Ailənin pedaqoji-psixoloji əsasları və funksiyaları Ailə



Yüklə 150,87 Kb.
səhifə6/43
tarix28.12.2021
ölçüsü150,87 Kb.
#48235
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   43
ailə tərbiyəsi

Nuklear ailə nədir? Bu sadə ailəyə məxsus olmaqla ailə tipi he­sab olunur, latınca nuşleus – nüvə deməkdir. Nuklear ailənin tip­lə­ri uşaqların sayına görə fərqləndirilir. Bir və iki uşaqlı ailələr az uşaq­lı, üç və dörd uşaqdan ibarət olanlar orta uşaqlı ailə tiplərinə bölünür.

Azərbaycan pedaqoq və psixoloq alimlərindən qeyd edir­lər ki, Azərbaycan ailəsi uşağa bağlıdır. Uşaq hər bir ata-ana qəlbinin kövrək hisslərini ifadə edir. Təkuşaqlı ailələrdə isə uşağın ünsiyyət tələbatı az təmin olunur, çox vaxt isə təmin olunmur. Belə ki, ailədə bacı və qardaşın olmaması uşaq üçün psixoloji amilə çevrilir. De­mo­qrafiyada müasir ailəni xarakterizə etmək üçün sadə və mürək-kəb ailə ilə yanaşı, tam və natamam ailə terminlərindən də istifadə olu­nur. Ailənin tam və natamam olması şəxsiyyətlərarası müna­sibət­lər sferasında ər və arvadın varlığına əsasən müəyyən edilir. Əgər ailədə ər və arvad bir yerdə yaşayırsa bu tam ailə hesab olu­nur. Əgər ər və ya arvad vəfat etmişsə, yaxud boşanmışdırsa bu zaman ailə natamam ailəyə çevrilir. Qeyd etmək lazımdır ki, nata­mam ailələrdə bir sıra çətinliklər meydana çıxır. Bu çətinliklər nata­mam ailənin formasından asılı olaraq müxtəlif olur. Belə ki, əgər ata, yaxud ana vəfat etmişsə ailəyə maddi tərəfdən ziyan dəyir, ailə­nin mənəvi dayaqları dağılmır, çətinliklər aradan qaldırılır, uşaqlar da böyüyürlər.

Boşanmış natamam ailələrdə isə məsələ bir qədər dərinləşir. Boşanma ailənin özəyini təşkil edən münasibətləri pozur. Qeyd et­mək lazımdır ki, ailədə baş verən hər cür dava-dalaş boşanma ilə nə­ticələnməyə də bilər. Bu ailədə tərəflərin şəxsi keyfiyyətlərindən asılıdır. Əlbəttə ki, ailələrdə baş verən böhranların səbəbləri müx­tə­lif cür olur. Hər hansı səbəbdən asılı olmayaraq ailədə yaranan zid­diyyət və böhranın ziyanı uşaqlara dəyir. Sosioloqlar ər və arvadın mübahisəsini, dava-dalaşını döyüşə bənzədərək qeyd edirlər ki, bu döyüşdə qalib yoxdur, məğlub olan var. Onlar dava-dalaşla hör­mətdən düşürlər. Eyni zamanda sosioloqlar bu kontekstdə uğurlu və uğursuz ailə terminlərindən istifadə etmişlər. Müəyyən edil­miş­dir ki, uğurlu ailələrin hamısı bir-birinə oxşayır. Uğursuz ailələrə gəl­dik­də isə onların hər birinin öz təcümeyi-halı var.

Ailə mədəniyyəti” anlayışı vardır. Ailə mədəniyyəti bir-birinə səmimi hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimad­dan, fikir və hissləri qarşılıqlı şəkildə bölüşdürməkdən, yeri gəl­dik­də güzəştə getməkdən asılıdır. Ailədaxili və onun ətrafındakı psi­xo­loji iqlim uşaqların bir şəxsiyyət kimi formalaşmasında mühüm əhə­miy­yət kəsb edir. Ailədaxili və onun ətrafındakı psixoloji iqlim uşaq­­ların bir şəxsiyyət kimi formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.




Yüklə 150,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin