AğASƏF İmran


Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə9/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   5   6   7   8   9   10   11   12   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai 
tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə  məhsul 
istehsal edən, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq 
yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq  subyektidir. 
İstehsalla məşğul olan hər bir təşkilatın yaranması və yaşaması 
üçün sxemdə verilən 5 amil zəruridir: məqsəd, işçilər (personal), 
vəzifələr, struktur və texnologiya (Şəkil 1).  
  
 
 
 
                       


8
 
 
 
 
 
 
 
 
Şəkil  1.  Təşkilatın zəruri amilləri 
İstehsalla məşğul olan hər bir təşkilatın işləməsi üçün aşağıdakı 
elementlərin olması vacibdir: xammal; kapital; kadrlar; enerji; 
informasiya; texnologiya; avadanlıqlar; alətlər; nəqliyyat; idarəetmə 
və s. 
İstehsalla məşğul olan hər bir təşkilatın mövcudluğu üçün 
aşağıdakılar zəruridir: 
- Vəsaitlər (maddi, texnoloji, maliyyə, informasiya) və kadrlar. 
Xarici və daxili mühit (iqtisadi vəziyyət, bazar, tələbatçılar, 
rəqiblər, qanunçuluq, siyasi və sosial amillər, həmkarlar təşkilatı və 
s.). 
Üfüqi və şaquli əmək bölgüsü. 
Təsərrüfat şöbələri və bölmələri. 
İdarəetmə. 
Bütün hallarda (kiçik müəssisələr istisna olmaqla) təşkilatın 
idarə olunması üçün üç manqa – üç səviyyə vardır: 
-aşağı (texniki səviyyə); 
-orta (idarəetmə səviyyəsi); 
-ali  (institut səviyyəsi). 
İdarəetmə - təşkilatın məqsədini müəyyənləşdirib, bu məqsədə 
çatmaq üçün planlaşdırma, təşkiletmə, icra (motivləşdirmə) və 
nəzarət prosesləridir. 
 İdarəetmə səviyyələri arasında qarşılıqlı  əlaqələrin – həm 
şaquli, həm də üfüqi əlaqələrin qurulması, müəssisənin son məqsədə 
çatmasını təmin etmək işinə xidmət etməlidir. 


9
 
 
 
İdarəetmə səviyyələri ilə yanaşı, müəssisələrdə iyerarxiya 
quruluşundan asılı olaraq idarəetmə pillələri də yaradılır. Bu pillələr 
şaquli idarəetmə quruluşunda tabeçilik pillələrinin həlqələrini (skalyar 
zənciri) təşkil edirlər. 
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyəti özünün varlığı ərzində 
insanlara təsir göstərmək üçün idərəetmə üzrə cəmisi üç vasitə (üsul, 
alət) yaratmış və tətbiq etmişdir: asılılıq iyerarxiyası; mədəniyyət və 
bazar (Şəkil  2). 
Birinci vasitə - iyerarxiyadır. Bu idarəçilik üsulunda əsas amil, 
hakimiyyət və tabeçilikdir, yəni yuxarıdan aşağıya özünə tabe olanları 
işləməyə məcbur etmək, onları maddi cəhətdən asılı vəziyyətdə 
saxlamaq və tabe etmək münasibətlərinə  əsaslanır. Eynilə də, 
aşağıların yuxarılara tabe olmaları ideyaları aşılanır və bu 
münasibətlər sistemi cəmiyyətin əsas aparıcı qüvvəsi hesab olunur. 
Bu halda «qamçı və ya qoğal» prinsipinə daha çox üstünlük verilir. 
İkinci vasitə  mədəniyyətdir. Bu üsulun mahiyyəti ondadır ki, 
cəmiyyətin özünün işləyib hazırladığı və bəyəndiyi idarəetmə təsiri - 
mənəviyyat, sosial normalar, davranış qaydaları və digər mənəvi 
dəyərlər vasitəsilə həyata keçirilir. Bu halda zordan daha çox, 
mədəniyyətə üstünlük verilir.  
Üçüncü vasitə -  bazardır. Bu üsulda idarəetmənin mahiyyəti - 
bərabər  hüquqlu  üfüqi  əlaqələrin  qurulması,  mülkiyyət 
münasibətlərində qarşılıqlı maraqların bərabərliyi və tam azadlığı ilə 
bağlıdır.  

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin