Al-lulu vəl-mərcan


Başına Gələn Müsibətə Görə Ölümü Təmənna Etməyin



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə57/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

 

 

Başına Gələn Müsibətə Görə Ölümü Təmənna Etməyin 

Bəyənilməməsi 

 

 



 

1718.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  heç 

kəs  başına  gəlmiş  bir  müsibətə  görə  özünə  ölüm  diləməsin!  Əgər  çıxılmaz 

vəziyyətdə qalarsa, qoy  desin:  “Allahummə,  əhyini  mə  kanətil-hayətu  xeyran 



li  və  təvaffəni  izə  kanətil-vəfatu  xeyran  li  -  Allahım,  bu  həyatda yaşamağım 

mənim  üçün  xeyirlidirsə,  məni  yaşat,  yox, ölümüm  mənim  üçün  xeyirlidirsə, 

onda məni öldür!” (Buxari 5671, 6351, Muslim 6990, 2680/10) 

 

 



 

1719. Qeys deyir ki, Xabbabın yanına gəldim. Yeddi dəfə qarnını dağlamışdı və 

onun belə dediyini eşitdim: “Peyğəmbər  ölümü istəməyi qadağan etməsəydi 

mütləq gəlməsini istəyərdim”. (Buxari 6349, 6350, 7234, Muslim 6993, 2681/12) 

 

 


 

 

764 



 

Kim Allahla Görüşməyi Sevərsə Allah Da Onunla 

Görüşməyi Sevər, Kim Də Allahla Görüşməkdən 

Xoşlanmazsa Allah Da Onunla Qarşılaşmaqdan Xoşlanmaz 

 

 



 

1720. Ubadə İbn Samit  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim Allahla 

görüşməyi  sevərsə  Allah  da  onunla  görüşməyi  sevər,  Kim  də  Allahla 

görüşməkdən  xoşlanmazsa  Allah  da  onunla  qarşılaşmaqdan  xoşlanmaz”. 

(Buxari 6508, 6507, Muslim 6996, 2683/14) 

 

 



 

1721.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  Allahla 

qarşılaşmağı  sevərsə,  Allah  da  onunla  qarşılaşmağı  istəyər,  kim  də  Allahla 

qarşılaşmaq  istəməsə,  Allah  da  onunla  qarşılaşmaq  istəməz.”  (Buxari  6507, 

6508, Muslim 7004, 2686/18) 

 

 

 

Zikr, Dua Və Allaha Yaxınlaşdıran Əməllərin Fəziləti 

 

 



 

1722.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Uca  Allah 

buyurur:  “Mən  qulumun  barəmdəki  zənni  yanındayam,  Məni  yad  etdikcə 

onunlayam.  O Məni öz-özlüyündə yad  etsə,  Mən  də onu  Öz-Özlüyümdə  yad 

edərəm. O məni camaatın yanında yad edərsə, Mən onu onlardan daha xeyirli 

bir  toplumun  (mələklərin)  yanında  yad  edərəm. O  Mənə  bir  qarış yaxınlaşsa, 

Mən ona bir ərəş yaxınlaşaram. O Mənə bir ərəş yaxınlaşsa, Mən ona bir qulac 

yaxınlaşaram.  O  Mənə  doğru  yeriyərək  gəlsə,  Mən  ona  doğru  yüyürərək 

gələrəm.” (Buxari 7405, Muslim 7008, 2675/21) 

 

 



 

 

765 



 

Zikr Məclislərinin Fəziləti 

 

 



 

1723.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allahın 

yollarda  dolaşıb  (Allahı)  yad  edən  insanları  axtaran  mələkləri  vardır.  Onlar 

Allahı  yad  edən  bir  camaat  gördükləri  zaman  bir-birilərini  çağırıb: 

“Axtardığınızın yanına gəlin!”– deyirlər. Sonra onlar bu camaatı öz qanadları 

ilə  dünya  səmasınadək  əhatəyə  alırlar.  Elə  həmin  vaxt  Rəbbi  mələklərdən  – 

(hər şeyi) onlardan daha yaxşı bildiyi halda – soruşur: “Qullarım nə deyirlər?” 

(Mələklər):  “Onlar  Sənin şəninə  təriflər  deyir,  Səni  uca  tutur,  Səni  həmd-səna 

ilə  təqdis  edir  və  Səni  həddən  artıq  tərifləyirlər”  deyə  cavab  verirlər.  (Allah) 

soruşur:  “Məgər  onlar  Məni  görüblərmi?”  (Mələklər):  “Xeyr,  vallahi  ki,  onlar 

Səni  görməyiblər”  deyirlər.  (Allah)  soruşur:  “Bəs  Məni  görsəydilər,  necə 

(olardı)?”  (Mələklər)  deyirlər:  “Əgər  onlar  Səni  görsəydilər,  bundan  da  çox 

Sənə ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şənini 

uca  tutardılar.”  (Allah)  soruşur:  “Onlar  Məndən  nə  istəyirlər?”  (Mələklər) 

deyirlər:  “Onlar  Səndən  Cənnəti  istəyirlər.”  (Allah)  soruşur:  “Məgər  onlar 

Cənnəti  görüblərmi?”  (Mələklər)  deyirlər:  “Xeyr,  ya  Rəbb,  vallahi  ki,  onlar 

Cənnəti  görməyiblər.”  (Allah)  soruşur:  “Bəs  onu  görsəydilər,  necə  (olardı)?” 

(Mələklər)  deyirlər:  “Əgər  onu  görsəydilər,  daha  əzmlə  ona  can  atar,  daha 

inadla onu  diləyər  və  daha çox  rəğbətlə  onu  arzulayardılar.”  (Allah)  soruşur: 

“Onlar  nədən  (Mənə)  sığınırlar?”  (Mələklər):  “Cəhənnəm  odundan”  deyirlər. 

(Allah)  soruşur:  “Məgər  onlar  Cəhənnəmi  görüblərmi?”  (Mələklər)  deyirlər: 

“Xeyr,  ya  Rəbb,  vallahi  ki,  onlar  Cəhənnəmi  görməyiblər.”  (Allah)  soruşur: 

“Bəs  onu  görsəydilər,  necə  (olardı)?”  (Mələklər)  deyirlər:  “Əgər  onu 

görsəydilər,  ondan  daha  uzağa  qaçmağa  çalışar  və  ondan  daha  çox 

çəkinərdilər.”  (Allah)  buyurur:  “Şahid  olun  ki,  Mən  onları  bağışladım!”  Bu 

vaxt  mələklərdən  biri  deyir:  “Bu  camaatın  arasında  olan  filankəs  onlarla 



 

 

766 



(yoldaşlıq  edən kimsələrdən) deyildir, sadəcə olaraq öz ehtiyacı üzündən ora 

gəlmişdir.”  (Onda  Allah)  buyurur:  “Bunlar  elə  insanlardır  ki,  onlarla  oturub-

duran adam bədbəxt olmaz.” (Buxari 6408, Muslim 7015, 2689/25) 

 

 

 

Allahummə Rabbənə Atinə Fid-Dunya Həsənətən Və Fil-

Axirəti Həsənətən Və Qina Əzabən-Nar – duasının fəziləti 

 

 



 

1724. Ənəs  demişdir: “Peyğəmbər  çox vaxt belə dua edərdi: “Allahummə 



Rabbənə  Atinə  Fid-Dunya  Həsənətən  Və  Fil-Axirəti  Həsənətən  Və  Qina 

Əzabən-Nar  –  Ey  Allah!  Ey  Rəbbimiz!  Bizə  dünyada  da,  axirətdə  də  gözəl 

(nemətlər)  bəxş  et və  bizi Cəhənnəm əzabından qoru!”.  (Buxari 6389, Muslim 

7017, 2690/27) 

 

 

 

Təhlil, Təsbih Və Duanın Fəziləti 

 

 



 

1725. Əbu Hureyrə  rəvayət edir ki, Allah Elçisi  buyurdu: «Kim gündə 100 

dəfə:  «Lə  İləhə  İlləllahu  Vahdəhu  Lə  Şəriykə  Ləhu  Ləhul  Mulku  Və  Ləhul 

Həmdu  Və  Huvə  Alə  Kulli  Şeyin  Qadir  -  Allahdan  başqa  ibadətə  layiq  haqq 

məbud  yoxdur,  O  təkdir,  Onun  şəriki  yoxdur.  Mülk  Onundur  və  həmd 

Onadır! O hər şeyə Qadirdir! deyərsə, bu söz onun üçün 10 köləni azad etməyə 

bərabər olar. Ona 100 savab yazılar və onun 100 günahı silinər. O gün axşama 

qədər şeytandan qorunar. (Qiyamət günü) ondan daha çox söyləyəndən başqa, 

heç  kəs  onun  gətirdiyindən  fəzilətli  heç  bir  şey  gətirə  bilməz”.  (Buxari  3293, 

Muslim 7018, 2691/28) 

 

 



 

 

767 



 

1726. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim gün ərzində 

yüz  dəfə:  “Subhanəllahi  və  bihəmdihi  -  Allah  pak  və  müqəddəsdir!  Allaha 

həmd  olsun!”  desə,  günahları  dəniz  köpüyü  qədər  olsa  belə  silinər.”  (Buxari 

6405, Muslim 1380, 597/146) 

 

 



 

1727.  Əbu  Əyyub  əl-Ənsari  və  İbn  Məsud    rəvayət  edir  ki,  Peyğəmbər   

buyurdu:  “Kim  (bu  zikri)  on  dəfə  desə,  İsmail  nəslindən  bir  kölə  azad  etmiş 

sayılar.” (Buxari 6404) 

 

 

 



1728. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Rəhmana sevimli, 

çəkidə  ağır  və  dilə  yüngül  gələn  iki  kəimə:  “Subhənəllahil  Azim  Və 



Subhənəllahi Və Bihəmdihi”. (Buxari 6406, Muslim 7021, 2694/31) 

 

 

 

Zikr Etdikdə Səsi Aşağı Salmağın Müstəhəb Olması 

 

 



 

1729.  Əbu  Musa  əl-Əşari    demişdir:  “Peyğəmbər    Xeybərə  yürüş  etdikdə 

(yaxud o istiqamətə getdikdə) və insanlar (hər hansı bir) vadiyə yaxınlaşdıqda 

uca  səslə  təkbir  gətirib  deyərdilər:  “Allahu  Əkbər,  Allahu  Əkbər,  lə  ilahə 



illəllah”.  Peyğəmbər:  “Özünüzə  yazığınız  gəlsin!  Axı, siz  kar  və uzaqda olan 

(bir  tanrını)  çağırmırsınız.  Həqiqətən,  O,  Eşidəndir,  Yaxındır  və  O,  (həmişə) 

sizinlədir.”  Həmin  vaxt  mən  Peyğəmbərin    dəvəsinin  arxa  tərəfində idim.  O 

mənim:  “Lə  həulə  və  lə  quvvətə  illə  billəh”–  dediyimi  eşitdi  və  mənə  belə 

buyurdu: “Ey Abdullah ibn Qeys!” Dedim: “Hüzurundayam, ya Rəsulullah!” 


 

 

768 



Dedi:  “Cənnət  xəzinələrindən  sayılan  bir  kəlməni  sənə  öyrədimmi?”  Dedim: 

“Bəli,  ya  Rəsulullah,  atam-anam  sənə  qurban!”.  Peyğəmbər:  “Lə  həulə  və  lə 



quvvətə illə billəh!” (Buxari 4205, Muslim 7039, 2704/45) 

 

 



 

1730.  (Bir  dəfə)  Əbu  Bəkr    Peyğəmbərə  :  “Mənə  namazda  edəcəyim  bir 

duanı  öyrət”  demiş,  o  da  (cavabında)  buyurmuşdur:  “De:  “Allahummə  Inni 

Zaləmtu  Nəfsi  Zulmən  Kəsiran  Və  Lə  Yəğfiruz-Zunubə  Illə  Ənt,  Fəğfir  Li 

Məğfirətən Min Indikə Vərhəmni, Innəkə Əntəl-Ğafurur-Rəhim – Allahım! Mən 

özümə  çoxlu  zülm  etmişəm.  Günahları  yalnız  Sən  bağışlayırsan.  Özün 

günahımdan  keçməklə  məni  bağışla  və  mənə  rəhm  et.  Həqiqətən,  Sən 

Bağışlayansan, Rəhmlisən!” (Buxari 834, 6326, Muslim 7044, 2705/48) 

 

 

 



1731.  Abdullah  İbn  Amr    rəvayət  edir  ki,  (bir  dəfə)  Əbu  Bəkr  əs-Sıddıq   

Peyğəmbərə  :  “Mənə  namazda  edəcəyim  bir  duanı  öyrət”–  demiş,  o  da 

(cavabında)  buyurmuşdur:  “De:  “Allahummə  Inni  Zaləmtu  Nəfsi  Zulmən 

Kəsiran  Və  Lə  Yəğfiruz-Zunubə  Illə  Ənt,  Fəğfir  Li  Min  Indikə  Məğfirətən, 

Innəkə  Əntəl-Ğafurur-Rəhim  –  Allahım!  Mən  özümə  çoxlu  zülm  etmişəm. 

Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla 

və  mənə  rəhm  et.  Həqiqətən,  Sən  Bağışlayansan,  Rəhmlisən!”  (Buxari  7387, 

7388, Muslim 7044, 2705/48) 

 

 

 

Fitnə Və Digər Şeylərin Şərrindən Allaha Sığınmaq 

 

 

 



1732. Aişə  rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allahumə İnni Əuzu Bikə 

Min  Fitnətin  Nər,  Və  Azəbin  Nər,  Və  Fitnətil  Qabr,  Və  Azəbil  Qabr,  Və  Şərri 

 

 

769 



Fitnətil  Ğani,  Və  Şərri  Fitnətil  Fəqri,  Allahummə  İnni  Əuzu  Bikə  Min  Şərri 

Fitnətil  Məsihid  Dəccəl,  Allahumməğsil  Qalbi  Bi  Məi  Səlci  Vəl  Bəradi  Və 

Nəqqi Qalbi Minəl Xatayə, Kəmə Nəqqeytəs Sovbəl Əbyədə Minəd Dənəsi Və 

Bəid  Bəyni  Və  Bəynə  Xatayəyə  Kəmə  Bəadtə  Bəynəl  Məşriqi  Vəl  Məğribi 

Allahummə  İnni  Əuzu  Bikə  Minəl  Kəsəli  Vəl  Məasəmi  Vəl  Məğram”.  (Buxari 

6377, Muslim 7046, 2705/49) 

 

 

 

Acizlik, Tənbəllik Və Digər (Bəyənilməyən) Şeylərdən 



Allaha Sığınmaq 

 

 



 

1733. Ənəs  İbn Məlik    rəvayət  edir  ki, Peyğəmbər    buyurdu:  “Allahummə 



İnni  Əuzu  Bikə  Minəl  Aczi  Vəl  Kəsəli,  Vəl  Cubni  Vəl  Hərami  Və  Əuzu  Bikə 

Min Azəbil Qabri, Və Əuzu Bikə Min Fitnətil Nəhyə Vəl Məmət”. (Buxari 6367, 

2823, Muslim 1361, 590/134) 

 

 

 

Pis Taledən Və Bədbəxtçilidən Allaha Sığınmaq 

 

 

 



1734.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    bəlanın  məşəqqətindən, 

bədbəxt  olmaqdan,  pis  taledən  və  düşmənlərin  bədxahlığından  Allaha 

sığınardı.” (Buxari 6347, 6616, Muslim 7052, 2707/53) 

 

 

 

Yatmaq İstədikdə Və Yatağa Girdikdə Nə Deyilir? 

 


 

 

770 



 

 

 



1735.  Bəra  İbn  Azib    rəvayət  edir  ki,  Peyğəmbər    belə  buyurmuşdur: 

“Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al; sonra sağ 

böyrün üstə uzan; sonra de:  “Allahummə, Əsləmtu Vəchi Ileykə, Və Fəvvədtu 

Əmri Ileykə, Və Əlcə’tu Zahri Ileykə, Rağbətən Və Rahbətən Ileyk. Lə Məlcə’ə 

Və Lə Məncəə Minkə Illə Ileyk. Allahummə, Aməntu Bikitabikəl-Ləzi Ənzəltə 

Və Binəbiyyikəl-Ləzi Ərsəltə - Allahım, Sənə ümid edərək və Səndən qorxaraq 

üzümü  Sənə  təslim  etdim,  işimi  Sənə  həvalə  etdim,  kürəyimi  Sənə  etibar 

etdim. Sığınacaq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə 

yönəlməkdir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə 

iman  gətirdim!”.  Əgər  o  gecə  ölsən,  fitrət  üzərində  (müsəlman  olaraq) 

öləcəksən. Sən bu sözləri, dediyin sözlərin axırıncısı et.”(Bəra İbn Azib) deyir 

ki, mən bu duanı Peyğəmbərə  oxudum və gəlib: “Sənin nazil etdiyin Kitaba 

iman gətirdim” sözünə yetişdikdə “və göndərdiyin Elçiyə” dedim. O buyurdu: 

“Xeyr,  göndərdiyin  Peyğəmbərə”  (de).  (Buxari  247,  Muslim  7057,  7059, 

2710/56) 

 

 

 



1736. Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən biriniz 

yatağına uzanmaq istədikdə qoy izarının iç tərəfi ilə yatağını çırpsın. Çünki  o 

özündən sonra yatağına nəyin girdiyini bilmir. Sonra da belə desin:  “Bismikə 

Rabbi  Vədətu  Cənbi  Və  Bikə  Ərfəuhu.  İn  Əmsəktə  Nəfsi  Fərhəmhə  Və  İn 

Ərsəltəhə  Fəhfəzhə  Bimə  Təhfəzu  Bihi  İbadəkəs-Salihin  –  Ey  Rəbbim,  Sənin 

adınla  böyrümü  yerə  qoydum,  Sənin  sayəndə  də  onu  qaldırıram.  Ruhumu 

tutub  saxlasan,  ona  rəhm  et,  onu  buraxsan,  əməlisaleh  qullarını  qoruduğun 

kimi onu da qoru!”. (Buxari 6320, Muslim 7067, 2714/64) 

 

 

 

Etdiklərimin Və Etmədiklərimin Şərrindən Allaha 



Sığınmaq 

 

 



 

 

 

771 



1737.  İbn  Abbas    rəvayət  etmişdir  ki,  Peyğəmbər    deyərdi:  “Əuzu  Bi 

Izzətikəlləzi  Lə  Ilahə  Illə  Əntəlləzi  Lə  Yəmut,  Vəl-Cinnu  Vəl-Insu  Yəmutun  - 

Ey Özündən başqa heç bir məbud olmayan, heç vaxt ölməyən (Allahım), Sənin 

izzətinə  sığınıram!  (Sən  Ölməzsən),  halbuki  cinlər  və  insanlar  ölürlər”  (Buxari 

7383, Muslim 7074, 2717/67) 

 

 

 



1738. Əbu Musa  rəvayət etmişdir ki, Peyğəmbər  belə dua edərdi: “Rabbiğ-

Firli Xətiəti Və Cəhli Və Israfi Fi Əmri Kullihi Və Mə Əntə Ələmu Bihi Minni. 

Allahumməğ-Firli  Həzli  Və  Ciddi  Və  Xətaya  Və  Əmdi  Və  Kullu  Zalikə  Indi. 

Allahumməğ-Firli Mə Qaddəmtu Və Mə Əxxərtu Və Mə Əsrərtu Və Mə Ələntu, 

Əntəl-Muqəddimu  Və  Əntəl-Muəxxiru  Və  Əntə  Alə  Kulli  Şeyin  Qədir  -  Ey 

Rəbbim,  mənim  günahımı,  bilmədiklərimi,  bütün  işlərimdə  israfa  yol 

verməyimi  və  məndən  daha  yaxşı  bildiyin  şeyləri  bağışla.  Allahım,  mənim 

zarafatla  və  ya  ciddi  olaraq,  səhvən  və  ya  bilərəkdən  etdiyim  xətalarımı 

bağışla! Bunların hamısının məndə olması mümkündür. Allahım, mənim əvvəl 

etdiyim, sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım (pis əməllərimi) 

bağışla!  Əvvələ  çəkən  də  Sənsən,  təxirə  salan  da  Sənsən  və  Sən  hər  şeyə 

qadirsən”. (Buxari 6398, Muslim 7076, 2719/70) 

 

 

 



1739. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  deyərdi: “Lə Ilahə Illəllahu 

Vəhdəhu, Əazzə Cundəhu Və Nəsərə Abdəhu Və Ğələbəl-Əhzabə Vəhdəhu Fələ 

Şeyə  Bədəhu  -  Tək  olan  Allahdan  başqa  məbud  yoxdur.  O  Öz  əsgərlərini 

qüdrətli  etdi,  quluna  kömək  göstərdi,  (düşmənlərdən  olan)  dəstələri  tək  Özü 

məğlub  etdi.  Ondan  sonra  heç  bir  şey  yoxdur!”  (Buxari  4114,  Muslim  7085, 

2724/77) 

 

 

 

Günün Əvvəlində Və Yatmaq Vaxtı Təsbih 

 


 

 

772 



 

 

1740.  Əli  (İbn  Əbu  Talib)    rəvayət  edir  ki,  Fatimə    kirkirənin  (onun 



əllərində) iz buraxdığından şikayət etdi. (Bir müddətdən sonra) Peyğəmbərə  

(bir neçə) əsir gətirdilər. Fatimə  (bu əsirlərdən birini özünə köməkçi götür-

mək  məqsədilə)  Peyğəmbərin    yanına  getdi,  lakin  onu  (evdə)  tapa  bilmədi, 

Aişəni  görüb  (nə  istədiyini)  ona  bildirdi.  Peyğəmbər    (evə)  gəldikdə  Aişə 

ona Fatimənin  gəldiyini xəbər verdi. Bundan sonra Peyğəmbər   bizə 

gəldi. Həmin vaxt biz artıq yatağımıza uzanmışdıq. Mən  (onu görəndə) ayağa 

qalxmaq istədim, lakin o: “Qalxmayın!” dedi və (gəlib) aramızda oturdu. Mən 

hətta  onun  soyuq  ayaqlarının  sinəmə  toxunduğunu  hiss  etdim.  O  buyurdu: 

“Məndən  istədiyinizdən  daha  xeyirlisini  sizə  öyrədimmi?  Yatağınıza 

uzandığınız  zaman  otuz  dörd  dəfə  “Allahu  Əkbər”,  otuz  üç  dəfə 

Sübhanəllah”  və  otuz  üç  dəfə  “Əlhəmdulillah”  deyin.  Bu  sizin  üçün 

xidmətçidən daha xeyirli olar.” (Buxari 3705, Muslim 7090, 2727/80) 

 

 

 

Xoruz Banı Eşitdiyiniz Zaman Allaha Dua Etməyin 



Müstəhəb Olması 

 

 



 

1741.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Xoruz  banı 

eşitdiyiniz  zaman  Allahdan  Onun  lütfünü  diləyin,  çünki  (həmin  vaxt)  xoruz 

mələk  görmüşdür.  Eşşək  anqırtısı  eşitdiyiniz  zaman  isə  şeytandan  Allaha 

sığının, çünki (bu vaxt) eşşək şeytan görmüşdür”. (Buxari 3303, Muslim  7096, 

2729/82) 

 

 

 

Sıxıntı Anında Dua 

 


 

 

773 



 

 

1742.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    sıxıntı  anında  deyərdi:  “Lə 



Ilahə Illəllahul-Azimul-Həlim, Lə Ilahə Illəllahu Rabbul-Arşil-Azim, Lə İlahə 

İlləllahu Rabbus-Səməvati Və Rabbul-Ardi Və Rabbul-Arşil-Kərim - Əzəmətli, 

Həlim  olan  Allahdan  başqa  məbud  yoxdur!  Əzəmətli  Ərşin  Rəbbi  olan 

Allahdan  başqa  məbud  yoxdur!  Göylərin  Rəbbi,  yerin  Rəbbi  və  kəramətli 

Ərşin Rəbbi olan Allahdan başqa məbud yoxdur!” (Buxari 6346, Muslim 7097, 

2730/83) 

 

 

 

Dua Edən Kimsənin: “Mən Dua Etdim, Amma Duam Qəbul 

Olmadi” Demədikcə Duası Qəbul Olar 

 

 



 

1743. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Mən dua etdim, 

amma  duam  qəbul  olmadı”  deməyən  və  (duasının  qəbul  olunmasına) 

tələsməyən kimsənin duası qəbul olar.” (Buxari 6340, Muslim 7110, 2735/90) 

 

 

 

Cənnət Əhlinin Əksəriyyətinin Fəqirlər Olması, Cəhənnəm 



Əhlinin Əksəriyyətinin Qadınlar Olması Və Qadın 

Fitnəsinin Bəyanı 

 

 



 

1744.  Usamə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Bir  dəfə)  mən 

Cənnətin  qapısında  durdum.  Ora  daxil  olanların  əksəriyyəti  kasıblar  idi. 

Varlılar  isə  (sorğu-sualları  qurtaranadək  və)  Cəhənnəm  əhli  atəşə  giriftar 

olanadək  ləngidilər.  Sonra  mən  Cəhənnəmin  qapısında  durdum  və  ora 

girənlərin  çoxunun  qadınlar  olduğunu  gördüm.”  (Buxari  5196,  6547,  Muslim 

7113, 2736/93) 


 

 

774 



 

 

 



1745.  Usamə  İbn  Zeyd    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mən 

özümdən sonra kişilər üçün ehtiyat etdiyim ən təhlükəli fitnə qadınlardır.” (Buxari 

5096, Muslim 7121, 2740/97) 

 

 

 

Üç Mağara Sahiblərinin Qissəsi Və Saleh Əməlləriylə 

Allaha Təvəssül Etmələri 

 

 



 

 

1746. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Üç nəfər 



yolla gedərkən onları yağış tutdu və dağda bir mağaraya sığındılar. Bu zaman 

dağdan  bir  qaya  parçası  qopdu  və  mağaranın  ağzını  örtdü.  Onlar  bir-birinə 

belə  dedilər:  “Allah  üçün  etdiyiniz  yaxşı  əməli  düşünün!  Onunla  Allaha  dua 

edin,  ola  bilsin  ki,  Allah  sizi  xilas  etdi!  Onlardan  biri  belə  dedi:  “Allahım! 

Mənim  yaşlı  qoca  ana-atamla,  bir  xanımım  və  bir  də  kiçik  uşaqlarım  vardı. 

Onlara yaxşı baxırdım. Heyvanlarımı onların yanlarına gətirdiyim zaman süd 

sağıb,  uşaqlarımdan  əvvəl  anamla  atamdan  başlayaraq  onlara  süd  içirərdim. 

Bir gün odun yığmaq məni uzaqlara apardı. Axşama kimi ailəmin yanına gələ 

bilmədim.  Gəldiyim  vaxt  anamla  atamı  yatmış  halda  gördüm.  Hər  gün 

sağdığım  kimi  (heyvanlardan)  südü  sağdım  və  içərisində  süd  olan  qabı 

gətirdim.  Onları  yuxudan  oyatmamaq  üçün  başlarının  üstündə  durdum. 

Onlardan  əvvəl  uşaqlara  süd  içirməyi  istəmirdim.  Halbuki  uşaqlar 



 

 

775 



ayaqlarımın  yanında  aclıqdan  qışqırırdılar.  Mənim  və  uşaqların  halı,  şəfəq 

doğulana  qədər  belə  davam  etdi.  Əgər  bunu  Sənin  (razılığın)  üçün  etdiyimi 

bilirsənsə,  bu  qayadan  bizim  üçün  bir  az  aç  ki,  oradan  səmanı  görək!”.  Bu 

zaman  Allah  qayanı  bir  az  araladı  və  oradan  göy  üzünü  gördülər.  O  biri  isə 

belə  dedi:  “Allahım! Mənim  bir  əmim  qızı vardı.  Mən onu  kişilərin qadınları 

sevdikləri  sevginin  ən  son  dərəcəsiylə  sevmişdim.  Ondan  nəfsini  (mənə  tabe 

etməsini)  tələb  etdim.  Amma  o,  ona  yüz  dinar  gətirmədikcə  bunu  qəbul 

etmədi.  Mən  bu  pulu  toplamaq  üçün  yoruldum.  Nəhayət  yüz  dinarla  onun 

yanına gəldim. Ayaqlarının arasına oturduğum zaman belə dedi: “Ey Allahın 

qulu! Allahdan qorx! Bu subaylıq möhrünü, haqqı ilə (yalnız evlənməklə) aç!” 

dedi.  Bu  zaman  onun  üzərindən  qalxdım.  Əgər  bunu  Sənin  (razılığın)  üçün 

etdiyimi  bilirsənsə,  bu  qayadan  bizim  üçün  bir  az  aç!  Və onlar üçün  qaya  bir 

qədər  də  açıldı”.  Digəri  isə  belə  dedi:  “Allahım!  Mən  bir  faraq  (üç  saa 

miqdarında  olan  qab)  düyü  qarşılığında  bir  işçi  tutmuşdum.  İşini  bitirdiyi 

zaman: “Mənə haqqımı ver!” dedi. Mən də ona haqqı olan farağı verdim. O da 

bunu qəbul etmədi. Mən o işçiyə vermək istədiyim düyüsünü əkməyə davam 

etdim. Nəhayət o düyünün gəliri ilə çoxlu inək və çoban əldə etdim. Bu zaman 

o işçi yanıma gəldi və mənə: “Allahdan qorx! Mənim bu haqqıma zülm etmə!” 

dedi. Mən də: “O inəklərin və çobanların yanına get və onları götür!” dedikdə, 

o mənə belə dedi: “Allahdan qorx! Məni ələ salma!”. Mən: “Səni ələ salmıram. 

Bu inəkləri  və  çobanları  götür!”  dedim.  Bu  vaxtı o işçi onları  götürüb apardı. 

Əgər  bunu  Sənin  (razılığın)  üçün  etdiyimi  bilirsənsə,  bu  qayadan  bizim  üçün 

bir  az  aç!  Bu  zaman  Allah,  qayanın  qalan  hissəsini  də  araladı”.  (Buxari  2215, 

Muslim 7125, 2743/100) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

776 



 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin