Agree appraisal instrument



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#1780
1   2   3   4   5   6   7   8   9   ...   25
 

Sorğu vəsaitinin məqsədi  

 

AGREE sorğu vəsaiti (Appraisal of Guidelines Research and Evaluation/ Klinik  

protokolların ekspertizası və qiymətləndirilməsi  üzrə sorğu vəsaiti) klinik tövsiyələrin 

keyfiyyətinin qiymətləndirilməsi  üçün istifadə olunur.   

Klinik tövsiyələr “həkim və pasiyentlərə müəyyən klinik vəziyyətlərdə düzgün tibbi 

qərarların qəbul edilməsində yardım etmək məqsədilə sistematik şəkildə hazırlanan 

müddəalardır” 

1

. Bu tövsiyələrin məqsədi  - “həkimlərin fəaliyyətinə təsir göstərmək 



üçün onlara ətraflı göstərişlər verməkdir” 

2

.  



 

Biz klinik tövsiyələri o zaman keyfiyyətli hesab edirik ki,  onların hazırlanmasında 

sistematik səhv riskini aşağı salmaq üçün adekvat tədbirlər görülmüş olsun, onlar həm 

konkret xəstə, həm də xəstələrin populyasiyası üçün effektiv olsun və praktikada 

istifadə  edilə bilsin.  

 

Klinik tövsiyələri qiymətləndirərkən, təklif olunan metodların effektivliyi



təhlükəsizliyi və dəyəri ilə bərabər, onların istifadəsinin praktik aspektlərini də nəzərə 

almaq lazımdır. Beləliklə,  klinik tövsiyələrin ekspertizası onların hazırlanmasında 

istifadə olunan metodikaların qiymətləndirilməsini, tövsiyələrin son variantının 

məzmununu və onların tətbiqi ilə bağlı faktorları özünə daxil edir.  

 

AGREE sorğu vəsaiti təqdim olunan materialın keyfiyyəti ilə bərabər, tövsiyələrin bəzi 



aspektlərinin keyfiyyətini də qiymətləndirməyə imkan verir. O, klinik tövsiyələrin 

gözlənilən effektivliyini,  yəni arzu olunan nəticənin əldə olunması ehtimalının 

qiymətləndirilməsini təmin edir. Sorğu vasitəsi tövsiyələrin xəstəliyin klinik nəticəsinə 

təsirini qiymətləndirməyə imkan vermir.  

 

AGREE sorğu vəsaitində istifadə olunan qiymətləndirmə meyarlarının əksəriyyəti 



təcrübi sübutlardan  daha çox nəzəri fərziyyələr üzərində qurulmuşdur. Onlar, klinik 

tövsiyələr sahəsində  geniş təcrübə və biliklərə malik olan və bir neçə ölkəni təmsil 

edən

 mütəxəssislərin müzakirəsi nəticəsində işlənib hazırlanmışdır. Beləliklə, AGREE 



sorğu vəsaitinə  hazırkı məsələ üzrə bu gün  mövcud olan fikirləri əks etdirən bir 

sənəd kimi baxılmalıdır.      

  


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin