Akademik Zərifə Əliyeva adına liseyin həyatımdakı rolu və 2015-2016-cı tədris ilindəki uğurlarım



Yüklə 6.28 Kb.

tarix23.12.2016
ölçüsü6.28 Kb.

“Akademik Zərifə Əliyeva adına liseyin həyatımdakı rolu 

və 2015-2016-cı tədris ilindəki uğurlarım”

Bu il mən bilik səviyyəmi artırmaq üçün Akademik Zərifə Əliyeva adına liseyə 

daxil oldum.Liseyə ilk addımımı atdığımda bir az çəkinirdim,çünki heç kimi 

tanımırdım və heç kim də məni tanımırdı.Müəllimlər isə bilik səviyyəmizin nə yerdə 

olduğunu öyrənmək üçün bizə tədris ilinin əvvəlində suallar verirdilər.Düzünü demək 

lazım olarsa, ilk gələndə mənim bilik səviyyəm digər şagirdlərdən aşağı idi.Mən isə 

bunu istəmirdim.Biz hər ay LQT ( Liseydaxili Qiymətləndirmə Testləri) imtahanı 

verirdik və bu zaman elə bil hamı bir-birilə yarışırdı.Mən də digər şagirdlərdən geri 

qalmaq istəmirdim.Buna görə də öz üzərimdə işləməyə başladım və bu təkcə mənə 

aid deyildi.Hamı öz üzərində işləyir, biliyini artırmağa cəhd göstərirdi.Əlbəttə, bu 

məsələdə müəllimlər bizə çox böyük köməklik göstərirdilər.Getdikcə 

narahatlıqlarımız azalır, uşaqlara, müəllimlərə öyrəşirdik.Hər ay LQT nəticələrimiz 

artır, getdikcə ruhlanır, daha çox çalışırdıq.Biz ballarımızı artırdıqca müəllimlər də 

sevinir və nikbinlikləri bizlərə də təsir edirdi. Biz əlavə materiallar keçir, testlər 

üzərində  işləyirdik.Liseydəki imtahanlar yalnızca LQT-lərlə bitmirdi.Hər yarımilin 

sonunda BSQ imtahanları verirdik ki, bu da rüblüyümüzə 60% təsir göstərirdi.İl 

boyunca təkcə müəllimlərə yox, həm də uşaqlara da öyrəşirdik.Yeni dostlar 

qazanırdıq. Burada hər şeyin çox fərqli olduğunu öyrənmək üçün mənə 9 ay tamamilə 

yetərli oldu.İlin sonunda biz yenidən qəbul imtahanı verməliyik.Bu dəfə hər şeyin 

daha yaxşı olacağını hiss edirəm.Artıq mən bu liseyin şagirdiyəm və qayda- qanunları 

ilə tanışam.Ümid edirəm ,gələn il hamımız üçün daha asan və daha rahat olacaq.

                                                                                                       

Afaq Həşimova







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə