«Pravda» qəzeti – Moskva, 1951-ci il, 8 sentyabr, № 251. Moskva Kommunist (b) Partiyası və Mərkəzi Komitənin orqanıdır. Həcmi: 4 səhifə; fond 6, s.v. 511*.
Qeyd: 511, 512, 513, 515 №-li saxlama vahidləri altında müxtəlif şəxslər, onların yaradıcılığı barəsində qəzet və jurnal səhifələrindən kəsilmiş məqalələr saxlanılır.
MÜXTƏLİF ÇAP KİTABLARI
Azərbaycan dilində BirqadirovN. Sığortakassasınınkitabçası – Bakı, 1924. Azərbaycan dilində ərəb əlifbası ilə. Həcmi: 86 səhifə; fond 6, s.v. 563*.
Cəfər Cabbarlı haqqında məqalələr toplusu. Azərbaycan dilində latın və kiril əlifbası ilə. Kitabçanın üzərində bənövşəyi mürəkkəblə ərəb əlifbası ilə «Cəfər Cabbarlı haqqında xatirələr» qeyd edilmişdir. Şəkillidir. Səhifələr ardıcıl deyil. Yazıçının həyat və yaradıcılığı haqqında müxtəlif şəxslər tərəfindən yazılmış materiallar qəzet və jurnal səhifələrindən kəsilərək kitabça şəklində bir yerə toplanmışdır. Həcmi: 30 səhifə; fond 6, s.v. 528*.