Cəfər Cabbarlı haqqında məqalələr toplusu. Azərbaycan dilində latın və kiril əlifbası ilə. Kitabçanın üzərində qara karandaşla ərəb əlifbası ilə «Cəfər Cabbarlı» qeyd edilmişdir. Şəkillidir. Səhifələr ardıcıl deyil. Yazıçının həyat və yaradıcılığı haqqında müxtəlif şəxslər tərəfindən yazılmış materiallar qəzet və jurnal səhifələrindən kəsilərək kitabça şəklində bir yerə toplanmışdır. Qara sapla tikilmişdir. Həcmi: 92 səhifə; fond 6, s.v. 528*.
Cəlil Məmmədquluzadə haqqında məqalələr toplusu. Azərbaycan dilində latın və kiril əlifbası ilə. Boz rəngdə qalın cildin üzərində C.Məmmədquluzadənin şəkili var. Səhifələr ardıcıl deyil. Yazıçının həyat və yaradıcılığı haqqında müxtəlif şəxslər tərəfindən yazılmış materiallar qəzet və jurnal səhifələrindən kəsilərək kitabça şəklində bir yerə toplanmışdır. 3 ədəddir. Həcmi: 15, 31, 48 səhifə; fond 6, s.v. 529*.