Nikahın etibarsız hesab edilməsinin nəticələri
Nikahın etibarsızlığı haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanı həmin nikahın qeyri-qanuni qeydini ləğv edir.
Nikah etibarsız sayıldıqda ər və arvad üçün nikahdan əmələ gələn qarşılıqlı hüquq və vəzifələr ləğv edilir.
Lakin demək lazımdır ki, əgər nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə nikahı etibarsız hesab edə bilməz. Məsələn, övladlığa götürülən qızla nikaha daxil olmaq. Keçmişdə qeyri-qanuni hesab edilən nikaha qanuni (qanunauyğun) xarakter verilir. Başqa bir misal. Əgər ruhi xəstə vətəndaş məhkəmə tərəfindən fəaliyyət qabiliyyətini itirmiş hesab ediləndən sonra nikaha daxil olmuş, lakin nəticədə sağalmışdırsa, belə halda məhkəmənin onun fəaliyyət qabiliyyətinin bərpa edilməsi haqda qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan həmin nikahı etibarsız hesab etməyin əsası aradan qalxmışdı. Əgər ər (arvad) nikahın saxlanmasını arzu edirsə, onda buna qanuni nöqteyi-nəzərdən artıq maneçilik yoxdur.
Dostları ilə paylaş: |