Afaq şixli yeddiDƏn biRİ



Yüklə 2.47 Kb.
Pdf просмотр
səhifə1/8
tarix20.06.2017
ölçüsü2.47 Kb.
  1   2   3   4   5   6   7   8

AFAQ ŞIXLI 
 
 
 
 
 
YEDDİDƏN BİRİ 
 
BƏDİİ 
TƏRCÜMƏLƏR 
 
 
 
 
 
 
 
 
2014 
 
 

_________________________ Afaq Şıxlı  ________________________
 
~ 2 ~ 
 
 
Afaq ŞIXLI 
“YEDDİDƏN BİRİ. Bədii tərcümələr” 
Bakı, “Adiloğlu” nəşriyyatı, 168 səh.  
 
 
Məsləhətçi: 
Pr. Məmməd İSMAYIL 
 
Ön sözün müəllifi: 
Dr. İsaxan İSAXANLI 
 
Redaktor: 
Şair Elman TOVUZ 
 
 
 
 
 
Əziz oxucular, qürbətdə yazıb-yaradan şairə Afaq Şıxlı 
növbəti - yeddinci kitabı ilə yenidən görüşünüzə gəlib. Bu kitabda 
müəllifin, rus dilindən və Türkiyə türkcəsindən etdiyi tərcümələr
eləcə də dostlarının şairə haqqında fikirləri yer almışdır.  
İnanırıq ki, hər zaman olduğu kimi, bu kitab da müəllifinə 
uğur qazandıracaqdır. Şairəyə yaradıcılıq uğurları arzulayırıq. 
 
 
 
 
 

_______________Yeddidən  1-i  Bədii tərcümələr_________________  
~ 3 ~ 
 
 
MÜƏLLİFDƏN 
 
Tərcümə  nədir?    Tərcümə  -  əsərin  bir  insan  kimi, 
müxtəlif dillərdə danışması, özünü sevdirə bilmə şansıdır! 
Tərcümə  etməyi  çox  sevirəm,  çünki  bu  iş  məsuliiyyət 
və diqqət tələb edir. Səfərbərlik və məhəbbət tələb edir. 
Tərçüməçi hər dəfə özü üçün sanki  yeni bir dünya kəşf 
edir.  Müəllifdən  müəllifə  duyğuların,  hisslərin  dəyişir. 
Dünyaya baxışın dəyişir. Məsələn, Anna Axmatovanın sevgi 
şeirlərini tərcümə etdikcə, elə bilirəm ki, 100 il öncə o, məni 
yazırmış... 
Sayca  yeddinci  olduğundan,  “YEDDİDƏN  1-İ” 
adlandırdığım  bu  kitaba,  rus  və  türk  dilli  yazarlarının 
əsərlərindən bədii tərcümələrim daxil edilmişdir. 
Oxuyacağınız  bu  əsərləri,  şeirləri  öz  ana  dilimizə  
çevirməkdə  məqsədim,  onları  Azərbaycan  oxucusuna 
tanıtmaq və sevdirməkdir. Düşünürəm ki, gözəl yazıların belə 
bir haqqı var və bu haqqı onlara tərcüməçi ödəyir – ürəyinin 
istisini, gözlərinin nurunu verərək. Bir şeyə təmənnasız sevgi 
verərsənsə,  bir  və  ya  başqa  şəkildə  qarşılığını  qaytarar. 
Ədəbiyyatın qarşılığı isə - oxucu rəğbətidir! 
Əziz  və  dəyərli  oxucularıma  xoş  qiraət  və  gözəl 
istirahət arzu edirəm! 
 
Hörmətlərimlə: 
Afaq ŞIXLI 
Moskva 
 
 

_________________________ Afaq Şıxlı  ________________________
 
~ 4 ~ 
 
 
AFAQ ŞIXLI DÜNYASINA BAXIŞ  
 
2011-ci  ilin  avqust  ayı  idi.  Afaq  xanımın  yenicə  işıq 
üzü  görmüş  “Səni  düşünürəm”  adlı  şeir  kitabının  şərəfinə 
onların bağ evinə yığışmışdıq. İstedadlı şair Elman Tovuzun 
yazdığı  ön  sözü  vərəqləyərək  “Belə  şeir  kitabına  ön  söz 
müəllifi olmaq hamıya nəsib olmur, təbrik edirəm”, - dedim 
və  Afaq  xanımın  əlimdəki  kitabı  ilə  yanaşı,  hələ  mövcud 
olmayan  gələcək  kitabının  şərəfinə  badə  qaldırdım.  “Onda 
sıradakı kitabımın ön sözünü sən yazacaqsan”, - deyən şairə, 
o xəyali kitabın heç də xəyali olmadığına işarə etdi.  
Amma  qismət  deyilmiş.  2012-ci  il  may  ayında  Afaq 
xanım  Bakıya  gəlmişdi.  Buzovnada,  bu  dəfə  bizim  bağ 
evimizdə  yığışmışdıq.  Söhbət  əsnasında  mən  ön  söz 
yazacağım  kitabla  bağlı  vəziyyətin  necə  olduğunu  bilmək 
üçün “Afaq, növbəti kitabı hazırlamısanmı?” - deyə sözarası 
soruşdum. Afaq xanım isə: “Kitab artıq hazırdır – “Ömrümün 
beşinci fəsli”. Ön sözü də sevimli şairimiz Məmməd İsmayıl 
yazıb”, - dedi. Mən xəfifcə gülümsədim: “Çox əla! Məmməd 
İsmayıl  gözəl  şairdir!”  Afaq  isə,  deyəsən,  mənim 
gülümsəməyimin səbəbini anlamadı.  
Bax  beləcə,  yazmaq  istədiyim  və  xeyli  zamandır 
beynimdə  gəzdirdiyim bu fikirləri, Afaq Şıxlının bütövlükdə 
ədəbi  dünyasına  nəzər  salmaqla,  qələmə  aldım.  Demək  ki, 
qismət bu kitaba imiş... 
Şeir  yazanlar  çoxdur  dünyada.  Amma  şair  olmur  hər 
şeir  yazan.  Şeir  yazan  o  vaxt  şair  olur  ki,  o,  oxucularını  öz 
şeirləri  ilə  yaşadır  və  özü  də  yazdığı  şeirlərlə  oxucularının 
qəlbində  yaşayır.  Bu  mənada,  əsl  şairdir  Afaq  Şıxlı.  O, 
çeynənmiş  sözləri,  fikirləri,  mövzuları  oxuculara  sırımaqla 
məşğul olmur, ayaqlanmış cığırlarla getmir. Onun öz yolu, öz 

_______________Yeddidən  1-i  Bədii tərcümələr_________________  
~ 5 ~ 
 
cığırı var poeziya aləmində. Şair kimi gərək doğulasan, çünki 
şairlik  nə  oxumaqla,  nə  öyrənməklə  deyil.  Afaq  xanım  da 
anadan şair doğulub.  
 
Şairlər əzəldən seçilib gəlir, 
Hərə bir söz qoyur yadigar qala. 
Ən ülvi hislərlə biçilib gəlir
Xoşbəxt o kəsdir ki, şair doğula! – deyir Afaq Şıxlı. 
 
Nədir onun uğur açarı? Niyə bu qədər sevilir oxucuları 
tərəfindən?  Səbəb  sadədir.  Bir  çoxları  kimi  adının  şair 
çağırılması  üçün  yazmır  o.  Ürəyinə,  təbiətinə,  varlığına,  iç 
dünyasına  yахın,  dоğmа  оlаn  bir  işlə  məşğul  olur, 
duyduqlarını, hiss etdiklərini yazır. Daxili mənəvi ehtiyacdan 
güc  alır  şeirləri.  Budur  onlardakl  şirinliyin,  həzinliyin, 
təbiiliyin,  doğmalığın,  səmimiyyətin  və  demək  ki,  oxucu 
məhəbbətinin  canı,  mənbəyi.  Şair  Məmməd  İsmayıl 
demişkən:  “Afaq xanım şeirlə  yatır, şeirlə qalxır və nəfəsini 
şeirlə alır...” 
  
Gəldikcə üstümə qəm addım- addım, 
Həyat ələdikcə saçıma dəni, 
Şeirim, mən səni yoxdan yaratdım, 
Sən də yaşatmağı bacardın məni. 
 
Vətəndən uzaqda  -  Rusiyada  yazıb-yaratdığından, təbii 
olaraq  vətən  həsrəti  havasına  köklənib  şairin  şeirləri.  Amma 
elə-belə, “məsafə həsrəti” deyil bu həsrət! Vətən sevgisindən 
süd əmmiş, vətənə məhəbbətdən yoğrulmuşdur... 
“Vətən – mənim şeirlərimin qaynağıdır. Bəlkə də onun 
həsrətidir  məni  şair  edən...  Sevdiyim  və  bacara  bildiyim 
qədər  hər  kəsə  sevdirməyə,  tanıtmağa  çalışdığım  həsrət 
qarışıq sevdamdır o mənim”, – deyir Afaq Şıxlı. 

_________________________ Afaq Şıxlı  ________________________
 
~ 6 ~ 
 
Günəşli  bir  diyardan  soyuq,  şaxtalı  bir  aləmə  düşmüş 
şairin şeirləri də özü kimi üşüyür bu aləmdə. Və üşüdükcə də 
xəyalında, yuxularında özünü ana vətənin isti qucağında hiss 
edir. Darıxır vətənin hər daşı, hər qarış torpağı üçün. Uzaqda 
olsa da, vətənin  havası,  iqlimi,  küləyi,  qarı onun şair ruhunu 
rahat qoymur: 
 
Deyir, bu ilki qış soyuqdur yaman, 
Xəzərə qar yağıb, üşüyüb dəniz. 
Mənsə uzaqdayam əziz Bakımdan, 
Yazı da mənsizdi, qışı da mənsiz... 
 
Əslində,  poeziya  -  elə  sevgi  deməkdir.  Bəs,  sevgi  nə 
deməkdir?  Sevgi  deyəndə  nədənsə,  yalnlz  sevdiyin  qıza, 
yaxud oğlana olan məhəbbət başa düşülür. Lakin bu “xüsusi 
sevgi”dən başqa, bir “əsl sevgi” də var ki, bu vətənə, torpağa 
olan  sevgidir.  Vətənə,  torpağa  olan  sevginin  gücünü  isə 
vətən, torpaq dara düşəndə ölçmək daha asan olur.  
Böyük  Vətən  müharibəsi  illərində  şairlər  -  əsgərə, 
qələmlər  isə  silaha  dönmüşdü.  İnsanları  qələbəyə,  lazım 
gələrsə, vətən yolunda ölməyə səsləyən şairlərimiz qələbənin 
qazanılmasında az rol oynamamişdılar.  
Artıq  20  ildən  çoxdur  ki,  “Qarabağ”  adlı  bir  dərdə 
düçar  olmuşuq.  Hələ  ki,  dərmanını  tapa  bilmədiyimiz  bu 
dərd,  Afaq  Şıxlının  poeziyasında  da  təbii  mövzuya  dönüb. 
Şair  ədalətin  zəfərinə  və  o  günün  çöx  yaxında  olduğuna 
inanır, o arzu ilə yaşayır: 
 
Qurtarsın qan davası, 
Köz bağlasın yarası. 
Laçında bir toy vuraq
Çalaq “Laçın” havası. 
 

_______________Yeddidən  1-i  Bədii tərcümələr_________________  
~ 7 ~ 
 
Bu yerin suyu qaymaq, 
İçdikcə olmur doymaq. 
Bu bahar Qarabağı 
Gəzəydim oymaq-oymaq! 
 
Afaq  Şıxlı  poeziyasının  əsas  xüsusiyyətlərindən  bir  də 
onun  “Palaza  bürünüb,  elnən  sürünməməsi”dir.  Afaq  Şıxlı 
hər  məsələyə  müxtəlif  nəzər  nöqtəsindən  baxır,  bir  obyekti, 
sanki  müstəvi  üzərində  hər  yöndən  öyrənib  hər  mənada 
fəlsəfi dərk etdikdən sonra şeirə çevirir.  
 
Qarışıb hər şeyin mənası, dadı, 
Ruhuma xoş gəlmir bu natəmizlik... 
Haqqın ədalətin sınıb qanadı, 
Nə biz dünyalığıq, nə dünya bizlik. 
 
Poeziyada  bir  qayda  olaraq  “dünya  fanidir,  ona  bel 
bağlamaq  olmaz”  deyilir..  Afaq  Şıxlı  isə  bəzən  çox  fərqli 
düşünür. Dünyanı şeirin, sözün varlığına görə sevir: 
 
Gecəsi möcüzə, gündüzü cənnət - 
Kaş belə görəydi çoxu dünyanı! 
Nağıldır, nəğmədir, sözdü təbiət... 
Qəlbinin gözüylə oxu dünyanı! 
 
yaxud: 
Dünya qəribədir, dünya maraqlı... 
Günləri, ayları, qərinəsi var. 
Dünya bir kitabdır - min bir varaqlı, 
Dünyanın söz adlı xəsinəsi var. 
 
Afaq Şıxlı həm də nəğməkar şairdir. Nəğmə damır hər 
şeirindən, hər misrasından. Heç də təsadüfi deyil ki, onun bir 

_________________________ Afaq Şıxlı  ________________________
 
~ 8 ~ 
 
çox  şeirlərinə  musiqilər  bəstələnmiş,  Azərbaycanın  tanınmış 
müğənniləri tərəfindən sevilə-sevilə oxunmuşdur.  
...Və  nəhayət  ki,  bitməz,  tükənməz,  ilahi  eşq!  Bu 
mövzu  Afaq  Şıxlı  poeziyasının  şah  damarıdır  -  acı  hicranı, 
şirin vüsalı ilə... 
 Amma hər poeziyada olmayan bir xüsusiyyət var Afaq 
Şıxlının  sevgi  şeirlərində:  o  hər  cür  intiqamdan,  hər  cür 
nifrətdən  uzaqdır,  nə  qədər  ayrılıqlara,  ədalətsizliklərə  düçar 
olsa  da,  hər  şeyi  unutmağa  hazırdır.  Vüsala  çağırır  şairin 
məhəbbəti: 
 
Deyir, kama yetir bu gün diləklər... 
Bizim də arzumuz göyə ərz ola! 
Sonunda qovuşa sevən ürəklər, - 
Tanrıdan bu gecə məni arzula! 
 
Şair  üçün  sevgi,  məhəbbət  mövzusunda  yazmaq  nə 
qədər  vacibdirsə,  əslində  kifayət  qədər  də  çətindir. 
Çeynənmiş  fikirləri  təkrar  etmək,  bununla  da  öz  oxucularını 
məyus  etmək  təhlükəsi  bütün  dövrlərdə  gündəmdə  olub. 
Amma öz orijinal bənzətmələri ilə hər zaman məlum fikirlər 
arasına  bir  yenilik  gətirməyi  bacaran  Afaq  Şıxlı  bu 
təhlükələrdən olduqca uzaqdır: 
 
Dünyaya yenidən, mənim üçün gəl, 
Mən də sənin üçün doğulum bir də! 
Eşqimiz od olsun, qəlbimiz məşəl, 
Kölgələr olmasın biz olan yerdə! 
 
İlahi,  nə  gözəl  misralar!  Layla  çalır  oxucuya,  həzin-
həzin kövrəlir insanın qəlbi... 
Doğrudan  da  Afaq  Şıxlı  şeirlərinin  birində  deyildiyi 
kimi, “sevgi qatilləri”dir - sevginin qiymətini bilməyənlər.  

_______________Yeddidən  1-i  Bədii tərcümələr_________________  
~ 9 ~ 
 
Dilində  “Məni  bir  də  sevərsənmi?!”  kimi  ülvi  bir  sual 
olan  saf  duyğulu  şairə  hər  zaman  ümidlə  yaşayır  və 
oxucularına da ümid qanadları taxır. 
Sevginin  özü  qədər  müqəddəsdir  sevgidən  yazmaq  və 
sevginin  özü  qədər  müqəddəsdir  sevgidən  yazanlar.  Beləcə, 
bir şair də əlavə olundu  bu müqəddəslər sırasına, bir şair də 
müqəddəsləşdi sevgidən yaza-yaza.   
 
Hər vuran ürəyin öz murazı var, 
Gizlisi, aşkarı, əlçatmazı var. 
Həyatı ümidlə yaşamaq gərək, 
Arzular bitərsə - döyünməz ürək! 
 
Müəyyən xəstəlikləri müalicə etmək üçün tibb elmində 
“musiqi  terapiyası”  kimi  bir  metoddan  da  istifadə  edilir. 
Düşünürəm  ki,  artıq  “şeir  terapiyası”,  “poeziya  terapiyası” 
kimi metodlar haqqında da düşünməyin vaxtı çatmışdır. Afaq 
xanım ixtisasca həkimdir, xəstələrin iç dünyasını, bir peşəkar 
olaraq, yaxşı duya bilir. “Şeir terapiyası” üçün əsl dərmandır, 
şəfa  mənbəyidir  onun  bayatı  kimi  həzin,  qoşma  kimi  şirin 
sevgi şeirləri. 
 
Afaq  Şıxlının  şeirləri  xeyli  müddətdir  ki,  mənim 
işlədiyim  Xəzər  universitetində  dərc  olunan  “Xəzər  Xəbər” 
jurnalında  müntəzəm  olaraq  çap  olunur.  Bir  dəfə  universitet 
əməkdaşlarından  bir  nəfər  Afaq  Şıxlının  şeirlərinin  jurnalda 
çox  tez-tes  çap  olunduğunu  qeyd  edərək  bundan  narahat 
olduğunu  və  baş  redaktora  etirazını  bildirəcəyini  söylədi. 
Maraqlıdır  ki,  müsahibimi  narahat  edən  məqam  şeirlərin 
yaxşı,  ya  da  pis  şeirlər  olması  deyil,  sadəcə  olaraq  bir 
jurnalda  bir  müəllifin  tez-tez  dərc  olunması  idi.  Mən  də 
burada  heç  bir  başqa  bir  səbəb  olmadığını  və  bunun  əsas 

_________________________ Afaq Şıxlı  ________________________
 
~ 10 ~ 
 
səbəbini  -  Afaq  Şıxlının  şeirlərinin  oxucular  tərəfindən  çox 
sevilməsini  -  onun  diqqətinə  çatdırdım.  Sonra  bu  məsələ  ilə 
bağlı,  baş  redaktorun  müavini,  respublikanın  tanınmış 
jurnalisti  Əlirza  Balayevlə  məsləhətləşdim.  Əlirza  müəllim 
bu  şairənin  şeirlərini  çox  bəyəndiyini  və  heç  bir  problemin 
olmadığını söylədi.  
İş elə gətirdi ki, bu arada nəyə görəsə, Afaq xanım yeni 
şeirlər göndərmədi və bir müddət jurnalda Afaq Şıxlı şeirləri 
dərc  olunmadı  (Afaq  xanım  həmişə  şeirlərini  redaksiyaya 
mənim  vasitəmlə  çatdırırdı).  Nəhayət,  xeyli  vaxtdan  sonra, 
jurnalın  299-cu  sayında  çap  olunmaq  üçün  şairənin 
Moskvadan  göndərdiyi  5  sevgi  şeirini  redaksiyaya  təqdim 
etdim.  Şeirlər  dərc  olundu.  Jurnalın  növbəti  sayı  çapa 
hazırlanarkən  Əlirza  Balayev  mənə  yaxınlaşdı:  “İsaxan 
müəllim,  Afaq  Şıxlının  dərc  olunmuş  şeirləri  şairlər 
tərəfindən  xoş  əks-sədalara  səbəb  olub.  Bir  sıra  peşəkar 
şairlər  mənə  telefon  edərək  Afaq  xanımım  şeirlərini  çox 
bəyəndiklərini  deyirlər.  Açığını  deyim  ki,  mən  də  çox 
bəyənirəm. Onun şeirləri, xüsusən də son zamanlarda təqdim 
etdiyi  sevgi  şeirləri  doğrudan  da  gözəl  və  ləzzətlə  oxunan 
şeirlərdir. Yeni şeirləri varmı yenə?”  
Düşünürəm  ki,  baş  redaktor  müavininin  gülümsəyərək 
söylədiyi  bu  səmimi  sözlərdən  sonra  Afaq  Şıxlının  şeirləri 
həmişə  sevilə-sevilə  oxunduğu  kimi,  elə  sevilə-sevilə  də 
Xəzər Xəbər jurnalında çap olunmağa davam edəcəkdir, necə 
ki, bu yaxın günlərdə rus ədəbiyyatından tərcümə etdiyi gözəl 
bir şeir çələngini dərc etmək şərəfinə nail olduq. 
 
Afaq  Şıxlı  çox  rəngarəng  yaradıcılığa  malik  insandır. 
Onun  Türk  və  rus  dilindən  etdiyi  bədii  tərcümələri  gözəl 
ədəbi nümunələr hesab edilir. Şairənin ana dilimizdə yazdığı 
qoşmaları,  gəraylıları,  rübailəri,  heca  və  sərbəst  vəzndəki 

_______________Yeddidən  1-i  Bədii tərcümələr_________________  
~ 11 ~ 
 
şeirləri ilə yanaşı insanı düşünməyə vadar edən, vətən və ana 
sevgisini  ülviləşdirən,  məhəbbəti  aliləşdirən  mənsur  şeirləri, 
hekayələri də vardır. “Yeddidən biri” adlanan bu kitabda isə, 
şairənin rus və türk dillərindən bədii tərcümələri yer almışdır.  
Oxuyacağımız  kitab  bədii  tərcümələr  kitabı  olsa  da, 
mən  bu  yazımda  şairənin  öz  şeirlərini  incələməyə,  onlar 
haqda  fikir  söyləməyə  bilmədim.  Bəlkə  də,  belə  daha 
yaxşıdır,  çünki,  bu  kitab  kimin  üçünsə  Afaq  Şıxlı 
əsərlərindən ilk oxuduğu nümunə ola bilər. O zaman, mənim 
sözlərim lap yerinə düşəcək və şairə haqqında ümumi də olsa 
məlumat almağa imkan yaradacaqdır. 
Özüm də uzun illərdir rus dilindən tərcümələrlə məşğul 
olduğumdan,  Afaq  Şıxlı  ədəbi  tərcümələrinin,  rus  şeirini 
Azərbaycan oxucusuna təkrarən sevdirəcəyinə tam əminəm!  
Bir  şeyə  də  diqqətinizi  çəkmək  istəyirəm  ki,  şairə 
yalnız tanınmış, ünlü yazarların əsərlərinə deyil, gənc, amma 
gələcəkdə öz sözünü deyə biləcək yazarların yaradıcılığına da 
müraciət edir. Bu isə, onun təbiiliyindən və sadəliyindən irəli 
gəlir. 
Ədəbiyyatın  hansı  janrı  olur-olsun,  Afaq  xanımın  hər 
bir  kəlməsinin  onun  oxucularına  əziz  və  doğma  olduğunu 
qətiyyətlə deyə bilərəm. 
 
Yuxusuz gecələrim, 
qızaran gözlərim,  
yorulan barmaqlarım, 
inciyən övladlarım  
şahiddir  
sənə olan sevgimə!  
Ədəbiyyatım! 
 

_________________________ Afaq Şıxlı  ________________________
 
~ 12 ~ 
 
Şairənin,  sadəcə  özü  üçün  qeyd  etdiyi  bu  bir  neçə 
misradan, 
yeganə 
və 
ömürlük  sevdası  adlandırdığı 
Ədəbiyyata olan böyük və qarşısıalınmaz sevgisi bəyan olur. 
Qəm,  kədər  insanı  bəlkə  də,  hər  şeydən  daha  çox 
saflaşdıran ülvi hislərdir. Odur ki, bir az təkliyə çəkilib xati-
rələrə dalmaq, xəyalən “insafsız sevgi”nin oduna yanmaq və 
bununla  da  ilahi  bir  saflığa  qovuşmaq  istəyirsinizsə,  izləyin 
Afaq Şıxlı yaradıcılığını, mütləq izləyin! 
 
 
İsaxan İSAXANLI 
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru 
Publisist, tərcüməçi 
 

_______________Yeddidən  1-i  Bədii tərcümələr_________________  
~ 13 ~ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DOST SÖZÜ 
 
 

_________________________ Afaq Şıxlı  ________________________
 
~ 14 ~ 
 
 
* * *  
Böyük rus şairi Jukovski deyirdi ki, nəsrin tərcüməçisi - 
nasirin  köləsi,  şeirin  tərcüməçisi  isə  şairin  rəqibidir!  Şairə 
Afaq  Şıxlının  bədii  tərcümələrini  oxuduqca  onun,  həqiqətən 
də, müəlliflərə  çox güclü bir rəqib olduğu aydınca görünür. 
Əlinizdəki kitabda toplanan tərcümələr arasında bir çox 
yazarlarla  yanaşı,  Anna  Axmatovanın  şeirləri  də  xüsusi  yer 
almışdır.  
Anna  Axmatova  və  Marin  Svetayevanın  əsərləri,  
məncə dünya şeirində qadın ilhamının böyüklüyünə şübhə ilə 
yanaşanlara ən tutarlı cavab olmuşdur. Zənnimcə, Afaq Şıxlı 
sevə-sevə  ana dilimizə tərcümə etdiyi Anna Axmatova kimi, 
Azərbaycan  şerini  daha  böyük  üfüqlərə  daşıya  biləcək  bir 
şairədir. 
Anna  Axmatova    -  A.  A.  və  Afaq  Şıxlı  Abdullayeva 
(həyat  yoldaşının  soyadı)    -  A.  A.  Hər  iki  şairin  ad,  soyad 
oxşarlığına fikir verirsinizmi?! Bu inisialların eyniliyi bizə nə 
deyir?  Sonra, şairələrin doğum günləri – 23 iyun və 25 iyun. 
Budamı  bir  təsadüfdür?  Diqqətlə  izləsək  bütün  bunların 
təsadüfü  olmadığını,  zaman  aralıqları  ilə  onların  tale 
bənzərliklərinin  və  ruhi  oxşarlıqlarının  var  oluşunu  görə 
bilərik.  
Mən  əminliklə  deyə  bilərəm  ki,  Afaq,  Anna 
Axmatovanın  şeirlərini  təsadüfən  yox,  şüuraltı  bir  fəhmlə  - 
tale  görəvi  kimi  tərcüməyə  başlamışdır.  Özü  də  necə  böyük 
sevgiylə və əzmlə! Bu şairələrin oxşar yönlərinin olması faktı 
danılmazdır. Ən əsası isə odur ki, Şeir – onların hər ikisi üçün 
qara  sevdadır!  Hər  şeylərini,  amma  hər  şeylərini  poeziya 
uğruna qurban verə bilərlər...  
 

_______________Yeddidən  1-i  Bədii tərcümələr_________________  
~ 15 ~ 
 
Afaqın  Anna  Axmatovadan  etdiyi  tərcümələrin  böyük 
məsulyyət  olduğunu  bilərək,  onu    hər  zaman  izləyirəm.  Bu 
yaxınlarda oxuduğum bir şeir diqqətimi çox çəkmişdi: 
 
...Gəlirik kiçicik bir kilsəyə biz, 
Kiməsə bəzənib nigah masası... 
Yayınır günahkar nəzərlərimiz - 
Niyə yazılmamış bizə bu yazı?! 
 
Sonra məzarlığa gəlib, yanaşı 
Torpağa çökürük... Tale də bir yük! 
Bir otaq çızarsan sən uzaqbaşı 
Hardakı -  nə vaxtsa... birgə... ömürlük... 
 
Bu  misralar  əsla  tərcümə  edilmiş  şeir  misraları  kimi 
oxunmur, orijinal bir mətn kimi qarşımıza çıxır.  
Bu  sözləri  Marina  Svetayevadan  etdiyi  tərcümələrə  də 
aid etmək olar. Marina Svetayeva yazırdı ki,
 
“Rusya, hansısa 
önəmli sözünü demək üçün, iradəmin ziddinə məni seçdi. Və 
tərifləyə-tərifləyə buna məni inandırıdı ki, bu fikirləri olduğu 
kimi  söyləməyi  yalnız  sən  bacara  bilərsən!”  Bu  mənada, 
bəlkə  nakam  sevdalar  da  özlərini  izhar  etmək  üçün  Afaq  
Şıxlını seçmişlər?  
 
Eşqimlə bərabər ağrı-acım var... 
Əzizlə, mehrinə ehtiyacım var! 
Yağışın səsitək xoşdu gülüşün... 
Ruhumu oxşayan kəlmələr düşün! 
 
Məncə,  hər  şey  bu  misralardan  aydın  olur:  rus  şeirinin 
ruhu və ana dilimizin şirinliyi bir arada. 

_________________________ Afaq Şıxlı  ________________________
 
~ 16 ~ 
 
Eyni  məna  və  dil  gözəlliyini  Türkiyə  tütkcəsindən 
etdiyi  tərcümələrdə  də  aydınca  görmək  olar!  Hər  iki  dili 
mükəmməl  bildiyindən,  hansı  şairi  tərcümə  etməsindən  asılı 
olmayaraq:  istər  klassikləri,  istər  müasir  yazarları  -  onun  
tərcümələrində  sözlər öz yerini tapır və buna görə də poetik 
ovqat yaradıb rahat nəfəs alır... 
 
Məmməd İSMAYIL  
Professor  
(Çanaqqala, Türkiyə) 
 
 
 
 

_______________Yeddidən  1-i  Bədii tərcümələr_________________  
~ 17 ~ 
 
 
* * *  
 
Afaq  Şıxlı  çağdaş  Azərbaycan  ədəbiyyatının  ciddi 
nümayəndələrindən  biridir.  Yaratdığı  ədəbi  nümunələr 
yeniliyi  və  aktuallığı  ilə  seçilir.  Nəzərimi  cəlb  edən  ən 
maraqlı əlamətlərdən biri də odur ki, şairənin əsərlərini bəzən 
klassik,  bəzən  isə  müasir  üslubda  yazılmış  nümunələr  kimi 
qəbul  etmək  olur.  Daha  çox  şeirləri  ilə  məşhurlaşan  Afaq 
xanım ilahi eşqi önə çəkməkdə haqlıdır. Çünki qalan nə varsa 
sonra gəlir...  
Onu  da  qeyd  edim  ki,  Afaq  Şıxlı  şeirlərində  həmişə 
qəribə bir yanğı, nisgil olub, indi də var. Bu isə heç şübhəsiz 
ki,  şeirin  gücünü  artıran  amillərdəndir.  Belə  şeirlər  oxucunu 
yalnız  təsirləndirmir,  həm  də  düşündürür.  Afaq  xanım 
xoşbəxt  şairdir,  çünki  şerilərinin  ünvanına  ancaq  və  ancaq 
xoş sözlər eşidir. Həm də, şairə şeirlərinə görə tanınır, şeirləri 
şairəyə görə yox. 
Tərcümələrinə  gəldikdə  isə,  tək  onu  demək  yetər  ki,  
rus dilindən çevirdiyi şeirlər özü ilə ruhunu, fəlsəfi aləmini da 
gətirir.  Müəllifin  kim  olduğu  haqda  məlumat  yazılmış 
olmasa,  elə  bilərsən  ki,  bu  şeirlər  elə  Azərbaycan  şairinin 
şeiridir; sözləri ilə, canlılığı, axıcılığı, fəlsəfəsi ilə...  
Afaq  Şıxlı  bədii  tərcümələrində  də,  ədəbi  ciddiliyi, 
səliqə-səhmanı,  yaratdıqlarının,  necə  deyərlər,  diriliyi, 
ölməzliyi  ilə  fərqlənir.  Bunlar  isə,  heç  şübhəsiz  ki,  yazarı 
sevdirən əsas amillərdəndir; oxucunu özəl və gözəl nəfəsə və 
həvəsə malik bu könül insanını,  onun  yaradıcı aləmini daha 
yaxından tanımağa sövq edir. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə