Ağciyər toxumasında irinli və ya çürüntülü iltihabi prosesin inkişafı zamanı formalaşan və sağlam sahədən piogen kapsula ilə məhdudlanan boşluğun əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlik ağciyəri
Ağciyər toxumasında irinli və ya çürüntülü iltihabi prosesin inkişafı zamanı formalaşan və sağlam sahədən piogen kapsula ilə məhdudlanan boşluğun əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlik ağciyərin absesi kimi qəbul olunur.
Ağciyərin qanqrenası - başlanğıc mərhələdə ağciyər toxumasının massiv nekrozu ilə xarakterizə olunur və onun həcmindən, mikrofloranın virulentliyindən, orqanizmin ümumi vəziyyətindən asılı olaraq infeksion-destruktiv proses ətraf sağlam nahiyələrdən iltihabi-qranulyasion «yastıqla» məhdudlana bilər və ya məhdudlanma olmayan hallarda nekrotik prosesin proqressivləşməsi bütün ağciyərə yayıla bilər (ağciyərin yayılmış qanqrenası).