Ailədə uşaqların tərbiyəsində aşağıdakı pedaqoji prinsiplərə əməl edilməlidir:
1. Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Bəzi valideynlər uşağın hansı yaşda olduğuna fikir vermir, kiçiyə də, böyüyə də eyni tələbkarlıqla yanaşırlar. Əgər uşaqlar evdə səs salır, heç cür sakitləşmirsə, ata, yaxud ana mübahisəni kəsmək üçün onların hər birinə eyni tərzdə ciddi təsir göstərir. Bu ciddilik uşaqların hər birinə müxtəlif cür təsir göstərir. Böyük yaşlı uşaqlar bu münasibəti adi qarşılayır, kiçik yaşlılar özlərini yığışdırır, lap balacalar isə ağlamsınınb dururlar. Demək tələb yaşa uyğun olmalıdır.