Ümmətin Əliyə (ə) zülm edəcəyi barədə Peyğəmbərin (s) xəbəri Məndən sonra otuz il var olacaqsan (yaşayacaqsan). Allaha ibadət elə, Qü-
reyşin sənə edəcəyi zülmlərə səbr göstər. Sonra yardımın olsa onlarla Allah
yolunda savaş. Quranın nazil olması ilə bağlı mənimlə savaşdıqları kimi, sən
də bu ümmətin nakisinləri, qasitinləri və mariqinlərilə Quranın təvilləri barədə
savaşacaqsan.
Sonra səni şəhid edib saqqalını başının qanına boyayacaqlar. Sənin qa-
tilin Allaha üsyanda, Allaha və mənə uzaqlıqda Salehin dəvəsini boğazlaya-
na bərabərdir. Həmçinin Yəhya ibn Zəkəriyyənin qatili və Fironun ordusu
səviyyəsindədir.