Ali-Muhammedin sirleri indd


Əmirəl-möminin (ə) Peyğəmbərin (s) göstərişinə əsasən



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə372/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   368   369   370   371   372   373   374   375   ...   410
Ali-Muhemmedin sirleri

Əmirəl-möminin (ə) Peyğəmbərin (s) göstərişinə əsasən 
günəşlə danışır
Hüseyn ibn Əbdül-vəhhab “Uyunul-mucizat” kitabında deyir: “İbn Əyyaş 
Cövhəri mənə Əbu Talib Abdullah ibn Muhəmməd Ənbaridən, o da Əbu Hü-
seyn Muhəmməd ibn Zeyd Tustəridən, o da Əbu Səminə Muhəmməd ibn Əli 
Seyrəfi dən, o da İbrahim ibn Ömər Yəmanidən, o da Həmmad ibn İsadan (ğariqil 
Cöhfə kimi tanınan), o da Ömər ibn Üzeynədən, o da Aban ibn Əbu Əyyaşdan, 
o da Süleym ibn Qeys Hilalidən Əbu Zərr Cündəb ibn Cənadə Ğəffarinin belə 
dediyini nəql edir: 
Həzrət Muhəmmədin (s) bir gün axşam vaxtı Əliyə (ə) belə dediyini eşit-
dim: “Sabah Bəqi dağına çıx, orada özünə yüksək bir yer seç. Günəş yüksəlməyə 
başladıqda ona salam ver. Allah ona sənə cavab verməyi əmr edib”.
Sabah olduqda Əli (ə),  Əbu Bəkr, Ömər, mühacir və  ənsardan bir dəstə 
insanla çıxıb Bəqiyə gəldilər. Əli yüksək bir yer seçib dayandı. Günəşin şüaları 
ilə göründükdə  Əli (ə) dedi: “Salam olsun sənə, ey Allahın yeni və itaətkar 
məxluqu!”. Gurultulu bir səslə bu cavabı  eşitdilər: “Salam olsun sənə! Ey 
Əvvəl, ey Axır, ey Zahir, ey Batin, ey hər şey bilən!”
Əbu Bəkr, Ömər, mühacir və ənsar bu səsi eşitdikdə bayıldılar. Bir neçə saat-
dan sonra özlərinə gəldikdə artıq Əli (ə) həmin yerdən düşmüşdü. Peyğəmbərin 
(s) yanına gəlib dedilər: “Sən deyirdin ki, Əli (ə) bizim kimi bir bəşərdir. Uca 
Yaradan ona xitab edib cavab aldığı kimi, Əli də günəşlə danışdı, o da cavab 
verdi!”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   368   369   370   371   372   373   374   375   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin