Ali-Muhammedin sirleri indd


Allahın Fatiməyə (ə) ikramı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə13/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   9   10   11   12   13   14   15   16   ...   410
Ali-Muhemmedin sirleri

15
Allahın Fatiməyə (ə) ikramı
Ey qızım, məgər bilmirsən ki, ümmətimin və Əhli-Beytimin ən xeyirlisi ilə 
səni evləndirməyi Allahın sənə olan ikramıdır?! Qardaşım ümmətimin sülhdə 
ən öndə olanı, ən əzəmətli helm sahibi, ən elmlisi, ən möhtərəm nəfs sahibi, ən 
doğru danışanı, ən şücaətli qəlb maliki, ən səxavətlisi, dünyada ən zahidi və 
cihadda ən güclüsüdür”. 
Peyğəmbərin söylədiklərindən Fatimə (ə) sevindi.
Əmirəl-mömininin (ə) üstün xüsusiyyətləri
Sonra Peyğəmbər (s) ona dedi: “Həqiqətən də, Əli ibn Əbu Talibin səkkiz 
üstün xüsusiyyəti vardır ki, insanlardan heç birində yoxdur:
Hər kəsdən öncə Allaha və rəsuluna iman gətirib, ümmətimdən heç kim bu 
işdə ondan önə keçməyib. Allahın kitabının və sünnətimin bütün elmini bilir, 
ərindən savayı ümmətimdən heç kim onların hamısının elminə sahib deyil. Çün-
ki Allah mənə yalnız mənim və onun biləcəyi elmləri öyrətdi, hətta bu elmləri 
mələklərinə və rəsullarına belə öyrətməyib. Bu elmləri mənə öyrətdi və bunları 
Əliyə də öyrətməyimi mənə əmr etdi. Mən də bu əmri yerinə yetirdim. Ondan 
başqa ümmətim arasında bütün elmimi, fəhmimi və fi qhimi bilən yoxdur. 
Ey qızım, sən onun zövcəsisən, onun iki övladı - nəvələrim Həsən və Hü-
seyn bu ümmətin nəvələridir. Əli ümməti yaxşılıqlara dəvət edən və pisliklərdən 
çəkindirəndir. Həqiqətən də Uca Allah ona hikmət və fəsahətli xitab bəxş edib.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin