260
Suleym ibn Qeys Hilali
HƏDİS 67
Cəməl savaşından sonra Əmirəl-mömininin (ə) Bəsrədəki
xütbəsi
Süleym dedi: “Cəməl savaşında qələbə çaldıqdan sonra Əlinin (ə) Ziyad
ibn Ubeydin evinə getdiyinin şahid oldum. Ev Peyğəmbərin səhabələrilə dolu
idi. Onların arasında Əmmar, Əbu Heysəm ibn Teyhan, Əbu Əyyub və yetmiş
nəfərə yaxın Bədr əhli də vardı. Evə sığışmayanlar isə həyətində toplaşmışdılar.
Həmin vaxt bir kişi İmamın (ə) Şamdakı şiələrindən birinin məktubunu gətirdi:
“Müaviyə camaatı döyüşə və Osmanın qanının intiqamına çağırır. Onları bu
sözlərlə təşviq edir: “Həqiqətən Əli Osmanı öldürdü və qatillərini himayə etdi.
O, Əbu Bəkr və Ömər haqqında tənəli sözlər danışır, özünün Peyğəmbərin
xəlifəsi olduğunu və xəlifəliyə onlardan daha çox haqq sahibi olduğunu iddia
edir”. Bu sözlərdən avam camaat və Quran əhli hiddətləndilər və onlardan az
bir dəstə istisna olmaqla hamısı Müaviyənin ətrafında toplaşıblar”.
Dostları ilə paylaş: