Allah Yolunda Şəhid Olmağın Fəziləti
1232. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Cənnətə daxil
olan hər bir (müsəlman), yer üzündə olan hər bir şeyə sahib olsa belə təkrar
dünyaya dönməyi arzu etməz (Allah yolunda) şəhid olan kimsədən başqa.
(Şəhidliyin qarşılığında aldığı mükafata) görə dünyaya dönməyi və on dəfə
öldürülməyi təmənna edər”. (Buxari 2817, Muslim 4976, 1877/109)
1233. Əbu Hureyra demişdir: “(Bir dəfə) bir nəfər Peyğəmbərin yanına
gəlib dedi: “Mənə cihada bərabər (savab tərəfdən) olan bir əməl göstər.”
Peyğəmbər: “Belə bir əməl bilmirəm. (Bir qədər susduqdan sonra) soruşdu:
“Mücahid döyüşə yollandıqdan sonra sən öz məscidinə gedib dayanmadan
namaz qıla bilərsənmi və iftar etmədən oruc tuta bilərsənmi?” (Həmin adam)
dedi: “Bunu kim bacara bilər ki?!” (Buxari 2785, Muslim 4977, 1878/110)
557
Allah Yolunda Səhər Və Axşam Səfərlərinin Fəziləti
1234. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah
yolunda səhər və ya axşam (döyüşə) getmək dünya və onun içindəkilərdən
xeyirlidir.” (Buxari 2792, Muslim 4981, 1880/112)
1235. Səhl İbn Sad rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah yolunda
səhər və ya axşam (döyüşə) getmək dünya və onun içindəki hər bir şeydən
əfzəldir”. (Buxari 2794, Muslim 4982, 1881/113)
1236. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah yolunda
səhər və ya axşam (döyüşə) getmək üstündə günəş doğan və batan hər bir
şeydən daha xeyirlidir.” (Buxari 2793, Muslim 4983, 1881/114)
Cihad Və Sərhəd Qorumağın Fəziləti
1237. Əbu Səid əl-Xudri demişdir: “(Bir dəfə Peyğəmbərdən ) soruşdular:
“Ya Rəsulullah, insanların ən üstünü kimdir?”. Peyğəmbər: “Allah yolunda
malı və canı ilə cihad edən mömindir.” Soruşdular: “Sonra hansıdır?” Dedi:
“Dağ dərəsinə
102
çəkilib Allahdan qorxan və insanlara pislik etməkdən çəkinən
mömindir.” (Buxari 2786, Muslim 4996, 1888/122)
102
Nəvəvi demişdir: “Bu, ibrətamiz bir məsəldir. Belə ki, möminin təkliyə çəkilib (Allaha ibadət et məklə
məşğul olub heç nəyə və heç kəsə qarışmamağı), “dağ dərəsində” – insanlardan uzaq düşmüş bir adamın
halına bənzəyir.” İbn Həcər demişdir: “Bu hədis təkliyə çəkilməyin fəzilətinə dəlalət edir. Çünki belə
olduqda adam qeybətdən, boşboğazlıqdan və başqa bu kimi bihudə işlərdən uzaq olur. Lakin qeyd et mək
558
Bir-Birilərini Öldürən İki Adamın Cənnətə Gircəklərinin
Bəyanı
1238. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah iki nəfərə
gülür: bunlardan biri digərini öldürür, (nəticədə isə) hər ikisi Cənnətə daxil olur.
Belə ki, (müsəlman) Allah yolunda vuruşub ölür; sonra Allah (onun) qatilinin
tövbəsini qəbul edir və o da (Allah yolunda vuruşub) şəhid olur.” (Buxari 2826,
Muslim 5000, 1890/128)
Allah Yolunda Cihad Edənə Minik Və S. Yardım Etmək Və
Ailəsi Haqqında Xeyirlə Yardım Etməyin Fəziləti
1239. Zeyd İbn Xalid rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim Allah
yolunda bir mücahidi təchiz edərsə, (özü də) cihad etmiş sayılar; habelə kim
Allah yolunda bir mücahidin ailəsinə yaxşılıq edərsə, (özü də) cihad etmiş
sayılar. (Buxari 2843, Muslim 5011, 1895/135)
Üzürlülərdən Cihad Fərzinin Qalxması
lazımdır ki, – müsəlmanlar arasına fitnə düşdüyü vaxt istisna olmaqla – heç bir zamanda və heç bir halda
camaatdan ayrılmaq olmaz.”
559
1240. Bəra rəvayət edir ki, nə zaman: “Möminlərdən – üzürlülər istisna
olmaqla – evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad
edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri evdə
oturanlardan dərəcə etibarilə üstün etdi. Allah onların hamısına ən gözəl
nemət vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla
üstün etmişdir”. (ən-Nisa 95) ayəsi nazil olduğu zaman Peyğəmbər Zeydi
çağırdı. Zeyd bir kürək sümüyü ilə gəldi və ayəni yazdı. Bu vaxt Ummu
Məktub korluğundan şikayət etdi. Bunun üzərinə: “Möminlərdən – üzürlülər
istisna olmaqla – evdə oturanlarla....” nazil oldu. (Buxari 2831, Muslim 5021,
1898/142)
Cənnətin Şəhid Üçün Olması
1241. Cabir İbn Abdullah rəvayət edir ki, Uhud döyüşündə bir nəfər
Peyğəmbərdən soruşdu: “Bir de görüm, əgər (vuruşub) ölsəm mən harada
olacağam?”. Peyğəmbər: “Cənnətdə!” Həmin adam əlindəki xurmaları kənara
atdı və son nəfəsinədək vuruşub şəhid oldu.” (Buxari 4046, Muslim 5022,
1899/143)
1242. Ənəs demişdir: “Peyğəmbər Bənu Suleym qəbiləsindən yetmiş
nəfəri Bəni Amir qəbiləsinə göndərdi. Onlar (mənzil başına) yetişdikdə dayım
dedi: “Mən gedirəm qabağa! Əgər onlar mənə Peyğəmbərin dediyini onlara
arxayın çatdırmaq imkanı versələr, (çox yaxşı). Əks halda isə mənə yaxın bir
yerdə olarsınız.” Sonra dayım qabaqda getdi və (müşriklər) onun
təhlükəsizliyinə zəmanət verdilər. Dayım Peyğəmbərin dediyini
(müşriklərə) söyləyərkən onlar öz aralarından birisinə işarə etdilər və həmin
560
adam (əlindəki nizəni) dayımın bir böyründən soxub digər böyründən
çıxartdı. Onda dayım: “Allahu Əkbər! Kəbənin Rəbbinə and olsun ki, mən
uğur qazandım!” dedi (və qardaşlarının yanına qayıtdı). Bundan sonra
(müşriklər) hücum edib yerdə qalan əshabələri də öldürdülər. Yalnız dağa
qalxmış bir axsaq əshabə onlardan canını qurtara bildi. Bu vaxt Cəbrail
Peyğəmbərə xəbər verdi ki, artıq onlar Rəbbinə qovuşmuşlar; Rəbbi
onlardan razı qaldı, onlar da Ondan razı qaldılar. Biz (Qurandan):
“Qövmümüzə çatdırın ki, artıq biz Rəbbimizə qovuşduq. Rəbbimiz bizdən, biz
də Ondan razıyıq” ayəsini oxuyurduq. Sonra bu ayənin tilavəti ləğv edildi.
Bundan sonra Peyğəmbər qırx gün hər səhər o müşriklərə – Allaha və Onun
elçisinə asi olmuş Ril, Zəkvan, Bəni Lihyan və Bəni Useyyə qəbilələrinə
bəddua etdi. (Buxari 2801, Muslim 5024, 1901/145)
Hər Kim Allahın Kəliməsi Uca Olsun Deyə Vuruşarsa Allah
Yolundadır
1243. Əbu Musa demişdir: “(Bir dəfə) bir nəfər Peyğəmbərin yanına gəlib
dedi: “(İnsanlardan) kimisi qənimət əldə etmək üçün, kimisi ad-san qazanmaq
üçün, kimisi də özünü göstərmək üçün vuruşur. Bunlardan hansı biri Allah
yolundadır?”. Peyğəmbər: “Kim Allahın Sözü (hər şeydən) uca olsun deyə
vuruşursa, o, Allah yolundadır.” (Buxari 2810, Muslim 5028, 1904/149)
1244. Əbu Musa rəvayət edir ki, bir nəfər Peyğəmbərin yanına gəlib dedi:
“Ey Allahın elçisi! Allah yolunda vuruşmaq nə deməkdir? Axı bizlərdən kimisi
qəzə
ona doğru
başını qaldırdı (başını ona doğru qaldırması sual verən kimsənin ayaq üstə
durmasına görə idi) buyurdu: “Hər kim Allahın Kəlməsi hər şeydən uca olsun
deyə vuruşarsa, Allah yolunda (vuruşmuş) olar.” (Buxari 123, Muslim 5029,
1904/150)
561
1245. Ömər İbn Xəttab deyir ki, mən Peyğəmbərin belə buyurduğunu
eşitdim: «Əməllər ancaq niyyətlər ilədir və hər bir kimsə üçün ancaq niyyət
etdiyi bir şey vardır. Hər kimin hicrəti
103
Allah və Rəsulu ücündürsə, onun
hicrəti Allah və Rəsulu ücündür. Hər kimin hicrəti əldə edəcəyi bir dünyalıq
(mal-dövlət) və ya nigahlanacağı bir qadın üçündürsə, onun hicrəti nə ücün
hicrət etmiş isə elə onun üçündür!”. (Buxari 5070, 6689, Muslim 5036, 1907/155)
Dəniz Döyüşünün Fəziləti
1246. Ənəs İbn Malik demişdir: “Peyğəmbər vaxtaşırı Ummu Həram Bint
Milhanın yanına gedərdi. Ummu Həram Ubadə İbn Samitin həyat yoldaşı idi.
Yenə bir gün Peyğəmbər onun yanına gəldi. Qadın ona yemək verdi və onun
saçlarını təmizləməyə başladı. Sonra Peyğəmbər (uzanıb) yatdı. (Az
keçmədən Peyğəmbər ) yuxudan oyanıb gülməyə başladı. Ummu Həram:
“Niyə gülürsən, ya Rəsulullah?”. Peyğəmbər: “Yuxuda mənə ümmətimdən bir
dəstə mücahidin bu dənizin ortasında taxtlar üzərində oturmuş hökmdarlar
kimi (və ya taxtlar üzərində olan hökmdarlara bənzər) Allah yolunda dəniz
döyüşünə çıxdığı göstərildi.” Ummu Həram: “Ya Rəsulullah, Allaha dua et,
mənə onların arasında olmağı nəsib etsin” dedi, Peyğəmbər də onun üçün
dua etdi. Sonra Peyğəmbər uzanıb yatdı və (çox keçmədən) yuxudan oyanıb
103
Hicrət – tərk etmək deməkdir. Küfr ölkəsindən İslam yurduna köçmək. Həmçinin Allahın qadağalarını
tərk etmək-də hicrət adlanır.
562
(yenə) gülməyə başladı.”(Ummu Həram dedi): “Mən soruşdum: “Niyə
gülürsən, ya Rəsulullah?”. Peyğəmbər: “Yuxuda mənə ümmətimdən bir dəstə
adamın Allah yolunda döyüşə çıxdığı göstərildi...” deyə əvvəlki sözləri ona
təkrar etdi. Mən dedim: “Ya Rəsulullah, Allaha dua et, mənə onların arasında
olmağı nəsib etsin”. Peyğəmbər: “Sən əvvəlkilərin (dəniz döyüşünə çixan)
arasında olacaqsan.” Müaviyə İbn Əbu Süfyanın xilafəti dövründə Ummu
Həram dəniz döyüşündə iştirak etmiş və sahilə çıxdıqda atından yerə yıxılıb
ölmüşdür.” (Buxari 7002, 2788, 2789, 6282, 6283, Muslim 5043, 1912/160)
Şəhidliyin Bəyanı
1247. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir nəfər yolla
gedərkən yolun üstündə tikanlı bir budaq gördü və onu götürüb kənara atdı.
Allah da onun (əməlini) bəyəndi və onun (günahlarını) bağışladı.”Sonra
buyurdu: “Beş nəfər şəhid sayılır: taundan ölənlər, qarın xəstəliklərindən
ölənlər, suda böğulanlar, uçqunlar altında qalıb ölənlər və Allah yolunda
(vuruşub) şəhid olanlar. Əgər insanlar azan və birinci səffdə olmağın fəzilətini
bilsəydilər püşk atmaqdan başqa bir çarələri qalmasaydı onu da edərdilər”.
(Buxari 652-653, Muslim 5049, 1914/164)
1248. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Taun
xəstəliyindən (ölən) hər bir müsəlman şəhiddir.” (Buxari, 2830, 5732, Muslim
5033, 1916/166)
1249. Muğira İbn Şöbə rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Ümmətimdən bir qrup insanlar qalib gəlməkdə davam edəcəklər. Onlar bu
qalib halda olduqları zaman Allahın əmri onlara gələcəkdir”. (Buxari 3640,
Muslim 5060, 1921/171)
563
1250. Muaviyə rəvayət edir ki, Peyğəmbərin belə buyurduğunu eşitdim:
“Mənim ümmətimdən bir topluluq Allahın əmrini yerinə yetirməyə davam
edəcəkdir. Onlara kömək etməkdən imtina edənlər və müxalif olanlar bu
tayfaya zərər vrməyəcəkdir. Allahın əmri onlara gələnə qədər onlar (qalib və
zəffər üzərədilər)”. (Buxari 3641, Muslim 5064, 1923/173)
Səfərin Əzabdan Bir Parça Olması Və Müsafirin İşini
Bitirdikdən Sonra Tələsik Özünü Evinə Yetirməsinin
Müstəhəb Olması
1251. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Səfər əzabın bir
parçasıdır. O, hər birinizi yeməyindən, içməyindən və yatmağından qoyur. Hər
kim öz tələbatını ödəmişdirsə, ailəsinin yanına tələssin!” (Buxari, 1804, Muslim
5070, 1927/179)
Səfərdən Gələn Kimsənin Evinə Gecə İkən Girməsinin
Məkruh Olması
1252. Ənəs demişdir: “Peyğəmbər (səfərdən qayıdarkən) gecə vaxtı
ailəsinin yanına getməzdi, ancaq səhər, ya da axşam üstü gedərdi.” (Buxari
1800, Muslim 5071, 1928/180)
564
1253. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər buyurdu: “Gecə
vaxtı (səfərdən) qayıtdığın zaman övrətin qasığının tüklərini təmizləməyincə və
saçlarını sahmana salmayınca onun yanına daxil olmamalısan!” (Buxari, 5247,
5245, 5079, Muslim 5073, 1928/181)
565
Ov, Kəsilən Və Əti
Yeyilən Heyvanlar Kitabı
566
Öyrədilmiş İtlərlə Ov Etmək
1254. Adiy İbn Hatim rəvayət edir ki: “(Bir dəfə) mən: “Ya Rəsulullah! Biz
ov etmək üçün öyrədilmiş itləri ov üzərinə göndəririk”. Peyğəmbər: “Sənin
üçün ovladıqları ovdan ye!” deyə buyurdu. Mən: “Bu itlər tutduqları ovu
öldürürlərsə necə?” deyə soruşdum. Peyğəmbər: “Öldürsələrdə belə” deyə
buyurdu. Mən: “Biz ova Mirad adlanan oxla vururuq” dedim. Peyğəmbər:
“Oxun iti ucu ilə vurulmuşsa, yeyə bilərsən, yox əgər gövdəsi ilə vurulub
öldürülmüşsə yemə”. (Buxari 5477, Muslim 5081, 1929/1)
1255. Adiy İbn Hatim rəvayət edir ki: “(Bir dəfə) mən Peyğəmbərdən: “Biz
bu ov itləriylə ov edən bir qövmük (bunların ovladıqları bizə halal olurmu?)”.
Peyğəmbər: “Allahın ismini zikr edərək öyrədilmiş itləri ov üzərinə
göndərdiyin zaman onların sizə tutduqları ovdan ye! Yalnız köpəyin ovdan
yeməsi müstəsnadır. Lakin ov iti macal tapıb şikardan nə isə yesə bu ətdən
yemə çünki (bu o, deməkdir ki) o, bunu özü üçün ovlayıb. Əgər ov zamanı
Allahın adı zikr edilmədən müxtəlif itlər iştirak edərək şikarı tutub
parçalayarlarsa bu əti yemə, çünki sən bilmirsən hansı it şikarı öldürüb”.
(Buxari 5483, Muslim 5082, 1929/2)
1256. Adiy İbn Hatim rəvayət edir ki: “(Bir dəfə) mən Peyğəmbərdən
mirad deyilən oxla vurulmuş ov barəsində soruşdum. Peyğəmbər: “Oxun iti
ucu ilə vurulmuşsa, yeyə bilərsən, yox əgər gövdəsi ilə vurulub öldürülmüşsə
yemə, bu vəqizdir (İti tərəfi olmayan daş, ağac və ya ucu iti olmayan bir şeylə
öldürülmüş heyvan)”. Bu dəfə: “Ya Rəsulullah! Mən ov itini “Bismilləh”
567
deyərək göndərirəm. Avumun üzərində “ Bismilləh” demədiyim başqa bir iti
də tapıram və ovu bu iki itdən hansının ovladığını bilmirəm?” dedim.
Peyğəmbər: “Sən ovu yemə! Çünki sən öz itini “Bismilləh” deyib buraxdın,
digər itin üzərinə isə demədin” deyə buyurdu. (Buxari 2054, Muslim 5083,
1929/3)
1257. Adiy İbn Hatim rəvayət edir ki, (bir dəfə) mən Peyğəmbərdən mirad
deyilən oxla vurulmuş ov barəsində soruşdum. Peyğəmbər: “Oxun iti ucu ilə
vurulmuşsa, yeyə bilərsən, yox əgər gövdəsi ilə vurulub öldürülmüşsə, bu
vəqizdir
104
”. Mən ondan ov itinin (ovladığı heyvan) barəsində soruşdum. Dedi:
“Sənin üçün tutduğundan yeyə bilərsən. Çünki ov itinin tutduğu heyvan
murdar sayılmır. Hərgah öz itinin və ya itlərinin yanında başqa bir it görsən,
onun ova toxunduğundan ehtiyat etsən, yemə. Çünki sən öz itini ovun üstünə
göndərəndə “Bismillah” demisən, o biri itin üçün isə Allahın adını
çəkməmisən.” (Buxari 5475, Muslim 5086, 1929/4)
1258. Adiy İbn Hatim rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əgər
“Bismillah” deyib (ov) itini ovun üstünə qısqırtsan və o da ovu tutub gətirərsə,
(ondan) yeyə bilərsən. Əgər it (həmin ovdan) yemişdirsə, sən (ondan) yemə.
Çünki belə olduğu halda o bu ovu özü üçün ovlamış sayılır və əgər ov iti ilə
üstündə Allahın adı çəkilməmiş itlər bir-birinə qarışsa və onlar ovu tutub
gətirsələr, (bu ovdan) yemə. Çünki sən onlardan hansı birinin ovu yaxaladığını
bilmirsən və əgər ovu (ox və s.) ilə vursan və onu bir, yaxud iki gündən sonra
tapsan, üstündə də ox yarası görsən (ondan) yeyə bilərsən. Ov suya
düşmüşdürsə, (ondan) yemə.” (Buxari 5484, Muslim 5090, 1929/6)
104
Zopa ilə vurulub öldürülən heyvana vəqiz deyilir. Belə heyvanın ətini yemək haram buyurulmuşdur. Uca
Allah buyurur: “Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş,
hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş,
– ölməmiş kəsdikləriniz istisnadır, dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal
oxları ilə qismət axtarmanız sizə haram edildi...” “əl-Maidə” 3.
568
1259. Əbu Sələbə əl-Xuşəni demişdir: “(Bir dəfə mən Peyğəmbərə ) dedim:
“Ey Allahın peyğəmbəri! Biz Kitab əhlinin torpaqlarında yaşayırıq. Biz onların
qablarında yemək yeyə bilərikmi? Habelə ov edilən bir diyarda yaşayıram.
Hərdən yay və oxla, hərdən əhliləşdirilməmiş itimlə, hərdən də (ov üsulları ilə
təlim edilib) əhliləşdirilmiş itimlə ov edirəm. Bunların hansını edə bilərəm?
Peyğəmbər buyurdu: “Kitab əhlinin qablarına gəlincə, əgər yemək-içmək
üçün başqa qablar tapsanız, onların qablarında yemək yeməyin. Yox, əgər
yemək-içmək üçün başqa qablar tapmasanız, onları yuduqdan sonra onlarda
yemək yeyin. Allahın adını çəkib yayla ovladığın heyvanı yeyə bilərsən.
Habelə, əhliləşdirilmiş itini ovun üstünə göndərdiyin zaman “Bismillah”
demisənsə, (ovladığın heyvanı) yeyə bilərsən. Əhliləşdirilməmiş itin gətirdiyi
heyvanı boğazlamağa macal tapsan onu da yeyə bilərsən.” (Buxari 5478,
Muslim 5092, 1930/8)
Azı Dişi Olan Yırtıcı Heyvanların Və Caynaqları Olan
Quşların Yeyilməsinin Haram Olması
1260. Əbu Sələbə rəvayət etmişdir ki, Peyğəmbər istənilən yırtıcı heyvanı
yeməyi qadağan etmişdir. (Buxari 5530, Muslim 5099, 1932/14)
Dəniz Heyvanların Ölüsünün (Yeyilməsinin) Mübah
Olması
569
1261. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər bizləri üç yaz süvari
olaraq göndərmişdi. Əmirimiz Əbu Ubeydə Cərrah idi. Qureyş karvanını
gözləyirdik. Dəniz sahilində yarım ay (on beş gün) gözlədik. Bzilərə şiddətli
bir aclıq gəlmişdi. Xabat adlanan tikanlı ağacın yarpaqlarını (meyvələrini)
yeyirdik. Bu səbəblə də bizim dəstəyə Ceyşul Xabat deyirdilər. Dəniz bizim
üçün sahilə Ənbər (Balina) adlı bir balıq çıxartdı. Biz düz yarım ay o balıqdan
yedik, üstəlik piyindən dərimizə o qədər sürtdük ki, nəhayət, bədənimiz
əvvəlki formasına düşdü”. Əbu Ubeydə bu dəniz heyvanının qabırğa
sümüyünü dikəltdi. Bizimlə olan ən uzun adama yönəydi. Bir adam və bir də
dəvə həmən qabırğanın altından keçdi. Cabir: “Aclıq günlərində mücahidlər
üç dəvə kəsdilər, sonra üç dəvə yenə kəsdilər. Sonra üç dəvə də kəsdilər. Sonra
Əbu Ubeydə (minik azaldığı üçün) dəvələri kəsməyi qadağan etdi. Əbu
Salih, Qeys İbn Sad atasından rəvayət edir ki: “Mən dəstə içərisində idim.
Aclıqdan: “Kəs” dedilər. Kəsdim. Sonra yenə: “Kəs” dedilər. Kəsdim. Sonra
yenə də: “Kəs” dedilər. Kəsdim. Sonra sə kəsməkdən qadağan olundum”.
(Digər rəvayətdə Cabir demişdir: “Əbu Ubeydə (bizə): “Yeyin!” deyə
buyurdu. Biz Mədinəyə gəldikdə başımıza gələnləri Peyğəmbərə danışdıq.
Peyğəmbər: “Allahın sizə verdiyi ruzidən yeyin və əgər (artıq) qalıbsa, bizi də
qonaq edin!” (Əshabələrdən) biri (balığın ətindən) bir tikə Peyğəmbərə verdi
və o da (bu ətdən) daddı)”. (Buxari, 4361, Muslim 5110, 1935/18)
Dostları ilə paylaş: |