Qiyamətdə ümmətin hesabına müvəkkil Əlidir (ə)
Miqdad dedi: “Bəli, Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Əli bu
ümmətin hakimi, şahidi və (qiyamətdə) hesabına müvəkkil şəxsdir. O, uca
məqamın, üz tutulması sevinc bəxş edəcək haqq yolun sahibidir. O, siratul-
müstəqimdir (doğru yoldur). Məndən sonra insanlar onun vasitəsilə zəlalətdən
1
Nurlarda məqsəd Məsumlardır (ə).
214
Suleym ibn Qeys Hilali
hidayət tapacaq, korluqdan bəsirət əldə edəcəklər. Onunla nicat tapacaq,
ölümdən qurtulacaq, qorxulardan əminlik əldə ediləcək, pisliklər pozulacaq,
haqsızlıqlar dəf ediləcək və rəhmət nazil olacaq.
Allahın görən gözü, eşidən qulağı, məxluqatı içində danışan dili, bəndələrinə
açılan rəhmət əli, göylərdə və yerdəki üzü, görünən sağ böyrü, ən möhkəm
və qırılmaz ipi, daxil olacaq qapısı, içinə girildiyi zaman amanda olduğu Evi,
qiyamət günü Sırat üzərindəki əlaməti (və ya bayrağı) odur. Kim onu tanısa,
nicat tapıb cənnətə gedəcək. Kim onu inkar etsə cəhənnəmdə məhv olacaq.
Ali-Muhəmmədin sirləri
215
HƏDİS 47
Dostları ilə paylaş: |