Nikah ailənin əsasıdır – onun ictimai əhəmiyyəti də elə bundadır.
«Nikah müvafiq icra hakimiyyəti orqanında (VVAQ) nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən bir ay sonra onların iştirakı ilə bağlanır.»
Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya bir aydan çox olmayan müddətə uzadıla bilər.
Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanında nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Nikahın qeydiyyatından imtina edilərsə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) məhkəməyə şikayət edə bilərlər.
Dostları ilə paylaş: |