Ali-Muhammedin sirleri indd


 İmam Əlidən (ə) beyət alınması



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə301/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   297   298   299   300   301   302   303   304   ...   410
Ali-Muhemmedin sirleri

1. İmam Əlidən (ə) beyət alınması
Camaat o iki nəfərin fi tnəsinə düşdükləri zaman Əlidən (ə), Bəni-Haşimdən, 
Əbu Zərrdən, Miqdaddan, Salmandan və onlarla birlikdə olan bir dəstə adam-
dan başqa heç kim bu fi tnədən amanda qalmadı. Səhhakın oğlu yaşlı səhabəyə 
dedi: “Bundan, Əhli-Beytindən və bir neçə  nəfərdən başqa hamı  sənə beyət 
etdi.  İndi onun yanına elçi göndər”. Yaşlı  səhabə  Səhhakın oğlunun Qunfuz 
adlı  əmisi oğlunu göndərib dedi: “Ey Qunfuz! Əlinin yanına get və ona de: 
“Peyğəmbərin xəlifəsinin dəvətinə cavab ver”. Qunfuz gedib deyilənləri çatdır-
dı. Əli (ə) dedi: “Peyğəmbərin (s) adından nə tez yalan danışdınız, əhdinizi poz-
dunuz və dindən döndünüz?! Allaha and olsun, Peyğəmbər (s) məndən başqası-
nı xəlifə təyin etmədi. Qayıt, ey Qunfuz! Sən ancaq bir elçisən. Ona de: “Allaha 
and olsun, Peyğəmbər (s) səni xəlifə təyin etmədi, sən kimin Peyğəmbərin (s) 
xəlifəsi olduğunu həqiqətən yaxşı bilirsən”.
Qunfuz yaşlı səhabənin yanına gəlib bu sözləri ona çatdırdı. Yaşlı səhabə 
dedi: “Əli doğru deyir. Peyğəmbər (s) məni xəlifə təyin etmədi”. Səhhakın oğlu 
isə qəzəblənərək ayağa qalxdı. Yaşlı səhabə ona “otur” oturmasını söylədi və 
sonra üzünü Qunfuza tutub dedi: “Onun yanına gedib de: “Möminlərin əmiri 
yaşlı səhabənin dəvətinə cavab ver!”
Qunfuz Əlinin yanına gəlib xəbəri ona çatdırdı. Əli (ə) dedi: “Allaha and 
olsun ki, yalan danışır. Onun yanına get və de: “Allaha and olsun, özünü 


Ali-Muhəmmədin sirləri
217
sənə aid olmayan bir adla çağırırsan. Möminlərin əmirinin başqası olduğunu 
bilirsən”.
Qunfuz qayıdıb deyilənləri onlara çatdırdı. Səhhakın oğlu qəzəblənib aya-
ğa qalxdı və dedi: “Allaha and olsun, mən onun ağlının və rəyinin zəif olduğu-
nu bilirəm. Onu öldürmədən bizim işimiz düzəlməyəcək. İzin ver, onun başını 
bura gətirim”. Əbu Bəkr “Otur!” dedi. Səhhakın oğlu bu sözə qulaq asmadı. 
Yaşlı səhabə ona oturması üçün and verib dedi: “Ey Qunfuz! Onun yanına get 
və de: “Yaşlı səhabə dəvətinə cavab ver!”
Qunfuz gəlib dedi: “Ey Əli! Yaşlı səhabənin dəvətinə cavab ver”. Əli (ə) 
dedi: “Mən məşğulam. Dostumun və qardaşımın vəsiyyətini tərk etməyəcəyəm. 
Yaşlı səhabənin və üzərində icma etdiyiniz zülmün yanına qayıt!”

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin