Ağız boşluğunun selikli qişanın quruluşu və funksiyaları



Yüklə 15 Kb.
tarix02.01.2022
ölçüsü15 Kb.
#40803
agiz boslugu


Ağız boşluğunun selikli qişanın quruluşu və funksiyaları

Ağız boşluğu orqanları və toxumalarının quruluşu və funksiyası. Həkim-stomatoloqun əsas vəzifəsi ağız boşluğu orqnlarının quruluşunu və funksiyasını, həmçinin onların digər orqan və sistemlərlə əlaqəsini mükəmməl öyrənməkdir. Ağız boşluğu (cavitas oris) həzm sisteminin başlanğıcıdır. O,öndən və yanlardan dodaqlar və yanaqlarla, yuxarıdan-sərt və yumşaq damaqla, aşağıdan ağız boşluğu dibi ilə əhatə olumuşdur. Dodaqlar bitişik olduğu halda ağız dəliyi şırım şəklini, açıq olanda isə dairəvi forma alır. Ağız boşluğu iki şöbədən ibarətdir: ön və ya ağz dəhlizi (vestibulum oris) və arxa şöbə: bilabasitə ağız boşluğu: (cavitas oris propria) Ağız dəhlizi öndən və yanlardan dodaqlar və yanaqlarla,arxadan və daxildən dişlərlə və aşağı və yuxarı çənələrin alveolyar çıxıntılarının selikli qişası ilə əhatə olumuşdur. Biləvasitə ağız boşluğu əsnək vasitəsilə udlaq boşluğu ilə birləşir. Ağız boşluğunun formalaşması embrionun həyatının ikinci ayının sonuna təsadüf edir, ki, bu da kəllə sümüklərinin inkişafı ilə sıx bağlıdır. Məhz bu dövrdə inkişaf anomaliyalarının əmələ gəlmə riski daha böyükdür. Məsələn, mezial burun çıxıtısının alın çıxıntısı yuxarı çənənin bir və ya iki çıxıntısı ilə bitişmirsə, onda yumşaq toxumalarda yarıq əmələ gəlir. Əgər sərt damağın sağ və sol çıxıntıları bitişmirsə, onda sərt damağın yarığı əmələ gəlir. Ağızın selikli qişası. Ağızın selikli qişasının quruluşu. Dəhliz və biləvasitə ağız boşluğu selikli qişa ilə örtülmüşdür. Ağızın selikli qişası (tunuka mukoza oris) 3 qatdan ibarətdir: epitelial, selikli qişanın xüsusi lövhəsi və selikaltı əsas. Epitelial qat. Ağızın selikli qişası çoxqatlı yastı epiteldən ibarətdir. Onun quruluşu ağız boşluğunun müxtəlif nahiyələrində qeyri- bərabərdir. Dodaqlarda, yanaqlarda, yumşaq damaqda, ağız dibində epitel normal halda buynuzlaşmır, bazal və tikanlı qatlardan ibarətdir. Sərt damağın və diş ətinin epiteli normal halda buynuzlaşır, çünki o yuxarıda göstərilən qatlardan başqa dənəli və buynuz qatlardan ibarətdir. Hesab olunur ki, buynuzlaşma qıcıqlandırıcılara, (ilk növbədə mexaniki ) qarşı epitelin cavab reaksiyasıdır. Bazal qatın hüceyrələri arasında xüsusi leykositlər yerləşir. Onlar epiteldən keçib ağız boşluğuna, xüsusən də diş əti şırımına keçə bilirlər və ağız mayesində aşkarlanırlar. Epitelin bəzi nahiyələrində melanin əmələ gətirən hüceyrələrə-melanositlərə rast gəlinir. Ağızın selikli qişasının epiteli ferment sistemlərinin yüksək aktivliyi ilə seçilir. Epitelial qat ilə selikli qişanın xüsusi lövhəsinin sərhədində lifli strukturdan ibarət olan bazal membrana yerləşir. Selikli qişanın xüsusi lövhəsi (lamina mucoza propria) epitelin altında yerləşir və sıx birləşdirici toxumadan ibarətdir. Epitellə sərhədində o, epitelin müxtəlif dərinliklərinə gedib çıxan çoxsaylı çıxıntılar-məməciklər əmələ gətirir. Birləşdirici toxuma lifli strukturlardan─kollagen və retikulyar liflərdən və hüceyrə elementlərindən─fibroblastlardan, tosqun və plazmatik hüceyrələrdən, seqmentnüvəli leykositlərdən təşkil olunmuşdur. Yanağın və dodağın selikli qişasının xüsusi lövhəsi hüceyrələrlə daha zəngindir. Müdafiə funksiyasını yerinə yetirən makrofaqlar bakteriyaların və ölmüş hüceyrələrin faqositozunda iştirak edirlər. Onlar iltihabi və immun reaksiyalarinda aktiv iştirak edirlər. Labrositlər (tosqun hüceyrələr) bioloji aktiv maddələr-heparin, histamin istehsal etmək xüsusiyyətinə malikdirlər ki, onlar da mikrosirkulyasiyanı və damarların keçiriciliyini təmin edirlər. Labrositlər asta tipli hiperergik reaksiyalarda iştirak edirlər. Selikli qişanın xüsusi lövhəsi sərhədsiz olaraq birbaşa selikaltı əsasa (tunuka submucoza) keçir ki, bu da daha çox kövşək birləşdirici toxumadan təşkil olunmuşdur. Selikaltı əsasda kiçik damarlar yerləşir ki, onlara da yalançı tüpürcək vəziləri deyirlər Selikaltı əsasın qalınlığı ağızın selili qişasının hərəkətliliyini müəyyən edir. Ağzın selikli qişasının innervasiyası. Damağın, yanağın, dodağın, dişlərin və dilin ön 2/3 hissəsinin hissi reaksiyaları üçlü sinirin (kəllə sinirlərinin V cütü), (onun şaxələri periferik düyünləri əmələ gətirir (qasserova)vasitəsilə həyata keçirilir. Dilin arxa 1/3 hissəsinin hissi innervasiyası dil-udlaq siniri(IX cüt) vasitəsilə həyata keçirilir,hansı ki,dilin arxa 1/3 hissəsindən dad hissiyyatını da qəbul edir.Dilin ön 2/3 hissəsinin dad hissiyyatını üz siniri(VII cüt)həyata keçirir. Simpatik liflər selikli qişanın qan təchizatının və tüpürcək vəzilərinin sekresiyasının innervasiyasını təmin edir. Ağızın müxtəlif nahiyələrində selikli qişanın quruluşu. Dodaqlar. Dodaqların qırmızı haşiyəsi dəri ilə selikli qişa arasında keçid zonasıdır. Dodaqların qırmızı haşiyəsi üzərində tük və tər vəziləri olmasa da, lakin piy vəziləri qalmışdır.Selikaltı qat yoxdur, lakin əzələ qatının və selikli qişanın sərhədində çoxlu miqdarda kiçik tüpürcək vəziləri yerləşir.Dodaqların qırmızı haşiyəsi çoxqatlı buynuzlaşan yastı epitellə örtülsə də, ağız dəhlizi tərəfdən çoxqatlı buynuzlaşmayan epitellə örtülmüşdür. Yuxarı və aşağı dodaq yüyənləri diş ətinə doğru uzandıqda dişlərin bir-birindən aralanması (diastema) baş verir. Yanaqlar.Yanaqlar selikli qişanın hərəkətliliyinə səbəb olan kəskin ifadə olunmuş selikaltı qatdan ibarətdir. Ağızın bağlanması zamanı selikli qişa büküşlər əmələ gətirir.Selikaltı əsasda çoxlu sayda kiçik damarlar,piy vəziləri(Fordays vəziləri),hərdən konqlomeratlar yaradan sarımtıl rəngdə törəmələr yerləşir. Çox vaxt bu törəmələri patoloji törəmələrlə səhv salırlar. Yuxarı çənənin 2-ci böyük azı dişi səviyyəsində (2-ci molyar) yanaqların selikli qişasına qulaq ətrafı tüpürcək vəzilərinin axacağı açılır ki, onun epiteli buynuzlaşmır. Diş əti. Anatomik olaraq diş əti üç hissədən ibarətdir.Marginal və ya ətraf, alveolyar və ya tərpənməyən və papilyar və ya diş əti. Diş ətində selikaltı qat yoxdur, ona görə də selikli qişa sümüküstlüyü ilə sıx surətdə birləşmişdir. Alveolyar çıxıntısının kənar hissəsinin epiteli isə buynuzlaşır. Sərt damaq. Sərt damağın selikli qişası müxtəlif quruluşludur. Damaq tikişi və damağın alveolyar çıxıntıya keçidində selikaltı əsas yoxdur və selikli qişa sıx surətdə sümüküstlüyünə birləşmişdir. Sərt damağın ön şöbəsində selikaltı əsasda piy toxumaları, arxa şöbəsində isə selik vəziləri yerləşir ki, bu da həmin nahiyələrdə selikli qişanın elastik olmasının təzahürüdür. Damaqda həmçinin mərkəzi kəsici dişlərin yaxınlığında kəsici məməcik vardır ki, o da sümük toxumasında yerləşən kəsici dəliyə uyğun gəlir. Sərt damağın ön 1/3 hissəsində damaq tikişindən hər iki tərəfə 3-4 büküş ayrılır. Yumşaq damaq. Yumşaq damağın selikli qişası selikaltı əsasın və selikli qişanın xüsusi lövhəsinin sərhədində çoxlu miqdarda elastiki liflərlə xarakterizə olunur (Selikli qişanın əzələ lövhəsi yoxdur). Selikaltı əsasda selikli tüpürcək vəziləri yerləşir. Çoxqatlı yastı epitel buynuzlaşmır, amma bəzi nahiyələrdə titrəyici əlamətlər qazanır. Ağız boşluğunun dibi. Ağız boşluğu dibinin selikli qişası kəskin ifadə olumuş selikaltı qatın hesabına çox hərəkətlidir və normada buynuzlaşmır. Dil. Ağız boşluğunun əzələli orqanı olub, çeynəmədə, sormada, udmada, artikulyasiyada və dadın müəyyən edilməsində iştirak edir. Dilin zirvəsi( ucu), cismi və kökü, həmçinin yuxarı (arxası), aşağı səthi və yan kənarları vardır. Dilin aşağı səthi üzərində yerləşən cüt saçaqlı büküşlərlə dil yüyəni vasitəsilə ağız dibi ilə birləşir. Dili selikli qişası çoxqatlı buynuzlaşmayan və ya qismən buynuzlaşan (sapvari məməciklər) epiteldən və selikli qişanın xüsusi lövhəsindən ibarətir. Dilin aşağı səthi hamar olub, çoxqatlı buynuzlaşmayan epitellə örtülmüşdür. Selikaltı qatın hesabına o hərəkətlidir. Dilin yuxarı səthində selikli qişa əzələlərdə sıx şəkildə fiksasiya olunmuşdur. Dilin arxa 1/3 hissəsində böyük və kiçik follikullar şəklində limfoid toxumasının yığılması müşahidə edilir.Limfoid toxuması çəhrayı rəngdədir,lakin göyümtül çaları ola bilər. Bu limfoepitelial törəmə dil badamcığı adını daşıyır.Dilin arxa şöbəsində selikaltı əsasda kiçik tüpürcək vəziləri yerləşir və ifrazatın xarakterinə görə üç hissəyə bölünür: seroz, selikli və qarışıq. Dilin selikli qişasının xüsusi lövhəsi onu örtən epitellə çıxıntılar-dil məməcikləri əmələ gətirir. Sapvari, göbələkvari, yarpaqvari və novşəkilli məməciklər vardır.
Yüklə 15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin