dünyanın nüfuzlu Onkoloji elmi assosiasiyaları
və elmi cəmiyyətlərinin üzvü, Əməkdar elm xa-
dimi, tibb elmləri doktoru, professor Cəmil Əli-
yevin 70 yaşı tamam olub.
Cəmil Əziz oğlu Əliyev 30 mart 1946-cı ildə
görkəmli ictimai və dövlət xadimi, əməkdar həkim,
Azərbaycanın nüfuzlu şəxsiyyətlərindən biri olan
professor Əziz Əliyevin ailəsində anadan olub.
C.Ə.Əliyev N.Nərimanov adına Azərbaycan Dövlət
Tibb İnstitutunu bitirdikdən sonra bir müddət Əziz
Əliyev adına Azərbaycan Dövlət Həkimləri Tək-
milləşdirmə İnstitutunun onkologiya kafedrasında
baş laborant vəzifəsində çalışıb. C.Ə.Əliyev elmi-
pedaqoji və həkimlik fəaliyyətinə başladığı ilk gün-
lərdən onkologiya elminə hədsiz həvəs göstərmiş
və professor A.Abbasovun rəhbərliyi altında elmi-
tədqiqat işləri aparmağa başlayıb. Onun əməksevər-
liyi istedadının parlamasına zəmin yaradıb və o, az
vaxt içərisində 1973-cü ildə “Alt dodağındərisinin
və ağız boşluğunun selikli qişasının xərçənginin
diaqnostika və müalicəsi” mövzusu üzrə namizədlik
dissertasiyası müdafiə edərək tibb elmləri namizədi
elmi dərəcəsinə layiq görülüb. Bundan sonra gənc
alim elmi axtarışlarını SSRİ Tibb Elmləri Akademi-
yasının Moskva şəhərində yerləşən Ümumittifaq
Onkoloji Elmi Mərkəzində (ÜOEM) doktorantura-
da davam etdirib.
C.Ə.Əliyev tədqiqatlarını akademik N.N.Bloxin
və akademik N.N.Trapeznikovun məsləhətçiliyi ilə
aparıb. Onun doktorluq dissertasiyası işi onkologi-
yanın çox çətin sahələrindən olan onkoloji xəstələrin
müalicəsində dəri plastikasının tədbiqi məsələlərinə
həsr olunmuşdu.O, Moskvada öz fəaliyyətini təkcə
elmi işlərlə məhdudlaşdırmır, praktiki cərrahlıq işləri
ilə də ciddi məşğul olur, bu sahəni gündən-günə tək-
milləşdirir, praktiki vərdişlərə yiyələnirdi. Praktiki
cərrahi əməliyyatların əksəriyyəti ÜOEM-in kliniki
bazası olan Podolsk Mərkəzi Xəstəxanasında apa-
rılırdı. O dövrdə Podolsk Mərkəzi Xəstəxanasında
qazanılan təcrübə akademik Cəmil Əliyevin virtuoz
cərrah kimi yetişməsində böyük rol oynayır.
Cəmil Əliyev keçmiş SSRİ-nin digər müttəfiq
respublikalarından elmi-tədqiqat işi üçün material-
lar toplayırdı. O, həmin dövrdə dəri xərçənginin ən
çox rast gəlinən bölgələrdən olan Tacikistan Res-
publikasında dəfələrlə ezamiyyətlərdə olmuş və
oradan elmi-tədqiqat işi üçün çox qiymətli material-
lar gətirmişdi.
C.Ə.Əliyev 1978-ci ildə SSRİ TEA-nın Ümum-
ittifaq Onkoloji Elmi Mərkəzində böyük müvəf-
fəqiyyətlə “Dəri xərçəngi və melanomasında plastik
cərrahiyyə əməliyyatları” mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru
elmi dərəcəsinə layiq görüldü. ÜOEM-in direktoru
akademik N.N.Bloxin və akademik N.N.Trapezni-
kov ona Moskvada qalmağı və ÜOEM-in endokri-
nologiya şöbəsinə rəhbərlik etməyi təklif etdilər.
Lakin Cəmil Əliyev məmnunluq doğuran təkliflərə
minnətdarlığını bildirərək, Bakıya qayıtmaq və son-
rakı fəaliyyətini Azərbaycanda davam etdirmək is-
təyində olduğunu bildirdi.
O, 1978-ci ildə Rentgenologiya, Radiologiya
və Onkologiya Elmi-Tədqiqat İnstitutunun ümumi
onkologiya şöbəsinin rəhbəri vəzifəsinə seçildi
(1988-ci ildə bu institut Respublika Onkoloji Elmi
Mərkəzi, 1995-ci ildə Milli Onkoloji Mərkəz, 2004-
cü ildə isə Azərbaycan Respublikası Səhiyyə Nazir-
liyinin Onkoloji Elmi Mərkəzi, sonra isə yenidən
|