Ailənin pedaqoji-psixoloji əsasları və funksiyaları Ailə


Ailənin bərpaedici funksiyası



Yüklə 150,87 Kb.
səhifə5/43
tarix28.12.2021
ölçüsü150,87 Kb.
#48235
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   43
ailə tərbiyəsi

Ailənin bərpaedici funksiyası insan üçün sağlamlaşdırıcı, psixoterapevtik mühitdir. Bu mühitdə ailədaxili ünsiyyət önəmli əhə­miyyət kəsb edir. İnsan həyatının mühüm hissəsi ailədə-həyat yol­daşı, uşaqlar və qohumlarla ünsiyyətdə keçir. Bu ünsiyyətin düz­gün bərpası ailənin gələcək imkanlarını və inkişafını şərtləndirir.

Burada ər-arvadın şəxsi həyatı ilə bağlı məsələlər əhəmiyyət kəsb edir. Səmimi və qarşılıqlı hörmət və məhəbbət əsasında qu­ru­lan ünsiyyət ailədəki bütün yorğunluqları aradan qaldırır, prob­lem­lərin asan həlli yollarını tapır. Bu əsasən qadın və kişinin bir-birinə münasibətində və uşaqların valideynlərə olan münasibətində təzahür edir. Ana-ata və uşaqların ünsiyyəti, onların istirahəti üçün mənəvi-psixoloji şəraitin yaradılması, asudə vaxtın səmərəli təşkili və s. məsələlər ailənin bərpaedici funksiyasına daxildir. Qeyd etdiyimiz funksiyaların spesifik mahiyyətinə nəzər salsaq, görərik ki, bunların hamısında əsas aparıcı qüvvə ər və arvad birliyidir. Ailə münasibət­ləri, məhz bu birlikdə zühur edir. Ailədaxili münasibətlər ailəyə məxsus tipoloji xüsusiyyətləri əks etdirir.

Ailə məsələlərində pedaqoji-psixoloji münasibətlər mühüm rol oynayır. Ailə münasibətləri cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlərlə də bilavasitə bağlıdır. Cəmiyyət dəyişdikcə ailə də dəyişir və inkişaf edir. Elə bu mənada qeyd etmək lazımdır ki, bir vaxtlar mürəkkəb ailələrin hökm sürdüyü cəmiyyətdə artıq nuklear­laş­mış ailələr üstünlük təşkil edir. Cəmiyyətin əsas özəyi olmaqla ailə orada olan bütün dəyişikliklərə öz münasibətini bildirir. Ailə qar­şılıqlı münasibətlərin mənəvi aspektinə yönəlmişdir, belə ki, o eyni zamanda həm sosioloji, həm də bioloji quruluşdur.

Müasir dünyada ailənin əsasən üç müxtəlif növü geniş ya­yıl­mışdır:



  1. Ər və arvad cütlüyü – övlad və övladsız ailələr (nuklear ailə)

  2. Valideynlərdən birinin övladları ilə yaşadığı ailələr (nata­mam ailə)

  3. Ər və arvad cütlüyü ilə övlad və ya övladsız ailələr; ər və ar­vad valideynləri ilə və ya başqa qohumları ilə birlikdə olan ailələr (mürəkkəb ailə)

Mürəkkəb ailə üç və ya daha çox nəsildən – baba, nənə, ata-ana, bibi, əmi və uşaqlardan ibarət ola bilir. Belə ailələr tərkibcə mürəkkəb xarakter daşıyır. Burada yalnız bir neçə nəslin yaşaması ilə yanaşı, uşaqların sayı da mühüm yer tutur.


Yüklə 150,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin