Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə98/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   92   93   94   95   96   97   98   99   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Təhsil sisteminə dövlət nəzarətinin təmin edilməsi. Tabeli- yindən asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrinə dövlət nəzarət qoyur və istiqamət verir.

Ümumbəşəri dəyərlərin, insan həyatı sağlamlağının, şəxsiyyətin azad inkişafının üstün tutulması. Yaşamaq hüququ, işləmək hüququ, oxumaq hüququ, danışmaq və yazmaq hüququ, haqq, ədalət kimi bəşəri dəyərlər tədris müəssisə- lərində geniş təbliğ edilir. Gənc nəslin sağlam boya-başa çatması üçün uşaq bağçasından tutmuş, ali məktəb də daxil olmaqla, bədən tərbiyəsi məşğələləri təşkil edilir, idmanın müxtəlif növlərində iştirakına şərait yaradılır. Hər bir uşağın, yeniyetmə və gəncin öz qabiliyyətlərini istədiyi kimi inkişaf etdirmək üçün respublikamızda uşaq yaradıcılığı mərkəzi, yeniyetmələr mərkəzi, gənc təbiətçilər stansiyası, gənclər idman sarayı, bədii yaradıcılıq evi kimi onlarla məktəbdənkənar təlim-tərbiyə müəssisələri fəaliyyətdədir.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin