Ali-Muhammedin sirleri indd


Abdullah ibn Cəfərin Müaviyəyə qarşı dəlillər gətirməsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə265/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   261   262   263   264   265   266   267   268   ...   410
Ali-Muhemmedin sirleri

Abdullah ibn Cəfərin Müaviyəyə qarşı dəlillər gətirməsi
Aban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən Adbullah ibn Cəfər ibn Əbu Ta-
libin ona belə dediyini nəql edir: Həsən  (ə) və Hüseynlə (ə) birgə Müaviyənin 
yanında idik. Onun yanında Abdullah ibn Abbas və Fəzl ibn Abbas da vardı.
Müaviyə mənə tərəf baxıb dedi: “Abdullah ibn Cəfər! Həsən və Hüseynə 
nə çox təzim edirsən. Allaha and olsun, onlar səndən və ataları da sənin atan-
dan daha yaxşı deyillər. Əgər anaları Peyğəmbərin qızı Fatimə olmasaydı anan 
Əsmə binti Umeys ondan fəzilətdə heç də aşağı deyil deyərdim!”
Onun bu sözlərinə qəzəbləndim və özümə hakim ola bilməyib dedim: “Alla-
ha and olsun, sən o ikisini, atalarını və analarını çox az tanıyırsan. Əksinə, o iki-
si məndən daha fəzilətli, ataları atamdan, anaları da anamdan daha üstündürlər. 
Ey Müaviyə! Sən mənim Peyğəmbərdən (s) o ikisi, ataları və anaları haqqında 
eşidib  əzbərlədiyim, qəlbimə yerləşdirdiyim və  rəvayət etdiyim sözlərlərdən 
qafi lsən”.
Müaviyə dedi: “Eşitdiklərini söylə! Allaha and olsun ki, sən nə yalançı-
san, nə də indiyədək (hər hansı bir günahda) ittiham edilməmisən”. Bu vaxt 
Həsən, Hüseyn, Abdullah ibn Abbas, Fəzl ibn Abbas və Əbu Ləhəbin oğlu da 
orada idilər. Mən dedim: “Məsələ sənin düşündüyündən daha böyükdür”. Dedi: 
“Ühüd və Hira dağlarının ikisindən daha böyük olsa belə! Burada bir şamlı 
biri olmadığı müddətcə qorxum yoxdur. Onsuz da Allah sənin yoldaşını öl-
dürdü, dəstəniz dağıldı, xilafət də əhlinə və mədəninə çatdı. Sən söylə. Sizin 
söyləyəcəklərinizdən və iddialarınızdan qorxmuram”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin