Akvinali forma



Yüklə 16,18 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü16,18 Kb.
#35480
növüYazı
1   2
Avropa tarixi

AKVINALI FORMA

İqtisadi həyatın, təsərrüfat fəaliyyətinin dini etik prinsiplərə əsaslandığı orta əsrlərdə yaranmış kononist nəzəriyyənin ən nüfuzlu simalarından biri Foma Akvinski olmuşdur. Akvinski qiymət, onun növləri, mübadilə, ticarət, faiz, pul, əmək, renta və s. haqqında maraqlı mülahizələr söyləmiş və bunu dini ehkamlarla əsaslandırmışdır. İtaliyanın Akvino şəhərində, zadəgan ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarında Dominikan ordeninin mənsublarından olmuşdur. İlk təhsilini monastır məktəbində almış, daha sonra Neapol, Paris, Köln şəhərlərində universitetdə oxumuşdur. O, xristian fəlsəfəsinin banilərindən biri və filosofların knyazı hesab edilir. Akvinski deyirdi ki, mübadilə, alqı-satqı, qiymət qoyulması, əməyin haqqının ödənilməsində “ədalət” prinsipi əsas tutulmalıdır. Məhz bu prinsipə əsaslanaraq “ədalətli qiymət” ideyasını irəli sürmüşdü. Akvinski qiymətlə bağlı baxışlarında “ədalətli qiyməti” cari bazar qiyməti ilə ey­niləşdirir və qeyd edirdi ki, “ədalətli qiymət” təkcə istehsal və tədavül xərclə­rini ödəməməli, həm də kübar dairələrə mənsub olan adamların yaşamasını təmin etməlidir. Bununla o, silki mənafeləri müdafiə edir, mübadiləni qazanca bərabər olan xa­lis subyektiv akt və şeyləri, onların qiymətindən baha satmağı kübar hakimiyyətinin hüququ hesab edirdi. Beləliklə, qiymət­qoyma prosesini istehsalçıların ictimai statusu ilə müəyyən edir və bu prosesi mübadilə iştirakçılarının ictimai statusun­dan asılı etmiş olurdu. Akvinski “təbii” və “bazar” qiymətlərini eyniləşdirməklə yanaşı, onların arasında əsaslı fərq olduğunu bildirmiş, “ədalətli qiymətin” Allah tərəfindən müəyyən edilməsi haqqında fikir formalaşdırmışdı. Foma ortodoksal sxolastikanın əsaslarını qoymuş, habelə Aristotelin fəlsəfəsi ilə xristian ilahiyyatını uzlaşdırmağı bacarmışdır. Foma antik alimlərlə yanaşı, məşhur müsəlman filosofları İbn Sina və İbn Rüşdün əsərlərindən də faydalanmışdır. Onun din və fəlsəfə münasibətlərinə dair misalları əsrlər boyu Avropa fikir dünyasında hakim düşüncələrdən olmuşdur.1323-cü ildə doğulduğu yerə görə Akvinat adlandırılmış, 1567-ci ildə beşinci kilsə atası elan olunmuşdur. Foma Akvinat öz fəlsəfəsini Aristotel təliminin idealist ünsürlərini (hərəkətsiz dünyanın ilk təkanvericisi haqqında təlim və b.) gücləndirmək yolu ilə işləmişdir. Akvinatın fəlsəfəsinə neoplatonizmin də təsiri olmuşdur. Din və zəkanın ahəngdarlığı Akvinatın əsas fəlsəfi prinsipidir. Onun fikrincə zəka iradədən yüksəkdir, lakin həyatda Allaha məhəbbət Allahı dərk etməkdən daha mühümdür. Foma Akvinat bütün mövcudatı Allahın yaratdığı iyerarxiya qaydasına tabe edirdi. Əsas əsərləri: "Bütpərəstlər əleyhinə külliyyat" (1261-64), "Teologiya külliyyatı" (1265-73). 1879-cu ildə Foma Akvinatın sxolastik sistemi katolisizmin yeganə həqiqi fəlsəfəsi elan olunmuşdur. Filosofun fikrincə, fəlsəfə və ilahiyyat bir-birindən fərqlidir. Fəlsəfə idrak, ilahiyyat isə vəhy həqiqətini öyrənir. Fəlsəfə ilahiyyata xidmət edir və ondan aşağı mövqedə olmalıdır. Foma fəlsəfə ilə ilahiyyatı insan ağlı və Tanrı müdrikliyi kimi qavramış və birincinin ikinci qarşısındakı acizliyinin təbii qəbul edildiyini vurğulamışdır. O, Tanrı elminin yalnız vəhy yoluyla öyrənildiyini bildirmişdir.Aristotel həqiqəti dörd sütuna-təcrübə, sənət, bilik və müdrikliyə ayırmışdır. Foma isə bunun əksinə, müdrikliyi müstəqil mövcud olan və Tanrı haqqında məlumatları ehtiva edən həqiqət kimi qəbul etmişdir. Filosof müdrikliyin üç pilləsi olduğunu bildirmişdir.Bunlar ilahi nemət, ilahiyyat (ağıldan istifadə edən iman müdrikliyi) və metafizikdir (varlığın mahiyyətini dərk etmiş ağlın müdrikliyi) pillələridir.Onun fikrincə, vəhyin müəyyən hissəsinin insan ağlı ilə dərki mümkün (məsələn, Tanrının vahid olması), digərinin dərki isə qeyri-mümkündür (Müqəddəs üçlük və Həzrət İsanın dirilməsi). Foma vəhyə söykənən ilahiyyatla, ağla söykənən ilahiyyatı fərqləndirmişdir. O, bildirmişdir ki, imanla elm bir-biriylə ziddiyyət təşkil edə bilməz. Müdriklik Tanrını tanımaq yoludur, elm isə bu işdə yardımçı vasitədir.Filosof yazmışdır ki, insanın özünəməxsusluğu bədənlə ruhun vəhdətindən irəli gəlir. Ruh insan orqanizminə həyat verən qüvvədir. O, qeyri-maddi olub, varlığını yalnız bədənlə birləşdirdikdə tamamlayan cövhərdir. Yalnız ruhun köməyilə bədən öz məqsədinə çatır və insana çevrilir. Ruhla bədənin vəhdətindən düşüncələr və hisslər əmələ gəlir. Foma belə hesab edirdi ki, insanın gözəl yaradılışı onun Tanrını tanımasına təsir edir. İnsan ruhsuz canlılarla (heyvan) mələklər arasında olan varlıqdır, yəni, ağıl və sərbəst iradəsinə görə ali varlığa çevrilir. Onun iradəsinin mənbəyi isə şüurdur.İnsanın ən böyük həzzi ölümdən sonra Tanrını müşahidə etmək olacaqdır. Onu müşahidə etmək fiziki səbəblərə görə bu dünyada mümkün deyildir. İnsan bu məqsədə can atmalıdır. Bu yoldan insanı uzaq salan vasitə şərdir. O, özü-özlüyündə mövcud deyil, yalnız varlığın qeyri-mükəmməlliyindən irəli gələn nəticənin təzahürüdür.Foma qanunları cəmiyyətin qayğısına qalan şəxslərin ümumi mənafe naminə qoyduğu qaydalar şəklində təsnif etmişdir. O, bəşəri qanunlardan əlavə dünyanı idarə edən ilahi qanunun da olduğunu bildirmişdir. Foma hesab edirdi ki, ilahi qanun təbii və bəşəri qanunların mənbəyidir. Ayrılıqda hər fərdin və cəmiyyətin mənafeyi ilahi qüdrətlə müəyyənləşdirilir, ilahi qanuna zidd gedən insan özünə pislik etmiş olur. Ümumi mənafeyə xidmət edən insan cəmiyyət üçün zəruridir. O, idarəetmənin altı üsulunu müəyyənləşdirərək onları cəmiyyətin xeyrinə və ya ziddinə olması baxımından iki qrupa ayırmışdır. Foma monarxiya, aristokratiya və şəhər idarəetməsini ədalətli, tiraniya, oliqarxiya və demokratiyanı isə ədalətsiz quruluş adlandırmışdır. O, ən uğurlu quruluş kimi monarxiyanı, ən uğursuzu kimi tiraniyanı (çünki bu zaman bir şəxsin iradəsilə yayılan şər, çoxlu insan vasitəsilə yayılan şərdən daha qüvvətlidir) göstərmişdir. Foma düşünürdü ki, kilsə hakimiyyəti dünyəvi hakimiyyətdən üstündür, çünki birinci ilahi lütfü qazanmaqla, ikincisi isə bu dünyada rifah əldə etməklə məşğuldur. Həyatda firavanlığa yalnız Tanrının yardımı və ilahi nemətin sayəsində çatmaq mümkündür.
Yüklə 16,18 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin