç. «Molla Nasreddina»», «Poçto­vıy əhik», son səhifəsində isə «30 maə 1934 q.», «Q.x. Mamedkulizade» sözləri qeyd olunmuşdur. Əsər üzərində bənövşəyi mürəkkəb və qara karandaşla təshih işi aparılmışdır.


Ölçüsü: 21x30–22x41 sm; həcmi: 12 vərəq; fond 6, s.v. 36.
10.PRİЁM
Rus dilində. Yazılış tarixi 21 may, 1936-cı il. Harada yazıl­dığı qeyd edilməmişdir. Nağıl Həmidə Məmmədquluzadə tə­rəfindən Azərbaycan dilindən rus dilinə tərcümə edilmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə ya­zılmışdır. Səhifələr nömrələnmişdir. Sonda «Perevela Qa­mida xanum M.K.Z. 21-qo maə 1936 q.» qeyd olunmuşdur. Əsə­rin müəllifi göstərilməmişdir.
Ölçüsü: 14,5x21 sm; həcmi: 10+1 (boş) vərəq; fond 6, s.v. 384*.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin