Gün ərzində çəkilən siqaretlərin sayı
x
Siqaret çəkmə “stajı”
20
10 qutu/il – əhəmiyyətli risk faktoru kimi qiymətləndirilir
25 qutu/il - qatı siqaret çəkən kimi qiymətləndirilir
DİFERENSİAL DİAQNOZ
ACXOX-un diferensial diaqnozu əsasən bronxial astma ilə
aparılır (A).
Bəzi klinik hallarda diferensial diaqnoz digər xəstəliklərlə aparıla
bilər: durğunluq ürək çatışmazlığı, ağ ciyərlərin ödemi,
bronxoektaziya xəstəliyi, vərəm, obliterasiya edici bronxiolit, diffuz
panbronxiolit.
Cədvəl №2. ACXOX-un diferensial diaqnostikası
Diaqnoz
Ehtimal olunan əlamətlər*
ACXOX
Orta yaşlarda başlanır;
Əlamətlər tədricən artır;
Anamnezdə uzun müddət siqaret çəkmə faktorunun
olması;
Fiziki aktivlik zamanı yaranan təngnəfəslik;
Bronxial obstruksiya əsasən geri dönməyən xarakter
daşıyır.
Bronxial astma
Cavan yaşlarda başlayır (əsasən uşaqlıq dövründə);
Simptomlar gündən-günə dəyişilir;
Simptomlar gecə və səhər tezdən baş verir;
Əsas xəstəliklə yanaşı allergiya, rinit və / və ya
ekzemanın olması;
Ailədə astmanın olması;
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
18
Bronxial obstruksiya əsasən geri dönən xarakter
daşıyır.
Dostları ilə paylaş: |